çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Paşinyan seçkiyə, “Qarabağ klanı” revanşa hazırlaşır, Ermənistanı gözləyən təlatüm bu dəfə “məxməri” olmaya bilər...

Image


İşğalçı Ermənistanda hakimiyyət uğrunda başlanan mübarizə fonunda bu ölkənin yeni xaosa yuvarlanması müşahidə olunmaqdadır. Düzdür, ilk baxışda görünən budur ki, hərbi xunta rejimini çevriliş yolu ilə dəyişərək hakimiyyətə gələn Nikol Paşinyan dekabrda baş tutacaq növbədənkənar parlament seçkiləri yolu ilə iqtidarı tam şəkildə əlinə ala bilər. Amma erməni mediasının yazdıqlarından belə məlum olur ki, baş nazir vəzifəsinə öz namizədlərini irəli sürməyəcəklərini bildirən “Qarabağ klanı” və digər siyasi qüvvələr Paşinyan üçün sürpriz hazırlayırlar.

Nikol Paşinyan isə indilikdə, istefa verməsinə baxmayaraq,  hələlik baş nazirlik səlahiyyətlərini icra edir. Çoxları bunu Paşinyanın çıxılmaz durumda olması, vədlərinin heç birini yerinə yetirə bilməməsi kimi dəyərləndirir. Qeyd edək ki, ölkə konstitusiyasına görə, baş nazir istefa verdikdən sonra deputatlar iki iclasda yeni baş naziri seçə bilmədikləri təqdirdə parlament buraxıla bilər. Eyni zamanda, konstitusiyaya görə, seçkilər parlamentin buraxılmasından sonra ən tezi 30 gün sonra, lakin 45 gündən gec olmayaraq keçirilməlidir. Parlamentdə çoxluğu qoruyub saxlayan Respublika Partiyasının və daha bir neçə siyasi birliyin qəbul etdiyi qanun isə parlamenti buraxmaq imkanını çətinləşdirir. Beləliklə, Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək niyyəti Ermənistanda növbəti siyasi böhrana gətirib çıxarıb.Yeni seçkilərlə isə Paşinyan parlamentdə müxalifətin əlindəki çoxluğu almaq planını qurub və bunun üçün yenidən hakimiyyət rəhbəri postuna qayıtmağı düşünür. Əksər yerli və xarici ekspertlər isə belə hesab edirlər ki, bu qayıdış heç də Paşinyanın hesabladığı kimi olmaya bilər. Onu elə hakimiyyətə gətirənlər özləri birdəfəlik hakimiyyət və siyasət meydanından silə bilərlər. Artıq Haqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, eləcə də “Daşnaksütyun” Paşinyana qarşıdır. Erməni şərhçi Qarnik Qevorkyan yazır ki, onlar Paşinyana qarşı Moskvadan da dəstək alırlar: “Maraqlıdır ki, Tsarukyanın Moskvaya qəfil səfərləri son dövrlərdə xeyli intensivləşib.  Ümumiyyətlə, Ermənistandakı inqilab təkcə Serj Sarkisyanı hakimiyyətdən məhrum etmədi, həm də Rusiya təsirini azaltdı. O üzdən indi növbədənkənar parlament seçkilərinə təkcə erməni siyasi qüvvələr yox, həm də Moskva hazırlanır. Yaxın vaxtlarda Ermənistandakı rusiyayönümlü qüvvələrlə əməkdaşlıq güclənəcək. Bu baxımdan, Tsarukyanın tez-tez Moskvaya getməsi təsadüfi deyil. Onun Rusiya rəhbərliyi, eləcə də Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxşı münasibətləri var. Həmçinin, o, Robert Köçəryan kimi, hakimiyyətin dayaqlarından biridir. Yəni Tsarukyan Ermənistanda Rusiyanın dayaqlarından biri hesab olunur”. Qevorkyan Tsarukyanın Moskva səfərindən sonra Ermənistanın daxili siyasətində dəyişikliklərin olacağını qeyd edib: “Həmçinin görünən odur ki, Moskva təkcə Tsarukyan və Respublika Partiyası ilə deyil, ölkə daxilində bir neçə subyektlə işləyəcək. Ötən illərin təcrübəsi bunu təsdiqləyir. Sadəcə olaraq, Rusiya seçkilərə qədər mövcud Paşinyan hakimiyyəti ilə işləyəcək, seçkilərdə isə öz qüvvələrinə dəstək verəcək. Paşinyanı devirmək üçün yaxın günlərdə Ermənistandakı rus qüvvələri hərəkətə keçəcək”.

Maraqlıdır ki, məhz belə bir vaxtda Ermənistanın sabiq prezidenti Robert Köçəryan öz partiyasını yaratmağa və müxalifətə getməyə hazırlaşdığını açıqlayıb. Köçəryan “RİA-Novosti” agentliyinə müsahibəsində faktı təsdiq edib: “Əgər siyasətə qayıdırsansa, onda bu haqda düşünmək lazımdır. İndi müxalifət düşərgəsində çox ciddi boşluğu görürəm və hesab edirəm ki, ölkənin xeyrinə bu boşluğu doldurmaq lazımdır”.  Sabiq prezident qeyd edib ki, hər hansı yüksək vəzifəni tutmağa cəhd göstərmir: “Əgər belə bir cəhd olsaydı, mən 10 il öz şəxsi həyatımı yaşamazdım. Vəziyyət elə inkişaf edir ki, səni prosesə cəlb edir”. “İrs” partiyasının sədri Armen Martirosyan bildirir ki, Köçəryanın dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyanatı Nikol Paşinyanı arxayın etməyib. Köçəryan hələlik buna hazır olmadığını bildirsə də, vəziyyət pisləşəcəyi təqdirdə fikrindən dönəcəyini də qeyd edib. Bu isə onu təsdiqləyir ki, sabiq prezident hələ də qəti qərar qəbul etməyib. Vəziyyət isə iki ay ərzində hər an dəyişə, hətta qanlı qarşıdurmaya keçə  bilər. Bundan narahat olan Paşinyan yenidən Köçəryana və ona yaxın adamlara qarşı hücuma keçib. Bu fonda Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana ölkəni tərk etmək qadağan olunub. “Joxovurd” qəzeti yazır ki, Oskanyanın adı ölkənin ən iri iş adamlarından biri Samvel Mayrapetyanın cinayət işində hallanır: “Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hüquq-mühafizə orqanlarının maraq dairəsinə düşüb. İş adamı Samvel Mayrapetyanın tutulmasından bir neçə gün sonra Oskanyan ölkəni tərk etməyə cəhd edib, lakin bu ona qadağan olunub”. Samvel Mayrapetyan Robert Köçəryana yaxın adam hesab edilir. Erməni mediası yazır ki, o, Oskanyanla birgə çoxsaylı işlər görüb və Köçəryanı ən yaxın ətrafına daxildir. Belə şəxslərin tutulması ilə Paşinyan Köçəryanı zəiflətməyi düşünür. Bütün bunlar isə Ermənistanda siyasi gərginliyi daha da artırır və seçkilərin də gərgin mühitdə keçəcəyini göstərir. Bu arada isə beynəlxalq təşkilatlar da Paşinyanın tələsik seçki keçirməsindən narazıdır. Avropa Şurası Parlament Assambleyası Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Lakin indilikdə bu müşahidə olunmur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ