Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli münaqişə tərəflərinin maraqlarına cavab verir. “Trend”in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova oktyabrın 25-də keçirilən mətbuat konfransında deyib.
XİN rəsmisi qeyd edib: "Münaqişənin sülh yolu ilə həlli bütün iştirakçıların - həm ATƏT-in Minsk qrupunun, həm münaqişə tərəflərinin maraqlarına cavab verir. Biz həmişə bunu dəstəkləmişik və bu əsas məqsədimiz olub".