çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan diplomatiyası Qarabağ məsələsində İrəvanı ikiqat təzyiqaltı duruma salıb

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün İrəvanla danışıqların davam etdirilməsi bu gün Bakının, eləcə də konfliktin çözümündə vasitəçilik edən dövlətlərin diqqət mərkəzindədir. Məhz bu səbəbdən əsas diqqət Ermənistanda gələn ay keçriləcək növbədənkənar parlament seçkilərindən sonra formalaşacaq hakimiyyətin Qarabağ məsələsində hansı addımlar atacağına yönəlib.

Hazırda əsas gözləntilər budur ki, seçkilərdə Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Pşainyan və ona bağlı qüvvələr qalib tərəf olacaq. Paşinyanın özünün indilikdə verdiyi Qarabağ açıqlamaları onun bu məsələdə hələ də destruktiv mövqe sərgilədiyini göstərir. Amma belə fikirlər də səslənir ki, əslində, indii verilən Qarabağ açıqlamaları daxili auditoriiyaya, parlament seçkilərində qalib gəlməyə hesablanıb. Seçkilərdən sonra isə Paşinyanın Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atması qaçılmaz olacaq. Bu, iki başlıca səbəbdən qaynaqlanır. Əvvəla, Paşinyan Ermənistaınn sosial-iqtisadi inkişafı üçün işğal siyasətinə son qoymalıdır. Çünki Ermənistanın qeyd olunan istiqamətdə inkişafı yalnız Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Qeyd edək ki, bu gün Ermənistandakı vəziyyət Serj Sarkisyanın hakimiyyəti dövründəki vəziyyətdən heç nə ilə fərqlənmir. Əksinə, vəziyyət daha da ağırlaşmaqdadır. İndiki vəziyyətdə iqtisadi inkişafa nail omaq üçün Ermənistanın özünün resursları yoxdur. Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın Ermənistana verə biləcəyi heç nə yoxdur, İran və dünya dövlətləri arasındakı münasibətlər isə hər kəsə məlumdur. Bunun üçün Paşinyanın yeganə əlacı Azərbaycanla münasibətləri normallaşdırmaqdır ki, bu da Qarabağ münaqişəsinin həllindən keçir. Rusiyalı hərbi ekspert İqor Korotçenko da vurğulayır ki, Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayana qədər ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişaf olmayacaq: “Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risqlər yaradır. Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair vədlər versə də, bu vədləri yerinə yetirə bilməyəcək və Ermənistan getdikcə daha da çökəcək. Bu səbəbdən Qarabağ münaqişəsinin həlli onun özünə də çox lazımdır”.

Qarabağ məsələsinin həllini Ermənistan üçün zəruri edən digər məsələ İrəvana yönəlik beynəlxalq təzyiqlərin artmasıdır. Özü də bu təzyiqi göstərən əsas tərəflərdən biri Paşinyanın iqtidara gəlişində heç də az rol oynamayan ABŞ-dır. Paşinyanın isə ABŞ-ın göstərişlərindən çıxmaq kimi imkanları indi yox dərəcəsindədir. Çünki bu şəxsin ABŞ təzyiqlərindən xilas olmaq üçün Rusiyaya sığınmaq imkanları tamamilə itirilib. Əksinə, Rusiyanın özü də Paşinyana Qarabağ məsələsində təzyiqləri artırır. Bütün bunlar fonunda da Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra Qarabağ münaqişəsi ilə bağlı vacib yeniliklər olacaq. Ermənistanın “Daşnaksütyun” partiyasının rəhbəri Armen Rüstəmyan artıq qeyd olunan xüsusda olduqca maraqlı açıqlamalar verib. Məsələn, o qeyd edir ki, Paşinyanın növbədənkənar parlament seçkilərini əvvəlcədən nəzərdə tutulduğu kimi gələn ilin yazında yox, olduqca tələsik formada məhz dekabrda keçirmək qərarı xarici siyasətlə, daha doğrusu, Dağlıq Qarabağ münaqişəsilə əlaqədardır.
Onun sözlərinə görə, Paşinyan hələ ki, xalqın ona olan inamından istifadə edərək hakimiyyətini möhkəmləndirmək, daha sonra isə Amerikanın təklif etdiyi variantda Qarabağ məsələsində güzəştlərə getmək niyyətindədir:

“İstisna etmirəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəblərindən biri də xarici siyasətlə bağlıdır və bunun ilk siqnalı da cənab Con Boltonun bəyanatı oldu. O dedi ki, Qarabağ münaqişəsi Ermənistan hakimiyyəti xalqın tam inamına sahibləndiyi vaxt nizamlanmalıdır. Və bu inam bizim Qarabağ məsələsində güzəştlərə getməyimiz naminə istifadə olunmalıdır. Ona görə də istisna etmirəm ki, biz, yaxın gələcəkdə danışıqlar masasında münaqişənin nizamlanması üzrə yeni təkliflərin şahidi olacağıq. Bu məndə tanış hiss yaradır və gözümün önünə 90-cı illər gəlir: o zaman da səslərin 93 faizini qazanaraq seçilən prezidentimiz Levon Ter-Petrosyan var idi və onların atdığı ilk addım hakimiyyətə gəlmələrini təmin etmiş Qarabağ məsələsində əvvəlki məntiqlərindən uzaqlaşmaq oldu. Və mənim əsas narahatlığım ondandır ki, indiki şəraitdə Qarabağ məsələsində Ermənistanın mövqeyini kim müdafiə edəcək”.
Erməni siyasətçinin sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun İrəvanda səsləndirdiyi bəyanatlara olduqca ciddi yanaşılmalıdır. Çünki Bolton çox düzgün qiymətləndirmə verib - Qarabağ münaqişəsi həll olunmalıdırsa, bunu erməni xalqının tam etibarını qazanan və onların gözündə “ən son instansiyadakı mütləq həqiqət” olan hakimiyyət etməlidir. Çünki bu halda əhalidə heç bir etiraz da qalmaz. Lakin Rüstəmyan bu variantın İrəvanın maraqlarına zidd olduğunu və daha çox Ermənistanı öz geosiyasi alverlərində “xırda qəpik” kimi istifadə edən böyük güclərə sərf etdiyini deyib. Üstəlik, Paşinyanın buna qarşı çıxması da mümkünsüz sayılır. Digər tərəfdən, indilikdə ABŞ-ın Ermənistana təsir imkanlarının sürətlə artması da müşahidə olunur. Söhbət İran məsələsində olan təsirdən gedir. Qeyd edək ki, ABŞ İrana sanksiyalar çərçivəsində üçüncü ölkə kimi Ermənistana heç bir güzəşt edilməyəcəyini, Tehran-İrəvan iqtisadi əməkşdalığının məhdudlaşdırılmasını tələb edir. Artıq bu hal İrəvanda böyük faciə kimi qarşılanır. Ermənistanın energetika naziri Qaregin Baqramyan bu xüsusda bildirir: “Bizim Azərbaycan və Türkiyə ilə sərhədlərimiz bağlıdır. Energetika sistemimiz Tehran yönündə inkişaf edir. İran Ermənistandakı atom elektrik stansiyasının fasiləsiz işləməsi və enerji sisteminin balansı üçün çox önəmlidir. İranla enerji əməkdaşlığı Ermənistan üçün çox vacibdir. Amerikalı tərəfdaşlarımıza bununla bağlı ətraflı izahat verilir”. O, bir neçə gün əvvəl Ermənistan Energetika Nazirliyi rəhbərliyinin ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələri ilə görüşdüyünü bildirib. Lakin erməni mediası yazır ki, hansısa ciddi nəticə əldə olunmayıb və ABŞ mövqeyində qalır. Belə vəziyyət göstərir ki, əslində, ABŞ-ın Ermənistana təsir imkanları kifayət qədər yüksəkdir və İran amili də burada yer alan vasitələr sırasındadır. Aydındır ki, bu durumda İrəvanın Vaşinqtona istənilən məsələdə, o cümlədən Qarabağ konfliktğində müqaviməti də mümkünsüzdür.  Bu səbəbdən parlament seçkilərindən sonra İrəvanın ABŞ-ın istəyi üzrə Qarabağ məsələsində real addımlar atma ehtimalı xeyli yüksək sayılır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ Dövlət Departamentinin sabiq analitiki, Avrasiya millətləri üzrə ekspert Pol Qobl da əslində Ermənistanda seçkilərdən sonra Qarabağ məsələsində yeniliklərin olmasını istisna etmir. O bunu həm də ABŞ-ın Cənubi Qafqaza marağı ilə izah edir: “ABŞ-ın regionda marağı birmənalı şəkildə artacaq. ABŞ Dövlət Departamenti Boltonun səfərinin nəticələri, onun doğuracağı səbəblər və səfərə olan reaksiya üzərində hələ uzun müddət çalışacaq. Media orqanları isə baş verən prosesləri təqib edəcək. Boltonun Qafqaz səfəri, məsələlərə konkret çıxış yolu tapmaqdan daha çox, ABŞ-ın bu regiona olan marağının artmasını göstərir. Bu, regionda vəziyyətə təsir edəcək. Məsələn, Ermənistan hazırda Rusiyadan heç vaxt olmadığı qədər uzaqdır. Amma Azərbaycanla Ermənistan arasındakı konflikt mövcud olduqca, onun Rusiyadan asılılığı sonlanmayacaq. Ermənistan bu müddət ərzində Rusiya Federasiyasının təsiri altında qalmağa davam edəcək. Rəsmi Moskva həmişə onu idarə etməyi bacarıb və bundan sonra vəziyyətin dəyişməsi üçün Qarabağ məsələsinin həlli ABŞ-da vacib sayılır”.  Ekspert bildirir ki, Boltonun səfəri və Paşinyanın KTMT ilə yaranan böhranı, üstəlik, İran məsələsi Qarabağ konfliktinin həlli ilə bağlı ehtimalları artırır. Həmçinin burada o da nəzərə alınır ki, Qarabağ problemini başladan və həllinin açarını əlində saxlayan Rusiyadırsa, Rusiyanın Ermənistana birinci təsir və təzyiq vasitəsi də məhz Qarabağ məsələsidir. Hesab olunur ki, Paşinyan Rusiyanın Ermənistan üzərində hegemonluğunu aradan qaldırmaq istəyirsə, ilk növbədə ölkəsinin konstruktiv mövqeyinə çalışmalıdır. Hələlik isə, qeyd olunduğu kimi, konfliktin həllində real addımın da məhz Ermənistanda gələn ay keçriləcək növbədənkənar parlament seçkilərindən sonra atılması gözlənir.

Qeyd edilənlərdən bir daha aydın olur ki, Nikol Paşinyanın və ümumilikdə Ermənistanın taleyi  Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsindən asılıdır. Reallıqda Paşinyan Qarabağ məsələsində əməli addımlar atmasa, ermənilərin həyatında hansısa dəyişiklyin olması mümkün deyil, Ermənistanın məhvi isə qaçılmazdır.  Digər tərəfdən, yaxın tezlikdə Ermənistanın formalaşacaq yeni hakimiyyətinin, o cümlədən də Paşinyanın mövqeyində Qarabağ məsələsi ilə bağlı hansısa dəyişiklik olmayacağı təqdirdə, məsələnin güc yolu ilə həlli kifayət qədər aktuallaşacaq. Bu durumda elə erməni baş nazirin özü də gözəl anlayır ki, Ermənistanla Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir və İrəvan nə qədər çalışsa belə, müharibə variantında hansısa nailiyyət əldə edə bilməz. Bununla yanaşı, yenə Paşinyanın özünə də bəllidir ki, nə hərb, nə sülh vəziyyəti də uzun müddət davam edə bilməz. Ermənistanın işğalına son qoyulmayınca, vəziyyət gərgin olaraq qalacaq. Cəbhədə toqquşmalar davam edərsə, Bakının 2016-cı ilin aprel əməliyyatını təkrarlamaqdan başqa yolu qalmayacaq. Savaş başlayarsa, Ermənistan buna uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, İrəvan üçün yeganə yol Bakının şərtlərini qəbul etməkdən keçir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ