çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakının uğurlu təcrid siyasəti Ermənistanı dalana dirəyib…

Image


Ermənistanın işğal siyasətinin davam etməsi bu ölkənin sosial-iqtisadi, hərbi-siyasi cəhətdən çöküşünü indi daha sürətli hala gətirməkdədir. Eyni zamanda mövcud reallıq göstərir ki, bu işğal siyasəti Ermənistanda həm də sabitsizlik mənbəyidir.

Hər halda, Serj Sarksiyan iqtidarının başına gələnlər bunun real təsdiqi oldu. Məsələ burasındadır ki, Azərbaycanın Ermənistanı təcrid vəziyyətinə salması işğalçı ölkədə sosial-iqtisadi problemlərin davamlı olaraq artmasına rəvac verir və belə vəziyyət erməni cəmiyyətinin iqtidardan narazılığını artırır. Faktdır ki, Serj Sarksiyanın iqtidardan devrilməsində bu amil kifayət qədər böyük rol oynadı.    

Təcrid siyasəti fonunda Ermənistanın Azərbaycan qarşısında daha aciz duruma düşməsi, əslində bundan sonra da qaçılmaz hal sayılır. Başqa sözlə, həyata keçirdiyi işğal siyasəti Ermənistana getdikcə daha baha başa gəlməkdədir. Yuxarıda qeyd olunduğu kimi, bununla bağlı olaraq hər keçən gün Ermənistana siyasi, hərbi, iqtisadi, diplomatik müstəvidə daha böyük zərbələr dəyir, işğalçı ölkə daha ağır duruma düşür. O da birmənalı həqiqətdir ki, Nikol Paşinyan hökuməti bundan nəticə çıxarmasa, elə onu da eyni aqibət gözləyir. Əslində, Azərbaycan qeyd olunan xüsusda davamlı olaraq Ermənistana və onun hamilərinə də xəbərdarlıq edir. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı bu xüsusda çox maraqlı fikirlər səsləndirib. Öncə aprel döyüşlərinə toxunan dövlət başçısı qeyd edib: “Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Qeyd olunan fikirlərdən aydın görünür ki, işğal siyasətinə son qoyulmayacağı təqdirdə Ermənistanı daha ağır günlər gözləyir. Çünki Azərbaycanın razılığı olmadan Ermənistanın iqtisadi blokada vəziyyətindən çıxması mümkünsüzdür. Əslində, elə bu blokada üzündəndir ki, işğalçı ölkədə səfalət və kasıblıq həddi hər gün artır, insanlar sürətlə ölkəni tərk edir. Ötən zaman göstərir ki, Ermənistanın işğal siyasətinə son qoymaması və Azərbaycanın ərazi bütövlüyünü tanımadığı təqdirdə onun iflası daha sürətli xarakter alacaq. Bununla bağlı Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Ermənistana konkret mesajlar da ünvanlayıb. Qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtsınlar: “Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir”. İndi görünən budur ki, Paşinyan işğal məsələsində Sarksiyan iqtidarının siyasətini davam etdirsə, onu da yaxşı aqibət gözləmir. Özü də nəzərə almaq lazımdır ki, bütün bu proseslərdə Azərbaycana beynəlxalq dəstək də artır. Bu mənada, Azərbaycanın diplomatik gedişləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə ilgili beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər Ermənistanın vəziyyətini gündən-günə pisləşdirir. Artıq əvvəllər İrəvana himayədarlıq edən dövlətlər belə ermənilərin nankorluğunu aydın görür. Bunlara paralel olaraq, sürətlə inkişaf edən Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olan dövlətlər Ermənistanın işğalçılığını açıq-aydın qınayır və ölkəmizin ərazi bütövlüyünün bərpası vacibliyini daha çox gündəmə gətirirlər. Başqa sözlə, zaman Azərbaycanın xeyrinə işlədikcə, Ermənistan dalana dirənir. Burada diqqət çəkən başlıca məqamlardan biri də budur ki, regionda böyük təsir gücünə malik Rusiyada da Ermənistana qarşı böyük inamsızlıq formalaşıb.

Belə vəziyyətdə əksər rus ekspertlərinin mövqeyi bundan ibarətdir ki, Kreml artıq Qarabağ məsələsində Azərbaycanın lehinə konkret addımlar atmalı, bu yolla xəyanətkar Ermənistanı cəzalandırmalıdır. Məsələn, Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixiyev qeyd edir ki, Ermənistandakı “məxməri inqilab” Vaşinqtonun rəhbərliyi ilə təşkil olunub və həyata keçirilib: “Ermənistanda indi deyirlər ki, hakimiyyət dəyişikliyi amerikalılarla heç cür bağlı olmayıb,  lakin bu qətiyyən belə deyil, hamıya yaxşı məlumdur ki, Ermənistanda Amerikanın böyük sayda dayaqları var”. Rusiyalı ekspertin fikrincə, ABŞ-a Ermənistanda müəyyən dərəcədə idarəolunan hakimiyyət ona görə gərək idi ki, İrana təzyiq üçün platsdarm qazansın. Bu səbəbdən o, Moskva və Tehranın İrəvana qarşı ölçü götürməli olduğunu vurğulayır. 

Digər rusiyalı politoloq Aleksey Martınov isə diqqəti buna yönəldir ki, ABŞ Qafqazdakı koordinasiya mərkəzini Gürcüstandan Ermənistana köçürür. Ekspertin sözlərinə görə, ABŞ SSRİ-nin dağılmasından sonra keçmiş sovet coğrafiyasına nəzarəti ələ keçirmək üçün bütün infrastukturu qurub: “Amerika prezidentinin müşaviri Con Bolton Ermənistanda olarkən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanla qarşıdurma və Türkiyə ilə sərhədlərin bağlaması məsələləri ətrafında apardığı müzakirələri ictimaiyyətə açıqlamadı. Ermənistanın “yeni hökuməti” də bu məsələlər ətrafında hansı anlaşmanın olduğunu demədi. Başqa sözlə, ABŞ-ın koordinasiya mərkəzi Gürcüstandan Ermənistana köçürülür. Amerikalılar bunu bölgədə bitərəf mövqedə dayanmış Azərbaycan vasitəsilə edə bilməzdi, amma Gürcüstan üzərindən edə bilərlər. Yəni Ermənistan ABŞ-a həm Rusiya, həm də Türkiyəyə təzyiq etməyə icazə verəcək”.

Aleksey Martınov bu fonda İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesini çətinləşdirdiyinə diqqət çəkib: “Nikol Paşinyan bir yandan Qarabağla bağlı yaranmış həll mexanizmini dağıdır, bir yandan da Azərbaycanı təhdid edir. Sözün açığı, bu qarışıq vəzifəyə görə Paşinyan Qərbin hökumətə bağlı fondlarına güvənir. Bu onun ən yaxşı bildiyi işdir. Boltona bütün bunları verə bilir, ya da verəcəyini vəd edir. Bu, qırmızı rəng görmüş buğanın etdiyi hərəkətdir. Azərbaycan təkidlə Qarabağ münaqişəsinin həllinə çalışır. Ermənilər isə arxalarında yaşıl bığları ilə kimin dayandığını unutmağa başlayıb. Təsəvvür edin ki, Türkiyə 20 ildən çoxdur sərhədlərini Ermənistana bağlayıb. Bu həmin sərhədlərdir ki, onu Rusiya mühafizə edir. Bolton isə qəti şəkildə iddia edir ki, sərhədlər açılacaq. Hesab edirəm ki, bu, ABŞ-ın dəstəklədiyi parlament seçkilərində qələbə qazanan Paşinyanın həll etməyə çalışacağı əsas məsələ olacaq. Amerika Paşinyana buna oxşar vəzifələrdən birini də İranla bağlı verib. Lakin cırtdan bir ölkənin baş naziri bunun hansı vəzifə olduğunu heç vaxt deməyəcək”. Bununla belə ekspert qeyd edir ki, Ermənistanın indiki gedişləri bu ölkənin özü üçün çox təhlükəlidir. Çünki Azərbaycanın təcrid siyasəti fonunda Rusiya və İranın da Ermənistandan üz döndərməsi İrəvanın çöküşünü daha da tezləşdirəcək. Artıq İran bu məsələdə Ermənistana qarşı əvvəlki dövrlərlə müqayisədə daha konkret mövqe nümayiş etdirir. İstanbulda keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü bunu bir daha təsdiqlədi. Xatırladaq ki, İstanbul görüşünün nəticəsi olaraq Bakı, Ankara və Tehranın baş  diplomatları  tərəfindən imzalanmış  bəyannamədə beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.  Ekspertlərin fikrincə, bu bəyanatlarda region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur və münaqişənin məhz bu prinsiplər əsasında həllinə çağırış edilir. Digər tərəfdən də Ermənistanda siyasi hakimiyyətə küçədən Paşinyan kimi bir diletantın gəlməsi işğalçı ölkənin Moskva ilə də münasibətlərini xeyli pisləşdirib. İndi artıq ermənilərin xəyallarının əksinə olaraq,  Rusiya rəhbərliyi Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik, etimadsızlıq hökm sürür. Deməli, bu durumda Azərbaycanın Ermənistanı təcridetmə siyasətinin effektivliyi daha da artır. Bakı ən yüksək səviyyədə xəbərdarlıq edir ki,  işğal siyasətinə son qoyulmayana qədər Ermənistanın təcridi davam etdiriləcək. Region ölkələrinin də buna dəstəyi Azərbaycanın məqsədinə daha tez nail olacağını göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ