çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ABŞ-İran ziddiyyətinin Cənubi Qafqaza təsiri artır

Image


ABŞ və İran arasında kəskinləşən münasibətlərin Cənubi Qafqaza hansı təsir göstərəcəyi indi ekspert dairələrində daha çox müzakirə predmetinə çevrilməkdədir. Belə görünür ki, regionda müstəqil siyasət aparmağa qadir olanlar bu ziddiyyətlərdən hansısa zərər görməyəcəklər. İndiki halda isə regionda belə siyasət apara bilən yeganə dövlət qismində Azərbaycan çıxış edir. Elə İran rəsmilərinin açıqlamalarından da belə bəlli olur ki, onlar Azərbaycanla münasibətlərin inkişafında hansısa problem olacağını düşünmürlər. 

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi də vurğulayır ki, Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsinə heç bir maneə yoxdur. O bildirib ki, İran və Azərbaycan xalqları arasında tarixi bağlantı əlaqələri mövcuddur: “Son illər iki dövlət arasındakı iqtisadi əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Bu gün iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsini yaşayır. İki qonşu və dost ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, səhiyyə, energetika, turizm, dənizçilik, mədəniyyət, ekologiya və digər sahələri əhatə edən sənədlər imzalanıb. Ölkə prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq imzalanan sənədlərə əsasən birgə iqtisadi layihələr həyata keçirilməkdədir. Bu layihələr hər iki xalqın mənafeyini əks etdirir. İran Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verir və rəsmi Bakının qarşılıqlı faydalı əməkdaşlıq təkliflərinə hər zaman müsbət cavab verib. Bu gün iki ölkə arasında çox yaxşı əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişafı xalqlarımızın yaxınlaşmasına, regionda sülhün və əminamanlığın davamlı olmasına xidmət edir”.

Elə İran Prezidenti Həsən Ruhani də vurğulayır ki, İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz, çünki bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır. O bildirib ki, İranın düşmənləri müxtəlif təxribatlarla onun Türkiyə, İraq və Azərbaycanla münasibətlərini korlamağa çalışıblar: “Lakin tərəflərin qarşılıqlı etimadı bu təxribatların baş tutmasına imkan verməyib. İran bütün qonşuları ilə yaxın əlaqələrini inkişaf etdirməkdə maraqlıdır”. Bütün bunlarla ilgili Rusiyanın “regnum.ru” portalı da yazır ki, ABŞ-İran qarşıdurmasından Cənubi Qafqazda hansısa ciddi zərər görməyən ölkə Azərbaycan olacaq və bu da Bakının müstəqil siyasətilə bağlıdır: “Amerikanın Azərbaycan Səfirliyi məlumat verib ki, ABŞ Dövlət Departamenti və Xəzinədarlıq Departamentinin “Amerikanın İrana qarşı sanksiyalarını hökumətlərə izah etmək və Vaşinqtonun İran üzrə qəsdilə bağlı suallara cavab məqsədilə” yerlərdə rəsmilərlə və işgüzar çevrələrin təmsilçilərilə danışıqlar aparan ekspertlər qrupu 13-16 noyabrda Bakı, Tiflis və İrəvanda olub.

Səfirlik bununla yanaşı, dəqiqləşdirib ki, bu səfər planlaşdırılmış oxşar görüşlər sırasından sonuncu idi. Xatırladaq ki, qabaqlar, sentyabrda Bakıda Azərbaycanın İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzilə tərəfdaşlıqda beynəlxalq anlaşılma uğrunda işgüzar Şuranın (BCIU) Amerikanın tam iyirmi şirkəti və Dövlət Departamentinin iqtisadi məsələlər üzrə təmsilçilərinin qatıldıqları forumu artıq keçirilib. BCIU ABŞ-ın keçmiş prezidenti Duayt Devid Eyzenhauer tərəfindən qurulub, əsas məqsədi Amerika şirkətlərinin xarici bazarlarda fəaliyyətinin genişləndirilməsidir. O zaman bildirilib ki, Vaşinqton “Azərbaycanın artan iqtisadiyyatı üçün mexanizmlər yaratmaq məqsədilə hiss olunan addımlar atmaq” niyyətindədir.

Amma biz Amerikanın müxtəlif idarələrindən təmsilçilərin bölgəyə sıxlaşan gəlişləri sırasında sonuncudan qabaqkına diqqət yetirək. Söhbət ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun səfərindən gedir. O deyib: “Biz hesab edirik ki, İran hökuməti gerçək basqı altındadır, biz onu çox güclü sıxmaq niyyətindəyik. Britaniyalıların dediyi kimi, tumları pırtlayana qədər, limon kimi sıxacağıq”. Və vurğulayıb: “Biz habelə sanksiyalara əməl edilməsinə nəzarəti xeyli gücləndirmək niyyətindəyik”. Amerikanın “EurasiaNet” nəşri yazır ki, bu, sıradakını bildirir: “İndiyədək Cənubi Qafqaza özəl diqqət yetirməyən ABŞ administrasiyası indi bu bölgə ölkələrini pozuq tarazlıq zonasına daxil etməyə və onları çəkiclə zindan arasındakı duruma qovmağa çalışır”.

Və bu, hətta indi hər üç ölkədə – Azərbaycan, Ermənistan və Gürcüstanda Amerika səfirlərinin olmadığı bir durumda baş verir. Qeyd edək ki, ABŞ İran neftinin 180 gün ərzində səkkiz ölkəyə – Çin, Hindistan, Yunanıstan, İtaliya, Tayvan, Yaponiya, Türkiyə və Cənubi Koreyaya ixracına müvəqqəti icazə verib. Lakin Cənubi Qafqaz dövlətləri bu siyahıda yoxdur. Düzdür, Vaşinqton Azərbaycanın “Şahdəniz” yatağından qazın Türkiyə üzərindən Avropaya tədarük olunacağı boru kəməri layihəsini sanksiya siyahısından çıxdaş edib. Amma Bolton ukraynalılara Rusiya qazının tədarükünə alternativ aramağı məsləhət görərək, Azərbaycandan və ABŞ-dan sıxılmış qaz tədarükü imkanlarını nəzərdən keçirib.

“Eurasianet” xatırladır ki, Azərbaycan Xəzər dənizində bir neçə neft-qaz yatağının istismarı haqda İranla müqaviləyə malikdir. Bakının bu müqavilələri davam etdirməsi gözlənir. Bundan savayı, son illərdə daxili istehlak və ehtimal olunduğu kimi, bu il Azərbaycanın 2,7 milyard kubmetr mavi yanacağını idxal etməli olan Gürcüstan qarşısında öhdəlikləri yerinə yetirmək üçün İrandan tranzitlə Türkmənistandan Azərbaycana qaz daxil olur. Belə ki, bəzi yerli ekspertlərin fikrincə, sözdə əsas ticari-iqtisadi tərəfdaşının ABŞ və Qərbin başqa ölkələrinin olduğunu bəyan edən, amma həqiqətdə partiyanı Rusiya, İran və Türkiyənin apardığı Tiflis də çətin duruma düşür.

Gürcüstan Azərbaycan, Türkiyə və İranın iştirakı ilə Qara dənizi Fars körfəzi və Hind okeanıyla birləşdirən layihəyə qatılmaqdan boyun qaçırmalı, İranın “Geopars” şirkəti tərəfindən Gürcüstanda Lançxut rayonunun Supsa kəndində ilk neft emalı kompleksinin inşasını dayandırmalı, İranla 2017-ci ildə Gürcüstanın 80 milyon dollara yaxın məhsulunun ixracı müqabilində, demək olar, 200 milyon dollara yetən mal dövriyyəsindən; Gürcüstanın nəqliyyat vasitələri üçün İrandan 70 faizlik güzəştlə alınmış yanacağı və sairi itirməli olacaq. Gürcüstan iqtisadiyyatı belə zərbəyə tab gətirəcəkmi? ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin əvvəllər “Ermənistan iş adamları İran şirkətlərilə biznes aparmazdan qabaq Amerika Səfirliyi ilə məsləhətləşməlidirlər” xəbərdarlığı etdiyi İrəvana gəlincə, İrana qarşı sanksiyalara qoşulacağı halda, İran qazının idxalı və bu ölkəyə elektrik tədarükündən imtina etməli, Tehranla mal dövriyyəsini yığışdırmalı və İran ərazisindən tranzitdən istifadə ideyasını unutmalı olacaq.

Vaşinqton Gürcüstan və Ermənistanın bu ağrılı itkilərini nəylə əvəzləyəcək və ümumiyyətlə, İranı diz üstə qoymaq problemini həll edərkən bunları əvəzləmək niyyətindədirmi? Hər şey Amerikanın keçmiş diplomatı və ABŞ Dövlət Departamentində sanksiya siyasətinin koordinatoru Deniel Fridin verdiyi sualın cavabından asılıdır: “İrana qarşı sanksiyaların qoyulmasını ABŞ-ın təkcə Tehranın “tərkisilah”ını görmək və nüvə proqramı üzrə yeni danışıqlara vadar etmək istəyi kimi yanaşmağa dəyərmi? Yaxud Vaşinqtonun qeyri-rəsmi məqsədi bu ölkədə sosial gərginliyi yüksəltməklə yenə də rejimi dəyişdirməkdir?”. İranlı politoloq, Yaxın Şərq Universitetinin professoru Qadir Qolkarian hesab edir ki, “ABŞ daxili separatizmi hərəkətləndirərək İrana qarşı ikinci cəbhəni artıq açıb” və “böyük ehtimal payıyla güman etmək olar ki, Amerika Prezidenti Donald Trampın məqsədi rejimin dəyişdirilməsi deyil, İranın parçalanması, Amerikanın nəzarətinə keçən bir neçə etnik subyektə dağılmasıdır”.

Bununla bağlı 1945-ci ildə ABŞ dövlət katibinin müavini Ceym Bronzun İranın yeddi müstəqil dövlətə bölünməsi layihəsini təklif etdiyini Tehranda təsadüfən xatırlamırlar. Danışırlar ki, Bronzun məktubu geniş ictimaiyyətə məlum olanda İranın gələcək baş naziri Məhəmməd Müsəddiq parlamentdə ağlamağa başlayaraq o zamankı baş nazir İbrahim Həkiminin hökumətini danlayıb ki, “İranın suverenliyini sual altında qoyan məktubu qəbul edib”. Amerika-İran münasibətləri, istənilən halda, Yaxın və Orta Şərq və Cənubi Qafqaz geopolitikasının mərkəzinə çevrilir. O, Cənubi Qafqazın xeyli “yanaşı” amillərilə mürəkkəb izlərlə inkişaf edir, amma Vaşinqton bu yöndə düzxətli hərəkət edəcək. O, xeyli kiçik cəbhələrin yaradılması çoxluğuna, sanksiya rejiminə ümid edir, bölgə ölkələrinin maraq və mövqelərinə toxunan burulğanlaşmalar yaradır. Bu, yeni durumun çox vacib yönünə çevrilir.

İndi çox şey Bakı, Tiflis və İrəvanın indiki rəhbərliyinin yaranmış vəziyyəti nə qədər adekvat qavramağı və uzunmüddətli amil kimi dəyərləndirib-dəyərləndirmədiyindən asılı olacaq. Mübahisəsizdir ki, geopolitik yenidənqurma Yaxın Şərqdən ABŞ-ın basqısı altında görünən və Əfqanıstana qədərki “gərginlik qövsü”nə cəlb edilən Cənubi Qafqaza sarı meyl götürür. Düzdür, Vaşinqtonun gözləntiləri doğrulmaya bilər”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ