çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qarabağ məsələsində rəsmi İrəvanın tam dalana dirəndiyini göstərən yeni elementlər...

Image


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri fonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin hansı səpkidə inkişaf edəcəyi xüsusi maraq doğurur. Çünki bu səfər ərəfəsində verilən açıqlamalardan belə bəlli oldu ki, ABŞ Qarabağ məsələsində daha aktiv siyasətə başlamağı düşünür.

Digər tərəfdən nəzərə alaq ki, xarici siyasətdə sərt xətt tərəfdarı olan Boltonun Ermənistana Vaşinqtonun şərtlərini diqtə etməsi gözlənir. Bu şərtlərin təxminən nədən ibarət olmasını isə ABŞ-ın Ermənistan səfiri Riçard Millz açıqlayıb. Söhbət konfliktin həllində mərhələli həll variantının işə düşməsindən gedir.

Rusiyanın “rosbalt.ru” portalının yazdıqlarından isə belə bəlli olur ki, İrəvanın bu şərtlərdən imtina etməsi olduqca çətindir. Burada o da nəzərə alınır ki, indi özünü demokrat dövlətçi kimi tanıtmağa can atan Nikol Paşinyan elə ABŞ-ın “yetirməsidir”. Bütün bunlar fonunda sözügedən portal yazır: “ABŞ-ın Ermənistan səfiri Riçard Millzin etdiyi qalmaqallı “etiraf” praktik olaraq Ermənistanın bütün cəmiyyətini şoka salıb –  ehtimal ki, o buna hazır deyilmiş. Onun bunu əvvəllər niyə etmədyi sualının öz izahı var. Burada səfirin “EVN Report” nəşrinə “vida” müsahibəsindən bir fraqment gətirək: “İlk dəfə bura gələndə və görüşdüyüm ermənilərin çoxunun işğal edilmiş ərazilərin danışıqlar prosesi çərçivəsində qaytarılmasına qəti qarşı olduğunu öyrənəndə təəccübləndim”.

Ümumiyyətlə, Millz Ermənistanda olduğu dörd ildən çox vaxtda ancaq bunu edib ki, Ermənistan cəmiyyətində Qarabağ münaqişəsinin tənzimlənməsi üçün müzakirələrin cüziliyinə təəccüblənib. O bildirib ki, eşitdiklərinin hamısı onu həyəcanlandırıb. Səfir vurğulayıb ki, işğal edilmiş ərazilərin qaytarılması “Madrid prinsipləri” deyilənin təməllərindən biridir. Onun sözlərinə görə,  ABŞ hökumətinin təsəvvüründə Dağlıq Qarabağ ətrafındakı ərazilər münaqişənin dinc həlli üçün sonrakı istifadə məqsədilə işğal edilib. Nə etməli, ABŞ-ın tənzimlənmə üzrə ATƏT Minsk Qrupunun həmsədr ölkəsi olduğu nəzərə alınsa, olduqca maraqlı “kəşf”dir. Və səfir yalnız Ermənistanı tərk edəndə “sərt gerçəklik” haqda danışmağa başlayıb: “İstənilən həll işğal edilmiş ərazilərin bir qismini qaytarmağı tələb edir”. Və ümumiyyətlə, indi status-kvo Ermənistanın xeyrinə deyil, diplomat bunu indiyədək anlamayanları dilxor edib.

Ermənistanın erkən parlament seçkiləri səbəbindən bu günlərdə “şərti” istefa vermiş inqilabçı baş naziri Nikol Paşinyan Millzin bəyanatını “gedən səfirin yaxa qurtaran mesajı” adlandırıb.  “Lragir” isə Amerika diplomatının özünəməxsus şərhini təqdim edib. Erməni nəşri izah edir – onun bəyanatı “ABŞ-ın Qarabağ tənzimlənməsinə yanaşmasında tranformasiyadan xəbər verir və Donald Trampın elan etdiyi “gerçəklikləri qəbul etmək” prinsipinə getdikcə daha çox yaxınlaşır. Amerika səfiri, faktiki olaraq, “statusun əvəzinə ərazilər” formulunun aktuallığını itirdiyini bildirir”.

Ümumiyyətlə, Ermənistanda Amerika diplomatının birbaşa sözünü bəyənməyiblər və hətta bunda qəribə sətiraltı tapmağı bacarıblar. Onda heç bir sui-qəsd yoxdur, xüsusən də ABŞ-ın ATƏT Minsk Qrupunun həmsədri kimi öz fikri olmaq hüququ var. Millz də bunu ifadə edərək ermənilərdə qəzəb doğurub. Amma o, səlahiyyətlərinə aid olmayan məsələlərə toxunarkən İrəvanda susublar. Məsələn, mitinqlərdə özünü necə aparmaq haqda polisə öyüd verib. Yaxud erməni biznesmenlərə ağıl verib – iranlı həmkarları ilə əməkdaşlıqdan çəkinmək.

Millz niyə məhz indi danışmağa başlayıb? Ehtimal ki, bunun üçün ən əlverişli an yetişib. Ermənistanın Azərbaycandan döyüşlə aldığı ərazilərin, heç olmasa, mərhələ-mərhələ qaytarılmalı olduğu Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikasından savayı heç kimdə şübhə doğurmur. Amerikalılar da eyham vurublar ki, məhz bu xətti fəal şəkildə yürüdə bilərlər. Amma məsələyə formal da yanaşa bilərlər – hər şey ermənilərin davranışından asılıdır. Bəs ABŞ Ermənistandan hansı davranışı gözləyir? Birinci növbədə xarici siyasət kursunun birmənalı şəkildə dəyişilməsi və İrana qarşı Amerika sanksiyalarında Vaşinqtonun yanında olmağı.

Sözügedən “Lragir”in məlumatlandırdığı kimi, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent sanksiya səlahiyyətli Amerika məmurlarının Ermənistan, Azərbaycan və Gürcüstana tezliklə səfər anonsunu verib. Kent izah edib: “Ermənistan şirkətləri Gürcüstan və Azərbaycandakılar kimi anlamalıdır ki, müştəriləri kimlərdir. Biz şirkətləri İranın müəyyən təşkilatları ilə ticari münasibətlərə girməməyə çağırırıq, çünki sanksiya altına düşə bilər”. Nəşr ehtimal edir ki, bu mövzu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Moskva, Tiflis, İrəvan və Baklıya səfərinin gedişində də qaldırılacaq. Hər şey isə ona görədir ki, İran, o cümlədən Rusiya və Ermənistanın yardımı ilə Amerika sanksiyalarından yan keçmək yollarını axtarır.

Bax, Ermənistan beləcə İranla həmsərhəd coğrafiyasına görə hissolunacaq geopolitik oyunçuya, əslində isə, ABŞ-ın antiiran sanksiyaları və Rusiyanınkı ilə toqquşan Amerika nüfuzu zəminində çəkişmə ərazisinə çevrilə bilər. Necə olsun? İran və Ermənistan iki azad ticarət zonası yaradıb – Araz və Mehri. Bunların vasitəsilə AİZ-də neft emalı zavodları qurmaqla sanksiyalardan yan keçmək olar. İranın hesablamalarına inanılsa, gəlirlər zəif olmayacaq. Bəs nədir, yaşamaq istəyirsənsə, fırlanmağı bacar. Amma deyəsən, Ermənistana ABŞ-ın maraqlarına daxil olduğu qədər “fırlanmaq” imkanı verəcəklər. Yeri gəlmişkən, məlum olsaydı ki, amerikalıların ermənilərə verdiyi məsləhətlər Rusiyadan gəlib, respublikada “ruslar burunlarını başqasının işinə soxur” tipli böyük səs-küy qalxardı. Və bu səs-küyə haqq qazandırılardı. Bu arada “gedən səfir” məsləhət verməyi davam etdirərək, bununla da Rusiya XİN-in kəskin qıcığını doğurub. O, vidalaşmada Amerikanın Ermənistandakı ticarət palatasında çıxış edib və çoxlu maraqlı şeylər danışıb. Millz “Novosti – Armeniya”ya şərhində deyib ki, respublikada öz fəaliyyətində “dörd əsas vurğu”nu rəhbər tutub – korrupsiya ilə mübarizədə əməkdaşlıq, respublikada demokratik institutlar və insan haqlarının möhkəmləndirilməsi, işgüzar və iqtisadi əməkdaşlığın dərinləşməsi, habelə təmasların və ABŞ-ın Ermənistanda xarici siyasətinin təqdiminin yaxşılaşması. O həmçinin məlumatlandırıb ki, ABŞ 3,5 il ərzində Ermənistana yüz milyonlar, o cümlədən Vorotan SES-nin kaskadına 250 mlyon dollar yatırıb. Bu layihə Ermənistanın enerji təhlükəsizliyinin təminatına yönəlib.

Millzin fikrincə, ölkədə “məxməri inqilab” və siyasi dəyişikliklərə gəlincə, bunlar çoxdan yetişmişdi və əhali narazılığının artması üzündən “praktik olaraq havada dolaşırdı”. Moskvanı daha çox bu ifadəmi cinləndirib? Düzdür, Millz əmin edib ki, “çoxlarının hesab etdiyi kimi, ABŞ-ın bunda əli yoxdur”. “Biz, – o deyib, – yalnız dövlətin  inkişafı, korrupsiyanın azalması, insan haqlarına yardım etmişik. Ölkədə baş verən dəyişikliklərə xarici basqı olmayıb”.

“Yalnız sonrakı yolunu işarəlməyi qət etmiş erməni xalqının iradəsinin ifadəsi” var idi. O, ABŞ tərəfdən Ermənistana dəstəyin əsas məqsədi kimi “ölkənin seçdiyi yolla irəliləməsi üzrə” yardımı göstərib. Yeri gəlmişkən, maraqlıdır ki, Millz bu “seçilmiş yol”un “seçilmişi”, yəni Nikol Paşinyanı “qurucu atalar”dan biri – ABŞ-ın ikinci prezidenti Con Adamsla tutuşdurub və tarixçi Devid Makkalounun bu siyasətçi  haqda kitabını ona hədiyyə edib. Ümumiyyətlə, Millz Ermənistan üçün tamamilə siyasi platsebo (müalicə imitasiyalı maddə) çıxa biləcək acı Qarabağ həbinin şirinliyini artırıb – əlbəttə, müəyyən şərtlərlə. Bu isə, böyük hesabla, birdir – ABŞ-ın Ermənistana buyurduqlarını etmək. Rusiya və İran amilləri nəzərə alınsa, Vaşinqtona tam itaət – hətta böyük istək müqabilində - mümkünsüz işdir. Bu isə göstərir ki, ABŞ-ın baxımından Ermənistan siyasətinin “sökük” fraqmentləri “etimadı doğrultmayan adam” kimi Paşinyanın idarəçilik  sürəkliliyini şübhə altına alır; Ermənistan Qarabağ tənzimləməsində ABŞ-dan əldə etmək istədiyi “qərəzsizlik” və bir çox başqa şeyləri tam əldə edə bilməyəcək.

Onun “dostları” da, “düşmənləri” də respublikada baş verənlərin hamısını çox diqqətlə izləyirlər. Millzin ticarət palatasının toplantısında çıxışı, xüsusən də Ermənistanın Gümrü şəhərində hərbi bazası mənzillənmiş Rusiyanın özəl olaraq ürəyinə yatmayıb – buna Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova qıcıqlı münasibət bildirib. O, “Ermənistanda dəyişikliklərə” ABŞ-ın verdiyi pay haqda səfirin xəbərini və respublikanı “ədalətli” etmək istəyənlərə dəstəyini başqa dövlətin işlərinə qarışmağın birbaşa etirafı hesab edib.

“Sputnik Armeniya”nın xəbər verdiyi kimi, Zaxarovanın fikrincə, korrupsiya ilə mübarizəyə yeni dəstək haqda səfirin bəyanatı da çox şeydən xəbər verir. O öz nitqində özəl olaraq qeyd edib ki, ABŞ hökuməti Ermənistanda siyasi durum əvəzlənəndən sonra bu ölkəyə14 milyon dollardan çox yardım ayırıb. Gələn il dəstək 26 milyon dollardan çox artırılacaq. Bu, planlaşdırıldığından 20 milyon dollar çoxdur. Və bu vəsaitlər korrupsiya ilə mübarizəyə və vətəndaş cəmiyyətinin, habelə işgüzar əlaqələrin və Ermənistan və Amerika müəssisələrinin biznes imkanlarının  möhkəmlənməsinə yönəldiləcək. Rusiya xarici siyasət idarəsinin rəsmi təmsilçisi bu ifadələri şərh edərək bildirib ki, bunlar özünü necə aparmaq haqda “qalanlarına daha bir aşkar təlimatdır”.

Hələ artıq “bütün dünya”nı demirik, antiiran sanksiyaları, korrupsiya ilə mübarizə, “demokratik dəyərlər”in təsbiti və insan haqlarının müdafiəsini ehtiva edən daxili-siyasi fraqmentlər kontekstində, göründüyü kimi, Gürcüstan da amerikalıların öyüdlərini eşitməli olacaq. Və əlbəttə, Rusiya da – lakin Boltonun səfəri nəzərə alınmaqla Moskvada daha yüksək çəkili “uçuşların saf-çürük edilməsi” gözlənir. Amma burası da var ki, indiki mərhələdə bu “çəki” İrəvandan başqa Tiflis və Bakını da ağırlaşdırır.

Deyilməlidir ki, Bakı Millzin ərazilərin  qaytarılmasının gərəkdiyi haqda dediklərindən sonra atəşfəşanlıq təşkil etməyib – bunu haqqı kimi qəbul edib. Və hətta filosofcasına, İrəvanı səliqəlicə sancmaqla. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Euractiv” nəşrinə müsahibədə bildirib ki, ola bilsin, Qarabağ tənzimlənməsi üzrə danışıqlar prosesilə tanışlıq üçün Ermənistanın yeni hakimiyyətinə daha çox vaxt lazımdır. O, uyğun prosesdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və qaçqınların qayıtmasını əsas məsələ adlandırıb. Yəni əslində, Azərbaycan bu məsələdə və münaqişənin dondurularaq müəyyən dövrdə saxlanmasında Ermənistana düşünməyə vaxt verib. Amma ehtimal ki, İrəvanın “qapısını döyməyə” ümid etmədən.

Yeri gəlmişkən, Paşinyan məlumat verib ki, Prezident İlham Əliyevlə ilkin razılaşmaya əsasən, Azərbaycan hökuməti ilə operativ əlaqə qurulub. Və indi təmas xəttində “görünməmiş sükut” hökm sürür. Amma bu, yalnız “sülh əvəzində ərazilər” formulu işə düşərsə belə qalacaq”. Aydındır ki, əks halda savaş da qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ