çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Vüqar Rəhimzadə cəmiyyətin bu cür zərərli ünsürlərdən təmizlənməsini vacib saydı...

Image


"Sağlam cəmiyyətin qurulması və gələcək inkişafında bir sıra mühüm amillər var. Təbii ki, demokratiya, onun mühüm elementləri olan insan hüquq və azadlıqları, o cümlədən söz, mətbuat azadlığı sözügedən amillərdən biri və ən əsasıdır. Çünki məhz bu dəyərlər cəmiyyəti saflaşdırır, onun sağlam şəkildə inkişafına təkan verir. Bu gün dünyanın inkişaf etmiş, demokratik dəyərlərə sadiq olan ölkələrində olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur. Dövlət daim kütləvi informasiya vasitələrinin inkişafına maddi və mənəvi dəstək verir, jurnalistikanın daim yenilənməsini, müasir texnologiyalar əsasında səmərəli fəaliyyətini stimullaşdırır".

Bu fikirləri Trend-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti hər zaman jurnalistikanın inkişafı ilə bağlı mühüm addımlar atır, jurnalistlərə öz diqqət və qayğısını göstərir: “Möhtərəm Prezidentimizin biz jurnalistlərə olan diqqəti, qayğısı ilə bağlı bir çox faktlar sadalamaq olar. Sadəcə son illərdə 400-dən çox jurnalistin təmənnasız olaraq mənzillərlə təmin edilməsi, prosesin bundan sonra da davam etdirilməsi faktını qeyd etmək kifayətdir. Sözsüz ki, jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Jurnalistikanın ali dəyərlərinə sadiq qalmaq, peşə etikasına əməl etmək, ən əsası, vətənpərvər olmaq, baş verən hadisələri obyektiv, qərəzsiz formada insanlara çatdırmaq daxildir. Hesab edirəm ki, müstəqillik illərində jurnalistikamız bu sahədə böyük nailiyyətlər əldə edib, zəngin inkişaf yolu keçib”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü təəssüflə vurğulayıb ki, bu gün media məkanında jurnalistikanın ali dəyərlərinə xəyanət edənlərə də rast gəlmək olur: “Hər bir jurnalistin əsas vəzifəsi insanları doğru, düzgün informasiya ilə təmin etmək, maarifləndirməkdir. Təbii ki, bəzən jurnalist siyəsətçi, hüquqşünas kimi baş verən hadisələrə münasibət bildirə, insanları bu yöndə maarifləndirə bilər - faktlar əsasında, obyektiv və qərəzsiz formada. Təəssüf ki, bəzi “jurnalistlər” bu çərçivəni aşaraq özlərini “ədalət carçısı”, “hakim” rolunda görür, insanları “mühakimə” edir, günahlandırır, hətta “hökm” verirlər. Bəzən isə “maddi maraqlar” bu cür “jurnalistləri” daha aqressiv olmağa sövq edir. Onlar ayrı-ayrı vətəndaşlara, vəzifəli şəxslərə şər-böhtan atmaqdan çəkinmir, “istədiklərini” alana kimi hər yola əl atırlar. Artıq bu mərhələdə jurnalistika yox, “reketçilik” fəaliyyəti ön plana keçir. Bir müddətdir ki, “maddi maraqlarının” qurbanı olan “Realliq.info” və digər “reket” informasiya saytlarının müəllifi İkram Rəhimov da belələrindəndir. Bu günlərdə onun tabeçiliyində olan şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub. Nəticədə İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Hesab edirəm ki, belə faktlar “reketçilik sevdasına” düşənlərə dərs olmalıdır. Vəzifəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq hər kəs bilməlidir ki, qanun qarşısında məsuliyyət daşıyır”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, “reket” jurnalistikaya qarşı ictimaiyyət də ciddi, barışmaz mübarizə aparır, eyni zamanda, Mətbuat Şurası media məkanında bu cür neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görür: “Bu gün Mətbuat Şurasında “Reket” jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Komissiyaya ayrı-ayrı vətədaşlardan, dövlət qurumlarından şikayətlər daxil olur. Bu şikayətlərə baxılır, şəffaf və obyektiv şəkildə araşdırılır, tərəflər dəvət olunur, müzakirələr aparılır. “Reketçiliklə” məşğul olanlara əvvəlcə xəbərdarlıq edilir, əgər onlar bu əməllərindən əl çəkmirlərsə adları Mətbuat Şurasının “qara sıyahı”sına salınır. Təəssüf ki, bütün bu tədbirlərə baxmayaraq onlar öz çirkin, qərəzli əməllərindən əl çəkmir, qanunazidd, şər, böhtan xarakterli fəaliyyətlərini davam etdirirlər. Hətta cinayət əməlinə görə həbsdə olan məhbuslara həbsxanada yatdığı dövrdə “jurnalist” vəsiqəsi satan və jurnalistikaya heç bir aidiyyəti olmayan bu adamları jurnalist adı ilə həbsdən azad etməyə cəhd göstərilir. Belə çirkin əməllərlə məşğul olan İkram Rafiq oğlu Rəhimov və onun qrupu hansı cinayət əməlini törətdiklərini dərk etmirlərmi? Görünür yox. Əgər dərk etsəydilər, bu və digər əməllərdən əl çəkərdilər. Bu hədələrdən, şər-böhtanlardan, təhdidlərdən əl çəkmədikləri halda isə haqlı olaraq hüquq-mühafizə orqanları işə qarışır. Hesab edirəm ki, cəmiyyət bu cür zərərli ünsürlərdən təmizlənməli, şərəfli jurnalist adına ləkə gətirənlər qanun qarşısında cavab verməli, ümumilikdə müstəqil ölkəmizin sağlam media mühitinə xələl gəlməməlidir.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ