çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Vaşinqton və Moskva İrəvanın işğal siyasətinə qarşı hərəkətə keçir…

Image


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri və burada  Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi açıqlamalara göstərilən reaksiyalar, səsləndirilən fikirlər olduqca maraqlı məqamları üzə çıxarır. Belə görünür ki. Ermənistanı öz təsir dairəsinə almağı planlaşdıran ABŞ bu ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə ilgili də konkret addımlar atmasını istəyir. ABŞ-ın bu istəyi həm də regionun əsas dövləti olan Azərbaycanla yaxınlaşmaq niyyətindən qaynaqlanmaqdadır.

Məhz bu durumda Boltonun İrəvanda səfərdə olarkən “Növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların atılmasına şərait yaradacaq” açıqlamasının Ermənistanda yaratdığı əks-səda davam edir. Ermənistanın xarici işlər nazirinin müavini Ruben Ruinyanın Boltonun fikirləri ilə bağlı münasibəti sensasiya olaraq təqdim edilib. Çünki o, Boltonun bəyanatını şərh etmək istəmədiyini deyib. Erməni mediası buna diqqət çəkərək yazır ki, belə vəziyyət Boltonun dediklərinin təsdiqi sayıla bilər. Ehtimallara görə, ABŞ Ermənistandakı seçkidən sonra Qarabağ münaqişəsinin həlli üçün “yol xəritəsi”ni təqdim edəcək. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin səlahiyyət müddətini başa vurduğu ərəfədə “münaqişənin istənilən həll variantı ərazilərin bir qisminin Azərbaycana qaytarılması ilə nəticələnəcək” deməsi də Vaşinqtonun planının “mərhələli həll” olduğu ehtimalını önə çıxarır.

Baş verənləri şərh edən Rusiyanın “rosbalt.ru” portalı isə yazır ki, ABŞ-ın Qafqazda fəallaşması, xüsusən də Azərbaycanla yaxınlaşmaq niyyəti həqiqətən Qarabağ münaqişəsinin gedişinə təsir edə bilər. Burada o da xüsusi olaraq vurğulanır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan zəif halqadır və Qarabağ məsələsində Vaşinqtonun ona təsir imkanları böyükdür. Portal bu xüsusda daha sonra yazır: “Con Boltonun Ermənistan, Azərbaycan və Gürcüstana səfəri çox icbari xarakter daşıyırdı və o, Cənubi Qafqaza səfər etməzdən qabaq Moskvada olub. Bu ayrıca mövzudur və “Rosbalt” bu haqda yazıb. Amma bunun istənilən halda Cənubi Qafqaza dəxli var, çünki, birincisi, Rusiya ora ənənəvi və “hüquq üzrə” təsir etmək iddiasındadır, ABŞ isə onu “sıxmaq” və özü bölgəni külli-ixtiyarla yönəltmək istəyir. İkincisi, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, çətin ki, Moskva səfərinin nəticəsindən məmnun qalsın və indi Rusiyada “ələ yığa bilmədiklərini” Gürcüstan, Ermənistan və Azərbaycanda müəyyən yönlərdə müvazinətləşdirmək niyyətindədir.

Ümumiyyətlə, söhbət Vaşinqtonun Rusiya və İranla həm coğrafiyaca, həm  də siyasətcə sıx bağlı olan Cənubi Qafqaz dövlətlərində siyasətinin fəallaşmasından gedir. Bu həm Rusiya, həm də İranla həmsərhəd, habelə önəmli karbohidrogen ehtiyatlarına sahib olan Azərbaycana xeyli dərəcədə aiddir. Azərbaycan amerikalılar üçün bölgədə ən “çətin” respublikadır: o, Qərbə bircə buna görə boyun əymir ki, özü üçün sərfəli, çoxyönlü siyasət yürütsün. Boltonun Bakıda məhz nəyi müzakirə etdiyi haqda məlumat son dərəcə cüzidir. Buna əsasən, Prezident İlham Əliyevin Boltonla görüşü konstruktiv və “qarşılıqlı anlaşma” şəraitində keçib. Azərbaycan Prezidenti Administrasiyasının təmsilçisi Hikmət Hacıyev məlumat verib: “Səfər Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin sonrakı dərinləşmə və inkişafı üçün əlverişli şərait yaradır”. Onun sözlərinə görə, tərəflər iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və Amerika yatırımçılarının Azərbaycan bazarlarına daha fəal cəlbi məsələlərini müzakirə edib. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin lap tezliklə tənzimlənməsinin gərəkliyi haqda da danışıblar. Boltonun Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşündə sonuncu münaqişə zonasında mövcud status-kvonun qəbuledilməzliyi, Ermənistan silahlı qüvvələrinin Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması və qaçqınların qayıtması zərurətini vurğulayıb. Bakı İranın, bununla birgə Rusiyanın “qabağını almaq”da iştirakdan kənar durur, bu zaman beynəlxalq terrorzimlə mübarizə və Qərblə qarşılqılı energetik fəaliyyətə razılıq göstərir. Güman edilmir ki, Azərbaycan antiiran və antirusiya fəaliyyəti üçün əməliyyat meydanı olmağa razılaşar. 

Boltonun faktiki hakimiyyətsizlik şəraitində səfər etdiyi Ermənistan isə başqa məsələdir: baş nazir və hökumət göz aldatmaq üçün istefa verib, ölkə erkən parlament seçkilərinin astanasındadır. Onun yarımblokada şəraitini xeyli yüngülləşdirən və sıx iqtisadi münasibətləri olduğu İranla həmsərhəd respublikanı hazırda açıq antirusiya gücləri yönəldir, var gücüylə özünü Moskvaya bu cür göstərməməyə səy edir. Rusiyada, xüsusən də ABŞ-da buna az-az adam aldana bilər. Buna görə də Ermənistanda “düzgün” təbliğat üçün Boltonun geniş meydanı var idi. Ehtimal ki, Ermənistan rəsmiləri Trampın köməkçisilə görüşdə Qarabağ tənzimlənməsinin özləri üçün az itki ilə həlli və Amerikanın maliyyə yardımına dair məsələləri irəli sürməyə çalışıblar. Amma fakt üzrə yetərincə gözlənilməz nitqlər eşidiblər: Trampın köməkçisi Amerika silahlarını Rusiyanınkından xeyli yaxşı kimi açıqca reklam edib və eyham vurub ki, ABŞ Ermənistan və Azərbaycana silah satışını yasaqlayan 907-ci düzəlişi ləğv edə bilər. Bolton bildirib: “Hələlik indiki anda qərar qəbul edilməyib və gələcəkdə hər iki tərəfə silah satışı məsələsində bunun necə olacağını öncədən deyə bilmərəm… Durum belədir ki, Ermənistan silahı əsasən, Azərbaycan isə 80% Rusiyadan  alır. Əlbəttə, bu şərait münaqişənin tənzimlənməsinə aparmır, çünki Rusiyaya böyük nüfuz verir”. Və Ermənistanda Qərbyönlü Nikol Paşinyanı hakimiyyətə gətirmiş “məxməri inqilab”dan sonra Rusiya ilə münasibətlərdə Ermənistan baş nazirinin inadla boynuna almaq istəmədiyi çatlar meydana çıxdığı nəzərə alınsa, bunu olduqca “vaxtında” edib.

Amma Bolton Ermənistanın Rusiyadan “qaçırılmasıyla” bağlı durumdan çox ustalıqla istifadə edib. O, müsahibələrin birində hər şeylə yanaşı bildirib ki, “söhbət ya Rusiya, ya da Amerika hərbi texnikasının alqısından gedirsə, onda biz sonuncuya üstünlük veririk. Buna görə də belə bir imkanı nəzərdən keçirmək istəyirik. Düşünürəm ki, bu, bir böyük dövlətdən asılılıq şəraitində Ermənistanın imkanlarını artırır.… Hazırda Ermənistanın dünya arenasına çıxa biləcəyi planda nikbin olmağın tam vaxtıdır”.

Qarabağ münaqişəsinə gəlincə, “Çözüm çətindir. Asan olsaydı, tənzimlənmə çoxdan əldə edilərdi. Mən Amerika siyasətinin dəyişilməsi və yaxud yeni qərarlarla gəlməmişəm. Tərəflərin özləri bir-birilə işləməklə bunu tapmalıdır”.

Ermənistanın “Lragir” nəşri amerikalının birbaşa çıxışını belə şərh edib: ABŞ Qarabağ “gerçəkliklərini” qəbul edir, amma “Qarabağla bağlı məcburiyyətin Ermənistanın Rusiyadan asılılığını artıracağı … respublikada Rusiyayönlü dairələrin mövqeyini gücləndirəcəyi” fikrinə tərəfdardır. Lakin “ABŞ bu səfərlə Ermənistana yol açır və ən mühüm tarixi stereotiplərdən birini ,yəni “ermənilərin gizlənəcəyi yer yoxdur” fikrini silir. Aydındır – Rusiyadan. Və “indi növbə Ermənistana münasibətdə siyasəti bu stereotip və vahimələr üzərində qurulmuş Moskvanındır”.

Lakin Ermənistan bir vahimədən – Rusiyanınkından qurtulub, ABŞ-dan qaynaqlanan başqa vahimənin caynaqlarına keçəcək. Buna görə də Vaşinqton nə qədər keflə yaşasa da, İrəvan üçün barmağını da tərpətməyəcək. Deməli, sonuncu İran və Rusiya ilə münasibətlərdə amerikalılarıın “xoş söz”ünə görə bədəl ödəməli olacaq. Axı Bolton İran sərhədinin Ermənistan-Amerika münasibətlərində “mühüm məsələ” olaraq qaldığını bildirərək əlini havada elə-belə əsdirmirdi, çünki Vaşinqton Tehrana “ən  yüksək basqı” göstərmək istəyir. Birincisi, Ermənistan İranla azad ticarət zonası yaradan Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla bu məsələdə ABŞ-a dəstəyi necə təsəvvür edir. Bir də ümumiyyətlə respublikanın özünün İranla iki azad iqtisadi zonası  var.

Və İrəvan Rusiya ilə eyni hərbi blokda durmaqla təhlükəsizlik və digər önəmli sahələrdə müttəfiq kimi onlarla müqaviləsi varkən “Rusiyanın qabağını almaq”da ABŞ-a yardımı necə təsəvvür edir? Yenə də KTMT-yə üzvlük amili, Rusiya və Amerika silahlarının uyuşmazlığı və Ermənistan büdcəsinin kasıblığı nəzərə alınmaqla ortamüddətli perspektivdə ABŞ-dan silah almaq da olduqca nağılvari tamaşa kimi görünür. Nədir, ABŞ Ermənistanı öz hesabına, yoxsa Rusiya kimi güzəştli kreditlər və rəmzi qiymətlərə silahlandıracaq?

Və ümumiyyətlə gözləntinin, yaxud amerikalıların Cənubi Qafqaz dövlətlərini antirusiya və antiiran sanksiyalarına  “təsirin əvəzlənməsi”nə məcbur etmək sualının dəyəri hansıdır? Bu nömrə keçsə – güman etmirəm ki, bu, Azərbaycanla bağlı halda mümkündür – onda ABŞ bunu tezliklə Mərkəzi Asiyada da təkrarlamağa səy edəcək. Paşinyan bildirib: “Düşünürəm ki, Ermənistan və ABŞ arasındakı münasibətləri yeni səviyyəyə qaldırmaq imkanı var və biz bu imkandan faydalanmağa hazırıq”. Məhz belə bir imkan Qarabağ məsələsində də özünü göstərəcək və açıqlamalardan aydın görünür ki, ABŞ ərazilərin tədricən Azərbğaycana qaytarılmasını istəyir”. Yuxarıda qeyd olunduğu kimi, bu vəziyyətdə ABŞ Azərbaycanla daha sıx münasibətlər qurmağa da ümid edir. Hər halda, proseslərin belə axarda davamı Azərbaycanın maraqları ilə uzlaşır. Çünki Bakı ilə həm Vaşinqton, həm də Moskva bərabər hüquq əsasında əməkdaşlığa can atır. Ermənistana isə sadəcə nələrisə icra etmək üçün göstərişlər verilir. Belə görünür ki, bu göstərişlərdən biri də məhz Qarabağ münaqişəsi ilə bağlı olacaq. Ermənistandan həm ABŞ, həm də Rusiya ərazilərin tədricən Azərbaycana qaytarılmasını istəyir. İrəvanın isə buna müqavimət  göstərmək imkanları sadəcə yoxdur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ