çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Köçəryandan şok etiraf – MQ-nin bütün həmsədr ölkələri ərazilərin Azərbaycana qaytarılmasını istəyir...

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bu gün bütün regionu ciddi təhdid altında  qoymaqda, hadisələrin istənilən vaxt təhlükəli məcraya yönəldilməsinə əlverişli zəmin yaratmaqdadır. Elə bu səbəbdən konfliktin həllinin tezləşməsinə indi beynəlxalq miqyasda da maraq yarandığı müşahidə olunmaqdadır.

Münaqişənin hansı formada həllinə gəlincə, Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə ən yüksək səviyyədə ifadə edib. VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı yenidən bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə variantı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Qarabağ bizim tarixi torpağımızdır, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Uzun əsrlər ərzində bizim xalqımız bu torpaqlarda yaşayıb və yaradıb. Bizim tarixi abidələrimiz, toponimlər də bu torpaqların Azərbaycan xalqına məxsusluğunu göstərir. Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən çıxarılmalı və Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönməlidir”.

Dövdət başçısı, eyni zamanda, Ermənistanın beynəlxalq hüquq normalarını yerinə yetirməyə məcbur edilməsi üçün mexanizmin olmamasından da söz açıb: “Müxtəlif beynəlxalq təşkilatlar Qarabağ münaqişəsilə bağlı bir sıra sənədlər qəbul ediblər. O cümlədən də, BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul edib. Bu qətnamələrin qəbulundan 25 il keçməsinə baxmayaraq, Ermənistan hələ də onları icra etmir. Təəssüf ki, hələ də işğalçını beynəlxalq hüququn tələblərini icra etməyə məcbur edəcək mexanizm hazırlanmayıb”. 
İlham Əliyev onu da vurğulayıb ki, BMT Baş Assambleyası, Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. Beləliklə, qeyd edilən fikirlərdən bir daha bəlli olur ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində Qarabağ münaqişəsinin həllinin tezləşməsini istəyir və beynəlxalq ictimaiyyətin də bu məsələdə sözdən əmələ keçməsini tələb edir. Bunun əksinin müharibə olacağına dair də Bakıdan Ermənistana və dünya ictimaiyyətinə kifayət qədər xəbərdarlıqlar edilib.

Rusiyalı politoloq Qriqori Trofimçuk da məsələnin bu tərəfinə nəzər salaraq vurğulayır ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsində hansısa bir irəliləyişin olmasının qarşısını alması müharibə risqini artırır. Onun sözlərinə görə, Nikol Paşinyanın da mövcud status-kvonun qalmasına çalışması indiki halda Ermənistanın özü üçün təhdiddir: “Paşinyan Düşənbə razılaşması ilə bir tərəfdən danışıqlarda iştirak etmək marağında olduğunu göstərir, digər tərəfdən isə danışıqlara uyğun olmayan mövqe sərgiləyir. Buna görə də Ermənistan sərt xəttini dəyişməlidir. Əks halda təcrid vəziyyətində qalmaqda davam edəcək. Ən pisi isə odur ki, Qarabağ konfliktini yenidən alovlandıra bilər. Bu isə Ermənistana heç də qələbə gətirməyəcək”. Maraqlıdır ki, yaranmış vəziyyətdə Ermənistanın özündə də Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini istəyənlərin sayında artım müşahidə olunur. Hətta bu xüsusda Ermənistanın sabiq prezidenti Robert Köçəryan olduqca maraqlı açıqlamalar da verib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində işğal edilmiş konkret rayonların Azərbaycana qaytarılması məsələsi həmişə danışıqların predmeti olub. ABŞ-ın İrəvandakı səfiri Riçard Millzin bu ölkədəki missiyasını başa vurmazdan əvvəl Qarabağ münaqişəsilə bağlı verdiyi bəyanatı şərh edərkən Köçəryan bildirib ki, ATƏT-in Minsk Qrupunun bütün həmsədr ölkələri də həmin ərazilərin qaytarılmasının zəruri olduğu düşüncəsindədir. Onun fikrincə, ABŞ səfirinin işğal altındakı rayonların qaytarlımasına dair bəyanatı onun şəxsi fikri və mövqeyi deyil. Köçəryanın sözlərinə görə, ABŞ-ın Ermənistandakı növbəti səfiri də belə bəyanat verəcək: “Bu, həm də ABŞ Dövlət Departamentinin mövqeyidir. Və daha dəqiq desək, Minsk Qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu reallıqdır. Ən azından, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin ərazilərlə bağlı fikri həmişə bu kontekstdə olub. Ümumi danışıqlar prosesinin məntiqi də bununla bağlıdır. Və hesab edirəm ki, bu cür yanaşma Ermənistan hakimiyyətinə bir çağırışdır. İrəvan öz mövqeyini dəqiqləşdirməlidir”.

Ekspertlərin fikrincə, Köçəryanın açıqlamaları artıq bu məsələlər haqqında ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə təmsilçilərinin Qarabağ münaqişəsi ilə bağlı açıq danışdığını ortaya qoyur. Yuxarıda qeyd olunduğu kimi, artıq ABŞ bu məsələdə kifayət qədər aydın mövqe sərgiləyib. Köçəryan da bu fonda etiraf edir ki, Ermənistan nə qədər münaqişəni uzatmağa cəhd göstərsə də, nəticə etibarı ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qərar verilməlidir. Əks təqdirdə proseslər İkinci Qarabağ müharibəsinin başlaması istiqamətində inkişaf edə bilər. Bu da Ermənistan üçün uğurlu heç nə vəd etmir. Eyni zamanda Köçəryanın açıqlamasından o da məlum olur ki, bu günə qədər erməni siyasi rəhbərliyinin erməni cəmiyyətinə hansı bəyanatlar verməsindən asılı olmayaraq, həm Köçəryan, həm Sarkisyan, həm Paşinyan dövründə Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi hər zaman danışıqların predmeti olub. Bu baxımdan Köçəryan, faktiki olaraq, öz prezidentliyi dövrü də daxil olmaqla, rəsmi şəxslərin erməni cəmiyyətinə yalan danışdığını açıq şəkildə etiraf edir.

Eyni zamanda, ABŞ-ın Ermənistandakı səfirinin açıqlamaları ilə erməni cəmiyyətinə açıq mesaj verildi ki, bütün hallarda Azərbaycan torpaqlarını işğaldan azad etmək lazım gələcək. Ermənistanın isə həm beynəlxalq ictimaiyyətə, həm də Azərbaycana müqavimət göstərmək imkanları yoxdur. Məhz bunu əsas götürən Köçəryan açıq etiraf edir ki, zəbt edilmiş ərazilərin qaytarlıması danışıqlar prosesində əsas məqamdır və bunun icra edilməməsi Ermənistana daha baha başa gələcək. Ən azı o baxımdan ki, bundan sonra Ermənistana hərbi, diplomatik, iqtisadi təzyiqlər daha da güclənəcək. Özü də bu məsələdə beynəlxalq ictimaiyyətin tədricən daha qətiyyətli şəkildə Azərbaycanın yanında yer alması müşahidə olunur.

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Ermənistanın özünü qeyri-konstrkutiv aparmaqda davam etməsi müharibəni də körükləyən amildir. Halbuki, mümkün müharibədə Ermənistanı çox böyük zərbələr gözləyir. Bunu erməni ekspert Janna Aleksanyan da etiarf edir. Onun sözlərinə görə, Azərbaycan hərbi cəhətdən gücləndiyi bir vaxtda erməni ordusunda tamam əks proses müşahidə olunur, itkilərin sayı hətta genişmiqyaslı hərbi əməliyyat olmadan belə artır: “Erməni əsgərləri cəbhə xəttində deyil, öz komandirlərinin və cəbhə yoldaşlarının əlində ölməyə davam edir. Hüquq müdafiə təşkilatlarının hesabatlarına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında Ermənistan ordusunda 34 ölüm halı qeydə alınıb ki, bunlardan da sadəcə 8-i sərhəddə baş verib. Ermənistan ordusunun qeyri-döyüş şəraitində verdiyi itkilərin böyük əksəriyyəti gərginliyin artdığı “inqilab”dan sonrakı dövrə təsadüf edib. Ölüm hallarının hamısı intihar kimi qeydə alınıb. Maydan sonra baş verən 8 hadisə ilə bağlı “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi qaldırılıb. Aprel ayında isə 9 “qəsdən adam öldürmə” hadisəsi qeydə alınıb. İnsanlar inqilaba dəstək oldu, onda iştirak etdi və indi bütün xalq öz problemlərinin, xüsusən də ordu ilə bağlı olan problemlərin həllini tələb etmək haqqına sahibdir. Belə hallar hələ də mövcuddursa, müdafiə sistemində hansısa dəyişikliklərin baş verdiyini deyə bilmərəm”. Ekspert ordudakı ölüm halları ilə bağlı vəziyyətin hakimiyyətin diqqət mərkəzinə gəlməməsindən təəccübləndiyini də qeyd edib: “Təcrübə göstərir ki, istintaq orqanları həddən artıq pis araşdırma aparır. Əlbəttə, ümid edirəm ki, inqilabdan sonra nələrisə dəyişmək mümkün olacaq, ancaq biz, 5 iş üzrə istintaqda iştirak etməyimizə baxmayaraq, hər hansı bir dəyişiklik müşahidə etməmişik. Deyə bilərəm ki, bu sahədə də heç bir dəyişiklik yoxdur. Daha doğrusu, hüquq-mühafizə orqanları və məhkəmə sistemi hələ qabağa getməyib, burada da inqilaba ehtiyac var”. Erməni vəkil Ayarpi Sarkisyanın sözlərinə görə, istintaq orqanlarının qüsurlu fəaliyyətinin öz prinsipləri var: “Bir tərəfdən nəsə etmək istəyinin yaratdığı marağın olmasına baxmayaraq, əvvəl olduğu kimi, eyni üslubda fəaliyyət davam edir. Sistemi dəyişmək lazımdır. Sistemin fəaliyyətinə nəzarət edəcək vəzifəli şəxslərin dəyişdirilməsi sistemin tam və dərhal dəyişdirilə biləcəyini nəzərdə tutmur”. Baş verən ölüm hallarının intihar kimi qeydə alınması barədə danışan vəkil bir sıra ziddiyyətli məqamların olduğunu da bildirib: “Bu işlər çərçivəsində intiharın törədildiyi silahda əksər hallarda barmaq izləri tapılmır. Daha doğrusu, belə çıxır ki, insan özünü öldürüb, sonra dirilib və barmaq izlərini silib və nəhayət yenidən ölüb. Çox absurd məqamlar var və bunlar sadəcə 1-2 belə halda müşahidə olunmur”.

Janna Aleksanyan isə  Gevorq Aroyan hadisəsini xatırladaraq, əsgərin alçaldılmalara məruz qaldığını bildirib: “Valideynləri onunla görüşəndə gözünün altında yaralar olub. Əsgər yaralarla xidmət aparırsa və heç kim bunun fərqinə varmırsa, o hərbi hissənin komandir heyəti haradadır? Müdafiə naziri onları yanına çağırıb? Onlardan nə baş verdiyini, komandir heyətində niyə heç kimin bunun fərqinə varmadığını soruşub? Ən qəribəsi isə budur ki, belə bir hadisədən sonra Müdafiə naziri David Tonoyanın ictimaiyyətə açıqlamasını görmədik. Müdafiə Nazirliyinə müraciət edən valideynlər də heç bir cavab ala bilmir”. O, belə bir ordu ilə müharibədə hansısa nəticənin əldə edilməsinin mümkünsüzlüyünü də xüsusi olaraq vurğulayıb.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ