çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan üçün ən məqbul Qarabağ prosesi KTMT müstəvisində gedir

Image


Azərbaycanın beynəlxalq müstəvidə qurduğu iki və çoxtərəfli əməkdaşlıq bu gün ölkəmizi daha böyük nüfuz, həlledici söz sahiblərindən birinə çevirib. Bu hal, öz növbəsində, Azərbaycanla dünya dövlətlərinin və təşkilatlarının əməkdaşlığının daha da dərinləşməsinə rəvac verməkdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin maraqlarına cavab verən vəziyyətin formalaşmasına gətirib çıxarmaqdadır.

Qeyd edilənlərin əyani nümunəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son iclaslarında baş verən hadisələrdən, eləcə də Azərbaycan-Belarus əlaqələrinin inkişafının Ermənistana hansı zərbələr vurmasından aydın görmək olar.

Xatırladaq ki, KTMT-nin Astana iclasından sonra Azərbaycan Prezidenti İlham Əliyev Belarusda sayca 5-ci rəsmi səfərdə olub. Ölkə başçısı Minskdə həmkarı Aleksandr Lukaşenko ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib. Səfər nəticəsində ölkələrimiz arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Onların içində ən vacib olanlardan biri  dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası prezidenti və Belarus Respublikası prezidentinin birgə bəyanatı”dır. Bəyanatın 6-cı bənddə vurğulanıb ki, “Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsipləri, xüsusilə də dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllini vacib bilir”. Hesab edilir ki, bu, Azərbaycanın Belarusla münasibətlərinin intensiv inkiaşfı fonunda Bakının İrəvana vurduuğ növbəti sərt diplomatik zərbədir. Çünki belə vəziyyət Belarusun nümunəsində beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Eyni zamanda, rəsmi Minskin bu sənədə imza atması həm də onu göstərdi ki, Ermənistanla müttəfiqlik münasibətlərinə malik dövlətlər belə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. İşin ən önəmli tərəfi odur ki, İrəvanla eyni hərbi-siyasi bloka daxil olan dövlətlər bu dəstəyi təkcə kağız üzərində sərgiləmir.

Digər tətəfdən onu da xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarında işğalçı Ermənistanın ölkəmizə qaşı əsassız iddia və ittihamlarını dəfələrlə zərərsizləşdirib. Və bunu edən təkcə Belarus deyil. Bu baxımdan, prezident İlham Əliyevin Lukaşenko ilə birgə mətbuat konfransında söylədikləri həm də İrəvana mesaj xarakteri daşıyır: “Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin, ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”.

Bununla yanaşı, Azərbaycan və Belarus arasında hərbi müstəvidə dinamik şəkildə inkişaf edən münasibətlər də həm iki dövlətin yüksək səviyyəli əlaqələrinin təsdiqi, həm də Ermənistanın mövqelərinin sarsıdılmasına yönəlik  məqamdır. Görünür, elə bu səbəbdəndir ki, Azərbaycan-Belarus münasibətlərinin belə dinamik inkişafı, eləcə də KTMT-də  baş verənlər Ermənistan cəmiyyətinin, o cümlədən də Nikol Paşinyanın getdikcə daha çox narahatlığına rəvac verir. Amma erməni siyasi dairələr İrəvanın KTMT-də uğursuzluğa düçar olmasının Azərbaycanın diplomatik uğurlarından, Nikol Paşinyanın səhv siyasəti və ağılsızlığından qaynaqlandığını bildirir. Elə “Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan da hesab edir ki, KTMT-də problemlər yaranacaqsa, bu, ilk növbədə Azərbaycanın xeyrinə olacaq. Erməni şərhçi Aram Amatuni isə yazır ki, Ermənistanın KTMT-də mövqeyi hələ Serj Sarkisyanın dövründən zəif idi: “Hələ o vaxt KTMT-də və Avrasiya İqtisadi İtifaqında Ermənistanı alçaldırdılar, Azərbaycan isə, bu ittifaqların üzvü olmasa da, orada daim onun maraqları müdafiə olunurdu. Bu o vaxtlar idi ki, “Daşnaksütyun” Respublika Partiyası ilə birlikdə iqtidarı bölüşdürürdü. Serj Sarkisyan bütün bu təhqirləri gizlədir və məğlubiyyəti ört-basdır etmək üçün əlindən gələni edirdi. İndi Paşinyan Sarkisyanın mirasını daşıyır və o, Sarkisyandan fərqli olaraq, Ermənistanın təhqiramiz mövqedə olduğunu gizlətmədi”.

Nikol Paşinyan isə yaranmış vəziyyətdə günahı yenə Belarus və Qazaxıstanda axtarır. Ermənistanın baş nazir əvəzi Prezident İlham Əliyevin Belarusa səfəri zamanı bu ölkə ilə hərbi-texniki əməkdaşlıq haqqında memorandum imzalanmasına münasibət bildirərkən bu xüsusda qeyd edib: “Hələ üç ay öncə “Polonez”lərin Azərbaycana çatdırılması ilə bağlı müqavilə imzalanmışdı, hərçənd, həmin vaxt KTMT-də baş katib Ermənistanın nümayəndəsi idi. Biz bu sazişlərə qarşı çıxırıq, hesab edirik ki, KTMT-də əməkdaşlıq ruhuna və Ermənistanın maraqlarına ziddir. Bu məsələdə ən əhəmiyyətli məqam budur ki, biz izahatları almalıyıq, hər bir ölkə üçün tərəfdaşlığın öhdəlikləri aydın olmalıdır. Biz o ittifaqın öhdəliklərini yerinə yetiririk ki, burada bəzi tərəfdaşlarla tərəfdaşlıqdan danışmaq mümkün deyil”. Amma Belarus rəsmi səviyyədə bəyan edib ki, belə açıqlama Paşinyanın siyasi naşılığından irəli gəlir və İrəvanın narazılığına rəğmən, Minsk Bakı ilə hərbi sahədə də əməkdaşlığını inkişaf etdirəcək. Rusiyalı politoloq Modest Kolerov isə bildirir ki, Ermənistanın Belarusa, KTMT-nin digər üzvlərinə qarşı getmək cəhdləri İrəvanın öz zərərinə olacaq: “Ermənistan KTMT-yə öz şərtlərini diqtə etmək qərarına gəlib. Bu mümkün olmayacaq. Əsas böhran KTMT-də yox, Ermənistanın idarəçilik sistemindədir. Paşinyanın Ermənistanın mövqeyi ilə bağlı dediklərinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, qərar konsensusla qəbul edilir. Lukaşenko və Nazarbayevi təhdid etmək ona kömək etməyəcək”.

Eyni mövqe Belarusdan olan ekspert  Lev Marqolin tərəfindən də sərgilənir. O, Ermənistanın Belarus və Azərbaycan arasında hansısa formada problem yaratmasının mümkünsüz olduğunu bildirir:  “Belarus başçısı Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyev arasında olan etimad səviyyəsi çox yüksəkdir”. Ekspertin sözlərinə görə, Lukaşenkonun Azərbaycana böyük simpatiyası var və bu ölkə üçün ata bilməyəcəyi addım yoxdur: “Belarus Azərbaycan üçün bütün sirləri açır. Azərbaycan Belarus üçün o qədər maraqlı bir ölkədir ki, onun xətrinə Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırdır”. Marqolin qeyd edib ki, Azərbaycan və Belarus arasında iqtisadi münasibətlər yüksək səviyyədə inkişaf edib: “Bu əlaqələr və qarşılıqlı maraqlar olduqca güclüdür. Buna görə də, Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırıq”.

Ermənistanın Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan isə qeyd edir ki, əslində, problemlər İrəvanın özündən qaynaqlanır. Onun sözlərinə görə, Azərbaycana münasibətdə Belarusun bəyanatları qəbuledilməzdir, amma Ermənistan tərəfindən də əvvəldən səhvlər olub: “Yuri Xaçaturov bütün üzvlər tərəfindən baş katib təyin edilmişdi. Məsələ onun həbsinə çatanda bütün tərəfdaş ölkələrin rəhbərləri məlumatlandırılmalı idi. Hər bir halda, situasiya Ermənistanın xeyrinə deyil”. O, Belarusun bundan öncə də Ermənistana neqativ münasibətinin olduğunu, amma bunun ictimai şəkildə elan edilmədiyini deyib. Baqdasaryan, həmçinin, 6 dekabrda baş tutacaq KTMT iclasının “dost xarakterli” olmayacağını vurğulayıb. Aydındır ki, belə vəziyyətdə Azərbaycan Ermənistanın mövqeyini KTMT-də daha uğurla sarsıda biləcək. Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli də istisna etmir: “Ermənistan Azərbaycan torpaqlarını işğal edən ölkədir. Ermənistan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola biləcəyindən qorxaraq, Lukaşenko və Nazarbayevi olmayan şeylərdə şərləməyə çalışmaqda davam  edir. Şərləmək isə ermənilərin köhnə peşəsidir. Hazırkı mənzərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərin Ermənistana güvənmədiyini, etibar etmədiyini göstərir. Bu dövlətlərin Ermənistana etibar etməməkdə haqqı var. Çünki Paşinyan böyük dövlət təcrübəsi olan Nursultan Nazarbayevin, eləcə də onun kimi kifayət qədər təcrübəsi olan Lukaşenkonun yanında bir neçə boy aşağı görünür. Paşinyanla nə normal polemika aparmaq mümkündür, nə də ciddi normal söhbətlər aparmaq. Lukaşenko və Nazarbayev bu regionda baş verən proseslərin anatomiyasına tam bələddir. Bu baxımdan, onlar Paşinyanla danışmağa çox meylli olmurlar”. Ermənistanın KTMT-dəki gələcəyinə gəlincə, Qabil Hüseynli bildirib ki, bu dövlət özünü hər zaman hər tərəfə meyl edən bir dövlət kimi göstərib: “Ermənistan Qərbə daha çox meyllənir. Erməni diasporu Qərbdə daha güclüdür, oradan daha çox yardım alır. Günlərin birində Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsə, fikrimcə, buna heç kim təəccüblənməyəcək”. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan KTMT çərçivəsində İrəvana getdikcə daha böyük diplomatik zərbələr endirir və Belarusla münasibətlərini inkişaf etdirərək Ermənistanı daha çıxılmaz vəziyyətə salır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ