çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ Atçılıq Kompleksinin açılışında... - FOTO / YENİLƏNDİ

Image


Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verdilər.

Ölkəmizin dilbər guşələrindən olan Qarabağ dünyada füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan xalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Buna görə də XVIII-XIX əsrlər Qarabağ atçılığının qızıl dövrü hesab edilir. XX əsrdə isə Qarabağ atı cinsinin tarixində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. Bu zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tarixli qərarları əsasında Xaldan quşçuluq sovxozunun ərazisində yaradılıb. Zavod 1949-cu ilin sentyabrında Ağdam rayonu yaxınlığındakı Göytəpə adlanan əraziyə, vaxtilə xan zavodlarına məxsus atların məskunlaşdığı yerlərdən birinə köçürülüb. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Qarabağ atçılıq kompleksi 1994-cü ildən isə Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir. Bütün çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub. Son illər isə dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir sərəncam imzaladı. Sərəncama əsasən Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırdır.

Məlumat verildi ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibatı bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış oldular.

Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.

Bildirildi ki, tarixə nəzər saldıqda Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və xan zümrəsinə daxil olan digər sülalələrin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toxmaq” adlı at bürünc medallara, Xan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxdılar.

Qeyd olundu ki, “Sür-papaq” oyunu hər birində 4-8 idmançının olduğu iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir.

Dövlətimizin başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış oldular.

Məlumat verildi ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Onlardan 5-i ayğır, 50-si madyan, 145-i isə gənc atlar və dayçalardır. Kompleksdə 28 mütəxəssis çalışır.

Qeyd olundu ki, 1946-cı ildə xüsusi komissiya Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzərək cinsin xarakterik əlamətlərinə sahib 60 baş Qarabağ atını, o cümlədən 59 baş madyanı və 1 baş ayğırı seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovxozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssisləri tərəfindən bir daha baxışdan keçirilib və onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirakı məhz həmin illərə təsadüf edir. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğunun göstəricisidir. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb. Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı, yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir.

Dövlətimizin başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxdılar.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idman sahəsində nailiyyətlər ildən-ilə artır. Atçılıq və atçılıq idmanı da xüsusi diqqət mərkəzində saxlanılır. Bir sözlə, ölkəmizdə idmanın bu növü inkişaf dövrünü yaşayır.

2013-cü ilin dekabrında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Sonra Qarabağ atlarından bəhs edən “Sarılar - Qarabağ atının izi ilə” adlı sənədli filmi çəkilib. Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı Jan-Lui Quro “Qarabağ atları” adlı kitab yazaraq nəşr etdirib. London yaxınlığındakı Vindzor qəsrində İngiltərə Kraliçası II Yelizavetanın 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraq doğurub. Bir sözlə, kompleksdə yaradılan şərait deməyə əsas verir ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır. Həyata keçirilən tədbirlər nəticəsində Qarabağ atlarının tarixi şöhrəti özünə qaytarılır. Bütün bunların nəticəsində isə atlarımız yenidən beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq xalqımızın qürur mənbəyinə çevriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ