çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Səməd Seyidov Ermənistanın yürütdüyü siyasətə heç kimin etibar etmədiyini faktlarla izah etdi...

Image


Paşinyan hökuməti elə bir siyasət yürütməyə çalışır ki, Ermənistanın maraqlarının təmin olunmasına xidmət etsin. Lakin bu istiqamətdə nə qədər səy göstərirlərsə, bir o qədər də ölkənin regional təcridi dərinləşir. Bunu Trend-ə özəl açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Ermənistanın regional əlaqələri faktiki olaraq iflasa uğrayır: “Bu, özlüyündə paradoksal, qeyri-adi bir vəziyyət yaradır. Ona görə ki, Ermənistan regionda vəziyyəti öz xeyrinə dəyişməyə çalışsa da, əslində bataqlığa düşmüş insan kimi nə qədər çox çabalayırsa, bir o qədər bataqlıq onu dərinliyə sürükləyir. Bunun da səbəbi odur ki, faktiki olaraq Ermənistanın apardığı siyasət kökündən, bünövrədən düzgün deyil. Ermənistan etiraf etməlidir ki, onun bütün problemləri məhz Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində öz dədə-baba torpaqlarından qovulması və azərbaycanlılara qarşı soyqırımı törədilməsinin nəticəsidir. Həm regionda Azərbaycanın xeyrinə gedən proseslər, həm Ermənistanın daxilində baş verən son hadisələr, həm də Ermənistana olan baxışlar belə bir qənaətə gəlməyə ciddi əsaslar yaradır. Bununla bağlı konkret olaraq bir neçə fakt gətirmək istərdim. Birincisi, bildiyiniz kimi, bir neçə gün bundan əvvəl İstanbulda region ölkələrinin xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Belə ki, İstanbulda oktyabrın 29-da Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin, oktyabrın 30-da isə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirlib”.

Komitə sədri qeyd edib ki, hər iki üçtərəfli görüşdə üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyanatlarında beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin isə məhz bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha öz əksini tapıb: "Bu bəyanatlarda region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olundu, münaqişənin məhz bu prinsiplər əsasında həll olunmasına çağırış edildi".

S.Səmədov vurğulayıb ki, Ermənistan hər zaman Azərbaycan-İran münasibətlərinə xələl gətirməyə və bu münasibətlərdən öz maraqları çərçivəsində istifadə etməyə çalışır: "Lakin artıq biz görürük ki, regionun bütün aparıcı dövlətləri, yəni Türkiyə, İran, Gürcüstan münaqişənin konkret olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çağırış edirlər və bunu həmin bəyanatlarda təsdiq edirlər. Bu, birinci misal. İkincisi, bir müddət bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılmasına dair xüsusi bir bəyanatla çıxış etdi. Bu bəyanat Ermənistanda böyük rezonans yaratdı və məhz bundan bir müddət sonra ABŞ-ın yüksək səviyyəli məmuru, konkret olaraq ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda olan zaman unikal və çox vacib bir bəyanat verdi. O, Azərbaycan tərəfinin dediyi fikirləri Ermənistan rəhbərliyi üçün təkrar etdi. Con Bolton bildirdi ki, Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Yəni Ermənistanın çıxış yolu bundan ibarətdir, başqa variantı yoxdur. Biz artıq regionun bütün dövlətləri və bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsini görürük".

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri deyib ki, Ermənistan bu gün düşdüyü bəladan xilas olmaq üçün qonşu dövlətlərlə münasibətləri beynəlxalq qanunlar çərçivəsində qurmalıdır, bunun başqa yolu yoxdur: "Ermənistanda baş verən son proseslər Rusiya tərəfindən də şübhə ilə qəbul olunur. Rəsmi Moskva etibarsızlıq və səmimiyyətdən kənar olan münasibətlərə həm Xarici İşlər Nazirliyi, həm də parlament səviyyəsində reaksiya verib, müvafiq bəyanatlar səsləndirib. Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı bəyanatlar verdiyini nəzərə alsaq, regionun ən böyük dövlətini də yuxarıda adını çəkdiyim ölkələrin sırasına aid etmək mümkündür".

Milli Məclisin deputatı bu yaxınlarda Fransadan olan bir neçə bələdiyyə sədrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini, orada hansısa sənədləri imzaladıqlarını da xatırladıb: "Lakin bir neçə gün bundan əvvəl Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez xüsusi bəyanatla çıxış etdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, tanıyır və imzalanmış hər hansı kağız parçaları heç bir hüquqi qüvvəyə malik deyil, heç bir əhəmiyyət kəsb etmir. Bir misal da çəkim: bir müddət əvvəl Almaniya Kansleri Angela Merkel də regiona səfər etdi. Gürcüstanda müxtəlif sənədlər və layihələr imzalandı, Azərbaycanda iqtisadi forum keçirildi, amma Ermənistanda ümumi söhbətlərdən başqa heç bir məsələ gündəmə çıxarılmadı. Almaniya da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və Ermənistanı bu münaqişənin beynəlxalq qanun çərçivəsində həll olunmasına çağırır. Daha bir misal çəkim. Düzdür, Avropa İttifaqı dəfələrlə bəyanat verib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Lakin burada vacib bir məqam var. Avropa İttifaqı Sarkisyan hakimiyyəti dövründə Ermənistanda keçirilmiş seçkilərlə bağlı xüsusi vəsait ayırdı, həmin vəsaitin miqdarı 7 milyon avro təşkil edirdi. Avropa İttifaqının seçkilərdən sonra verdiyi bəyanatda bildirilirdi ki, seçicilərin səsləri satın alınıb, seçkilər saxtalaşdırılıb və obyektiv keçirilməyib. Bu, hələ Sarkisyan dövründə olub. İndi Paşinyan Avropa İttifaqına müraciət edib ki, dekabrda seçkilərin keçirilməsi ilə bağlı vəsait ayrılsın".

Onun sözlərinə görə, ilk baxışdan elə təsəvvür yarana bilər ki, "demokratik Ermənistan" qurmaq niyyətində olan Paşinyana külli miqdarda pul ayrılmalıdır: "Ona görə ki, Sarkisyan hakimiyyəti korrupsiya içərisində batmış bir rejim idi və Ermənistan xalqı onu tarixin zibilliyinə atdı. Bununla belə, Avropa İttifaqı Paşinyan hökumətinə seçkilərin keçirilməsi üçün cəmi 3 milyon avro, yəni əvvəlkindən iki dəfədən də az vəsait ayırdı. Çünki artıq rəsmi Yerevana inam yoxdur, Paşinyanın bəyanatlarına, onun hökumətinin gördüyü işlərə, apardığı siyasətə heç kim etibar etmir”.

S.Seyidov bildirib ki, bir müddət əvvəl N.Paşinyan Aİ-nin dəhlizlərində gəzərək Avropa İttifaqından Ermənistan iqtisadiyyatı və ölkədə digər işlərin görülməsi üçün bir milyard avro pul istəyirdi: “Bu hal yalnız gülünc doğururdu və heç kim onlara bir qəpik belə vəsait ayırmaq niyyətində deyildi və deyil də. Nəticə etibarilə Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ və Rusiyanın mövqeyi, eləcə də 29-30 oktyabr tarixlərində İstanbulda keçirilmiş üçtərəfli görüşlər, səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Ermənistanın regionda təcridi dərinləşir, apardığı siyasət iflasa uğrayır, həmçinin regionda Ermənistanın güvəndiyi qüvvələr də Azərbaycanın beynəlxalq qanunlar çərçivəsində qəbul olunmuş mövqeyini dəstəkləyirlər”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ