çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Minsk Qrupunun həmsədri kimi Fransanın əvəzində Avropa Birliyi...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində ATƏT-in Minsk Qrupunun həmsədr dövlətilərindən Rusiya və ABŞ-ın daha böyük təsir qüvvəsinə malik olduğu birmənalı həqiqətdir. Eyni zamanda, ötən dövr ərzində qrupun digər həmsədri olan Fransa Qarabağ konfliktinin həllində kifayət qədər passiv mövqeyi ilə seçilib. O da danılmaz reallıqdır ki, Fransa müxtəlif dövrlərdə məsələyə yanaşmasında qeyri-obyektiv bir mövqe sərgiləyib, erməni lobbisinin təsiri altında hərəkət edib. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın öz dəstəsi ilə yenidən Fransaya səfər etməsi də elə bu qeyri-obyektivliyin növbəti təzahürüdür.

Bu fakt bir daha göstərir ki, Qarabağ münaqişəsinin həllində hansısa ciddi rol oynaya bilməyən Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılması ilə bağlı əvvəllər irəli sürülən təkliflərin artıq reallaşması zəruri tələb kimi çıxış edir. Ekspertlər də bildirir ki, Fransanın Minsk Qrupunda təmsil edilməsinin əsas məqsədi Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı danışıqlar prosesini ləngitmək, mövcud status-kvonun saxlanmasına səy göstərməkdir. Elə bu da sözügedən ölkənin  həmsədr kimi fəaliyyətini davam etdirməsini mümkünsüz hala gətirir.

Azərbaycan tərəfi hesab edir ki, Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən Minsk Qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır. Azərbaycan Xarici İşlər Nazirliyi bu xüsusda qeyd edir: “Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”.

Qeyd edək ki, bundan əvvəl Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi bir neçə dəfə gündəmə gətirilib. Hesab edilir ki, Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi Qarabağ münaqişəsinin  həll prosesinə yeni impuls gətirə bilər. Avropa İttifaqı münaqişə ətrafında dəfələrlə ölkəmizin lehinə olan bəyanatlarla çıxış edib. Xatırladaq ki, elə  Avropa İttifaqının Brüsseldə keçirilən sonuncu Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənir. Halbuki, bəyannamənin bu şəkildə qəbul edilməsinə Ermənistan qəti şəkildə etiraz edirdi. Bununla yanaşı, elə həmin vaxt Avropa İttifaqı şirkətlərə Dağlıq Qarabağda fəaliyyət göstərməmələri ilə bağlı xəbərdarlıq edib. Burada bildirilir ki, xarici şirkətlər Dağlıq Qarabağda fəaliyyət göstərsələr, buna görə onlara iqtisadi sanksiya tətbiq olunacaq. Bütün bunlar bir daha Avropa İttifaqının Qarabağ məsələsində obyektiv mövqe sərgiləməsini açıq şəkildə meydana qoyur. Bu mənada aydındır ki, Fransanın yerinə həmsədr olaraq prosesə Avropa İttifaqının qoşulması ilə həll prosesi xeyli canlana bilər. 

Politoloq Qabil Hüseynli də bildirir ki, Bako Saakyanın Fransaya səfəri ikili standartların ən bariz nümunəsidir: “Fransa ənənəvi olaraq bu dəfə də ermənipərəst siyasətindən qalmadı. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Saakayanın səfərinə şərait yaratması bu ölkənin üzərinə götürdüyü missiyaya birbaşa ziddir. Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə pozan bu cür addımlara birdəfəlik son qoyulmalıdır. Təəssüf ki, Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə dair götürdüyü öhdəliyi açıq şəkildə pozur. Bu baxımdan da hesab edirəm ki, Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrliyi məsələsinə baxılmalı, bu dövlətin MQ-dakı mandatına son verilməlidir”.

Düzdür, Minsk Qrupunda həmsədrin dəyişməsi üçün, Azərbaycanla yanaşı, prosesə Ermənistanın da dəstək verməsi lazımdır. O da aydındır ki, Ermənistan asanlıqla Fransa kimi qəyyumundan imtia etməyəcək. Amma yuxarıda qeyd olunduğu kimi, Fransanın ABŞ və Rusiya ilə müqayisədə Qarabağ məsələsinin həllində hansısa ciddi rol oynaması müşahidə edilmir. ABŞ və Rusiyanın real mövqeyi isə hazırda Azərbaycanın mənafeləri ilə xeyli uzlaşır. Belə ki, son dövrlərdə ABŞ Qarabağ məsəəlsinəd kifayət qədər fəallıq göstərir, mərhələli həll planının işə düşməsində maraqlı olduğunu bəyan edir. Rusiyalı politoloq Qriqori Trofimçuk bu xüsusda bildirir ki, Vaşinqton Cənubi Qafqazda ən azından öz maraqları üçün Qarabağ münaqişəsinin həllini vacib sayır. Onun sözlərinə görə, regionda reallaşdırmaq istədiyi yeni proqramda ABŞ Qarabağ münaqişəsinə xüsusi yer ayırıb: “Kimisə torpaqların qaytarılması ilə qorxutmaq ABŞ üçün heç də pis variant deyil. Hazırda ABŞ Ermənistandakı daxili siyasi hadisələrə böyük ümid bəsləyir, düşünür ki, bu, Moskvanın İrəvanda mövqelərini zəiflədir, Amerika proqramları üçün yol açır. Məhz buna görə müşavir Con Bolton açıq mətnlə Dağlıq Qarabağ konfliktinin həllinin ABŞ üçün strateji əhəmiyyət daşıdığını dedi. ABŞ hazırda torpaqların qaytarılmasında Azərbaycana kömək etməklə bərabər, həm də regionda Ermənistana özünün şərtlərini diqtə edəcək şərait yaratmaq istəyir. ABŞ bununla regionda  özünün mövqelərini heç bir əziyyət çəkmədən gücləndirmək istəyir”. ABŞ-ın Qarabağ məsələsində belə mövqe sərgiləməsi İrəvanda xoş qarşılanmasa da, Ermənistanın buna hansısa müqavimət göstərmək imkanları da yoxdur.

Rusiyaya gəlincə, bu ölkənin Ermənistanla münasibətləri getdikcə daha böyük sürətlə pisləşir.  Özü də hər bir sahədə. Belə vəziyyyətdə Rusiyanın İrəvana qarşı cəza tədbirlərindən biri qismində Qarabağ kartından istifadə ehtimalı da xeyli artır. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev də bildirir ki, Moskva üçün Ermənistanla müqayisədə Azərbaycan daha etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşdır: “Mən Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sözlərini xatırladacağam. NATO-nun Norveçdə keçirilən “Trident Juncture 2018” hərbi təlimlərini müşahidə edən Paşinyan öz ölkəsinin Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının  (KTMT) üzvü kimi qalmaqla NATO tərkibinə daxil olmaq arzusunu bildirib. Bu azmış kimi, erməni siyasətçi deyib: “ Ermənistanın NATO-ya daxil olması üçün KTMT-dən çıxması lazım gələrsə, biz bu şərti yerinə yetirəcəyik”. Son illərdə Ermənistanın hakimiyyət orqanları Şimali Atlantika Alyansının müxtəlif proqramlarında və tədbirlərində iştirak etməklə NATO ilə hərbi-siyasi əməkdaşlığı ciddi şəkildə ön plana çəkir, Ermənistanın özündə isə vaxtaşırı müxtəlif antirusiya təzahürləri və bu tipli çıxışlar müşahidə edilir.

Bunun əksinə olaraq, Azərbaycanla Rusiya arasında rəvan və sabit münasibətlər yaranıb. Bu respublika ardıcıl olaraq hərbi bloklara qoşulmama siyasəti yürüdür, Azərbaycan dövləti regionda baş verən hadisələrə və sabitliyə getdikcə daha çox təsir göstərir. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yaranmış yeni geosiyasi şəraitdə və Azərbaycanın hərbi qüdrətinin artması nəzərə alınmaqla Azərbaycanın KTMT ilə sıx qarşılıqlı fəaliyyəti bu respublikanın özü üçün aktual olardı. Azərbaycan KTMT-nin tərkibinə daxil olan ölkələrlə, o cümlədən hərbi-texniki və hərbi-siyasi sahələrdə artıq əməkdaşlıq edir və mən hesab edirəm ki, Bakı KTMT-yə daxil olmaq arzusunu rəsmən bildirərsə, Rusiya Azərbaycanın bu təşkilata qəbul olunmasını dəstəkləyəcək. Azərbaycanın KTMT-yə daxil olmasını müəyyənləşdirən əsas amillər Ermənistanın buna müqavimət göstərməsi deyil, Bakının özünün siyasi iradəsi və Rusiya, Qazaxıstan, Belarus və Tacikistan kimi ölkələrin mövqeyi olacaq. Lazım gələrsə, onlar Ermənistanı inandıra bilərlər ki, KTMT-nin əsas iştirakçılarının maraqlarına zidd hərəkət etməsin. Belə zərurət isə var, çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə KTMT-nin qoşulması danışıqlar prosesinə müsbət təsir göstərəcək, ona görə ki bu, Azərbaycanla Ermənistanın mövqelərini yaxınlaşdırmağa və onların arasında hərbi əməliyyatların yenidən başlanması təhlükəsini maksimum dərəcədə azaltmağa kömək edəcək.

Bu istiqamətdə ilk addım atılıb: KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Astanada təzəcə başa çatmış iclasında altı dövlət başçısı tərəfindən qəbul edilmiş sənədlər arasında müşahidəçi ölkələrin və tərəfdaş ölkələrin hüquqi statusu barədə qərar da vardı. Bu, KTMT-nin başqa dövlətlərlə konstruktiv münasibətləri qarşılıqlı əsasda inkişaf etdirmək üçün açıq və buna hazır olmasına dəlalət edir. Azərbaycan bu təşkilatla bu cür münasibətlərə daxil olarsa, şəxsən mən çox şad olaram. Xatırladım ki, Azərbaycan kimi Belarus da Qoşulmama Hərəkatına daxildir, amma bu onun hərbi-siyasi ittifaqın fəal üzvü olmasına əngəl törətmir”. Dmitri Savelyev onu da xatırladır ki, Rusiya sabitliyin əsası olan regional tarazlığı dəstəkləməklə, prinsipcə, Qarabağ münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edib və yenə çıxış edir: “Qeyd etməliyəm ki, Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan tərəfin mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Rusiya isə, istənilən halda, tərəfləri siyasi vasitələrlə barışdırmağa çalışır – 2016-cı ilin aprelində vəziyyətin nizamlanması təcrübəsi buna sübutdur”.

Beləliklə, bu fikirlərdən də aydın görünür ki, Rusiyada böyük əksəriyyətin Dağlıq Qarabağ münaqişəsinə yanaşması Azərbaycanın mövqeyinə cavab verir.  Bu mənada hesab edilir ki, ABŞ-la yanaşı, Rusiya da Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın isətyinə uyğun fəallıq nümayiş etdirəcək. Belə vəziyyət isə, öz növbəsində, kofnliktin həllini kifayət qədər tezləşdirmək iqtidarındadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ