çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Dünyanın iki böyük güc mərkəzi Qarabağ məsələsində Azərbaycanın yanında yer almağa başlayır...

Image


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun regiona son səfəri, siyasi çalarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi baxımından verilən açıqlamalarla da kifayət qədər zəngin oldu. Eyni zamanda bu açıqlamalardan o da tam şəkildə üzə çıxdı ki, ABŞ regionda özünə əsas tərəfdaş qismində Azərbaycanı görür, Ermənistanın isə işğal siyasətini dayandırmasını istəyir.

Xatırladaq ki, qeyd olunan xüsusda Con Boltonun kifayət qədər maraqlı açıqlamaları oldu. Boltonun fikrincə, indiki durumda Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşmanın əldə olunması vacibdir. Çünki bu baş verərsə, Ermənistanın Azərbaycanla, Türkiyə ilə sərhədləri açılar. Bolton onu da bildirib ki, Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ münaqişəsinin həllidir. Beləliklə, bu fikirlərdən çox aydın görünür ki, ABŞ münaqişənin tənzimlənməsinin vaciblyinə dair Ermənistana açıq mesaj verir. Erməni ekspertlər də bildirir ki, artıq ABŞ İrəvanın üzərinə  konkret Qarabağ missiyası qoyub və bu missiyanın həyata keçirilməsi də Nikol Paşinyana həvalə olunub. Bundan imtina edəcəyi təqdirdə isə İrəvanı ABŞ tərəfindən kifayət qədər sərt təzyiqlər gözləyir. Bolton isə çox açıq şəkildə bəyan edir ki, Nikol Paşinyan parlament seçkilərində qalib gəlsə, bu, Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlara getmək baxımından yaxşı imkan yaradacaq. Bu fikirlərlə bağlı artıq Paşinyanın ikibaşlı xarakter daşıyan bir açıqlaması olub. Həmin açıqlamanın bir başı Ermənistan cəmiyyətini sakitləşdirmək xarakteri daşıyırsa, digər başı da Boltonun dediklərinin Paşinyan tərəfindən icrasının mümkünlüyünü üzə çıxarır.  Belə ki, Paşinyan ilk növbədə Boltonu onun adından danışmamağa çağırıb: “Hər kəs öz adından çıxış edə bilər. Con Bolton və ya başqa kimsə Ermənistanın baş naziri adından danışa bilməz. Bəli, seçki imkanları təmin edəcək. Məsələnin qlobal həlli baxımından biz başa düşürük ki, istənilən qərar Azərbaycan xalqı üçün məqbul olmalıdır”. Azərbaycan xalqı üçün məqbul qərar isə ölkənin ərazi bütövlüyünün təmin edilməsidir və bunu Paşinyan da bilməmiş deyil. Bu mənada, onun növbədənkənar parlament seçkilərindən sonra Qarabağ münaqişəsinin həllində  sürpriz gedişlər etməsi istisna deyil.

Erməni mediasında yayılan məlumatlara və sosial şəbəkələrdəki diskussiyalara görə, ABŞ Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mərhələli həll variantını erməni cəmiyyətinə qəbul etdirmək istəyir. Bu da ilk olaraq Qarabağ ətrafındakı ərazilərin azad edilməsini nəzərdə tutur. “Lragir” nəşri bu xüsusda yazır: “ABŞ-da bilirlər ki, Qarabağla bağlı istənilən məcburiyyət Ermənistanın Rusiyadan asılılığını artıracaq və onu beynəlxalq birlikdən təcrid edəcək ki, bu da Ermənistandakı Rusiyapərəst mövqeyi möhkəmləndirəcək. Buna rəğmən, ABŞ məsələnin mərhələli həllini istəyir”. Erməni politoloq Suren Sarkisyan isə diqqəti buna yönəldir ki, ABŞ üçün Azərbaycan Ermənistanla müqayisədə daha mühüm ölkədir və bu, Boltonun səfəri fonunda özünü qabarıq şəkildə göstərdi: “ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkəsinin Azərbaycan və Ermənistanla münasibətlərini fərqli şəkildə xarakterizə etdi. Bakı səfəri zamanı Bolton Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı adlandırsa da, Ermənistanla münasibətləri xarakterizə edərkən buna bənzər ifadə işlətməkdən imtina etdi“. Politoloqun sözlərinə görə, belə bir yüksək vəzifəli ABŞ rəsmisinin dilindən Bakı ilə münasibətlər ilk dəfədir ki, bu cür qiymətləndirilib: “Strateji planda Cənubi Qafqazda Gürcüstanı ən yaxın müttəfiqi kimi görən ABŞ bu mənada ikinci yeri zəngin neft və enerji resurslarına sahib olan Azərbaycana verdiyini göstərdi”. Erməni politoloq həmçinin bildirib ki, rəsmi Bakı Əfqanıstan məsələsində də ABŞ-a dəstək verir. Ermənistana gəldikdə isə, Sarkisyanın fikrincə, İrəvanın Rusiya tərəfdən Suriyaya kontingent göndərmək qərarı, hökumətin göndərilən missiyanın humanitar xarakter daşıması ilə bağlı açıqlamalarına baxmayaraq, Ermənistan-ABŞ münasibətlərində problemlər yaradıb.

Bundan başqa, silah məsələsində Ermənistanın son mövqeyi də ABŞ-ı narazı salır. Xatırladaq ki, Bolton səfəri zamanı Azərbaycan və Ermənistana ABŞ silahlarının satıla biləcəyini bildirib. Bu fonda Nikol Paşinyan İrəvanın “Amerika tərəfindən sərfəli təklif gələcəyi təqdirdə” Amerika silahının alışı məsələsini nəzərdən keçirməyə hazır olduğunu demişdi. Amma Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edir ki, hazırda Ermənistanın Amerika silahının alınmasına ehtiyacı yoxdur: “Biz  Con Boltonla Amerika silahının alışı barədə məsələləri müzakirə etməmişik. Silah bazarı açıqdır, lakin hazırda bizim Amerika silahına ehtiyacımız yoxdur”. Azərbaycan isə artıq ABŞ-dan silah alır. Bütün bunlar göstərir ki, ABŞ-ın regionda Azərbaycanla əməkdaşlıq üçün daha çox əsası var, nəinki Ermənistanla. Təbii ki, belə vəziyyət Qarabağ məsələsində də ABŞ-ın daha çox Azərbaycana tərəf meyllənməsinə şərait yaradır.

Bu vəziyyətdə maraqlı məqamlardan biri də Qarabağ danışıqlarında Ermənistanın tərəf kimi qəbul olunmasıdır. Boltonun da açıqlamalarından göründüyü kimi, ABŞ burada tərəf kimi Ermənistanı görür və İrəvanın problemin həlli istiqamətində addım atmasını istəyir. Bu xüsusda Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya mediasına müsahibəsində səsləndirdiyi fikirlər də olduqca maraqlıdır: “Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir. O anlayır ki, bu çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu baş tutmayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Ermənistanın cəlb olunmasının dərəcəsi, eləcə də Qarabağın təhlükəsizliyində oynadığı rol o qədər böyükdür ki, Paşinyanın planı alınmayacaq”. Köçəryan  qeyd edib ki, Paşinyanın istəyini nə həmsədrlər, nə də beynəlxalq cəmiyyət ciddi qəbul edəcək: “Paşinyan münaqişə ilə bağlı mövqeyini formalaşdıranda məlum olacaq ki, bu əvvəlki hakimiyyətin mövqeyi ilə uyğundur. Münaqişənin nizama salınması prosesindən tamamilə uzaqlaşmaq üçün manevr imkanı görünə bilər, lakin bu o qədər də geniş deyil”. Köçəryan Ermənistanın təhlükəsizliyi, müdafiə qabiliyyətinin artırılması, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə görə Rusiya ilə münasibətlərin davam etdirilməsinin vacibliyini də qeyd edib.

Yeri gəlmişkən qeyd edək ki,  ABŞ-la yanaşı, Rusiyanın da Qarabağ münaqişəsi ilə ilgili Azərbaycanın yanında yer alması getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdədir. Moskva üçün bu, həm də bölgədə hansısa mümkün yeni savaşın qarşısının alınması baxımından böyük önəm kəsb edir. Rusiyalı hərbi ekspert İqor Korotçenko bu xüsusda bildirir: “Ermənistanın bugünkü problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayana qədər ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişaf olmayacaq. Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risqlər yaradır. Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair vədlər versə də, bu vədləri yerinə yetirə bilməyəcək və Ermənistan getdikcə daha da çökəcək”. Ekspert diqqəti həm də ona yönəldir ki, Azərbaycan hərbi cəhətdən getdikcə güclənir və İrəvan bunu da nəzərə almalıdır. Korotçenko, İrəvanın bütün narazılığına rəğmən, Moskvanın Bakıya müasir silahlar çatdırmaqda davam edəcəyini də vurğulayır: “Azərbaycanın Rusiyadan aldığı birinci sinif silahlar hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib. Azərbaycan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etmiş Ermənistanın təcavüzündən qorunmaq üçün mütəmadi şəkildə özünün müdafiə qabiliyyətini möhkəmləndirir. Demək istəyirəm ki, bu gün Azərbaycan dünyanın ən yaxşı silahlarını, Suriyada real döyüş şəraitində sınaqlardan keçmiş rus silahını əldə edir. Azərbaycanın aldığı bütün silahlar birinci sinif silahlardır və rus silahının köməyilə Azərbaycan birinci sinif hərbi-siyasi status qazanır. Müasir dünyada hərbi potensial çox şey ifadə edir. Son onilliklərin bütün hadisələri bunu sübut edir. Bizim hərbi-texniki əməkdaşlıq sahəsində münasibətləri inkişaf etdirmək üçün çox gözəl potensialımız var. Bu gün dünyada, o cümlədən Xəzər dənizi və Cənubi Qafqaz regionlarında təhdidlərin kəskin artdığı bir şəraitdə Azərbaycanın hərbi potensialının güclənməsi, hər şeydən əvvəl, bütün xarici təhdidlərə qarşı dövlətin müdafiə qabiliyyətinin artırılması anlamına gəlir”.

Ekspertin sözlərinə görə, Rusiya, həmçinin, Azərbaycana sərhəd ətrafında bir neçə yüz kilometr məsafədə səmanı müşahidə etməyə imkan yaradacaq radiolokasiya sistemi və bütün qərarların ani zaman kəsiyində qəbul edilə bilməsi üçün avtomatlaşdırılmış hərbi idarəetmə sistemi verməyə hazırdır: “Regionda bu növ əməkdaşlığa misal kimi Türkiyəyə S-400 satılması ilə bağlı müqaviləni göstərmək olar. Yalnız müəyyən sayda seçilmiş dövlətlər S-400 kompleksləri ala bilər. Rusiya bu sistemi heç də istənilən ölkəyə satmaq fikrində deyil. Azərbaycan bunun üçün imkanı olan ölkələrdəndir və S-400-lərin çatdırılmasından sonra onun siyasi və hərbi avtoriteti daha da artacaq. Biz, həmçinin, Bakıya müasir Su-30 və MiQ-35 qırıcıları sata bilərik və bu, əməkdaşlıq üçün çox perspektivli bir istiqamət olardı. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin tələbatı nəzərə alınaraq rus zirehli texnikasının, hər şeydən əvvəl isə BTR-82-lərin satışına davam etmək olar”. Bütün bunlar bir daha təsdiq edir ki, Rusiya da indi Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqılır və təbii ki, belə vəziyyətdə Kremlin Azərbaycanın mövqeyinə daha çox dəstək verməsi qaçılmazdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ