çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycana qarşı etnik təmizləməni və erməni separatizmini dəstəkləyən bəzi fransızlar…

Image


Müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan dağıdıcı - destruktiv faktorlar sırasında separatizm və təcavüzkar siyasət xüsusi yer tutur. Hazırkı reallıqlar və çağırışlar dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmasını, bu məsələ ilə bağlı ikili standartlara yol verilməməsini, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatların ikili standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür əlaqələri, eləcə də onları dəstəkləməsini dayandırmasını diqtə və tələb edir.

Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ” rejiminin mövcudluğu da faktiki olaraq beynəlxalq hüquq normalarının, eləcə də ərazi bütövlüyünün pozulması və suverenlik prinsipinin heçə sayılmasının bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.
Bu bir reallıqdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqaz regionunda Ermənistanın işğalçı siyasəti bölgənin təhlükəsizliyini ciddi təhdidlərlə qarşı-qarşıya qoyur. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ” rejiminin fəaliyyət göstərməsi isə konkret olaraq təcavüzkar iddiaların, separatizmin dayaqlarının güclənməsinə səbəb olur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına bir sıra xarici şəxslərin səfərlərinin təşkil edilməsi də işğal altındakı Dağlıq Qarabağda yaradılan qondarma rejimi təbliğ etməyə, eyni zamanda, separatizmin təşviq olunmasına xidmət edir. Bununla da beynəlxalq konvensiyaların tələbləri ciddi şəkildə - kobud surətdə pozulur. Şübhəsiz ki, Azərbaycan Respublikası həmişə bu cür qanunazidd hərəkətlərin cavabını verir, müvafiq tədbirlər görür. Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur, onların Azərbaycana gəlişinə qadağa qoyulur. Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri də konkret olaraq etnik təmizləmə və işğal faktının müdafiəsi olmaqla yanaşı, təxribat xarakterli addımdır. Yeri gəlmişkən, bu məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb, səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları ilə, o cümlədən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə bu yaxınlarda Fransanın Sent-Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib. Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib. Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi notası təqdim olunub.

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər konkret sifariş əsasında həyata keçirilib

Beləliklə, ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçısının Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirməsi Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və etirazına səbəb olub, bu addımların, hər şeydən əvvəl, beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olmaması qətiyyətlə ifadə edilib. Bildirilir ki, ölkəmizin qanunlarına zidd olan bu hal Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma, separatçı rejimin təşviqinə xidmət edir. İlleqal xarakter daşıyan bu səfərlərin konkret göstərişlər əsasında həyata keçirilməsi də şübhə doğurmur. Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşebluanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejim ilə “dostluq dərnəyi”nin digər üzvlərinin belə səfərlərə qoşulması səfərin siyasi direktivlər əsasında təşkil edilməsi və reallaşdırılmasının göstəricisidir. Şübhəsiz ki, Fransua Roşebluanın Ermənistan vətəndaşlığı alması və ona bu ölkənin pasportunun verilməsi təsadüfi deyil. O, fəaliyyəti dövründə erməni lobbisinin direktivlərini yerinə yetirib, ermənilərin maraqlarının müdafiəçisi kimi çıxış edib.

Separatçılarla “bəyannamə”lər imzalanması etnik təmizləmə faktına və siyasətinə dəstək verməkdir
Azərbaycan ərazisinin 20 faizini işğal edən və hələ də işğal altında saxlayan Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi etnik təmizləmənin həyata keçirilməsi, xalqımızın terror və cinayətlərə məruz qalması reallıqdır. Bu vandalizm aktlarının nəticələri bütün dünyaya, o cümlədən Fransa ictimaiyyətinə də yaxşı məlumdur. Bu tarixi faktların fonunda Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə təxribat xarakterli səfərlər etməsi yolverilməzdir. Ən əsası, Fransadan olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə “bəyannamə”lər imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmənin nəticələrini razılıqla qarşılamaq - bu vandalizm aktına dəstək vermək deməkdir. Bu isə təkcə Azərbaycana münasibətdə beynəlxalq hüquq norma və prinsiplərinin pozulması deyil, bütövlükdə milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin heçə sayılmasıdır. Digər tərəfdən, bu cür yolverilməz addımlar mənfi presedentlər meydana çıxarır, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə hallar etnik separatizmi təşviq edə bilər. Ona görə də qlobal miqyasda təhlükəsizliyə, əməkdaşlığa önəm verdiyini ifadə və iddia edən Fransanın bu cür halları nəzərə alması, müvafiq tədbirlər görərək onları aradan qaldırması zəruridir.

Yerli özünüidarəetmə orqanlarının təxribatçı hərəkətləri Fransa ilə Azərbaycan arasında imzalanmış sazişlərin mahiyyətinə ziddir
Şübhəsiz ki, bəhs olunan təxribatçı hərəkətlər Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin ruhuna ziddir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə səfərlər etməsi bilavasitə respublikamızın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olmaqla yanaşı, ikitərəfli münasibətlərin mahiyyətinə uyğun deyil.
Digər tərəfdən, bu cür təxribatçı hərəkətlər bu ölkənin milli qanunları ilə də ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində “Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır. Təlimat, eyni zamanda, bu ölkə tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı bir formada müqavilələr bağlamağı, səfərlər həyata keçirməyi və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə orqanlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimat məcburi xarakter daşıyır, yəni imperativ xarakterlidir. Yəni Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış sənədə əsasən, Fransada fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları ölkənin xarici siyasətinə zidd olan bəyanatlar, səfərlər və digər bu kimi addımlardan çəkinməlidirlər. Lakin sözügedən məsələnin fonunda biz bunun tamamilə əksini müşahidə edirik. Və nədənsə Fransa hökuməti bu sənədin müddəalarının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Azərbaycan ictimaiyyəti haqlı olaraq Fransa hökumətindən bu məsələdə ədalət prinsipinə söykənərək qətiyyət və əməli fəaliyyət gözləyir.

Separatizmin təşviqinə xidmət edən qanunsuz addımlar Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində nüfuzuna ciddi xələl gətirir
Fransa Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal edilməsi nəticəsində yaranan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmasına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Bu dövlət ATƏT-in Minsk Qrupu çərçivəsində öz mandatına uyğun olaraq tərəfsiz və obyektiv mövqe tutmalı, münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq üçün fəaliyyət göstərməlidir. Bu fəaliyyət çərçivəsində işğal faktının aradan qaldırılmasına mane olan təxribatçı və separatçı hərəkətlərin qarşısının alınmasına da xüsusi diqqət yetirməlidir. Lakin təəssüflər olsun ki, Fransanın bəhs olunan yerli özünüidarəetmə orqanlarının qanunsuz addımları nəinki Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir, üstəlik, bu ölkənin vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir, Fransa barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.
Fransa Xarici İşlər Nazirliyi tərəfindən qondarma rejimin tanınmaması barəsində açıqlama verilsə də, bu, qənaətbəxş xarakter daşımır. Fransa nəinki bu qondarma rejimi tanımamalı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir. Çünki bu ölkəyə də yaxşı məlumdur ki, Ermənistanın hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması beynəlxalq hüquq normalarının, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə ziddir, işğalçı qoşunlar dərhal və qeyd-şərtsiz Azərbaycanın torpaqlarından çıxarılmalıdır.

Fransa hökuməti bu ölkədə yerləşərək Azərbaycana qarşı terror və zorakılıq çağırışları ilə çıxış edən şəxslərə qarşı hüquqi tədbirlər görməlidir
Azərbaycan dövlətinin daxili və xarici siyasət kursu milli maraqlara əsaslanır. Eyni zamanda, respublikamız ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində öz milli maraqlarını rəhbər tutmaqla yanaşı, digər dövlətlərin mənafelərini nəzərə alır, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət prinsipi əsasında davam və inkişaf etdirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan digər ölkələrlə olduğu kimi, Fransa ilə münasibətlərdə də bu prinsipləri əsas götürür. Fransa da Azərbaycanın milli və dövlətçilik maraqlarını nəzərə almaqla müəyyən məsələlərlə bağlı müvafiq addımlar atmalıdır. Bu kontekstdə Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının yuxarıda bəhs olunan təxribatçı hərəkətlərinin qarşısını alması zəruridir. Digər tərəfdən, özünü mühacir adlandıran bəzi Azərbaycan vətəndaşlarının Fransanın ərazisində yerləşərək ölkəmizdə terror və zorakılığa çağıran bəyanatlarla çıxış etməsi sirr deyil. Bu, Azərbaycanın milli maraqlarına zidd olmaqla yanaşı, ölkə ictimaiyyəti tərəfindən ciddi ikrah hissi ilə qarşılanır, qətiyyətlə pislənilir. Azərbaycan ictimaiyyəti Fransa hökumətinin bu cür halların qarşısını almasının zəruriliyini bəyan edir. Lakin təəssüflər olsun ki, bu ölkənin hökuməti tərəfindən Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd mövqe tutan, terrora və zorakılığa çağırış edən və beləliklə, qanunazidd hərəkətlərə yol verən həmin şəxslərin fəaliyyətinin qarşısını almaq üçün heç bir hüquqi tədbir görülmür.

Fransa ölkəmizə münasibətdə qeyri-məqbul mövqeyini davam etdirsə, Azərbaycan bu ölkə şirkətləri ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər
Bəhs olunan məqamlarla yanaşı, digər bir nüansa da toxunmaq məqsədəmüvafiqdir. Məlumdur ki, Fransa şirkətləri Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bu sırada “Suez”, “Total”, “Thales International” və digərlərini qeyd edə bilərik. Belə layihələrin həyata keçirilməsi, şübhəsiz ki, Fransanın iqtisadi maraqlarına uyğundur və bu ölkənin əhəmiyyətli gəlir əldə etməsinə imkanlar yaradıb. Şübhəsiz ki, bunun müqabilində Fransanın ikitərəfli əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi kontekstində tutduğu mövqe məqbul deyil. Əgər Fransa Azərbaycana münasibətdə belə mövqe sərgiləyərək bu cür hallara yol verməyə davam edəcəksə, Azərbaycan bu ölkə şirkətləri ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər.

Başqa bir millətin onun xalqının tarixini yazmasının ən yüksək səviyyədə ifadə edilməsi öz millətinə qarşı hörmətsizliyin nümunəsidir
Nəticə etibarilə, Fransanın bəzi yerli idarəetmə orqanlarının rəhbərlərinin təxribatçı hərəkətləri yolverilməzdir. Bu, qeyd etdiyimiz kimi, bilavasitə separatizmin təşviqinə və etnik təmizləmənin dəstəklənməsinə xidmət edir. Digər bir sıra hallar da separatizmin təşviqinə xidmət edən nümunələr sırasında yer alır. Bu ölkənin tarixini ermənilərin yaratdığının ifadə edilməsi və ermənilərin fransızların yarımhəmyerliləri olmasının vurğulanması da təəccüb doğuran hal kimi bu qəbildən olan nümunələrdəndir. Üstəlik, ermənilərin Fransa tarixinin bir hissəsi və fəxr predmeti olduğunun vurğulanması da birmənalı qarşılanmayan təəccüblü haldır. Ən əsası, bütün bunlar Fransa xalqına qarşı hörmətsizliyin bariz nümunəsi və ifadəsidir.
Bütövlükdə, yaxşı olar ki, Fransa hökuməti rasional və praqmatik mövqe nümayiş etdirərək bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görsün.

Hikmət BABAOĞLU,
Milli Məclisin deputatı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ