çərşənbə günü, 21 oktyabr 2026
     

Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

Image


“Fransa ilə bir layihə var ki, onun üzərində işləyirik və ümid edirəm ki, tezliklə hər şeyi razılaşdıracağıq”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, bunun strateji tərəfdaşlığa dair sənəd olduğunu və sənədin imzalanacağına əmin olduğunu bildirib.

Lakin Ermənistanda heç də hamı eyni mövqeni bölüşmür. Məsələn, Respublikaçılar Partiyasının İcra orqanının nümayəndəsi, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirib: “Makronun Nikola dəstəyi Ermənistan və erməni xalqı üçün çox baha başa gəlir”. O xatırladıb ki, Qarabağ məsələsində də Farnsa rəhbərliyi Ermənistana böyük dəstək vəd etmişdi, amma nətcə məlumdur: “İndi isə Makron deyir: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yeni səhifə aça bilər. Hansı yeni səhifə?.. Yeni səhifə açılır, amma bu, Ermənistanı vilayətə çevirmək səhifəsidir”.

Enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan isə bəyan edib ki, Ermənistanın bu gün Avropa İttifaqının Cənubi Qafqazda forpostuna çevrilməsi prosesi gedir: “Ölkənin Avropa Qlobal Gateway” təşəbbüsündə iştirakı təkcə potensial fayda deyil, həm də ciddi risqlər daşıyır. İlk baxışda bu təşəbbüs perspektivli görünsə də, əslində, Ermənistanın milli təhlükəsizliyinə bir çox təhdidləri ehtiva edir. 2021-ci ildə Avropa Komissiyası tərəfindən təsdiq edilmiş 300 milyard avroluq proqram iki əsas geosiyasi məqsəd qoyur: 1. Qlobal səviyyədə – Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı mübarizə; 2. Mezosəviyyədə - Rusiya və İrandan yan keçərək Avropa-Qafqaz-Asiya marşrutunun formalaşdırılması”. Orta Dəhlizə xüsusi diqqət yetirilir və ekspertin fikrincə, Zəngəzur dəhlizinin irəliləməsi autsorsinq prinsipi əsasında sürətlənir ki, bu da Türkiyə və Azərbaycanın logistik maraqlarına töhfə verə, eyni zamanda, Rusiya əleyhinə Ankara-İrəvan-Bakı oxunu formalaşdıra bilər: “Bunun fonunda Aİ-nin Cənubi Qafqaz forpostuna ehtiyacı var və onlar hazırda Ermənistan formasında forpost yaratmağa çalışırlar”. O, Ermənistanı belə bir “forpost”a çevirmək üçün Rusiya kapitalının tədricən əsas infrastrukturlardan, o cümlədən dəmir yollarından, qaz nəqli şəbəkəsindən və ola bilsin ki, nüvə enerjisindən sıxışdırılacağını proqnozlaşdırır. Ekspertin fikrincə, bunun müqabilində Ermənistan çox güman ki, borc yükünün kəskin artması ilə üzləşəcək — söhbət 2,5 milyard avroya qədər olan kreditlərdən gedir: “Aİ-nin kredit proqramları necə işləyir və onların hansı hissəsinin faktiki olaraq benefisiar ölkənin inkişafına yönəldiyi Avropa institutlarının mexanizmləri ilə bir az da olsa tanış olan hər kəsə yaxşı məlumdur”. Ermənistanın “Past” nəşri də yazır ki, əslində Aİ Ermənistanı vassala çevirməyə, ölkədən Rusiyaya qarşı istifadə etməyə can atır: “Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Brüsselə, sonra isə Parisə etdiyi səfərlər rəsmi məlumatlarda təqdim olunanların tam əksi idi. Paşinyan Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb, ona firavanlıq və rifah arzulayıb. Rəsmi məlumata görə, Ermənistan-Fransa münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Paşinyan Makronu Ermənistana dəvət edib. Qeyd edək ki, bu, artıq Paşinyanın Makrona etdiyi 6-cı dəvətdir, lakin Makron Ermənistana yalnız bir dəfə, 2018-ci ildə rəsmi səfər edib. Paşinyanın tələsik Brüssel və Paris səfərlərinin bir məqsədi var idi: Avropa tərəfdaşlarını Əbu-Dabidə keçirilmiş danışıqların nəticələrinin və bölgədə ABŞ-ın artan iştirakının Avropa ölkələrinə qarşı yönəlmədiyinə əmin etmək. Məsələ ondadır ki, Trampın prezidentliyi dövründə Aİ ciddi zərbə alıb və indi ABŞ-siz öz oyununu qurmağa çalışır. Buna görə də Avropa tərəfi Paşinyandan anlamağa çalışıb ki, nə üçün Avropa təkliflərinə yox, ABŞ-ın təkliflərinə üstünlük verilir? Əldə etdiyimiz məlumata görə, Paşinyan and içərək, Aİ-nin və Avropanın ayrı-ayrı ölkələrinin maraqlarına qarşı heç bir addım atmadığını, əksinə, təhlükəsizliyi təmin etmək üçün həmin maraqları uzlaşdırmağa çalışdığını bildirib”.

Almaniyalı politoloq Vladimir Serqiyenko bütün bunları təsadüf hesab etmir. Onun sözlərinə görə, Paşinyan Avropada daxili arenada ona lazım olan dəstəyi əldə etməyə çalışır: “O, Avropaya sədaqətini, Avropanın da Ermənistana dəstəyini göstərməyə çalışır. Ancaq daha dərindən baxsaq, cəmiyyətə məlum olmayan çox şeylər var. Bu haqda danışmaq lazımdır ki, erməni xalqı onları hara apardıqlarını anlasın. Burada məsələ hansısa qeyri-şərtsiz siyasiləşmədə deyil, məsələ ondadır ki, Paşinyan Avropa təhlükəsizliyi ilə bağlı uçurumun kənarında gəzir. Bu gün Avropanın təhlükəsizliyi sadəcə uydurulmuş bir mifdir, burada elitaların, istehsalın və düşüncənin hərbiləşdirilməsi baş verir. Bütün bunlar isə Rusiyaya qarşı düşmənçilik üzərində qurulub”. Almaniyalı politoloq bildirib ki, Paşinyan Avropa İttifaqına inteqrasiya yolu ilə hərəkət edərək, Rusiyaya qarşı hərbi proseslərə qoşulmağa məcbur olacaq. Serqiyenko xüsusilə Avropa tərəfindən medianın maliyyələşdirilməsini ön plana çəkib: “Əsas vəsaitlər medianın yönləndirilməsinə ayrılacaq. Yəni bu, Avropa siyasi kursunu müdafiə edəcək təbliğat maşınına çevriləcək. Bu isə o deməkdir ki, erməni mediası yaxın gələcəkdə Rusiyaya düşmən münasibətə uyğunlaşdırılacaq. Mən heç vaxt rast gəlməmişəm ki, Avropanın ayırdığı media pulları milli düşüncə və suverenliyə xidmət etsin. Bu baxımdan, Aİ-dən maliyyə almaq Avropa nəzarətində olan media yaratmağa razılıq verməkdir, müstəqil media deyil. Avropa yavaş təsir edən mina yerləşdirir, nəticədə Ermənistanı Rusiyaya qarşı düşmən struktur halına salmaq və hərbi baza adı altında ərazi vermək niyyətindədir”. Ekspertin qənaətinə görə, kritik məqamlarda Ermənistan Aİ-dən real dəstək gözləməməlidir: “Bu gün Avropa Rusiyaya qarşı enerji rəqibi kimi Azərbaycanı strateji tərəfdaş olaraq görür. Ona görə də heç bir halda Avropa ideoloji baxımdan Azərbaycana qarşı çıxmayacaq. Burada ikili standart siyasəti olacaq. Enerji müstəqilliyi daha önəmlidir. Buna görə Avropa Azərbaycanı dinləyəcək, istəsəniz də, istəməsəniz də, Avropa Azərbaycanı və onun mövqeyini nəzərə alacaq. Ermənistan isə böhran anlarında Aİ-dən dəstək görməyəcək”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ