çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakı Forumunun iştirakçı ölkələrinin ilbəil sayca artım səbəbləri...

Image


Əkbər Qoşalı: “Cənab Prezidentin çıxışları, təşəbbüsləri və forumun yüksək səviyyəli, ardıcıl mexanizmə sahib olması üçün davamlı dəstəyini qeyd etməliyik”

 

Ölkəmiz dünya miqyaslı daha bir mötəbər tədbirə evsahibliyi edəcək. Məlum olduğu kimi, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forumu keçiriləcək. VI Bakı Beynəlxalq Humanitar Forumunda 97 ölkədən 580 nəfər və 24 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edəcəklər.

BMT-nin baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin İqtisadi və Sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO-nun, MDB İcraiyyə Komitəsinin rəhbərlərinin müavinləri foruma qatılacaqlar.

Müşahidələr göstərir ki, hər dəfə keçirilən sözügedən forumda iştirak edən təşkilatların və qonaqların sayı artır.2011-ci ilin 10-11 oktyabr tarixlərində keçirilən “XXI əsr: ümid və çağırışları” adlı forum çərçivəsində dünyanın 20 dən çox ölkəsindən qonaqlar iştirak ediblər. İkinci Bakı Beynəlxalq Humanitar Forumu 2012-ci ildə keçirilib. Forumda 74 ölkəni və 10 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edib. 2013-cü ildə keçirilən analoji 3-cü Forumda 70 ölkəni və 5 mötəbər beynəlxalq təşkilatı təmsil edən 800 nəfər iştirak edib. 2014-cü ildə keçirilən Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda 63 ölkəni və 4 mötəbər beynəlxalq təşkilatı təmsil edən 500 nəfər iştirak edib. 2016-cı ildə keçirilən forumun işində dünyanın 80-nə yaxın ölkəsindən 400-dən çox nümayəndə iştirak edib.

Şübhəsiz ki, VI Bakı Beynəlxalq Humanitar Forumu da möhtəşəm keçəcək. Bütün hallarda, sözügedən foruma marağın artması, xarici qonaqların sayının hər dəfə çoxalması nəyin göstəricisidir?

Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı bunu bir sıra faktorlarla əlaqələndirdi: “Oktyabrın 25-26-da Azərbaycanın paytaxtında keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu, adından da göründüyü kimi, paytaxt Bakının adını ardıcıl olaraq beynəlxalq səviyyədə duyurmaqdadır. Özü də humanitar təfəkkürün inkişafına təkan verən və Bakının, Azərbaycanın yalnız texniki-təşkilati işlə məşğul olmadığı forum, bu forumun mandatını müəyyənləşdirən, mandata uyğun mövzularla çıxış edən evsahibi missiyamızı da göstərməkdədir. Bunun üçün forumun tarixçəsinə, bu günədək müzakirə edilmiş mövzulara, dəvət edilmiş qonaqlara, iştirakçıların yüksək səviyyəli qonaqpərvərliklə əhatə olunmasına, habelə Azərbaycan dövlət, ictimai və elm xadimlərinin əlamətdar çıxışlarına fikir vermək yetərlidir. Əlbəttə, ilk növbədə, cənab Prezidentin çıxışları, təşəbbüsləri və forumun yüksək səviyyəli, ardıcıl mexanizmə sahib olması üçün davamlı dəstəyini qeyd etməliyik. Forumun bu günədək ardıcıl təşkili, artan iştirakçı sayı, müzakirə edilən mövzuların əhatə dairəsinin müsbət dinamikası və s. amillər tədbirə marağı artırır. İlk növbədə, dünyanın belə platformalara ehtiyacı olduğunu ifadə edir; belə forumlar yalnız təşkilatçılara deyil, bütün iştirakçılara, onların vasitəsilə kollektivlərə, qurum və quruluşlara, şəhərlərə, ölkələrə, xalqlara təsir edir; ictimai fikir düzgün qidalanır; yeniliklər, təcrübələr paylaşılır; dünyada birgəyaşayışa, hüquq bərabərliyinə töhfələr verilir və s. Bütün bunlar sülhpərvər, tərəqqipərvər dünya ictimaiyyətinin xeyrinədir, demək, belə forumların təşkili işğalçılığa, terrorizmə, başqasının torpaqlarını zəbt etməyə, soyqırımlar törətməyə, əsir və girov götürmə, işgəncə “sənət”inə, belə barbarlığı edə-edə dünyada demokrat, mədəni görünməyə çalışanlara – konkret olaraq, Ermənistana sərf edə bilməz. Erməni xalqı məsələlərə bir də bu nöqtədən, bu baxış bucağından boylanmalıdır, deyə düşünürəm. 

Builki forum Cümhuriyyət İlində, Cümhuriyyətimizin, 1918-ci ildə əsası qoyulmuş demokratik təsisatlarımızın 100 illiyinin qeyd edildiyi əlamətdar günlərə düşməsi ilə də diqqətəlayiqdir. Turizm sektorunun günü-gündən inkişaf etdiyi, milli turizm brendinin ictimaiyyətə təqdim olundğu bu günlərdə paytaxt Bakıya çoxsaylı nüfuzlu qonağın gəlməsi özlüyündə bir hadisədir. İnanıram ki, Bakı Forumu gələcəkdə Şuşa Forumu, Xankəndi Forumu və s. üçün də əsas olacaq, xalqımızın qədim mədəniyyətini, yeni sağlam çağırışlara cavab verməyə hazırlığını bir daha göstərəcək”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ