çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Gələn ilin mayında Qarabağ məsələsində mühüm yeniliklər ola bilər”

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün işğalçı Ermənistandan hələ də müsbət siqnallar daxil olmur. Bunu baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Ermənistan parlamentində son çıxışı zamanı səsləndirdiyi fikirlər aydın şəkildə nümayiş etdirir.

Qeyd edək ki, Paşinyan parlamentdə deputatların Qarabağ münaqişəsinə dair suallarına cavab verib. O vurğulayıb ki, Qarabağ məsələsinin həlli üçün heç bir gizli variant mövcud deyil: “Mən dəfələlərlə demişəm ki, danışıqlar prosesində xalqa açıqlanması zəruri olan variant meydana çıxsa mən onu xalqa açıqlayacam. Məsələnin hansısa gizli həll variantı tamamilə istisna olunur”. Ermənistan rəhbərinin sözlərinə görə, hansısa variant Ermənistan əhalisinin və parlamentin böyük üstünlüklə dəstəyini qazansa, onu müzakirə edəcək. Bununla belə, Paşinyan yenə köhnə havanı çalaraq, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib. Bu isə Düşənbə razılaşmasının ruhuna birbaşa ziddir.

Bununla yanaşı, Paşinyan onu da bildirib ki, danışıqlarda təkcə Ermənistanın adından danışa biləcəyi, Dağlıq Qarabağı təmsil etmək üçün mandata sahib olmadığı haqda əvvəllər dediklərini düzgün yozmayıblar: “Mən deməmişəm ki, Dağlıq Qarabağ danışıqlarda iştirak etməyənə qədər danışıqlar aparmayacam. Mən demişəm ki, Ermənistanın adından danışıqlar apara bilərəm, amma bunu Dağlıq Qarabağın və onun əhalisinin adından edə bilmərəm”. Aydındır ki, Paşinyanın təsvir etdiyi həll mexanizmi absurddur və belə mövqe, faktiki olaraq, danışıqları pozmaqdır.  Digər tərəfdən, Paşinyan danışıqlardan imtina etməsə də, Dağlıq Qarabağın iştirakı barədə şərt irəli sürməkdə davam edir. Başqa sözlə, o danışıqlar apara bilər, amma özünün dediyi kimi, Dağlıq Qarabağdakı separatçı rejim iştirak etmədiyi üçün belə danışıqlarda irəliləyiş olmayacaq. Yəni söhbət formal danışıqlardan gedəcək. Azərbaycan isə bununla razılaşmaq niyyətində deyil. Aydındır ki, proseslər Ermənistanda baş tutacaq növbədənkənar parlament seçkilərindən sonra da bu zəmində inkişaf edərsə, Qarabağ konfliktinin hərb müstəvisində çözülməsi qaçılmaz olacaq.

Bununla yanaşı, Paşinyan bildirib ki, onunla Azərbaycan Prezidenti arasında operativ rabitə gündəlik rejimdə fəaliyyət göstərir: “Operativ rabitə barədə Düşənbə görüşündə əldə edilmiş razılaşma yerinə yetirilir. Əminliklə deyə bilərəm ki, belə rabitə qurulub. Və biz faktiki olaraq gündəlik rejimdə situasiyanı müzakirə edirik”. Paşinyan əlavə edib ki, söhbət ancaq Ermənistan-Azərbaycan dövlət sərhədində insidentlərin qarşısının alınmasından gedir. Və operativ rabitə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin müzakirəsi üçün istifadə olunmur:  “Deyə bilərəm ki, istənilən informasiya yarım saat ərzində Azərbaycan Prezidentinə çatdırılır. Onların tərəfindən də nəsə informasiya varsa həmin müddət ərzində mənə gəlib çatır”. Lakin ekspertlər vurğulayır ki, İrəvanın Qarabağ siyasətində dəyişikliklər olmayacağı təqdirdə operativ rabitənin Ermənistana hansısa xeyri olmayacaq. Bunu  Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin də xüsusi olaraq vurğulayır: “Operativ əlaqə təmas xəttində təsadüfi eskalasiyanın qarşısını almaq üçün mövcuddur. Amma danışıqlarda nəticə olmayacaqsa və  yüksək səviyyədə qərar veriləcəksə ki, müharibə olmalıdır, bu razılıqdan asılı olmayaraq müharibə olacaq”. Ekspert vurğulayır ki, hansısa bir vaxtda müharibə qaçılmazdır. Onun sözlərinə görə, Azərbaycan hərbi texnikanın sayı və onun gücü baxımından Ermənistandan kifayət qədər üstündür. Aleksandr Xramçixin qeyd edib ki, Ermənistanda baş vermiş daxili siyasi hadisələrdən sonra Dağlıq Qarabağ məsələsində dəyişikliklər olmayıb: “Mən bilmirəm danışıqlar nəyə gətirib çıxara bilər, amma tərəflərin mövqeyi əsla dəyişməyib”.

Dağlıq Qarabağda mümkün savaşın Ermənistan üçün nə ilə nəticələnəcəyinə dair indiyə qədər İrəvana çoxsaylı xəbərdarlıqlar olunub. Amma görünür, İrəvan hələ də bundan lazımi nəticələr çıxarmaqda çətinlik çəkir. Məsələnin bu fonda maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, Ermənistanın davranışı üzündən Qarabağ savaşının yenidən başlanması indi regionda maraqlı ölkələr, o cümlədən Rusiya və ABŞ üçün də sərfəli sayılmır. Rusiyalı politoloq Sergey Markedonov bu fonda Moskva və Vaşinqotnun İrəvana müəyyən təzyiqlər göstərə biləcəyini istisna etmir. O, hətta bununla ilgili olaraq ABŞ prezidentinin müşaviri Con Boltonun Bakıya səfərində Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyalar təqdim etdyini də bildirir. Ekspert bu ideyanın məsələnin mərhələli həllini özündə ehtiva etdiyini vurğulayır. Eyni mövqeni politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli də bölüşür. Politoloq Cənubi Qafqaz regionunda geostrateji cəhətdən ən əhəmiyyətli ölkənin Azərbaycan olduğunu və bunun ABŞ-a da yaxşı bəlli olduğunu bildirib. O, ABŞ, eləcə də NATO-nun Əfqanıstandakı qoşun kontingentinin təchizatında ən qısa yolun Azərbaycan üzərindən keçdiyini deyib: “Son illər Rusiya üzərindən Əfqanıstana yüklərin buraxılmaması Azərbaycanın əhəmiyyətini daha da artırıb. Azərbaycanın coğrafi və geostrateji önəmi, həmçinin bölgədə ən inkişaf etmiş dövlət olması, sözsüz ki, ABŞ-ın diqqətini cəlb edir. Bundan başqa, nəzərə alsaq ki, Azərbaycan Qərb üçün mühüm nəqliyyat qovşağı və enerji mənbəyidir, o halda ölkəmizin əhəmiyyətini daha yaxşı anlamaq olar. Azərbaycan öz strateji mövqeyinə görə Qərb üçün əvəzedilməz ölkədir. Bu nöqteyi-nəzərdən respublikaçıların Donald Tramp administrasiyası dövründə Azərbaycana diqqəti xeyli, hətta deyərdim ki, ölçüyəgəlməz dərəcədə artıb”.

Com Boltonun Bakıya səfərində Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyalar təqdim etməsi barədə Rusiya, eləcə də erməni ekspertlərinin fikirlərinə toxunan Q.Hüseynli Vaşinqtonun münaqişənin tənzimlənməsi prosesinə dair müəyyən dəyişikliklərin olduğunu vurğulayıb: “ABŞ bu dəyişiklikləri artıq bir ildən çoxdur ki, bəyan edir. Bu məsələdə son və açıq mövqeyi ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz ortaya qoydu. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan həll edilə bilməz. Bu, kifayət qədər cəsarətli bir mövqe idi. Bundan əvvəl Minsk Qrupunda amerikalı keçmiş həmsədr Ceyms Uorlik “Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdə bir erməni əsgəri belə qalmamalıdır” ifadəsi ilə yadda qalıb. Həm dünyada, həm də ABŞ-ın özündə Qarabağla bağlı həqiqətləri düzgün başa düşürlər. Artıq üç ildir ki, NATO-nun sammitində postsovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edən bəyanat imzalanır. Avropa Şurası bu məsələyə münasibətini çoxdandır bildirib. Avropa Parlamenti də həm Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, həm də postsovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Bu yaxınlarda isə Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Bütün bunlar onu göstərir ki, dünya yavaş-yavaş ikili standartlardan uzaqlaşır və münaqişələrin beynəlxalq hüquq normalarına uyğun həllinə yönəlir. Zənnimcə, bu, ABŞ-ın siyasətində də özünü, tədricən də olsa, göstərməkdədir. Ermənistanın təcavüzkar siyasəti və Azərbaycanın təcavüzə məruz qalması kimi fikirlər daha çox siyasi dairələrdə, daha çox ölkələrdə özünə yer tapmağa başlayıb. Fikrimcə, bu, problemin ədalətli həllinə yol aça bilər”. ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyinin İrəvanın davranışlarında hansı formada əksini tapacağına gəlincə, sabiq dövlət müşaviri hesab edir ki, Nikol Paşinyan ABŞ-ın mövqeyinin qarşısında aciz qalacaq.

Elə erməni siyasi şərhçi Akop Badalyan da vurğulayır ki, İrəvana yönəlik beynəlxalq təzyiqlər artdığı halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm yeniliklər olacaq. Özü də Azərbaycanın maraqları çərçivəsində:  “Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq. Artıq o haqda danışırlar ki, 2019-cu ilin may ayında münaqişə ilə bağlı Ermənistan üçün arzuolunmaz qərarlar veriləcək. Burada ABŞ-ın İrəvandakı səfirinin “münaqişənin istənilən həll variantı ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək” açıqlaması diqqət çəkir. Mümkündür ki, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər artsın. Paşinyan seçkiləri keçirmək və daxili siyasətdəki burulğanları geridə qoymaq üçün zaman istəyib”. Badalyan qeyd edir ki, burada Ermənistan daxilində münaqişənin həllini arzulayanların da mövqeyi, az da olsa, görünür: ”Misal üçün, “Vikiliks” nəşri yazırdı ki, 2008-ci ildə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan ABŞ səfirini münaqişənin həlli üçün Serj Sarkisyana təzyiq etməyə inandırmışdı. Bu kontekstdə ABŞ səfirinin son bəyanatı diqqət çəkir. Seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verməsi qaçılmaz olacaq”.

Hər halda, proseslərin gedişi bu qənaətə gəlməyə əsas verir ki, Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün Ermənistana beynəlxalq təzyiqlərin olması vacibdir. Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya sayəsində bunun üçün artıq lazımi zəmin hazırlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da bildirir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə nizama salınması prosesinin başlanğıcına malik olan substantiv danışıqların davamına hazırdır.
Onun sözlərinə görə, Bakı nəticəyə hesablanmış məsuliyyətli dialoqun irəliləyişi haqqında mövqeyini dəfələrlə səsləndirib: “Əfsuslar olsun ki, İrəvanda hakimiyyət dəyişikliyi və indiyə qədər müşahidə olunan siyasi burulğan prosesi tormozladı. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın vaxtlarda mövcud format çərçivəsində və məlum çağırış əsasında danışıqlar prosesinin davamı üçün siyasi iradə nümayiş etdirə biləcək”. Hesab edilir ki, beynəlxalq təzyiqlər nəticəsində İrəvan Qarabağ münaqişəsinin dinc həllində lazımi addımlar atmayıb təcavüzkar siyasətini davam etdirsə, Bakı məsələyə hərb yolu ilə nöqtə qoymağa məcbur olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ