Bakı təkcə sivilizasiya və dinlərin kəsişdiyi şəhər deyil, həm də onların qarşılıqlı mövcud olduğu yerdir. Hamı bilir ki, dünyanın heç bir yerində Bakı Humanitar Forumu kimi tədbir keçirilə bilməz. Trend-in məlumatına görə, bunu rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov deyib.
O.Kuznetsovun sözlərinə görə, Bakı Humanitar Forumunda qarşılıqlı anlaşma ruhu hökm sürür və siyasi konyunktur yoxdur: “Hər kəs Bakı prosesinin əhəmiyyətini gözəl başa düşür. Humanitar baxımdan Bakı planetar əhəmiyyət daşıyır. Mənim ISESCO-nun baş katibinin çıxışı xoşuma gəldi. O dedi ki, burada sivilizasiyalararası dialoq yox, ümumdünya humanitar dialoqi keçirilir”.
O.Kuznetsov bildirib ki, bu, həmin tədbirin xarakterinin və mühitinin göstəricisidir.