çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Avropa işğal altındakı Qarabağa qanunsuz səfərlərə göz yummaqla özünü də böyük təhlükəyə atır…

Image


Cənubi Kiprin Avropa Parlamentindəki deputatı Eleni Teoxarus ətrafında baş verənlər bəzi parametrlər baxımından xüsusi diqqət cəlb etməkdədir. Əvvəla, bu hal erməni diasporuna bağlı Avropa rəsmilərinin təmsil olunduqları qurum və təşkilatların nüfuzuna ciddi xələl gətirdiklərini aydın şəkildə meydana qoyur. Digər tərəfdən, belə vəziyyət Eleni Teoxarus və onun kimi şəxslərin yenə erməni diasporunun əlində sadəcə bir vasitə olduğunu təsdiqləyir.

Qeyd edək ki, bu qəbildən olan şəxslərdən istifadə etmək, onların Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərini təşkil etmək ermənilərin əsas fəaliyyət istiqamətlərindən biridir. Bununla onlar işğal altındakı ərazilərdəki separatçı rejimin tanıdılmasına nail olmağı düşünürlər. Təbii, Azərbaycanın diplomatik fəaliyyəti, ermənilərin bu məkrli niyyətinə qarşı gedişləri öz nəticələrinə verməkdə, Dağlıq Qarabağa qanunsuz səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalmaqdadır. Lakin Eleni Teoxarus kimi şəxslərin mövcudluğu bu məsələnin daimi diqqət mərkəzində saxlanmasını, ona qarşı mübarizənin davamlı xarakter almasını zəruri edir. Bu, ən azından, hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan üzərində diplomatik qələbənin daha da möhkəmləndirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Eleni Teoxarus konstitusiya quruluşuna qarşı çıxmaq və ictimai təhlükəsizliyi təhdid edən ekstremist çağırışlar səbəbilə Albaniya hökuməti tərəfindən “arzuolunmaz şəxs” elan edilib. Lakin bu, Eleni Teoxarusun ayağına yazılan ilk analoji problem deyil.  Qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus ötən il Ermənistanın təcavüzü altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Bu səbəbdən də onun adı Azərbaycanın “qara siyahı”sına daxil edilib. Bu  deputatın Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti, erməni lobbisinin sifarişi ilə ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimi təşviq edən fəaliyyəti dəfələrlə Bakı tərəfindən ifşa edilib. Digər tərəfdən, bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan, əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Qeyd edək ki, Eleni Teoxarusun Kaspar Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır.

Məhz belə vəziyyət bəzi Avropa rəsmilərinin erməni diaspor və milyonçuların əlində alət olduğunu göstərir ki, bu da ümumilikdə Avropanın özünə ciddi zərər gətirir. Hesab edilir ki, həm bu hala, həm də Avropada ermənilərin belə meydan sulamasına qarşı artıq Qərb ölkələrində rəsmi qaydada ciddi addımların atılmasına ehtiyac var.  Elə Bakının əsas istəklərindən biri də dövlətlərin, onların müxtəlif qurumlarının ərazi bütövlüyü məsələsində beynəlxalq hüquq normalarına sadiqliyini əməldə də göstərmələridir. Amma görünür, bu sahədə hələ də müəyyən problemlər var. Hər halda, Eleni Teoxarus amili ilə yanaşı, bu yaxınlarda Fransanın bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri də bunu təsdiq edir. Söhbət Alforvil, Valans, Sent-Etyen, Arnuvil bələdiyyə rəhbərlərindən gedir. Xatırladaq ki, bu qanunsuz səfərlərin təşkilində Frnasadakı erməni lobbisinin rolu az olmayıb. Eyni fikirləri  bir müddət əvvəl zəbt edilmiş ərazilərə gələn Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay barədə də demək olar. Xatırladaq ki, sonuncular da Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Yuxarıda qeyd olunduğu kimi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına belə şəxslərin səfərlərinin təşkil edilməsi işğal altındakı Dağlıq Qarabağda yaradılan qondarma rejimi təbliğ etməyə, eyni zamanda, separatizmin təşviq olunmasına xidmət edir. Bununla da beynəlxalq konvensiyaların tələbləri ciddi şəkildə pozulur. Düzdür, Azərbaycan daim bu cür qanunazidd hərəkətlərin cavabını verir, müvafiq tədbirlər görür. Belə ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur, onların Azərbaycana gəlişinə qadağa qoyulur. Lakin bütün bunlara qarşı Avropanın özünün də ciddi addımlar atmasına böyük ehtiyac var. Ən azı o baxımdan ki, belə vəziyyət Avropanın özü üçün də ciddi təhdid yaradır. Eyni zamanda,  bu cür yolverilməz addımlar mənfi presedentlər meydana çıxarır, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə hallar etnik separatizmi də təşviq etdyindən, Avropada buna qarşı ciddi addımlar atılması çox önəmlidir. Başqa sözlə, qlobal miqyasda təhlükəsizliyə, əməkdaşlığa önəm verdiyini ifadə edən Avropa dövlətlərinin bu cür halları nəzərə alması, müvafiq tədbirlər görərək onları aradan qaldırması zəruridir. Əks halda bu, separatçılığın inkiaşfına töhfə verməkdən başqa heç nəyə xidmət etmir. Məsələnin başqa bir önəmli tərəfi budur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Avropa dövlətlərinin bəzi rəsmilərinin Bakının icazəsi olmadan zəbt edilmiş ərazilərə səfərləri ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olmaqla yanaşı, qarşılıqlı münasibətlərin mahiyyətinə də uyğun deyil. Burada onu da nəzərə almaq lazımdır ki, Azərbaycan daim öz milli maraqlarını rəhbər tutmaqla yanaşı, digər dövlətlərin də mənafelərini nəzərə alır, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Bunun artıq Avropa dövlətləri tərəfindən də nəzərə alınıb konkret əməldə tətbiq edilməsi, Azərbaycan qanunlarına hörmət etəmyənlərə qarşı cəza tədbirlərinin görülməsi olduqca zəruridir.

İndilikdə isə Azərbaycan qanunsuz səfərlərlə bağlı məsələdə hələlik öz imkanları daxilində mübarizə aparır və konkret nəticələrə də nail olur. Hər halda, işğal altındakı ərazilərə qanunsuz yolla gələnlərin sayında ciddi azalma da bunu təsdiq edir. Bundan başqa, xatırlatmaq yerinə düşərdi ik, əvvəllər Azərbaycandan icazə almadan Dağlıq Qarabağa gələnlərin bir çoxu sonradan bu səhv əməllərindən peşman olduqlarını bildirərək, adının “qara siyahı”dan çıxarılması üçün Bakıya müraciət ünvanlayıb. Elə təkcə ötən ay ölkəmizə iki belə müraciət olub. Belə ki,

Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı İbrahim Ahmed Mohammed Abdalla Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Müraciətində İbrahim Ahmed Mohammed Abdalla 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycana və onun xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. Abdalla ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Səfərlə əlaqədar təəssüfünü ifadə edən Abdalla Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib. Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. İbrahim Ahmed Mohammed Abdalla gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Eyni məqama Latviya vətəndaşı, “IMPRO Travels LTD" tur agentliyinin əməkdaşı Harijs Egliensin müraciətində də rast gəlmək mümkündür. Bu şəxs də  Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Egliens 2015-ci ilin oktyabr ayında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O da bu səfərin Azərbaycana və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. Egliens ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Həmçinin bu şəxs də gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. Bu fonda Egliens gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Bir daha qeyd edək ki, hər iki müraciət və onlara cavab ötən ay qeydə alınıb. Bundan əvvəl də Azərbaycan tərəfinə çoxsaylı belə müraciətlər olub. Bütün bunlar Bakının qeyd olunan məsələdə həyata keçirdiyi siyasətin yüksək effektivliyini göstərir, eyni zamanda, Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Amma hər halda, Azərbaycanın bu mövqeyinin indiki halda digər dövlətlər, o cümlədən Avropa ölkələri tərəfindən də nəzərə alınması olduqca vacibdir. Ən azı o baxımdan ki, bu hal separatçılığın qarşısının alınması baxımından çox önəmlidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ