çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Gələn ilin əvvəlində Ermənistan Qarabağ məsələsində mühüm yeniliklər etmək zorundadır...

Image


Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı tərəf olduğunu ötən zaman ərzində aydın nümayiş etdirib və bununla bağlı olaraq uzun illər ərzində Ermənistanla danışıqlar aparıb. Amma yenə ötən zaman onu da çox açıq göstərib ki, işğalçı tərəf Azərbaycanın bu jestlərini, sülh yoluna sadiqlyini lazımınca qiymətləndirə bilməyib.

Elə bu səbəbdən Ermənistan hər vəchlə Qarabağ konflikti ətarfında status-kvonun qorunub saxlanmasına çalışıb. Lakin Ermənistan üzərində bütün əsas parametrlər, o cümlədən hərb müstəvisində əzici üstünlüyə malik Azərbaycan vəziyyətin bu şəkildə qalmasına daha dözmək niyyətində deyil.  Məsələnin lazım gəlsə hərbi yolla həllini tapa biləcəyinə dair Bakı İrəvana xəbərdarlıqlarını artırır. Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Prezident İlham Əliyev bu xüsusda mühüm məqamlara toxunub: “Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir”.

Dövlət başçısı bu gün beynəlxalq hüquq normalarının tamamilə kənara qoyulduğunu qeyd edib: “Əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”. Qeyd edilən fikirlərdən kifayət qədər aydın görünür ki, Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə bərpa etməyə hazırdır. Belə vəziyyətdə Ermənistanın konkret addımlar atması üçün vaxtı çox məhddudur. Məsələ burasındadır ki, real vəziyyətdə Ermənistanda, daxili siyasi vəziyyət nəzərə alınaraq, danışıqlar prosesinin dayanması normal hesab edilir. Rəsmi Bakı da indiki şəraitdə bunu anlayışla qarşılayır. Dekabrda Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra bu ölkədə hakimiyyətdə hansı qüvvənin yer alacağı dəqiq müəyyən olunacaq. Məhz bundan sonra Azərbaycan Ermənistanın Qarabağ məsələsində dəqiq mövqeyinin müəyyən edilməsini gündəmə gətirəcək. Ermənistanın mövqeyi isə Qarabağ münaqişəsinin hərb, yoxsa sülh yolu ilə çözümünü müəyyən edəcək. Hər halda görünən budur ki, artıq növbəti il ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm yeniliklər olacaq. Bunu israilli politoloq Yuri Boçarov da istisna etmir. Ekspertin fikrincə, Azərbaycan və həmsədr ölkələr problemin dinc müstəvidə həllini istəyir: “Halbuki, Azərbaycan problemin güc müstəvisində həlli üçün də kifayət qədər imkanlara malikdir. Hər halda aprel döyüşləri yaddan çıxmayıb. Ermənistanın bunu nəzərə alıb dinc həllə çalışması İrəvanın özü üçün vacibdir. İndilikdə isə öz bəyanatları ilə Azərbaycan hakimiyyətini təxribata çəkməyə çalışan Nikol Paşinyan onu yaxın perspektivdə nələrin gözləyə biləcəyindən xəbərsizdir. Amma ola bilsin ki, dekabr seçkilərindən sonra o, daha real mövqe sərgiəlyib Azərbaycanla uzlaşsın. Ermənistan nəzərə almalıdır ki, Bakı hərbi cəhətdən çox üstündür və region özü də ciddi hadisələrin astanasındadır. İran ətrafında baş verənlər bunu çox aydın göstərir”.

Yeri gəlmişkən qeyd edək ki, İran ətrafında baş verənlər Ermənistanın çöküşünü daha sürətli hala gətirməkdə, onun zəifləməsini sürətləndirməkdədir. Belə vəziyyətdə Ermənistanın Qarabağ məsələsində Azərbaycana müqavimət imkanları daha da tükənir.  “Daşnaksütyun“ Partiyasının siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan da bunu açıq etiraf edir. Onun sözlərinə görə, İrəvanın İranla münasibətlərini minimuma endirməsi üçün ABŞ-ın Ermənistana təzyiqləri davam edəcək: “Təzyiqlər davam edəcək. ABŞ-da bu cür qərar verilib. Bu qərarın nə dərəcə ədalətli olması başqa məsələdir. Bizim üçün məsələ çox çətindir. Eyni anda həm ABŞ-ı razı salıb, həm də İranla münasibətləri qorumaq olmaz. Yeganə yol ABŞ-dakı erməni diasporunun Ermənistanın heç bir alternativinin olmamasını Vaşinqtona anlada bilməsidir. Amma indilikdə bu da mümkün görünmür”. Ermənistan parlamentinin Respublika Partiyasından olan deputatı Artaşes Qeqamyan isə qeyd edir ki, İran hadisələri Qarabağda da yeni savaşı tətikləyə bilər.
Qeqamyan qeyd edir ki, Ermənistanda Soros Fondu və Qərbin digər qurumları tərəfindən 80-dən çox ictimai təşkilat ölkəni dağıtmaq işini həyata keçirir: “Onların fəaliyyəti mənəvi dəyərləri tam məhv etmək və erməni dövlət quruluşunu dağıtmağa hesablanıb. Bildirməliyəm ki, onlar bu işdə uğur qazanırlar. Bu şeytan layihəsinin başında baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan dayanır”.
Erməni deputat iddia edir ki, bu durumda ABŞ Paşinyandan Dağlıq Qarabağ münaqişəsini həll etməyi tələb edir.
“Məqsəd burada müharibəni başlamaq və İranla Rusiyaya qarşı istifadə etməkdir. Lakin buna qədər Ermənistanda başqa proseslər baş verəcək. Ölkədə iqtisadi böhran yaradılacaq və bütün günah Rusiyanın üzərinə yıxılacaq. İndiyə qədər belə cəhdlər olub. Digər tərəfdən, ABŞ Ermənistandan İranla sərhədi bağlamağı tələb edəcək. Tramp Obama deyil, o daha sərt olacaq. Okeanın o tayındakı strateqlər bu proseslərin davamı olaraq Qarabağda müharibəni başladacaqlar və beləliklə, Ermənistan burada məğlubiyyətə uğrayacaq. O səbəbdən Qarabağ məsələsində danışıqlar yolu ilə təcili addımlar atılmalıdır. Nəzərə alaq ki, Azərbaycan ötən illər ərzində hərbi cəhətdən xeyli möhkəmlənib”. O bildirib ki, beynəlxalq vəziyyət də daha sürətlə Azərbaycanın lehinə dəyişməkdədir.  

Ekspertlər qeyd edir ki, Qarabağ məsələsində İrəvanın mövqelərini daha da zəiflədən daha bir amil Rusiya və İran faktoru ilə hazırda birbaşa bağlıdır. Artıq bəllidir ki, Kreml Ermənistana qətiyyən etibar etmir. Hətta əksinə, Rusiyanın hazırkı siyasəti regionda daha çox Azərbaycanla yaxınlaşmağa hesablanıb.  İran da tədricən Ermənistandan üz döndərməə məcburdur. Çünki Ermənistan real vəziyyətdə İrana qarşı ABŞ-ın planlarında yer alır və İrəvan bu məsələdə ona tapşırılan missiyanı yerinə yetirməyə hazırlaşır. Qeyd olunan xüsusda politoloq Elxan Ələsgərov çox maraqlı məqamalara toxunur. İlk olaraq o vurğulayır ki, ABŞ sanksiyalardan sonra indi də İranla bağlı hərbi hazırlıqlara başlayıb. Politoloq bunu Con Boltonun Cənubi Qafqaza səfəri və orada İranla bağlı gedən müzakirələrin nəticəsi kimi gördüyünü deyir: “Ümumiyyətlə, sanksiyalar ABŞ-ın İrana qarşı siyasətinin sadəcə ilkin mərhələsi idi. ABŞ-ın İrana qarşı siyasətinin əsas və yeni mərhələsi başlayır. Belə ki, ABŞ sanksiyalardan sonra indi də İranla bağlı hərbi hazırlıqlara başlayıb. Hazırda ABŞ-ın bu siyasətinin cizgilərini Suriyada, Ermənistanda və digər ölkələrdə görməkdəyik. ABŞ-ın İranı cənub, şərq və qərbdən əhatə edən müttəfiqləri - Əfqanıstan, İraq və Körfəz ölkələri onsuz da Vaşinqtonun siyasətini dəstəkləyir. Belə olan halda İrana bu ölkənin şimal sərhədi Ermənistan üzərindən nəzarət etmək qalır. Üstəlik, Ermənistandakı durum da ABŞ-a həmin istiqamətdən İrana qarşı imkanlar əldə etməyə böyük fürsət verir. Birincisi, Ermənistanda hazırda qərbyönümlü qrantlarla maliyyələşən kütlə çevrilişlə hakimiyyətə gələn dövlət başçısını seçməyə hazırlaşır. İkincisi, təcrübəsiz Paşinyan çaşqın bəyanatlar verməkdə davam edir. Üçüncüsü, Ermənistan maliyyə baxımından böhranlı vəziyyətdədir. Bu fonda Ermənistanın pulla alınması olduqca asan bir məsələyə çevrilir”.

Politoloq Ermənistandan Qarabağa üçüncü avtomobil yolunun çəkilməsinin də məhz eyni məqsədə xidmət etdiyini bildirib: “Bu yolun İranla sərhədin yaxınlığından keçməsi təsadüf deyil. Çünki sözügedən yol hərbi baxımdan Qarabağda erməni birləşmələrinə heç nə vəd etmir. Digər tərəfdən, Zəngilan tərəfdən çəkiləcək bu yol heç yaşayış üçün də nəzərdə tutulmayıb. Çünki həmin ərazidə yaşayış məntəqələri yoxdur. Bütün bunlar yalnız bir mətləbdən xəbər verir. Belə ki, sözügedən yoldan məhz İrana qarşı platsdarm, yaxud da hərbi bölgə məqsədilə istifadə ediləcək. Görünür, Ermənistan burada hansısa dövlətlərin hərbi birləşmələrinin yerləşməsinə icazə verib. Həmin bölgədəki mövcud şərait də gələcək hərbi əməliyyatlarda Ermənistan üzərindən İrana qarşı istifadə üçün yaralıdır”. Bütün bunlar çox aydın şəkildə nümayiş etdirir ki, Ermənistan artıq İrana qarşı xəyanətkar bir mövqedədir və Tehranda bunu nəzərə almağa məcburdurlar.  Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda ölkənin iflası və özünütəcridi daha da dərinləşcək. Beləliklə, regionda Ermənistan ona indiyə qədər böyük yardımlar göstərən Rusiya və İranın da dəstəyini itirir.  Məhz bu şəraitdə Qarabağda mümkün yeni savaşda Azərbayanın Ermənistan ordusunu daha qısa zaman kəsiyində tam şəkildə darmadağın etməsi daha asan hala gəlir.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan dövlət başçısı da bu xüsusda İrəvana xəbərdarlıqlar edib və ordumuzun gücünü növbəti dəfə işğalçı ölkəyə xatırladıb. Belə vəziyyətdə Ermənistan artıq Dağlıq Qarabağ məsələsində konkret mövqe tutmalıdır. Aydındır ki, İrəvan yenə indiki siyasi kursa sadiq qalsa və zəbt edilmiş əraziləri  azad etməsə, daha ağır zərbələrə məruz qalacaq. Elə Ağdamda da Azərbaycan dövlət başçısı xüsusilə qeyd etdi ki, Ermənistan 2016-cı ilin təkrarını yaşamaq istəmirsə, düşünməlidir. Hər halda, Bakı İrəvana son şans verir və qarşıdakı zaman Ermənistanın bu şansı necə dəyərləndirəcəyini aydın göstərəcək. Burada İrəvan onu da nəzərə almalıdır ki, Qarabağ münaqişəsinin hərbi yolla həll variantı işə düşərsə, Ermənistanın bir dövlət kimi tam çöküşü də qaçılmaz olacaq. 

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ