çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Aydın Quliyev: “Erməni lobbisinin təsiri altında siyasət aparan Fransanın Minsk qrupunda həmsədrlik etməsinə son qoyulmalıdır”

Image


Azərbaycan hökuməti və xalqı təmkinli siyasət və davranışlar göstərdikcə Fransa dövləti ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi tərəfsizlik statusunu daşımağa layiq olmadığını göstərən yeni-yeni bədnam faktlar ortaya qoyur. Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, əslində Azərbaycan ötən əsrin 90-cı illərində Minsk qrupunun üç həmsədrindən biri kimi Fransanın təsdiqlənməsinə razılıq verməklə bu ölkəyə həm hörmət göstərdi, həm də geniş geosiyasi, geoiqtisadi fəaliyyətlər üçün kart-blanş verdi:

“Qarabağ məsələsi bizim üçün taleyüklüdür. 90-cı illərdə Azərbaycan rəhbərliyi əslində Minsk qrupunda Fransanın həmsədr olmasının qəti şəkildə əleyhinə idi. Fransanın dövlət siyasətində erməni lobbisinin təsirli rol oynamasına baxmayaraq, bu ölkə Qarabağ məsələsində tam obyektiv olmaq öhdəliyi götürdü, Azərbaycan rəhbərliyi isə məhz bu öhdəliyə əsaslanaraq Qarabağ probleminin həllində Fransaya obyektiv və tərəfsiz vasitəçi olmaq üçün şans verdi, ABŞ və Rusiya ilə bir sırada Fransanın obyektiv olmasına və erməni lobbisinin təsirindən çıxmasına şərait yaratdı. Bakının Fransadan gözlədiyi təmənnalı bir şey deyildi, Fransa sadəcə beynəlxalq hüququn tələbləri baxımından tərəfsiz olmağa borclu idi".

A.Quliyev əlavə edib ki, Azərbaycan Minsk qrupunda Fransanın həmsədrliyinə razılıq verməklə onun geosiyasi proseslərdə daha fəal iştirakına meydan açdı, Fransa Azərbaycanın neft-qaz sənayesinə, iqtisadiyyatına buraxıldı, yüzlərlə Fransa şirkətinə Azərbaycanda əl-qol açma şansı verildi: "Lakin illər boyu baş verən hadisələr Fransanın ermənipərəst mövqedən uzaqlaşa bilmədiyini sübut etdi. Bu faktlar təsdiqlədi ki, Fransa hər dəfə deklarativ olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi guya tanımadığını bəyan etsə də, pərdə arxasında başqa siyasət aparıb”.

Baş redaktor bunların təsadüf olmadığını bildirib: “Fransa deputatları maneəsiz şəkildə işğal olunmuş ərazilərimizə gedib-gəlirlər, qondarma rejimin qanunsuz rəhbərləri çox rahat şəkildə Parisə gedirlər, Fransa hökuməti dəfələrlə qondarma rejimin nümayəndələrinin Parisdə "xeyriyyə marafonları" keçirməsinə şərait yaradır. Bundan başqa, uydurma "erməni soyqırımı" Fransa parlamentinin və prezidentlərinin daimi siyasi leksikon mövzusudur, halbuki real Xocalı soyqırımına Fransa hökuməti heç bir münasibət göstərməyib".

O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron, ən azı, formal balans görüntüsü yaratmaq xatirinə olsa da, doğru yanaşma sərgiləmədi və regionumuza son səfər vaxtı yalnız Yerevana getdi: "Fransa hökumətinin Avropa İttifaqı kuluarlarında Azərbaycan əleyhinə fəal iş aparması və əslində Ermənistanın lobbiçiliyinə xidmət etdiyinə dair çox əsaslı söz-söhbətlər var. Bu ölkənin rəhbərləri Azərbaycanda iqtisadi maraqlarını gen-bol həyata keçirsələr də, Ermənistanın təcavüzkar siyasətinə təəssübkeş mövqedən bir addım geri çəkilə bilməyiblər”.

A.Quliyev deyib ki, ikili standartlar siyasətinin hər fürsətdə davam etdirilməsi Fransanın Minsk qrupunun tərəfsiz həmsədri ola bilmədiyini qəti olaraq sübut edir: “Fransa Azərbaycanın hələ 90-cı illərdə ona etdiyi böyük jestə adekvat qarşılıq verməyi bacarmadı, daha doğrusu, erməni lobbisinin güclü təsirləri buna imkan vermədi. Bütün bunlar onu göstərir ki, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakdan əldə etdiyi qazancın son taleyi şübhəlidir, bu vəsaitin sonda hansısa yollarla Ermənistanın təcavüzünə dəstək proseslərinə yönəlmədiyinə təminat yoxdur. Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinə yenidən baxmaq vaxtı çoxdan çatıb. Təcavüzkar ölkə ilə hər cür qardaşlaşma siyasəti aparan bir ölkə Minsk qrupunda tərəfsizlik göstərə bilməz. Fransanın Minsk qrupunda həmsədr kimi başqa ölkə ilə əvəzlənməsini faktlar diktə edir. Bunu Azərbaycan dövlətinin mənafeləri və ədalət prinsipi tələb edir".

O əlavə edib ki, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq hüquq normalarına nə qədər uyğun və açıq mövqe tutsa da, Fransa hələ heç vaxt birmənalı mövqe göstərməyib və Ermənistanı faktiki olaraq dəstəkləyib: "Fransa kimi erməni lobbisinin təsiri altında siyasət aparan ölkənin Minsk qrupunda ABŞ və Rusiya ilə birlikdə həmsədrlik etməsinə gecikmədən son qoyulmalıdır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ