Moskva və İrəvan arasında gərginləşən münasibətlər fonunda “Qazprom Ermənistan” şirkəti ətrafında baş verənlər getdikcə daha çox diqqət cəlb edir. Xatırladaq ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazprom Ermənistan” şirkətində böyük maliyyə pozuntuları aşkarlayıb.
Komitə yoxlamalar zamanı şirkətin böyük həcmdə, milyardlarla dram vergini ödəmədiyinin aşkarlandığını bildirib. Şirkətə qarşı cinayət işi qaldırılıb. “Qazprom Ermənistan”ın baş direktoru Qrant Tadevosyan isə bunların əsassız olduğunu bildirərək, belə vəziyyətdə Rusiya ilə olan sərfəli razılaşmanın məhv ola biləcəyini bəyan edir. İndi maraq doğuran məqam baş verənlər fonunda Kremlin İrəvanı hansı formada cəzalandıra biləcəyidir. Bununla bağlı Rusiyanın “rosbalt.ru” portalı çox maraqlı məqamlara toxunan yazı dərc edib. Burada qeyd olunur ki, hakimiyyəti öz əlində cəmləşdirən Nikol Paşinyan Rusiya biznesini sarsıtmağa davam edir: “Millerin törəməsi”nə cinayət işi açılıb. Respublikadan şantaj və oğurluğun kəskin qoxusu gəlir. Ermənistanda Rusiyanın başqa şirkətlərinə də “basqınlar” olub, məsələn, Rusiya Dəmir Yollarına.
Ermənistanda Rusiyanın böyük biznesinin fəaliyyətilə bağlı yeni qalmaqal var. Dövlət gəlirlər komitəsi bu dəfə ən “əlverişli” məqamda “Qazprom Ermənistan” QSC-nin xüsusən böyük həcmdə vergidən yayınması ilə bağlı cinayət işinin qaldırılması haqda məlumat verib. Qeyd edək ki, QSC yüz faiz “Qazprom”un mülkiyyətindədir. Elektrik enerjisinin istehsalı və İrandan kiçik həcmdə qaz tədarükünü saymasaq, Rusiya şirkəti bura hər il 2,5 milyard kubmetr yanacaq göndərərək Ermənistan bazarında inhisar mövqeyi tutub. “Qazprom Ermənistan” ona qarşı sürülən ittihamlarla bağlı qəti narazılığını bildirib. Burada xatırlamağa dəyər ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanda hakimiyyəti inqilab yolu ilə ələ keçirmiş və indi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla bu yaxınlardakı görüşünün gedişində sonuncu respublikaya tədarük olunan Rusiya qazının qiymətləndirmə mexanizminin araşdırılması məsələsini qaldırıb. Amma çox maraqlıdır kii, Ermənistan vergiçiləri QSC-yə qarşı cinayət işini respublika hökumətinin məhz “Qazprom” və Rusiya Energetika Nazirliyi ilə Ermənistana tədarük edilən qazın qiymətinin endirilməsi haqda danışıqlar apardığı zaman qaldırıb. Bunu indi də baha adlandıra bilməzsən – min kubmetr qazın dəyəri sərhədə çatdırmaqla birgə 150 ABŞ dolları təşkil edir. Lakin ermənilər bunu daha da aşağı salmağa çalışırlar. Doğrusu, birbaşa deyilsə, onlar şantaj qəsdiləmi Rusiya QSC-ə “basqın ediblər”? Bunun üçün cinayət işi qaldırmaq vaxtı lap “əlverişli”, sövdələşmək üçün məkan isə genişdir.
Burada qeyd etməyinə dəyər ki, hərçənd Ermənistan qazı 150 dollara alır, amma istehlakçı min kuba görə 290 dollar ödəyir. Bu qədər mühüm qiymət sovurması ilə təkcə “Qazprom”un özünü deyil, həm də Ermənistanın keçmiş hakimiyyət təmsilçilərini korrupsiya sxemlərinə “bəndləmək” çox asandır. Ermənistanda artıq çoxdan danışırlar ki, onlar Rusiya qazı ilə varlanıblar. Yəni bir atəşlə eyni zamanda bir neçə dovşanı öldürmək olar: Rusiya inhisarçısını nüfuzdan salmaq və Ermənistan siyasətinin keçmiş avtoritetlərinə düz parlament seçkiləri vaxtı maddə yapışdırmaq – mane olmasınlar deyə. Lakin inqilabçı hökumət elektoratı özünə sarı çəkmək üçün seçkilərə qədər sonuncu istehlakçı üçün qazın qiymətini aşağı salmalıdır, əks halda “Qazprom”la bağlı bütün bu əhvalat xoruzun quyruğuna dönəcək, bir də açıq antirusiya xarakteri daşıyacaq.
Rusiya eksperti İqor Korotçenkonun fikrinə əsasən, Ermənistan hökumətinin hərəkətinin arxasında bayağı dövlət reketinin maraqları dura bilər. O hesab edir ki, Nikol Paşinyan Rusiya şirkətinin törəmə müəssisəsinin əmlakını ələ kerçirmək qəsdilə QSC-nin yoxlanışını təşkil edib. Bir sözlə, bütün bu “cinayət”in gizli mənası var və Moskva və İrəvan arasındakı münasibətlər növbəti gərginlik qarşısındadır. Xüsusn də bu əhvalatdan qabaq Rusiya biznesi və Ermənistanda “Rusiya amili” ilə bağlı bir neçə qalmaqal olub. Məsələn, Paşinyan parlament respublikasında baş nazir postunu tutmağa macal tapmamış dövlət gəlirləri üzrə Komitə “Qazprom”a məxsus bir neçə qazdoldurma stansiyasını vergiləri gizlətməkdə ittiham edib. Nə olar, tamamilə mümkündür ki, iddialar əsaslıydı. Amma Rusiya Dəmir Yolları ASC-nin törəmə şirkəti “Cənubi Qafqaz dəmiryolu” QSC-nin ofisində biabırçı gecə “maski-şou”su ilə bağlı hadisə qaranlıq qalır. Ermənistan hökumətinin KTMT baş katibini – Ermənistan təmsilçisini həbs etməsilə bağlı qalmaqallı əhvalat da məşhurdur. Moskva, elə bütün KTMT təşkilatın üzvü tərəfindən onun bu qədər nüfuzdan aşkarca salınmasından çox narazıdı.
Ümumiyyətlə, Ermənistanda Rusiya “mənşəli” hər şey, az qala, cinayətə çevrilir və “uyğun” təqibə məruz qalır. Düzdür, Ermənistanın yeni hökumətinin indiki şəraitdə tələbatın arta biləcəyi qazın tarifinin endirilməsini necə təsəvvür etdiyi tam aydın deyil, çünki respublikada İtaliyanın “Renco” şirkəti tərəfindən 250 MVt gücündə İES inşası planlaşdırılır. Gələcək stansiya yetərincə böyük və Ermənistanın elektrik enerjisi ixracı baxımından perspektivli sayılır: yada salaq ki, Ermənistanı İranla birləşdirən 400 kilovoltluq EVX (elektrik verilməsi xətti) inşası 2019-da başa çatır.
Burada sual meydana çıxır: Rusiya inhisarçısını Ermənistandan sıxışdırırlarsa, bəs həqiqətdə yeni İES-ə elektrik enerjisinin generasiyası üçün qazı kim tədarük edəcək? Bir də ABŞ-ın İrəvanın Tehranla işgüzar əlaqələrini məhdudlaşdırmaq və nəzarətə götürməyə cəhd etdiyi və İran qazının nəzəri perspektivdə idxalının Ermənistana istənilən halda Rusiyanınkından baha başa gələcəyi bir şəraitdə. Əlbəttə, hətta Ermənistanın xarici siyasətdə Qərb yönünün inkişafına bel bağlayan, amma İrəvanın Moskva və Tehranla “okeanarxası”na tabesiz təmasları halında gizli və aşkar hədələrdən savayı bundan hələlik heç nə əldə etməyən inqilabi hökuməti qədər səriştəsiz hökumət də bunu anlamaya bilməz. Əslində Ermənistan, xüsusən Rusiya biznesilə qarşılıqlı münasibətlər kontekstində özünü küncə qovur. “Qazprom”, RDY, KTMT ilə bağlı hadisələr, başqa “epizodlar” bunun xeyrinə danışır ki, İrəvan həm qaz tarifləri zəminində, həm də Rusiya “qarmağından” atılıb çıxmaqda Moskvanı yetərincə bayağıcasına şantaj edir ki, bu da təkcə Ermənistan-Rusiya işgüzar və siyasi iqlqiminə mənfi təsir etmir, həm də bütünlükdə Ermənistanın yatırım mühitinə qatı kölgə salır.
Belə ki, Ermənistanın, heç olmasa, “Qazprom”un əlindən və Rusiyadan asılı olan təhlükəsizlik məsələlərindən də qaçmağa yeri olmadığı nəzərə alınmaqla səs-küylü “ifşalara” aludə olması lazım gəlmir. Təkcə siyasi deyil, həm də işgüzar gərginliyə baxmayaraq, RF-yə ixracatı ardıcıl şəkildə çoxalan Ermənistan məhsulları üçün Rusiyanın əsas satış bazarı olduğu durumu bura əlavə etmək olar. Sonuncuya gəlincə: Ermənistan Rusiya mənşəli biznesə bütün dözümsüzlüyü şəraitində respublikanın elektrik enerjisi tələbatının 40%-i qarşılayan “Metsamor“ atom elektrik stansiyasının modernləşdirilməsində Rusiya yardımına bel bağlayır. Onu yanacaqla, istismar təhlükləsizliyi ilə də Rusiya təchiz edir. Əlbəttə, bu təmənnasız edilmir: Avropa Birliyi stansiyanı bağlamağı tələb edir ki, bu da Ermənistan üçün 90-cı illərin əvvəlinin zülmətinə qayıdış, Rusiya üçün isə ondan ötrü strategiyaca mühüm respublikada nüfuzunun bir qisminin itirilməsi olardı.
Yeri gəlmişkən, “Rosatom”un “Metsamor”da 600 MVt gücündə və 5 milyard dollar dəyərində yeni blok inşa etməsilə bağlı planlar var idi. Rusiya tərəfi bu zaman xərclərin bir qismini, stansiyanın avadanlıq və texnolgiyalarla təminatını öz üzərinə götürürdü. Amma görünür, gerçəkləşmək hələlik bu layihənin qismətində yoxdur: əldə olan məlumata görə, Rusiya blokun təmirinə kredit və qrant ayrımaqla kifayətlənir, özü isə uyğun işlərlə məşğul olacaq. Amma burası da var ki, hər şey Ermənistan üçün hələ pis yöndə dəyişilə bilər. Orada tezliklə parlament seçkiləri baş tutacaq, amma güman edilmir ki, “Rusiyayönlü” sayılan (ən azı, Moskvaya qarşı qorxulu addım atmayan) keçmiş hakim Respublika Partiyası hakimiyyətə qayıdar. Paşinyanın isə indi bundan sonrakı davranış modelini proqnozlaşdırmaq çətindir. Bir şeyi inamla demək olar: Rusiyaya münasibətdə siyasi baxımdan, çətin ki, etik olar, daha dəqiqi, hətta Qarabağ istiqamətində şimşək də çaxsa, etikanın səviyyəsi konkret hər bir hadisədə adda-budda olacaq. Bu isə ondan xəbər verir ki, çox ehtimal, Rusiya “dükanları”nın böyük hissəsində Ermənistan üçün kreditlər bağlanacaq”.
Nahid SALAYEV