çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Rus ekspertlər dairəsindən Qarabağla bağlı mühüm çağırışlar...

Image


Ermənistanda Rusiyaya qarşı sərgilənən mövqenin getdikcə güclənməsi, bunun ölkənin və Dağlıq Qarabağ münaqişəsinin taleyinə necə təsir edəcəyi yenidən siyasi dairələrdə aktual müzakirə mövzusuna çevrilib.

Görünən budur ki, Nikol Paşinyana qarşı mübarizə aparan  “Qarabağ klanı“ Rusiyaya qarşı çıxanların mövqelərinin güclənməsindən çox ciddi narahatlıq keçirir. Çünki bu həm onların, həm də Ermənistanın Qarabağ məsələsində mövqelərinin daha zəif hala gəlməsinə gətirib çıxarır. Elə rusiyalı ekspert Qriqori Trofimçuk da vurğulayır ki, Ermənistandakı antirusiya tendensiyasının getdikcə güclənməsi qeyd olunan hər iki məqama birbaşa təsir edir. Onun sözlərinə görə, aprel ayından başlayaraq çoxsaylı erməni fəalı öz adlarını gizlətmədən, açıq mətnlə öz vətəndaşlarını rus təşkilatları ilə əməkdaşlıqda, qrant və sair vasitəsilə pul almaqda ittiham edirlər: “Aydındır ki, erməni fəallar bunun üçün hamının başa düşə biləcəyi sadə əsaslara istinad edirlər: Sarkisyan dövrünün məmurları birbaşa Moskva ilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirilir və bu təşkilatın Ermənistanı qoruyacağına şübhə ilə yanaşırlar”.

Ekspertin fikrincə, bu şəraitdə Rusiyanın İrəvana əvvəlki münasibət bəsləməsi mümkünsüz hala gəlir.  Ermənistanın “lragir.am” portalı da yazır ki, İrəvan Rusiya siyasətini Qərbdən aldığı dəstəklə yenidən gözdən keçirir: “ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri, mahiyyətcə, ABŞ-ın Cənubi Qafqazı özünün strateji maraq və təsir zonası elan etməsindən, beləliklə, regiondakı əsrlik rus-türk “status-kvo”sunu və Rusiyanın ənənəvi rolunu mübahisələndirməsindən ibarət olan kəskin bəyanatlarla əlamətdar oldu. O da nəzərə alınmalıdır ki, Bolton səs-küylü bəyanatlarının əksəriyyətini məhz İrəvanda verib. Digər tərəfdən, ABŞ Rusiyanın regiondakı rolunu və yüzillik rus-türk “status-kvo”sunu mübahisələndirirsə, o halda məhz Ermənistan həlledici əhəmiyyət qazanır. Çünki burada Rusiyanın təsir imkanlarının zəiflədilməsi regionda Moskvanın mövqeyinə birbaaş təsir edir. Nikol Paşinyan iqtidarı bu xüsusda ABŞ-ın işinə yarayır. Amma bundan sonra Rusiyanın atacağı addımlar və xüsusən Dağlıq Qarabağ məsələsində tutacağı mövqe, yəqin ki, İrəvan üçün çox problemli olacaq”. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın Ermənistanı öz təsir zonasına daxil etmək niyyətinə artıq Moskva rəsmi şəkildə sərt reaksiya verib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Con Boltonun Ermənistanda verdiyi bəyanatı tənqid edib. Moskva Boltonun bu açıqlamasını dövlətin daxili işlərinə kobud müdaxilə adlandırıb: “Bu günlərdə İrəvanı ziyarət edən ABŞ prezidentinin köməkçisi Bolton ictimai şəkildə Ermənistandan öz beynəlxalq münasibətlərindəki “tarixi klişe”dən imtina etməyi tələb edib. O, həmçinin, Nikol Paşinyandan parlament seçkisindən Dağlıq Qarabağın həllində təşəbbüskar addımlar gözlədiyini bəyan edib. Bolton ABŞ silahının reklamını da unutmayıb. Boltonun İrəvanda səsləndirdiyi bütün bəyanatlar tənqidə layiqdir. Onun 25 oktyabrda “Azadlıq” radiosuna verdiyi müsahibədə gözəl fikir səsləndirildi: “Ermənistan üçün asılı olmaq və ya həddən artıq xarici təsirlərə məruz qalmaq yox, həqiqətən tam suveren olmaq vacibdir”. Yaxşı olardı ki, Bolton öz sözlərinin mənası üzərində düşünsün”. Amma rusiyalı politoloq Sergey Markedonov bildirir ki, problem Rusiya üçün əsas etibarı ilə Nikol Paşinyanın tərəddüd etmədən Moskvanı Vaşinqtona dəyişə bilməsindən qaynaqlanır. Onun fikrincə, bunu yaxşı görən ABŞ-ın İrəvana təsir və təzyiqləri artır. Ekspert belə şəraitdə regionda Rusiya üçün əsl müətffiq qismində artıq Azərbaycanın da çıxış etdyini xüsusi diqqətə çatdırır: “Boltonun Qafqaz səfəri Obama dövründəki ABŞ diplomatlarının səfərlərindən ciddi şəkildə fərqlənir. Belə ki, bu səfər zamanı Trampın adından Qafqaz ölkələri və buradakı digər oyunçulara verilən mesajlar aydın və dəqiq idi. Bolton ifadələrində politkorrektədən çəkinmirdi. Bakı, Tiflis və özəlliklə İrəvanda o, dəqiq şəkildə Vaşinqtonun prioritetlərini - İranın sərt şəkildə dayandırılması və Rusiyanın təsirinin minimallaşdırılmasını açıqladı. Bolton İrəvanda açıq formada Vaşinqton üçün Ermənistanın Rusiya ilə birtərəfli hərbi-texniki əməkdaşlığının qəbuledilməz olduğunu dedi”. Onun sözlərinə görə, İrəvandan fərqli olaraq, Azərbaycana münasibətdə Bolton həddən artıq ehtiyatlı olub. O, buna nümunə kimi, Boltonun Bakıda “İrana təzyiq edilməlidir, amma bu, ABŞ-ın Azərbaycandakı dostlarına zərər vurmamalıdır” sözlərini göstərib.

Markedonov Boltonun səfəri zamanı Moskvaya xüsusi mesaj göndərildiyini də bildirib: “ABŞ İrana təzyiq edəcək, həmçinin, Rusiyanın Cənubi Qafqazdakı təsirini minimallaşdırmağa cəhd edəcək. Böyük ehtimalla, region ölkələrinə bu yanaşmanı müdafiə etmək təklif edilib”. Ekspert bu şəraitdə İrəvanı zəif halqa kimi göstərir və hesab edir ki, Moskva Bakıya, İrəvana münaisbətdə bunu artıq nəzərə almalıdır. Sergey Markedonov, xüsusən Qarabağ məsələsində Rusiyanın daha aktiv olmasının indiki dönəmdə mühüm əhəmiyyət kəsb etdiyini də diqqətə çatıdırır.

Bütün bunlara digər Rusiya politoloqu, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin yanaşması da çox maraqlıdır. O hesab edir ki, Moskva Qarabağ münaqişəsinin həllində irəliləyiş olması və mərhələli həll planının işə salınması üçün artıq əməli fəaliyyətə keçməlidir: “ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında qətiyyən maraqlı deyil. Qarabağın nizama salınması üzrə konstruktiv dialoqa qayıdılmasında bu münaqişənin bilavasitə toxunduğu ölkələrin iştirakı vacibdir. Bunlar Rusiya, Türkiyə və İrandır”. Bununla birlikdə politoloq qeyd edib ki, Ermənistanda indi güclü siyasi qeyri-sabitlik yaşanır. Və hakimiyyət dəyişikliyi ilə bağlı hadisələr baş verməsəydi, çox əhəmiyyətli nəticələrə nail olunardı. Əvvəlki mərhələdə tərəflər münaqişənin sülhlə həllinin yol xəritəsini faktiki olaraq razılaşdırmışdılar: “Bəli, Ermənistan Rusiyanın partnyoru olaraq qalır, amma bu o demək deyil ki, İrəvan Moskva ilə manipulyasiya etmək cəhdlərinə təşəbbüs göstərə bilər. Rusiya ilə əməkdaşlıqdan Azərbaycana qarşı istifadə etmək olmaz. Rusiya Bakı ilə qarşıdurmada Ermənistanın əlində alət olmayacaq. İndi Rusiya Federasiyası Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirir. Ermənistan-Rusiya münasibətləri heç vaxt anti-Azərbaycan mahiyyətli olmayıb. Moskva həmişə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb. Biz Ermənistanla müttəfiqik, amma bu müttəfiqlik Azərbaycana qarşı yönəlməyib. Və Azərbaycanla Rusiya Federasiyasının yaxınlaşması heç bir halda Ermənistanla münasibətlərdən asılı deyil”.

Politoloqun sözlərinə görə, Qarabağ münaqişəsinin nizama salınması qarşılıqlı məqbul şərtlərə əsaslanmalıdır. Danışıqlarda Ermənistan Qarabağ əhalisinin erməni hissəsinin protektoru rolunda çıxış edir: “Bəs de-fakto və de-yure Azərbaycanın hissəsi kimi tanınan bu regionun Azərbaycan əhalisi hanı?. Bütün dostluq münasibətlərinə rəğmən, Rusiya etnik təmizləmələrə əsaslanan və heç kəsin tanımadığı monoetnik dövlət quruluşunu tanıya bilməz. Aydın məsələdir ki, Qarabağın erməni əhalisinin təhlükəsizliyi təmin edilməlidir, amma digər tərəfdən, o “əyrilik” ki, Azərbaycan əhalisinin tam qovulması nəticəsində yaranıb, tamamilə qəbuledilməzdir və bu vəziyyət mütləq dəyişdirilməlidir”.

Ekspert hesab edir ki, Ermənistanın yeni hakimiyyəti Qarabağ münaqişəsinin nizama salınması prosesini ATƏT-in Minsk Qrupu həmsədrlərinin keçmiş prezident Serj Sarkisyanın əvvəlki hökuməti ilə razılaşdırdığı şərtlərlə davam etdirməlidir. O vaxt əldə olunmuş və əvvəlcə işğal edilmiş beş, perspektivdə isə yeddi rayonun azad olunmasını nəzərdə tutan razılığı politoloq “Qarabağ münaqişəsinin həllində başlanğıc üçün çox vacib məqam”adlandırır.

Hesab edilir ki, rus politolqların yuxarıda qeyd olunan fikirləri eyni zamanda Kremlin də mövqeyi kimi qəbul oluna bilər. Baş verənlərə, o cümlədən Con Botonun regiona səfərinə münasibət bildirən erməni siyasi şərhçi Romella Mnasakanyan yazır ki, əslində, ABŞ-a doğru meyllənməyə can atan Paşinyan iqtidarını bu prosesdə Qarabağla bağlı Ermənistanın lehinə  müsbət nəsə gözləmir. O, diqqəti buna yönəldir ki, Boltonun açıqlaması ABŞ üçün öz maraqlarının hər şeydən üstün olduğunu bir daha göstərdi: “Məlumdur ki, Bolton Ermənistanı anti-İran koalisiyasına qoşmaq üçün gəlmişdi. O, hadisələrin inkişafının İranla yaxşı müttəfiqlik münasibətlərinə malik olan Ermənistanın maraqlarına cavab verib-vermədiyinə tüpürür. Bolton məsləhət görmür, sadəcə Ermənistandan tələb edir. Lakin ABŞ-dan gələn qonaq Bakı ilə elə davranmadı. O, “907-ci düzəliş“in ləğv edilə biləcəyindən danışdı və Azərbaycanın Vaşinqton üçün olduqca əhəmiyyətli olduğunu, iki ölkənin münasibətlərinin vacibliyini vurğuladı. Ermənistana gələndə isə Bolton balta çıxardı və yalnız inqilaba görə tərifləyərək fikrini yekunlaşdırdı. Daha sonra tələblərə başladı. Tələb etdi ki, Ermənistan Rusiya yox, ABŞ silahını almalıdır. İranla münasibətlərə son qoymağın vaxtının çatdığını bildirdi. Boltonun Bakı və İrəvana münasibəti ABŞ-ın yanaşmasını aydınlaşdırdı. Və onun sözlərindən belə çıxdı ki, dekabrdakı seçkilərdə Paşinyan qalib gələcək, ardınca da Qarabağ münaqişəsilə bağlı Ermənistandan geri çəkilmək, əraziləri qaytarmaq tələb olunacaq”. Erməni politoloq Arman Melikyan isə hesab edir ki, ABŞ regionu ümumi strategiyası çərçivəsində formalaşdırmağa başlayacaq: “Bu vəziyyət Dağlıq Qarabağda ya münaqişənin həlli ilə nəticələnə bilər, ya da müharibənin başlanması ilə. Hər şey Ermənistanı idarə edən dairələrin risqləri hesablamağı bacarmasından və dekabrdakı seçkidən sonra atacağı addımlardan asılı olacaq. Amma görünən budur ki, beynəlxalq vəziyyət, Rusiyanın və ABŞ-ın Qarabağ məsələsinə yanaşması heç də Ermənistan üçün məqbul deyil”.

Bütün bunlar, öz növbəsində, Qarabağ məsələsində .yaxın tezlikdə müəyyən yeniliklərin olmasını istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ