çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Paşinyan seçkiyə beynəlxalq hüququ və insan haqlarını kobud pozan iki yeni addımla gedir

Image


Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı real vəziyyətin təhlili burada baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana bağlı qüvvələrin qalib gəlmək ehtimalının hələ də kifayət qədər yüksək olduğunu göstərir. Amma diqqət çəkən daha bir məqam budur ki, Paşinyanın özünün də reytinqi getdikcə aşağı düşür. Çünki onun hakimiyyətə gəlişindən sonra da Ermənistanda sosial-iqtisadi müstəvidə müsbətə doğru hansısa irəliləyiş baş verməyib. Belə vəziyyət artıq Paşinyanın özünün də ciddi narahatlığına yol açır.

Bu durumda Paşinyan reytinqinə mənfi təsir edən və siyasi müstəvidə hələ də naşı olduğunu göstərən daha bir addım atıb. Belə ki, o, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, təmas xəttindəki erməni əsgərlərlə görüşüb. Daha sonra  erməni əsgərlərlə şelfi çəkdirən Paşinyan bu fotonu “Feysbuk” səhifəsində “Bizim adımız Ermənistan ordusudur” sözləri ilə paylaşıb. Bununla da Paşinyan Ermənistanın illərdir irəli sürdüyü “Qarabağda özünümüdafiə ordusu döyüşür” iddialarını alt-üst edərək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini etiraf edib.

Baş verənləri şərh edən Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, seçki öncəsi durum Paşinyanın narahatlığına yol açır: “Ermənistanda əhalinin emiosiyalarında sınmalar başlanıb. Suallar verilir ki, Paşinyan niyə indiyə qədər iqtisadi islahatlar həyata keçirmir. Əslində, bu sualların ortaya çıxmasından sonra Paşinyan parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarını sürətlə qəbul etdi. Onun Qarabağa gedərək populist çıxışlar etməsi də buna hesablanıb”.

Ermənistanın “acnis” saytı isə yazır ki, yaranmış durumda parlament seçkiləri ilə bağlı vəziyyət çox gərgin ola bilər: “Növbədənkənar parlament seçkiləri dekabrın 9-da olacaq, lakin Ermənistan bu seçkilərə hazır deyil”. Sayt qeyd edir ki, hakimiyyət dəyişəndən sonra Ermənistanda siyasi sistem iflic olub, siyasi platforma faktiki olaraq dağılıb: “Cəmiyyətin böyük hissəsində bir inamsızlıq hökm sürür. İnqilab vaxtı belə deyildi, lakin zaman keçdikcə ümidsizlik hakim kəsilir. Partiyalar insanları seçkiyə getməyə inandıra bilmir. Çünki hakimiyyət dəyişəndən sonra insanlar ciddi proqramlar, real addımlar görmək istəyirlər”. O da bildirilir ki, dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrini bilmək o qədər də çətin deyil: “Seçkidə Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası qalib gələcək, iki partiya əsas müxalifət olacaq. Lakin çətin ki, yeni parlament seçicilər üçün maraqlı olsun. Faktiki olaraq yeni parlament yaşamağa qadir olmayacaq. Çünki parlamentin rolu ictimai müzakirə meydançası olmaqdır. Hakimiyyət dəyişdi, lakin parlament öz funksiyalarını yerinə yetirmir. Bunun nəticəsidir ki, insanlar müzakirə aparmaq üçün fərqli platformalara üz tutur, bu da neqativ hadisələrlə nəticələnə bilər”. Bu durumda, erməni mediasının yazdığına görə, Paşinyan populyarlığını artırmaq üçün yenidən sabiq hakimiyyət təmsilçilərinin üzərinə hücuma keçib. Məsələn, artıq Ermənistanın keçmiş xarici işlər naziri və deputatı Vardan Oskanyanın da həbsinə hazırlıq gedir. Onun adı rüşvət hadisəsində hallanır. Qeyd olunur  ki, iş adamı Silva Ambartsumyan rüşvətxorluqla bağlı Xüsusi İstintaq Xidmətinə verdiyi etdiyi ifadədə Vardan Oskanyanın adını hallandırıb. Məlumata görə, keçmiş nazir bu yaxınlarda ölkəni tərk etmək istəyib, ancaq ona sərhədi keçməyə icazə verilməyib. Bundan başqa, yenə Paşinyanın göstərişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olmuş Yuri Xaçaturovun həbsinə hazırlıq gedir. Manvel Qriqoriyandan sonra bu, həbsə atılacaq növbəti general olacaq. Qeyd edək ki, Ermənistan tərəfinin təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən, Yuri Xaçaturov vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb. Xaçaturovun isə həbsinə hazırlıq işləri sürətləndirilib. Rusiyalı konfliktoloq Yevgeni Mixalyov bildirir ki, əslində, hələ bir müddət əvvəl Ermənistanın yeni hökuməti hərbi dairələrə qarşı repressiyaların başlanmasının anonsunu verib: “Amma erməni zabitlərinin 1 mart işinə görə cinayət məsuliyyətinə cəlbi Ermənistanın siyasi mətbəxi haqqında təhlil aparan şəxslərdə çaşqınlıq yaradıb. Digər tərəfdən, Paşinyanın Rusiya ilə qarşılıqlı fəaliyyəti olan siyasi ağırçəkililəri ortadan götürməsi onu deməyə əsas verir ki, İrəvan, hər şeydən öncə, özünün təhlükəsizlik qarantına xarici siyasətində müəyyən müstəqilliyi olmasını göstərmək niyyətindədir. Biz bilirik ki, onunla hakimiyyətə "kim" gəlib. Buna görə də bütün bəyanatları və istefaları antirusiya xarakterli, gərginlik yaradılmasına yönəltmək kimi dəyərləndirmək lazımdır. Xaçaturovun korrupsiya və antikonstitusiya fəaliyyətlərində ittihamı Moskvanın maraqlarının əleyhinə getməsi qarşılğında sadəcə Qərb tərəfdaşlarınının onun cəsarətli əlini sıxması üçün bəhanə idi. İstənilən halda, İrəvanda baş verənlər, mənim fikrimcə, yalnız dəyişikliklərin başlanğıcıdır. Bu, Qafqazda böyük regional konfliktin yaranmasına gətirib çıxara bilər”.

Məsələnin bu tərəfinə nəzər salan digər rusiyalı ekspert İqor Korotçenko da vurğulayır ki, Ermənistan bölgədə sabitsizlik mənbəyi olaraq qalır. O, həmin ölkədə indi də seçki vasitəsilə dövlət çevrilişini legitimləşdirmək, parlamentə Nikol Paşinyanın tərəfdarlarını seçdirmək yolu ilə onun şəxsi hakimiyyətini möhkəmləndirmək siyasəti yürüdüldüyünü vurğulayıb. Ekspertin fikrincə, Paşinyana hakimiyyətin ötürülməsi ölkəni uzunmüddətli sabitsizlik girdabına sürükləyir: “Belə ki, Paşinyan ölkədə öz şəxsi hakimiyyətini qursa da, korrupsiya ilə mübarizə aparmaq, əhalinin rifahını qaldırmaq kimi əsas vədlərini yerinə yetirməyəcək. Bununla yanaşı, erməni diasporu ölkəyə investisiya qoymaq barədə Paşinyanın çağırışlarına məhəl qoymayıb. Onlar bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması sərmayələr üçün ciddi siyasi və hərbi təhlükə yaradır. Yəni bütün məsələlər Dağlıq Qarabağ probleminə dirənir, bu problem həllini tapmasa, Ermənistan iqtisadiyyatı indiki vəziyyətdə qalacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ