çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Status-kvo məsələsində ABŞ və Rusiyanın mövqeyi eyniləşir, Ermənistanın və lobbinin yeni Qarabağ əndişələri...

Image


Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində son dövrlərdə diplomatik fəallıq dərəcəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi müşahidə edilməkdədir. Özü də bu fəallıq regionda xüsusi maraqları olan böyük güclər tərəfindən özünü daha qabarıq formada büruzə verir. Məsələn, ABŞ rəsmiləri ötən dövrlərlə müqayisədə Qarabağ konfliktini daha çox gündəmə gətirərək, onun çözümünün tezləşməsinin vacibliyini bəyan edirlər. Bu xüsusda ABŞ-ın ATƏT yanında missiyası rəhbərinin müavini Qreqori Makrisin açıqlamaları daha çox diqqət cəlb edir.

Markis qeyd edib ki, münaqişə həddindən çox uzanır: "ABŞ Ermənistan və Azərbaycan arasında təhlükəsizlik sahəsində vəziyyəti sabitləşdirə və danışıqlar üçün daha konstruktiv ab-hava yarada biləcək etimadın möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi üzrə tədbirləri dəstəkləyir. Birləşmiş Ştatlar ATƏT məkanında münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu həmsədrlərinin fəal iştirakı ilə nizamlanmasına böyük əhəmiyyət verir. Məhz buna görə Birləşmiş Ştatlar ötən ay ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin yeni təyin olunmuş müşaviri Corc Kenti kimi yüksək səviyyəli diplomatları Ermənistan və Azərbaycana göndərdi". Onun sözlərinə görə, ABŞ da bu fikri bölüşür ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvo qəbuledilməzdir. Beləliklə, ABŞ kifayət qədər açıq şəkildə bəyan edir ki, Qarabağ münaqişəsi ətrafında status-kvo dəyişməlidir və belə mövqe Azərbaycanın istəklərinə də tam uyğundur.

Ermənistanın “acnis” saytı isə yazır ki, ABŞ-ın Qarabağ məsələsində  belə fəallıq nümayiş etdirməsi heç də təsadüfi xarakter daışımır və regionda Vaşinqtonun maraqları ilə birbaşa bağlıdır: “Ermənistanda hakimiyyət dəyişikliyi beynəlxalq münasibətlərdə dramatik proseslərə təsadüf etdi. Xüsusilə regionda proseslər daha aktivdir. Türkiyədə, İranda, Səudiyyə Ərəbistanında və regionun digər ölkələrində daxili proseslər geosiyasi amillərdən qaynaqlanır. Bu baxımdan, Ermənistanın daxili vəziyyətinə də beynəlxalq dəyişikliklər təsir edir. Cənubi Qafqazda lokal münaqişələr “hibrid” müharibələr formasında baş verir. Bütün bunların fonunda diqqətlər Dağlıq Qarabağa yönəlir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Qarabağ münaqişəsini qlobal problem adlandırdı və Cənubi Qafqazı Vaşinqtonun maraq dairəsi elan etdi. Bu təsadüfi sözlər deyil. Böyük ehtimalla, Rusiya, Türkiyə, İran, eləcə də regionda böyük və xırda oyunçular Qarabağ üzrə danışıqlara laqeyd qalmayacaq. Lakin diqqət çəkən məqam Ermənistanda seçki öncəsi siyasi partiyaların Qarabağla bağlı heç bir müzakirə aparmamasıdır. Bu onu göstərir ki, partiyalar, bütövlükdə Ermənistanın siyasi fikri Qarabağ üzrə strategiyanı və taktikanı hazırlaya bilmədi”. Sayt qeyd edir ki, belə vəziyyət indiki halda Azərbaycanın maraqları ilə tam uyğunlaşır və Bakı ərazilərini geri qaytarmağa hazırlaşır. Bu xüsusda diqqət həm də ona yönəlir ki, Azərbaycan Rusiya və ABŞ-la münasibətlərini daha uğurla tənzimləyir və belə vəziyyət Qarabağ məsələsində Bakıya yeni üstünlüklər qazandırır. Buna sübut kimi həm Moskvanın, həm də Vaşinqtonun Azərbaycanla, digər sferalarla yanaşı, hərbi müstəvidə də əməkdaşlığı genişləndirməsi göstərilir. Xüsusən də “Azadlığa dəstək Aktı”na əlavə edilmiş  907-ci düzəlişin ləğvinin Ermənistan üçün yeni böyük zərbə olacağı vurğulanır.

Xatırladaq ki, hələ ötən ay regionda səfərdə olarkən Con Bolton da bildirmişdi ki, prezident Donald Tramp, səlahiyyətlərindən istifadə edərək, dövlət səviyyəsində ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran akta 907-ci düzəlişi dayandıra bilər: “Bu, Konqres tərəfindən təsdiqlənib. Hakimiyyətin icra qolu eyni siyasi xəttə sadiq olmaya bilər və bizim konstitusiyamıza əsasən, xarici siyasəti məhz prezident müəyyən edir. Bir çox hallarda müxtəlif prezidentlər alışlar həyata keçirmək üçün bu düzəlişin qarşısını alıb və biz daim bunu müzakirə edirik”. Belə vəziyyətisə, İrəvanla yanaşı, ABŞ-dakı erməni diasporunu da ciddi narahat edir. ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data”nın rəhbəri Aram Qambaryanın açıqlamaları da göstərir ki, okeanın o tayında Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb. Aram Qambaryan Tramp administrasiyasının 907-ci düzəlişi ləğv etmək istədiyini deyib. Onun sözlərinə görə, Tramp administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq: “Məsələ ondadır ki, bu qətnamənin aradan qalxması və ABŞ-ın silah satmağa başlaması Ermənistanın marağına uyğun deyil. Doğrudur, ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq qətnamənin pozulması deməkdir. Lakin burada hansı ölkənin nə qədər silah ala bilmək potensialının olduğu əsas rol oynayır. Azərbaycanın daha çox silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə, Azərbaycanın alacağı hər silah bu ölkənin ordusunun gücünü daha da artacaq. Biz bundan narahatıq və qətnamənin qüvvədə qalması üçün əlimizdən gələni edəcəyik”. Ekspertlər isə erməni diaspor rəhbərinin narahatlığının əbəs olmadığını bildirir. Eyni zamanda o da vurğulanır ki, erməni diasporu bu prosesin qarşısını almaq iqtidarında deyil. Amerikalı politoloq Piter Teys bunu onunla izah edir ki, Ağ Ev müxtəlif lobbi qruplarının təsirini azaltmaq istiqamətində son dövrlərdə mühüm addımlar atıb: ”Prezident Trampı, erməni lobbisi də daxil olmaqla, bir sıra müxtəlif lobbi qruplarının ABŞ Konqresi və icra orqanlarına təsirinin azaldılması istiqamətində gördüyü işlərə görə alqışlamaq lazımdır. Xatırladım ki, Tramp ABŞ prezidenti seçildikdən sonra Birləşmiş Ştatlardakı erməni lobbisinin maraqları müəyyən mənada zərbələr almağa başladı.
Məsələ ondadır ki, Tramp erməni diasporunun pullarından asılı vəziyyətdə deyil. Erməni lobbisi Trampın seçkilərində heç bir rola malik olmayıb. Ona görə də Ağ Evin sahibi özünü erməni lobbisinə borclu hesab etmir. Bu mənada Tramp ABŞ-ın ilk prezidentidir ki, bu ölkədəki erməni diasporu onun üzərində heç bir təsirə malik deyil. Bu da öz növbəsində, şübhəsiz ki, Amerikadakı erməni lobbisinin ciddi məğlubiyyəti kimi qəbul edilir. Bu baxımdan, ABŞ-ın xarici siyasətinə Amerika erməni lobbisinin təsiri minimuma enir. Ən azı ona görə ki, Tramp administrasiyasının ermənilərin qarşısında hər hansı korporativ öhdəliyi yoxdur”. Digər tərəfdən nəzərə almaq lazım gəlir ki, Azərbaycan, eləcə də qardaş Türkiyə diasporu da ötən illər ərzində ermənilərin ABŞ-da mövqelərinin zəiflədilməsi istiqamətində genişmiqyaslı işlər görüb. Məhz bu fonda tamamilə aydındır ki, erməni lobbisi 907-ci düzəlişin  dayandırılmasına qarşı heç bir addım ata bilməz.

Xatırladaq ki, 1992-ci ildə Konqresdə qəbul edilmiş düzəlişlərə əsasən, ABŞ administrasiyası tərəfindən dövlət səviyyəsində Bakıya yardım göstərilməsi qadağan edilib. Uzun illərdir, Azərbaycan diplomatları bu düzəlişin ləğvinə çalışır. İndi bunun üçün daha əlverişli vəziyyət yaranmaqdadır. 907-ci düzəlişin ləğvi həm də Azərbaycana ABŞ silahları almağa lazımi imkan yaradacaq. Düzdür, ABŞ-dan silah almaq məsələsi o qədər də mühüm deyil. Çünki Azərbaycan, Rusiya ilə yanaşı, İsrail və NATO-nun ən güclü ölkələrindən biri olan Türkiyədən ən müasir silahlar alır. Lakin indiki durumda 907-ci düzəlişin  ləğvi Azərbaycanın Ermənistan üzərində növbəti mühüm qələbəsi olacaq. Eyni zamanda bu məsələyə, istisnasız olaraq, ABŞ-Azərbaycan münasibətləri kontekstində də yanaşmaq lazımdır. Görünən odur ki, Azərbaycanın ABŞ üçün əhəmiyyəti artır və 907-ci düzəlişin ləğvi ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə əngəl olan bir sıra maneələrin aradan qaldırılmasına imkan verəcək. Digər tərəfdən, uzun müddət ABŞ-dakı qüdrətli erməni diasporuna güvənən Ermənistan Azərbaycanla qarşıdurmada uzun müddət yararlandığı təsir imkanını itirmiş olacaq. Qeyd olunduğu kimi, 907-ci düzəlişin  ləğvi həm də ABŞ-ın birbaşa Azərbaycana silah satmasına imkan verəcək.  Bunun isə Ermənistanda hansı ajiotaj yaradacağını təsəvvür etmək çətin deyil.

Xatırladaq ki, artıq Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil olması ermənilər üçün daha bir pis sürpriz olub.  İndi görünən odur ki, Bakı İrəvan üçün daha çox belə sürprizlər hazırlayacaq. Çünki ABŞ başda olmaqla, Qərb dövlətləri, digər sahələrlə yanaşı, hərbi sferada da ölkəmizlə əməkdaşıla getdikcə daha çox maraq göstərir. Digər tərəfdən o da sirr deyil ki, ABŞ-ın silah  şirkətləri hərbi-iqtisadi sahədə Azərbaycanın imkanlarının nəyə çatdığını da yaxşı bilirlər. Elə bu səbəbdən də ölkəmizlə hərbi əməkdaşlığa böyük diqqət yetirirlər. Açıq görünür ki, Qərb indi ölkəmizi özünün etibarlı və vacib tərəfdaşı hesab edir. Elə bu fonda son dövrlərdə, ABŞ başda olmaqla, Qərb dünyası Azərbaycanla hərbi müstəvidə də əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verir.

Bununla yanaşı, rəsmi Bakı ordunu ən müasir silah-sursatla təmin etmək üçün Rusiya, Ukrayna, Türkiyə, Belarus, Pakistan, İsrail və digər ölkələrlə də hərbi-texniki sahədə əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycanın özünün hərbi-sənaye kompleksi də mövcuddur. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi qısa zamanda müasir hərbi texnika, silah və döyüş sursatları istehsal etməklə yanaşı, silah idxalı asılılığını da azaldıb. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir ki, burada 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Belə vəziyyət Azərbaycanın düşmən Ermənistan qarşısında mövqelərini daha güclü hala gətirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ