çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanın düşmən üzərində artan hərbi üstünlüyü Ermənistanda daha böyük qorxu yaratmağa başlayıb

Image


Hərb müstəvisində Azərbaycanın düşmən Ermənistan üzərində kifayət qədər böyük üstünlüyə malik olması bu gün həm beynəlxalq miqyasda, həm də işğalçı ölkənin özündə belə açıq şəkildə etiraf olunur. Eyni zamanda, ona da diqqət yetrilir ki, ötən dövr ərzində Azərbaycanın hərbi qüdrəti artdığı halda, Ermənistanda bunun tamamilə əksi yaşanıb.

Məhz bu fonda o da xüsusi olaraq vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli Ermənistan üçün indi ən pis ssenari sayıla bilər. Ermənistanın “1in.am” saytı yenidən bu məsələyə nəzər salaraq yazır ki, Bakı İrəvan üzərində hərbin digər sahələri ilə yanaşı, aviasiya sferasında da üstünlüyünü artırır. Məhz bu şəraitdə Qarabağ münaqişəsinin alovlanması Ermənistan üçün çox təhlükəli sayılır.

Bununla yanaşı, sayt yazır ki, Ermənistanda hərbi aviasiya sahəsində vəziyyət çox acınacaqlıdır: “Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonoyan İrəvanın Rusiyadan tezliklə “Su-30” qırıcıları alacağı haqda mətbuatda artıq çoxdan yetərincə şişirdilən informasiyanı təkzib edib. Tonoyan deyib ki, hazırda İsveçdən “JAS-39 Gripen” almaqla bağlı qərar da qəbul edilməyib. Ermənistanda Rusiyadan “Su-30” qırıcıları almaq məsələsi artıq uzun müddətdir müzakirə edilir, Ermənistan müdafiə naziri də öz hərbi aviasiyamızın olmasının gərəkliyindən dəfələrlə danışıb. Amma, birincisi, “Su-30”un alınması üzrə sövdələşmənin hansı formatda gerçəkləşdiriləcəyi aydın deyil. Başqa sözlə, Ermənistan tərəfi bu qırıcıları hansı maliyyə vəsaitilə almaq niyyətindədir və bu qədər baha həzzi əldə etmək üçün Ermənistanın maliyyə imkanları bəs edəcəkmi? Çünki hərbi ekspertlərin dəyərləndirdiyinə görə, bir “Su-30” qırıcısı tam 50 milyon dollaradır. Hərbi ekspert Leonid Nersisyan əmindir ki, istənilən halda, bu sövdələşmənin Ermənistana 2018-2020-ci illər üçün 100 milyon dollar həcmində verilmiş “hərbi kreditə” dəxli olmayacaq.

Bu kontekstdə ikinci önəmli məsələ Ermənistanda bəzi hərbi xadimlərin öz hərbi aviasiyamızın olması məqsədəuyğunluğunu şübhə altına almasıdır. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artur Aqabekyan bildirib ki, bizim şəraitimizdə hərbi aviasiyanın görəcəyi bir iş yoxdur: “Deməyi özümə borc bilirəm ki, hərbi aviasiyanın bizim hərbi arenada dünən heç bir işi olmayıb, bu gün də olmayacaq. Xüsusən də bizim günlərdə – yüksək texnologiyaların inkişafı şəraitində onun tətbiqi, demək olar, mümkünsüz olacaq – istənilən arenada. Yeri gəlmişkən, Rusiyanın siyasi rəhbərliyi də bu fikrə tərəfdardır”.

Təbii, söhbət Ermənistanın müdafiəsi və təhlükəsizliyindən gedirsə, bu sayaq məsələlər son dərəcə mühümdür və izahata ehtiyacı var. Məlumdur ki, Ermənistan-Rusiya sazişləri və KTMT sazişləri çərçivəsində Rusiyanın öz üzərinə götürdüyü öhdəliklərə əsasən, Rusiyanın Gümrüdə mənzillənmiş 102-ci hərbi bazasında hava hücumuna qarşı bölmələr var və İrəvanın “Erebuni” aeroportunda yerləşmiş Rusiya aviaeskadrası Ermənistan ərazisini qorumağa borcludur. 2015-də isə Ermənistan və Rusiya arasında “Qafqaz bölgəsində kollektiv təhlükəsizliyin birləşmiş bölgəsəl hava hücumundan müdafiə sisteminin yaradılması haqda saziş” imzalanıb və iki ildən sonra hər iki ölkə tərəfindən ratifikasiya olunub. Buna əsasən, Ermənistan və Rusiya “birləşmiş” gücləri bölgədə hava hücumundan müdafiəni təkmilləşdirməlidir.

Amma Ermənistan Müdafiə Nazirliyi lap başdan izah edib ki, saziş Dağlıq Qarabağ ərazisində qüvvədə deyil. Rusiya ekspertləri də, demək olar, bir ağızdan deyirlər ki, Qarabağ cəbhəsində hərbi əməliyyatlar təzələnəcəyi halda, Rusiya qırıcıları münaqişəyə qarışmayacaq. Moskva siyasi və hərbi analiz mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin də hesab edir ki, Dağlıq Qarabağ zonasında silahlı münaqişə meydana çıxsa və döyüş əməliyyatları Ermənistan ərazisinə toxunmasa, onda Rusiya Silahlı Qüvvələri işə qarışmayacaq. Xramçixin qeyd edib ki, Ermənistanın doğrudan da “qırıcı aviasiyası” yoxdur. Onda yalnız qırıcıların olmaması üzündən, əslində, faydasız olan hücum təyyarələri var. Xramçixin qeyd edib: “Qırıcılar olmasa, müharibə halında hücum təyyarələrini heç nə qorumayacaq, uyğun olaraq, təbii ki, qırıcılara malik olmaq lazımdır. Ermənistan o vəziyyətdə deyil ki, qırıcıları olmasın, çünki Rusiyanın 18 ədəd “MiQ-29” qırıcısı çox azdır, xüsusən də bunlar Ermənistanın deyil, Rusiyanınkı olduğuna görə”.

Qırıcıların dəyərinə gəlincə, hərbi ekspert vurğulayıb ki, bu gün belə növ texnika ucuz olmur və bu faktı gözardı etmək olmaz: “Bəli, yeni qırıcıların qiyməti tam 50 milyon dollardır. Özü də Rusiya sənayesi bu planda xeyli yüklənib, çünki təyyarələr həm Rusiya Hərbi Hava Qüvvələri, həm də Qazaxıstan üçün istehsal olunur”. Aleksandr Xramçixin bu baxış nöqtəsilə ilə də razı deyil ki, pilotsuzlar (PUA) qırıcı aviasiyanın yoxluğunu hansısa dərəcədə əvəzləyə bilər, çünki PUA ya kəşfiyyat, ya da zərbə üçündür. Hətta Ermənistanda olan “Su-25” hücum təyyarələri də bu vəzifəni həll edə bilmir. Güclü hava hücumundan müdafiə sistemi isə aviasiyanın yoxluğunu qismən əvəzləyir, çünki HHM passiv müdafiədir, düşmən müdafiəsinin dərinliyinə əks zərbə endirmək imkanı vermir. Xramçixin qeyd edib: “Belə taktika heç vaxt heç kimə qələbə gətirməyib. Çağdaş dünyada aviasiyası olmayan ölkə əsla vuruşa da bilməz, uyğun olaraq burada müzakirəlik heç nə yoxdur”. Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyev isə qeyd edir ki, Ermənistanın qırıcılar daxil olmaqla, digər yüksək texnika almağa sadəcə pulu yoxdur”. 

Beləliklə, “1in.am” saytının yazdıqlarından belə bəlli olur ki, yaxın illər ərzində Ermənistanda hərbi aviasiya sahəsində hansısa mühüm dəyişiklik olmayacaq və bu sahədə də düşmən ölkə Azərbaycandan çox geridə qalacaq. Əvəzində Azərbaycanın aviasiya sahəsində mövqelərinin daha güclü hala gəlməsi də əsas gözləntilər sırasındadır. Hadisələrə bu səpkidən nəzər salan rusiyalı hərbi ekspert Sergey Suvorov da yaxın tezlikdə Azərbaycan aviasiyasının ixtiyarında yeni döyüş təyyarələrinin olmasını istisna etmir. O, hazırda Azərbaycanla Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın uğurla davam etdirildiyini bildirib: “Azərbaycan həmişə Rusiyanın strateji tərəfdaşı olub və bu cür də qalır. Bu gün Bakı ilə Moskva olduqca yaxşı və sıx əlaqələrə malikdir. Ümid edirəm ki, bizim Azərbaycanla qarşılıqlı faydalı münasibətlərimiz gələcəkdə də davam edəcək və əhatə dairəsi genişlənəcək”. Rusiyanın Azərbaycana yeni silahlar, xüsusən də çoxhədəfli, dördüncü nəsil “Su-35” qırıcı təyyarələri verməsinin mümkünlüyünə də toxunan Suvorov gələcəkdə belə bir müqavilənin imzalanmasını istisna etməyib. Onun fikrincə, Azərbaycana yeni nəsil növbəti müasir silahların satışı tamamilə mümkündür: “Biz “Su-35” təyyarələrini digər ölkələrə sata biliriksə, onda niyə də Azərbaycana satmayaq?”. Digər rus hərbi ekspert Aleksey Xlopotov isə Azərbaycanın Rusiyadan “Su-30 SM” qırıcıları ala biləcəyini istsina etmir: “Su-30SM” ağır çoxfunksiyalı ikiyerli döyüş təyyarəsidir. Super manevr qabiliyyətinə malikdir, çoxfazalı antennası olan müasir radar, idarə olunan itmə vektoru və ön üfüqi quyruqlu mühərriklərlə təchiz olunub. İstənilən hava şəraitində, hava-hava, hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulub. Havada üstünlük qazanmaq, uğurlu döyüş aparmaq qabiliyyətinə malikdir. Ən yaxşı cəhətlərindən biri də uzaq və yaxın məsafələrdə, eləcə də qurudakı və dənizdəki hədəfləri vurmaq qabiliyyətinə malik olmasıdır. Mühüm döyüş radiusuna malikdir, kifayət qədər uzaq məsafəyə uça və dövrə vura bilir.

Təyyarənin ekipajı 2 nəfərdən ibarət olsa da, onlara çox az güc düşür. Bu səbəbdən də pilotlar hərbi şəraitdə daha az yorulur və daha səmərəli döyüşə bilirlər. Fikrimcə, “Su-30SM” hazırda öz sinfindən olan təyyarələr arasında ən yaxşısıdır, həm Amerika, həm də Avropa modellərindən üstündür. Hazırda Azərbaycanın Hərbi Hava Qüvvələrində “Su-30SM” kimi təyyarələr yoxdur. Lakin Bakı istəsə, bunu ala bilər və Rusiya da Azərbaycana belə silahların satılmasında maraqlıdır". Bundan başqa, o da məlumdur ki, Azərbaycan Pakistandan da yeni nəsil qırıcılar almağı düşünür. Belə ki, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətindədir.

Digər tərəfdən, Azərbaycan aviasiyasını pilotsuz uçuş aparatları ilə də möhkəmləndirir. Rus ekspert Aleksey Sinitsın də vurğulayır ki, bu sahədə Azərbaycan çox böyük üstünlüyə malikdir. Onun sözlərinə görə, Bakının xüsusən də İsraildən aldığı pilotsuz uçuş aparatları onun mövqeyini xeyli möhkəmləndirib. Həmçinin, Azərbaycan bu sahədə yerli istehsalını da yaradıb. Qeyd edək ki, ilk dövrlərdə Azərbaycan bu xüsusda İsraildən “Aerostar” taktik və “Orbiter-2” tipli mini pilotsuz uçuş aparatları almışdı. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkəti arasında birgə müəssisə yaradıldı. Bu gün orada “Aerostar”, “Orbiter-2”, “Orbiter-3”, “Orbiter-4” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. Bundan başqa, ölkəmizin ixtiyarında “Hermes-900” pilotsuz uçuş aparatı və “Harop” zərbə PUA-sı da yer alır. “Hermes-900” aparatının üzərində geniş sahə müşahidə sistemi mövcuddur. Bu sistem 40 kvadrat kilometr ərazini, eyni zamanda, 100-dən artıq hədəfi müşahidə etməyə imkan verir. Bu o deməkdir ki, texnika havaya qalxdığı zaman düşmənin 100-dən artıq texnikasını və ya canlı qüvvəsini müşahidə edə bilərsən. Bu sistem uçduğu ərazidə düşmənin radarlarına qarşı tədbirlər həyata keçirməyi də bacarır. Təbii ki, belə vəziyyətdə Azərbaycan hərbi aviasiya sahəsində Ermənistan üzərində daha üstün mövqe sahibinə çevrilir. Elə Ermənistanı da qorxudan əsas məqamlardan biri məhz budur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ