Bazar ertəsi günü, 08 dekabr 2025
     

Tarixdə iz buraxanlar: Sultan III Səlim xan

Image

Osmanlı sultanlarının iyirmi səkkizincisi, İslam xəlifələrinin doxsan üçüncüsüdür. Sultan III Səlim xan 24 dekabr 1761-ci ildə İstanbulda Topqapı sarayında anadan olub. Atası Sultan III Mustafa xan, anası Mehrişah sultan xanımdır. Şahzadə Səlimin doğuluşu münasibətilə yeddi gün, yeddi gecə "Şəhrayin", üç gün, üç gecə də dəniz donanmasında böyük şənliklər keçirilib. Şahzadəliyində sarayda mükəmməl təhsil və tərbiyə görərək yetişdirilib.
Yüksək din və fənn elmlərini öyrənib. Ərəbcə və farsca bilirdi.
Vəliəhd Səlim davam edən Osmanlı-Avstriya-Rusiya müharibəsindən gələn acı xəbərlərə tab gətirə bilməyən əmisi I Əbdülhəmid xanın vəfat etməsilə 1789-cu il aprel ayının 7-də Osmanlı sultanı oldu. Ölkənin daxilində və xaricindəki məsələləri həll etmək məqsədilə 1789-cu il may ayının 16-da yüksək dövlət məmurlarının qatıldığı böyük bir divan iclasını keçirdi. İclasda dövlət məsələlərinin həlli üçün iclasa qatılanların çəkinmədən öz fikirlərini söyləmələrini istədi. Divandan sonra idari, maliyyə, siyasi və hərbi məsələlərin həlli üçün təlimatlar verdi. Avstriya və Rusiya ilə aparılan müharibənin davamına qərar verdi. Maliyyə işlərinin düzəlməsi üçün sarayda olan qızıl və gümüş əşyalarının böyük bir qismini pula çevirmək üçün dərbxanaya göndərdi. Mərkəz və əyalətlərdəki xalq Sultan III Səlim xana kömək etmək və saraya uymaq üçün qızıl və gümüşlərini dövlətə bağışladılar. Sarayın və xalqın yardımı ilə cəbhə gücləndirildi. Fransanın və İspaniyanın səfirləri sülh, Prussiya və Krımın qurtarılması üçün müqavilə, İsveç isə Rusiyaya qarşı ittifaq təklifi etdilər.
Sultan III Səlim xan cəbhələrdəki hərbin davamını istədi. İsveç ilə Türkiyə arasında Rusiyaya qarşı 1789-cu il iyul ayının 11-də "Beykoz İttifaq Müqaviləsi" imzalandı. 1788-ci ildən bəri davam edən Osmanlı-Avstriya döyüşlərində Serəsgər Kamankeş Mustafa paşa əlavə olunan əsgərlərlə Yasdan rus ordusuna qarşı səfərə çıxarkən Foksanda Avstriya ordusunun hücumuna uğradı. Arnavutların xəyanətilə Osmanlı ordusu 1789-cu il avqust ayının 1-də Foksanda dağıdıldı. Avstriyalılar Belqrada qədər irəlilədilər və oktyabrın 8-də şəhər təslim oldu. 1790-cı il yanvar ayının 31-də Prussiya ilə Osmanlı dövləti Avstriya və Rusiyaya qarşı ittifaq müqaviləsi imzaladı. Prussiyanın vasitəsilə Avstriya ilə davam edən müharibəyə son verilməsi qərara alındı. Fransız ixtilalının Avropada səbəb olduğu hadisələr nəticəsində İngiltərə və Prussiyanın müdaxiləsilə Rusiya müqaviləyə tərəfdar hala gətirildi. Nəticədə, 1791-ci il avqust ayının 4-də "Ziştovi müqaviləsi" imzalandı. Bu müqaviləyə görə, Avstriya 1788-1791-ci il müharibəsində zəbt etdiyi yerləri Osmanlı dövlətinə geri verəcəkdi. Rusiya ilə 1787-ci ildən bəri Qafqazda və Balkanlarda davam edən müharibə isə 1792-ci il dekabr ayının 9-da imzalanan "Yaş müqaviləsi" ilə nəticələndi. Osmanlı dövləti ilə Rusiya arasında Avropada Dnestr Turla çayı, Qafqazda Kuban çayı sərhəd olaraq müəyyən edildi. Osmanlı dövləti "Ziştovi və Yaş müqavilələri" ilə ən az itki ilə müharibəyə son verdi və böyük maliyyə itkilərindən qurtuldu. Avstriya-Rusiya müharibələrinin müqavilələrlə həllindən sonra 1789-cu ildə fransız ixtilalının təsirilə Avropa dövlətlərinin meydana gələn hadisələrlə məşğul olmaları Osmanlı dövlətini müvəqqəti bir sülh dövrünə keçirdi.
Sultan III Səlim xan dövlətin xəracla sülh dövrünə girməsilə daxildəki çatışmazlıqları aradan qaldırmaq üçün düşündüyü islahatların icrasına başladı. Osmanlı dövləti üçün uyğun olan hərbi, idari, iqtisadi, ticari və sosial islahatları "Nizami Cedid" adı altında tətbiqat səhifəsinə qoydu. Son səfər və döyüşlərdəki məğlubiyyətlər ordunun islahını lazım bilirdi. Sultan III Səlim xan dövlət adamlarından aldığı layihələrlə 1793-cü il fevral ayının 24-də yeni və modern bir ordunu "Nizami Cedid" adı altında qurdu.
"Nizami Cedid" ordusunun xərclərinin qarşılana bilməsi üçün İradi Cedid dəftərxanası quruldu və keçmiş sədarət kəndxudalarından Mustafa Rəşid bəy bu işlə vəzifələndirildi. Qurulan yeni ordu Ləvənd təsərrüfatında təlimə başladı. Ordu texniki baxımdan gücləndirilərək qumbaraçı, lağımçı, topçu ocaqları üçün yeni qanunlar qəbul edildi. 1794-cü ildə Texniki universitet səviyyəsində Sütlücədə Mühəndishaneyi Berri Hümayun quruldu. "Nizami Cedid" ordusunu gücləndirmək məqsədilə Ankara, Kayseri və Konyada təşkilatlar qurulub əsgərlərin sayı artırıldı. Mülki islahatlar aparılıb Anadolu və Rumeli torpaqları iyirmi səkkiz əyalətə ayrıldı. Liderlərin keçmişdə olduğu kimi xalq tərəfindən seçilməsi qanunlaşdırıldı. Rəsmi dairələrə təlimatlar göndərilərək, yazışmalara, istifadə olunan dilə və görülən tədbirlərə diqqət edilməsi və xalqın işlərinin sürətlə yerinə yetirilməsi istəndi. Elm adamları tərəfindən yeni nizamnamə hazırlandı və yayımlandı. Bu mövzuda elmi əsərlər yazıldı və bir çox xarici kitablar tərcümə edilərək yayımlandı. Ticari və iqtisadi sahələrdə yeniliklər edilib Qida Nazirliyi quruldu. Yeni qanunlar qəbul edildi. Bu yeni qanunlarla hərbə qatılmayanlardan torpaqlarının geri alınması əsaslandırıldı. Avropa dövlətlərində daimi səfirliklər qurularaq 1793-cü ildə ilk təyinlər edildi. Avstriya, Fransa, İngiltərə və Prussiya mərkəzlərinə göndərilən səfirlər olduqları ölkələrin ancaq siyasətləri və digər dövlətlərlə olan münasibətləri haqqında məlumatlar toplamaqla kifayətlənmədilər, eyni zamanda oraların mədəniyyəti və hər cür irəliləmə və inkişafları haqqında bütün məlumatları toplayıb hesabat halında İstanbula göndərdilər.
Sultan III Səlim xanın hökmdarlığının üçüncü ayında çıxan fransız ixtilalı ilə Avropa dövlətlərinin Fransaya qarşı çıxmalarına baxmayaraq, Osmanlı dövləti məsələyə qarışmadığı kimi münasibətlərini də dostca davam etdirdi. Osmanlı dövləti ixtilalla dəyişən yeni fransız idarəsini tanıyan ilk dövlətlərdən idi. Lakin Fransanın 1795-ci ildə "Bazel müqaviləsi" ilə venediklilərdən Dalmaçya sərhədlərini alması və Balkanlarda başlatdığı istiqlal təbliğatı Osmanlı siyasətinin dəyişməsinə səbəb oldu. Çünki "Ədalət-bərabərlik-azadlıq" fikri ilə həyata keçirilən fransız ixtilalı qayəsindən uzaqlaşaraq Fransanın yayılma siyasətinə dönmüşdü. Fransızlar xorvat, rum və serblər arasında öz fikirlərini yaymış, yəhudiləri Fələstində istiqlala dəvət etmişdilər. Onlar bununla da kifayətlənməyərək müstəmləkəçilik düşüncəsilə İngiltərəni Aralıq dənizindən çıxarıb Uzaq Şərqdəki ingilis müstəmləkələrini ələ keçirmək üçün Hindistana gedən yolların ən qısası olan Misirə sahib olmaq məqsədilə Osmanlı dövlətinin torpaq bütünlüyünu pozmağa çalışırdılar. Napoleon Bonapart 500-ə yaxın gəmiyə götürdüyü fransız ordusu ilə Aralıq dənizinə çıxıb Maltanı işğal etdikdən sonra 1798-ci il iyul ayının 2-də İskəndəriyyədən Misir sahillərinə çıxdı. Fransanın gözlənməyən hərb elanı və Misir sahillərinə çıxması İngiltərənin mənfəətlərinə zidd olduğuna görə Aralıq dənizindəki ingilis admiralı Nelson hərəkətə keçdi və 1798-ci il avqust ayının 1-də fransız donanmasını Ebukirdə məğlub etdi. Fransız donanmasının Ebukirdə məğlub edilməsilə Napoleonun və Misirdəki fransız ordusunun ana vətənlə əlaqəsi kəsilmiş oldu. Rusiya ixtilalın təsirindən çarlığı qorumaq üçün Fransaya qarşı Osmanlı dövləti ilə ittifaq qurdu. Qara dənizdən Aralıq dənizinə keçirilən rus donanması Osmanlı donanması ilə birlikdə hərəkət etdi. Arnavut sahillərinin mühafizəsi və venediklilərdən Fransaya keçən yerlərin alınması ilə vəzifələndirilən Təpədələnli Əli paşa Prevezədə fransızları məğlub etdi. Osmanlı-rus donanması Zenta və Kefaloniya adaları sahilindəki fransız gəmilərini məğlub edib bir qismini zəbt etdi. Bu müvəffəqiyyətlər İngiltərə və Rusiya ilə müqavilələr imzalanaraq rəsmiyyət qazandı.
Fransız donanması məğlub edildiyinə və dəniz yolu Osmanlı-ingilis-rus donanması tərəfindən bağlandığına görə Napoleon Bonapart və ordusu Osmanlı ölkəsində blokada altında qalmışdı. Sultan Səlim xan Fransaya qarşı ordu sövq etmək üçün təyinlər etdi. Sayda valisi Cəzzar Əhməd paşa Misirdə olan əsgərlərə komandan təyin edildi. Tırhala rəhbəri Kösə Mustafa paşa da dəniz yolu ilə Misirə göndərildi. Napoleon Bonapart Misirdən çıxış yolu tapmaq və Suriyaya hakim olmaq üçün Akkanı mühasirə altına aldı. Akka qalası Misir hərbi komandanı Cəzzar Əhməd paşanın komandanlığındakı Nizami Cedid əsgərləri tərəfindən müdafiə olundu. Napoleon Bonapartın inadlı hücumu nəticəsiz qaldı. Mühasirənin 64-cü günü Napoleon Bonapart: "Akka olmasaydı, Şərqin imperatoru olardım", - deyərək, böyük xəyallarla özünə bağlanan fransız ordusunu vəba xəstəliyi, səfalət və məğlubiyyətlə əvvəl Qahirəyə çəkdi, sonra da başsız buraxaraq gizlicə Fransaya qaçdı (1799-cu il). Misirdə qalan fransızlar osmanlılara müqavimət göstərdilərsə də, üst-üstə məğlubiyyətə uğradılar. Nəticədə, 1801-ci il iyun ayının 27-də imzalanan müqavilə ilə fransızlar Misiri də tərk etmək məcburiyyətində qaldılar. Fransa ilə müharibəyə son qoyulduqdan sonra Kavalalı Məhməd Əli paşa Misir valiliyinə təyin edildi.
Ərəbistan yarımadasındakı vahabilər avropalılardan gördükləri yardımlarla 1803-cü il fevral ayının 18-də Taifi mühasirə altına aldılar. Sultan Səlim xan Ərəbistandakı hadisələrə qarşı əsaslı tədbirlər görmək istədisə də, Rusiyanın hərb elan etmədən Osmanlı sərhəddini pozması səbəbilə bu istəyi yerinə yetirə bilmədi. Sadəcə Misir valisi Kavalalı Məhməd paşa sultandan aldığı əmrlə vahabi üsyanını yatırdı, Ərəbistan və Misirə qismən də olsa rahatlıq gətirdi.
Sultan III Səlim xanın zamanında İngiltərənin Orta Şərqdə, Rusiya və Avstriyanın Balkanlarda Osmanlı dövlətinin daxili işlərinə qarışıb müdaxiləçi siyasətini təqib etmələri osmanlıların bu dövlətlərlə müharibə halında olan Fransaya yaxınlaşmalarına səbəb oldu. Rusiya müharibə elan etmədən general Mixelsonun komandanlığındakı 60 min nəfərdən ibarət rus ordusu ilə Eflak və Boqdanı işğal etməyə başladı. Sultan Səlim xan Vəziri-azam İbrahim Hilmi paşanı səfər üçün sərdar təyin etdi. Rusiyanın Balkanlara girməsilə İngiltərə 16 gəmidən ibarət donanmasını İstanbul istiqamətində yola saldı. İstanbulun yaxınlığına qədər gələn ingilis donanması, osmanlılara Fransa ilə olan münasibətlərinin kəsilməsini, Osmanlı-ingilis ittifaqının yenilənməsini təklif etdi. Bu təklif qəbul edilmədikdə ingilislərlə ruslar osmanlılara olan təkliflərini ağırlaşdıraraq Eflak və Boqdanın Rusiyaya, Çanaqqala boğazının da İngiltərəyə təslim edilməsini istədilər. Bu təkliflər qarşısında osmanlılar boğaz sahillərinin iki qütbünə əsgərlərin və əhalinin köməyilə qısa bir zamanda 1200-dən artıq top yerləşdirdilər. İngilislər osmanlıların bu hazırlıqlarını gördükdə geri çəkilib Misirə doğru hərəkət etdilər. Onlar osmanlılara müxalif üsyançıları da yanlarına alaraq 1807-ci il mart ayının 20-də İsgəndəriyyəni ələ keçirdilər.
Bu zamanlar İstanbulda qarışıqlıqlar başlamışdı. Müxalifət qüvvələri Sultan Səlim xanın əleyhinə pis-pis təbliğatlarıyla baş alıb gedirdilər. 1806-cı ildə üsyançılardan Kabakçı Mustafanın liderliyində böyük hadisələr baş verdi. Nəticədə, kabakçılar 1807-ci il may ayının 25-də əsl niyyətlərini həyata keçirərək, mayın 29-da Sultan III Səlim xanı taxtdan endirib Sultan Səlim xanın əmisi oğlu Vəliəhd Mustafanı Osmanlı taxtına çıxardılar. Sultan III Səlim xan 12 ay boyunca Topqapı sarayında nəzarət altında yaşamaq məcburiyyətində qaldı.
Sultana sadiq olan dövlət adamları Səlim xanı təkrar taxta keçirmək üçün Rusçuqdakı Ələmdar Mustafa paşanın ətrafında toplanaraq fəaliyyətə başladılar. Ələmdar Mustafa paşa Sultan III Səlim xanı təkrar taxta çıxarmaq üçün Rumelidəki tərəfdarları ilə birlikdə İstanbula gəldi. Onlar 1808-ci il iyul ayının 28-də Topqapı sarayını basıb Səlim xanı taxta çıxarmaq istəsələr də, buna nail ola bilmədilər. Əksinə, Sultan III Səlim xan harem dairəsində kabakçılar tərəfindən şəhid edildi. Nəticədə, iyulun 29-da çox böyük bir cənazə mərasimilə Sultan III Səlim xan atası III Mustafa xanın türbəsində dəfn edildi.
Sultan III Səlim xan çox həlim və yüksək zəkaya sahib bir insan idi. Səltənəti boyunca xeyirsevər olub, çox sayda xeyriyyə müəssisələri və tarixi abidələr tikdirdi.
Fazil QARAOĞLU,
professor







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var" - Prezident

08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"

08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

08.12.2025 / 19:10
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi? - “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...

08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır" - Prezident

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

07.12.2025 / 13:53
Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlandı

07.12.2025 / 13:27
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO

07.12.2025 / 13:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

07.12.2025 / 12:45
Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan "ana" saxlandı

07.12.2025 / 12:30
Ukrayna ordusu Dnepropetrovskda bir kəndi ruslardan azad etdi

07.12.2025 / 12:17
"Xalqlarımızı sülhə hazırlamalıyıq" - Hikmət Hacıyev

07.12.2025 / 11:50
Biləsuvarda kanala düşən “Lexus”da ölən 5 nəfərdən ikisi qardaşdır...

07.12.2025 / 11:33
"Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək" - Prezidentin köməkçisi

07.12.2025 / 10:52
Nəsimidə avtomobildən külli miqdarda pul oğurlandı

07.12.2025 / 10:31
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

07.12.2025 / 09:44
İranın xarici işlər naziri Azərbaycana gəlir

07.12.2025 / 08:48
Ərəblər bu futbolçuya "elçi" düşüblər - ilinə 30 milyon avro maaş!

77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

XƏBƏR ARXİVİ