çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Hikmət Hacıyev: “Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir”

Image


Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin Trend-ə müsahibəsi

- Yola salmaqda olduğumuz həftə də ölkəmizin xarici siyasəti baxımından intensiv oldu və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri ilə müşayiət olundu.

- Həftə ərzində ölkəmizə olan səfərlər və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə keçirdiyi görüşlər ölkəmizin xarici siyasətinin nə dərəcədə dinamik, çevik və çoxşaxəli olmasının növbəti göstəricisidir. Paytaxt Bakı Fələstinin Asiya qitəsi ölkələrində səfirlərinin toplantısına ev sahibliyi etdi və bu xüsusda dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riyad əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Nəzərə almaq lazımdır ki, Fələstin məsələsi beynəlxalq gündəlikdə duran ən aktual mövzulardan biridir və ölkəmiz də bu məsələnin həll edilməsinə, fələstinlilərin humanitar problemlərinin aradan qaldırılmasına öz töhfəsini verir. Dövlətimizin başçısı, eyni zamanda Səudiyyə Ərəbistanı daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüz siyasətinə görə Səudiyyə Ərəbistanının bu ölkə ilə əlaqələri yoxdur. Ümumiyyətlə, ölkəmiz İslam həmrəyliyinə sadiqdir və əməli addımlarla İslam həmrəyliyinin gücləndirilməsinə öz əsaslı töhfəsini verir.

Azərbaycan və Avropa İttifaqı arasında bu ilin oktyabrının sonunda keçirilmiş ilk təhlükəsizlik dialoqunun ardınca Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizdə səfərdə oldu və Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşlarından biridir və Aİ-dən olan yüksək vəzifəli rəsmilərdən birinin də dediyi kimi, Azərbaycan sabit, müasir və mötədil siyasət yürüdən ölkədir. Başqa sözlə desək, Azərbaycan Avropa İttifaqı üçün təbii tərəfdaşdır. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair saziş layihəsinin başa çatdırılması əməkdaşlığın hərtərəfli inkişafına əlavə təkan verəcək.

Dövlətimizin başçısının ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizin Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfəsi, NATO üzv ölkələrinə göstərdiyi tranzit və nəqliyyat dəstəyi, ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

Bir sözlə onu deyə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanın uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir və ölkəmizin tərəfdaşlıq əlaqələri məzmun və coğrafi baxımdan davamlı surətdə genişlənir.

- Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəmizin haqlı və ədalətli mövqeyinin daha da güclənməsi tendensiyası davam edir. Bütün tərəflər status-kvonun qəbuledilməzliyini etiraf edirlər.

- Xatırlatmaq istərdim ki, 2011-ci ildə "Böyük Səkkizliy"in Dövildə keçirilmiş sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində verdikləri bəyanatda status-kvonun qəbuledilməz olduğunu vurğulamışdılar. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyanada ATƏT-in Daimi Şurasında keçirdikləri brifinq əsnasında da status-kvonun qəbuledilməzliyi ABŞ və digər nümayəndə heyətləri tərəfindən bir daha səsləndirildi. Birmənalı olaraq işğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını ehtiva edir.

Ermənistan-Azərbaycan münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə və Helsinki Yekun Aktına əsaslanır.

Yalnız son bir neçə aylıq dövrə nəzər salsaq, Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədi, NATO-nun Brüssel sammitinin yekun bəyanatı, Almaniyanın kansleri və bu ölkənin Xarici İşlər Nazirliyi, ABŞ-ın yüksək vəzifəli rəsmiləri və Ermənistandakı səfiri, Belçika Xarici İşlər Nazirliyinin açıqlamaları, həmçinin İstanbulda keçirilmiş Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə qəbul edilmiş bəyanatları qeyd edə bilərik. Ümumiləşdirilmiş şəkildə desək, bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu və münaqişənin həll edilməsi üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğu qeyd olunur.

Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsi ilk növbədə dövlətlərin BMT nizamnaməsi əsasında öz üzərilərinə götürdükləri öhdəliklərinə sadiqliyinin göstəricisidir.

Ermənistan reallığı düzgün qiymətləndirməli və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişənin həllində irəliləyişin əldə olunması, regionun ehtiyac duyduğu davamlı sülhün təminatı mümkündür.

- Bu günlərdə Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dövlət başçılarının zirvə toplantısı keçirildi. Sammit Ermənistan üçün növbəti uğursuzluqla başa çatdı. Ermənistanın iddialarına və istəklərinə baxmayaraq, təşkilatın Baş katibi postu Ermənistandan alındı. Ermənistan bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı.

- Təbii ki, bu KTMT üzv dövlətlərinin qəbul etdiyi qərardır. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə toplantısını yaxından izləyib. Sammit nəticəsində qəbul edilmiş sənədlər və yekun bəyanat barədə qeyd götürülüb. Bu qəbildən olan sənədlərdən biri müşahidəçi və tərəfdaş ölkələrin hüquqi statusu barədədir. O ki qaldı Ermənistana, bu ölkənin bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir.

Nəzərə almaq lazımdır ki, məlum səbəblərə görə Ermənistan istisna olmaqla Azərbaycanın KTMT-nin bütün üzv dövlətləri ilə çox sıx dostluq və tərəfdaşlıq münasibətləri var. İkitərəfli və çoxtərəfli müstəvilərdə bu əməkdaşlıq daha da genişləndirilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ