Bazar günü günü, 11 oktyabr 2026
     

Yeni dünya nizamı çağırışlarla yanaşı, imkanlar da yaradır

Image


Yeni dünya nizamının formalaşması prosesində Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilməsi fürsətini əldən verməməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq münasibətlərdə olan yeni reallıqları, Qərb ölkələrində siyasi və mənəvi böhranların olduğunu, belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı kimi yeni aktorun güc mərkəzinə çevrilə biləcəyini bildirmişdir. Bu yolda Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın tövsiyəsi ilə Azərbaycanın da qəbul edildiyi islam dövlətlərinin iqtisadi əməkdaşlıq təşkilatı olan D-8 ilə ciddi əməkdaşlıq əhəmiyyətli nəticə verə bilər. Türk dünyasını birləşdirmək, birgə inkişafını təmin etmək məqsədilə yaradılan Türk Dövlətləri Təşkilatının fəaliyyətində əsas vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülh yaradılması, türk dövlətlərinin xarici siyasət məsələlərinə ortaq yanaşma, beynəlxalq terrorizmə, transmilli cinayətkarlığa qarşı birgə mübarizə, regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, informasiya mübadiləsinin təşviq edilməsi, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsidir. Lakin TDT dövlətləri arasında əməkdaşlıq istənilən səviyyədə deyildir. İqtisadiyyat, ticarət, investisiya qoyuluşu, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq olsa da, hərbi əməkdaşlıq yoxdur. Dövlətlərarası əlaqələrdə ortaq tarix, mədəni dəyərlər, normalar və dil kimi elementləri ön plana çıxarmaqla, türk dünyası münasibətlərinin daha sıx formalaşmasına şərait yaratmaq lazımdır. Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində əməkdaşlığı olsa da, türk dövlətlərinin qarşılıqlı olaraq hərbi müttəfiqlik sahəsində əməkdaşlığı yoxdur və bu aktual məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "kim güclüdür, o da haqlıdır"tezisindən çıxış edərək TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi məsələsini gündəmə gətirdi: "Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var." Türk Dövlətləri Təşkilatının müəyyən inkişaf yolu keçməsində hər cür maneələri dəf edən Türk dünyasının liderlərindən olan Heydər Əliyevin və Süleyman Dəmirəlin rolu böyükdür. Heydər Əliyev türkdilli, türkmənşəli respublikaların ümumi toplantısı olan Türk Dövlətləri Başçılarının zirvə toplantılarına üzv dövlətlərin hər birinin müstəqil dövlət kimi mövcud olması, dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, ortaq dəyərlərin qiymətləndirilməsi, tarixi irsi canlandırmaq baxımından önəm verirdi. Belə toplantılarda həmçinin Qafqazdakı münaqişələrin nizamlanması, bölgədə təhlükəsizlik, iqtisadi, mədəni, elmi və sairən məsələlər də müzakirə edilirdi. Heydər Əliyev qurumda bütün türk dövlətlərinin, xalqlarının, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Qaqauziya, Tatarıstan, Başqırdıstan nümayəndələrinin bir yerdə olması, kökləri haqqında müzakirələr edilməsinin türk xalqlarının birləşdirilməsi baxımından əhəmiyyətini bildirirdi.Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. TDT-yə daxil olan və qurumda müşahidəçi olan dövlətlərin əraziləri böyükdür, əhalinin sayı da çoxdur. Bu dövlətlərin ümumilikdə ərazisi 95.046,3709 km², əhalisi təxminən 178 milyondu (Türkiyənin ərazisi 783.562 km², əhalisi 85, 5 milyon, Azərbaycanın ərazisi 86, 6 km², əhalisi 10 milyon, Qazaxıstanın ərazisi 2,724,900 km², əhalisi 20 milyon, Özbəkistanın ərazisi 448,978 km², əhalisi 38 milyon, Qırğızıstanın ərazisi 199,951 km², əhalisi 7 milyon, Türkmənistanın ərazisi 491.200 km², əhalisi 7 milyon, Macarıstanın ərazisi 93,030 km², əhalisinin sayı 10 milyon, Şimali Kipr Türk Republikasının ərazisi 3,355 km², əhalisinin sayı 300 min). Türkiyənin xarici siyasət təcrübəsi, hərbi quruluşu, siyasi sabitliyi və intellektual insan potensialı, eləcə də Orta Asiya və Qafqaz Türk dövlətlərinin resurs ehtiyatları, böyük coğrafi ölçüləri və bir çox başqa səbəblərlə TDT vacib bir birliyə çevrilməlidir. Türkiyə böyük geosiyasi nüfuza malik olub, NATO hərbi təşkilatında güclü orduya sahib dövlətdir. Dünyada sülh və təhlükəsizliyə vasitəçi olan ədalətli bir dövlət kimi nüfuz qazanmışdır. TDT-nın digər üzvü Azərbaycan dünya xəritəsində yerləşməsinə, neft və qaz ilə zəngin olmasına görə və çoxşaxəli iqtisadi əlaqələr baxımından fərqlənir. Türkiyə ilə yanaşı humanitar yardımlarda fəal iştirak edir. Təşkilatın digər üzvlərinin də özəllikləri var. Qazaxıstan zəngin neft ehtiyyatları ilə yanaşı, digər təbii ehtiyyatlara malikdir. Özbəkistan təbii qaz, zəngin qızıl, uran ehtiyyatları ilə yanaşı, digər təbii ehtiyyatlara malikdir. Qırğızıstan əlvan metalları ilə zəngindir. TDT-də müşahidəçi dövlət olan Türkmənistanın geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir. Təbii qaz və neft ehtiyatına görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Macarıstan NATO-nun və Avropa İttifaqının üzvüdür. Şimali Kipr Türk Republikası Ağ dəniz ilə əhatə olunmuş strateji əhəmiyyətli respublikadır. TDT yaranmaqda olan yeni dünya nizamında üzv və müşahidəçi türk ölkələri arasında sərhədlərdən sərbəst hərəkət hüququ, yaşayış və iş azadlığı, ortaq ordu və müdafiə siyasəti, ortaq bazar kimi məsələləri gündəmə gətirməlidir. Suveren türk respublikaları arasında hazırkı sıx əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək hərbi müttəfiqlik münasibətlərinə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Ramilə Dadaşova Siyasi elmlər doktoru,

dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ