çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakı-Minsk münasibətləri İrəvan üçün yeni zərbə mövqeyi yaradır…

Image


Məlum olduğu kimi, Azərbaycan və Belarus arasında münasibətlərin dinamik inkişafı bu gün Ermənistanda çox böyük narahatlıq yaradır. Özü də bütün bunlar o fonda baş verir ki, Belarus- Ermənistan münasibətləri sürətlə pisləşməyə doğru gedir. Məhz belə bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfər etməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verənlər fonunda Ermənistanda daha böyük əndişəyə səbəb olur.

Bu barədə danışmazdan öncə qeyd edək ki, KTMT-nin son sammiti Belarus- Ermənistan münasibətlərində yeni gərginliyə səbəb olub və buna səbəb də rəsmi İrəvandır. Məsələ bundadır ki, həmin sammitdən sonra düşdüyü pərt vəziyyətdən xilas olmaq üçün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və onun komandası müxtəlif manevrlər etməyə çalışır. Məsələn, onlar təşkilata üzv olan Belarus və Qazaxıstanın Azərbaycanla əlaqələri inkişaf etdirməsini “qeyri-demokratik” addım kimi qələmə verməyə çalışırlar. Xatırladaq ki, bundan əvvəl də Paşinyan Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib. O, Belarus və Qazaxıstan liderlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ətrafında yaranan vəziyyəti bu təşkilatın üzvü olmayan ölkə ilə, konkret halda Azərbaycanla müzakirə etməkdə günahlandırıb: “Heç kim belə bəyanatlarla çıxış etmək hüquqına malik deyil, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar ümumi razılıq əsasında qəbul edilir və biz artıq bununla bağlı mövqeyimizi bildirmişik. Bu necə qarşılana bilər ki, məsələn, mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan hər hansı ölkənin səfirini dəvət edirəm və ona bağlı qapılar formatında keçirilən iclasdan danışıram. Mən ona təəccüblənmişəm ki, 30 il dövlətin rəhbəri statusunda olan insan belə addım atsın. Və mən, əlbəttə, Belarus Prezidentindən izahatları tələb edəcəm, özü də yalnız Belarus Prezidentindən deyil”.

Artıq Minsk bu mövqeyə qarşı sərt münasibət sərgiləyib. Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Paşinyana cavab olaraq qeyd edib: “Böyük siyasətdə “küçə demokratiyası”nın qaydalarını deyil, qəbul edilmiş və tamamilə aydın etiket normalarını rəhbər tutmaq lazımdır. Görünür, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən şəxs özünü cəzalandırmaq, yaxud əfv etmək səlahiyyətlərinə malik beynəlxalq prokuror zənn edir”. Aleksandr Qlaz əlavə edib ki, Ermənistan rəhbərinin bu davranışı, ola bilsin, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovla bağlı məqbul görünə bilər, lakin dövlətlərarası münasibətlərdə tamamilə aydın protokol və etiket qaydaları var: “Yəqin Paşinyan hələ başa düşməyib ki, “küçə demokratiyasının” qaydaları böyük siyasətdə işləmir. Təəsüf, ümid edirik ki, zaman ötdükcə keçib gedəcək”.

Göründüyü kimi, işğalçı ölkə baş verən son proseslər fonunda isterik bir vəziyyətə düşüb. Məhz belə bir vaxtda Prezident İlham Əliyevin Belarusa səfəri Ermənistanda yaranan narahatlığı daha da artırır. Erməni şərhçi Akop Badalyan yazır ki, Azərbaycan Prezidentinin Belarus səfəri Bakının KTMT-də Ermənistanı küncə sıxışdırmaq planlarından vaz keçmədiyini və nəticələr əldə etməyə davam etdiyini göstərir. “Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan KTMT-də yaranan qarşıdurmadan Azərbaycanın yararlanacağını bildirib. Belarusu tənqid edən erməni şərhçi Tavos Arşakyan Lukaşenkonun Ermənistana ağır zərbə vurduğunu qeyd edib. Hətta o, Ermənistanın Belarusla diplomatik əlaqələri kəsməsi çağırışı ilə çıxış edib.

İndi görünən odur ki, Azərbaycanın Belarusla əməkdaşlığını daha da dərinləşdirməyə hazırlaşması və bunun hərbi sahədə də özünü göstərməsi Ermənistanın mövqeyini daha da sarsıdacaq. Gözlənir ki, Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın səviyyəsi artan templə yüksələcək. Onu da qeyd edək ki, Belarus Rusiyadan sonra bir sıra silahları, xüsusilə raket sistemləri istehsal edən, güclü müdafiə sənayesinə malik ölkədir. Məhz bu durumda  Belarusa səfəri zamanı Prezident İlham Əliyev bildirib ki, Belarus və Azərbaycan növbəti Belarus hərbi texnikası partiyasının ölkəmizə çatdırılması üzrə müqavilə üzərində işləyirlər: “Ən qısa müddətdə Belarusdan növbəti hərbi texnika partiyasının alınması üçün müqaviləyə transformasiya olunacaq”. Aparılan danışıqların yekunu üzrə Belarus Hərbi Sənaye Dövlət Komitəsi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında hava hücumundan müdafiə silah və texnikasının təchizi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Bu fonda gözlənir ki, Azərbaycan Belarusdan yeni hərbi texnikalar, o cümlədən daha müasir “Polonez” operativ-taktiki komplekslərini alsın. Söhbət Belarusda hazırlanan “Polonez-3” modelindən gedir. Elə belaruslu ekspert Yuri Şevtsov da bunu istisna etmir: “Azərbaycan və Belarus hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir və bununla da strateji tərəfdaşlığı möhkəmləndirir, yeni növ “Polonez” silahları isə Azərbaycanın hərbi potensialını daha da gücləndirəcək. Azərbaycan ödəniş qabiliyyətli ölkədir və bu, hərbi əməkdaşlıq sahəsində nəzərə çarpır. Azərbaycan qısa müddət əvvəl yeni Belarus raket sistemini alıb. Bu sistem Belarus üçün çox vacibdir. İlk dəfə Belarus öz raketini istehsal edib. Bu sistem ixrac üçün nəzərdə tutulub. Azərbaycan bu sistemin beynəlxalq silah bazarına yolunu açan ilk vacib ölkə oldu”. Ekspert əlavə edib ki, bu gün “Polonez”in iki versiyası var – “Polonez-1” və “Polonez-2”: “Bundan başqa, “Polonez-3” modeli hazırlanır və fikrimcə, Azərbaycan bu modeli də almağı arzulayacaq”. Qeyd edək ki, Azərbaycanla Belarus arasında hökumətlərarası razılaşmaya əsasən, 301 millimetrlik “Polonez” əməliyyat-taktiki raket kompleksləri hələ iki il əvvəl ölkəmizə gətirilib. İndi yeni anlaşmalar fonunda, Azərbaycan həm bu raketlərin daha müasir varinatını, həm də yeni silahları Belarusdan alacaq. Burada Belarus blogeri və politoloqu Andrey Porotnikovun bu günlərdə verdiyi maraqlı bir açıqlamanı da xatırlatmaq yerinə düşərdi.  O qeyd edib ki, Belarusda uzunmənzilli reaktiv yaylım atəş sistemi “Polonez” Azərbaycanın pulu hesabına yaradılıb. Andrey Porotnikov Azərbaycanı postsovet məkanında Belarusun strateji tərəfdaşı adlandırıb və əlavə edib ki, bu həm də iki ölkənin liderləri arasındakı mövcud ilıq şəxsi münasibətlərə görə mümkün olub: "Azərbaycan Belarusu kassa qırılmaları adlandırılan vaxtda xilas etmişdi. Yəni Rusiya qazı üçün borcların ödənilməsinə öz pulumuz olmayanda biz qısa müddətə Azərbaycandan kredit götürdük. Belarus və Qazaxıstanın Ermənistan nümayəndəsinin KTMT-nin rəhbər vəzifəsinə təyinatını ardıcıllıqla bloklamalarını xatırlamaq olar. Bu, Bakının ünvanına aydın jest idi ki, KTMT Azərbaycanla qarşıdurmada Rusiya müttəfiqi Ermənistanın aləti olmayacaq, Bakı burada heç nədən ehtiyat etməyə bilər, çünki təşkilatın daxilində etibarlı tərəfdaşları var". Bütün bunların fonunda, demək olar ki, Azərbaycan və Belarus arasında münasibətlər Ermənistanın bütün narahatlığına baxmayaraq, dinamik şəkildə inkişaf edəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ