çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakının KTMT uğuru İrəvanda yeni siyasi qarşıdurmaya rəvac verdi...

Image


Ermənistanda yaxınlaşan növbədənkənar parlament seçkiləri fonunda iqtidar və müxalifət düşərgəsində yer alan qüvvvələrin biri-birinə qarşı daha kəskin formada mübarizəyə start verdikləri müşahidə olunur.

Hazırda sabiq prezident Serj Sarksiyanın rəhbərlik etdiyi və ana müxalifət sayılan Respublika Partiyası yaranmış vəziyyətdə diqqəti xarici siyasətdəki uğursuzluqlara daha çox yönəltməyə çalışır. Xüsusən də Rusiya ilə münasibətlərin kəskinləşməsinin Ermənistana böyük zərbə olduğu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son Astana sammitində Ermənistan nümayəndəsinin baş katib vəzifəsinə seçilməməsinin İrəvan üçün dəhşətli sonluqlara gətirib çıxaracağına dair məqamlara daha çox diqqət yetrilir. Bildirilir ki, bununla Ermənistan həm də mühüm bir platformada Azərbaycana məğlub duruma düşüb. Respublika Partiyasının təmsilçiləri iddia edir ki, Nikol Paşinyan hakimiyyətdə möhkəmlənəcəyi təqdirdə Ermənistanın Azərbaycana belə məğlubiyyətlərinin sayı da çox olacaq.  Hazırda İrəvanda siyasi gündəmi bu məsələ KTMT-nin Astana samiiti fonunda getdikcə daha çox məşğul edir.  Bununla bağlı Ermənistanın “1in.am” portalı yazır: “Sabiq müdafiə naziri, Respublika Partiyasının seçkiqabağı siyahısına başçılıq edən Vigen Sarkisyan bəyan edib ki, Ermənistan KTMT baş katibi ilə bağlı öz kvotasını saxlaya bilməsə, bu onun üçün çox ciddi xarici siyasət uğursuzluğu olacaq.

Vigen Sarkisyanın bu bəyanatı qeyri-adi deyil, çünki bir sıra ekspert və respublikaçılar da belə mövqedən çıxış ediblər.  Lakin bununla birlikdə, indi aydın olur ki, Ermənistana heç nə verməyən KTMT baş katibliyi kvotasının itirilməsi xarici siyasət uğursuzluğuna çevrilə bilər. Vigen Sarkisyan bunu belə izah edir ki, baş katib postu əldən çıxarsa, bu, böyük uğursuzluq olacaq. Onun sözlərinə görə, bu cür risqlər Yuri Xaçaturova qarşı atılan addımlarda nəzərə alınmalı idi. Sarkisyan keçmiş hökumətin KTMT və Avrasiya İqtisadi Komissiyasında rəhbər postu əldə etmək üçün çoxlu güc sərf etdiyini, bunun nəticəsində İrəvanın böyük üstünlük qazandığını vurğulayıb. Lakin indi o, bu üstünlüyün itirildiyini vurğulayır.  Özü də o fonda ki, bundan qazanan tərəfin Azərbaycan olmasına diqqət də artır”.

Bununla yanaşı, “1in.am” portalı ona da xüsusi nəzər salır ki, Azərbaycanın təşkilata artan marağı burada Ermənistanın mövqelərinin itirilməsi ilə müşayiət olunur: “Bakını çoxvektorlu xarici siyasətini yenidən nəzərdən keçirməyə məcbur edəcək Azərbaycanın təhlükəsizlik mühitinə heç bir təhdid yoxdur. Azərbaycan diversifikasiya edilmiş münasibətlər sayəsində öz təhlükəsizliyini təmin edir. Nəinki Rusiya ilə, eyni zamanda Türkiyə, İsrail və Pakistanla da xüsusi əməkdaşlıq qurur.

Çoxları etiraz edə bilər ki, KTMT-yə qoşulmaq Azərbaycanın müqayisədə daha əlçatan qiymətlərlə Rusiyadan silah əldə etməsinə imkan verəcək. Əlbəttə, bu tutarlı arqumentdir. Digər tərəfdən, KTMT-yə üzvlük və ya bu təşkilatda müşahidəçi statusu Azərbaycanın Ermənistana qarşı mövqeyinin tərkib hissəsi də sayıla bilər. Yayılmış digər arqumentə əsasən, Azərbaycanın mümkün KTMT üzvlüyü Qarabağ problemindən asılıdır. Başqa sözlə, Bakı Ermənistan tərəfinin taktiki üstünlüyünü neytrallaşdırmağa çalışır. Bu arqument müəyyən qədər tənqidə tab gətirmir, çünki Azərbaycanın KTMT daxilində maraqları onun iştirakı olmadan da təmin olunur. Bütün məsələlərdə Qazaxıstan, bir çox hallarda Belarus da Azərbaycanın maraqlarına lobbiçilik edir. Və belə bir qeyri-adi vəziyyət yaranıb: formal müttəfiqlərin çevrəsində Ermənistan Azərbaycanla müqayisədə daha az dəstəklənir. Bütün bu amillər göstərir ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərini xarici siyasətini formal öhdəliklərlə buxovlamayan ikitərəfli və çoxtərəfli meydanlarla qurmağa üstünlük verir”.

Erməni portalı onu da qeyd edir ki, Belarus Bakını İrəvandan daha üstün tutduğunu getdikcə daha açıq şəkildə göstərir. Buna sübut kimi prezident Aleksandr Lukaşenkonun  Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə KTMT-nin Astana sammiti haqda danışıqları göstərilir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan isə bildirir ki, KTMT-nin daxili məsələlərini Bakı ilə müzakirə etmək doğru deyil: “Ermənistan KTMT-yə altı ölkənin kollektiv təhlükəsizlik məsələlərinin aid olduğu meydan kimi baxır. Təşkilatın tərkibində həll edilməsi lazım olan problemlər isə var”.

“1in.am” portalı yazır ki, müxalifət belə vəziyyəti də Paşinyan iqtidarının növbəti uğursuzluğu kimi görür: “Belarus prezidenti Lukaşenko Azərbaycanın səfirini qəbul etdiyi və onun qarşısında Astanada KTMT-nin yeni baş katibilə bağlı məsələnin mazakirəsi haqqında hesabat verdiyi zaman Ermənistan müxalifəti hakimiyyətin itirilməsindən doğan “qəmdən” deyil, dövlət maraqlarından çıxış edərək, Azərbaycana hesabat verən lobbiçi Lukaşenkonun yox, Ermənistanın dövlət maraqları mövqeyində durmalıdır. Ermənistanın dövlət maraqları isə bu halda hər şeyi öz adı ilə çağırmağı və Ermənistanın kvotası ilə bağlı KTMT-nin və ya onun bəzi üzvlərinin rədd cavabı verməsini İrəvanın xarici siyasət uğursuzluğu kimi deyil, necə deyərlər, hərbi-siaysi ittifaq kimi KTMT-nin qeyri-qənaətbəxşliyi olaraq təsbit etməyi tələb edir. Lakin növbədənkənar parlament seçkilərinin yaxınlaşması fonunda bu məsələdən müxalifət hakimiyyətə qarşı daha sərt formada istifadə edir”. Portal onu da vurğulayır ki, yaranmış vəziyyətdə uduşlu mövqedə olanlardan biri də Azərbaycandır. Çünki Bakı təşkilatda İrəvana nisbətən daha mühüm söz sahibi olduğunu göstərə bilib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ