Cümə axşamı günü, 29 oktyabr 2026
     

Makron Fransada fövqəladə vəziyyətə hazırlaşır...

Image


Dünyada Fransanın mövqeyini əhəmiyyətli dərəcədə sarsıdan, ölkənin beynəlxalq nüfuzunu yerlə bir edən prezident Emmanuel Makron daxildə də böyük siyasi böhrana səbəb  olub. Bu gün siyasi və hökumət böhranı yaşayan Fransa çox ciddi sosial-iqtisadi problemlər içində boğulur.

Vəziyyətdən çıxış üçün Makronun hökumət qurmaq cəhdləri də hansısa səmərə vermir. İfrat solçu və ifrat sağçı qüvvələrin parlamentdə prezidentin namizədlərinə etimadsızlıq səsi bildirmək niyyətində olduğu bir şəraitdə Makronun stabil hökumət yaratmaq çətinliyi özünü qabarıq büruzə verir. Çox güman ki, tərəflər gələn ilin yeni büdcəsi ilə bağlı razılığa gələ bilməyəcəklər. Lakin bu halda fransızların rifahı naminə siyasətçilər kompromis texniki büdcəyə, bəlkə də mərkəzçi baş nazirlə - texnokratla razılaşmalı olacaqlar. Parlament partiyalarının liderləri baş nazir postuna potensial namizədləri müzakirə etmək üçün Makronla görüşüb. Ölkə başçısı təqaüdə çıxan Mişel Barnierin yerinə kimin keçəcəyinə qərar versə də parlamentdə dəstək qazana bilmir. Halbuki, müxtəlif siyasi spektrlərin nümayəndələri ilə görüş Beşinci Respublika Prezidentinə çətin seçimdə kömək etməli idi. Bununla belə, namizədin təsdiqlənəcəyi fakt deyil, nəinki onun vəzifədə uzun müddət qalması. Fakt budur ki, nə "Milli Birlik" Partiyasının de-fakto lideri Marin Le Pen, nə də ifrat solçu "Fəth olunmamış Fransa"nın nümayəndələri Makronla əlaqə saxlayıb. Lakin Barnierin istefasını Milli Assambleyada ən çox yerə sahib olan bu iki siyasi qüvvə həyata keçirib.   Makronun planı əslində solçu koalisiyanı parçalamaq və "Fəth olunmamış Fransa"nın müttəfiqlərini əməkdaşlığa inandırmaq idi. Lakin siyasi rəqiblərlə müttəfiqlik strategiyası yayda keçirilən parlament seçkilərinin ikinci turunda olduğu kimi artıq prezidentə uğur gətirmir. Siyasi qüvvələr artıq partiyaların fikirlərinə məhəl qoyulmamasına dözmək istəmir və bu, Makronu demək olar ki, çıxılmaz vəziyyətə salır. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Sosial və Siyasi Tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi Sergey Fyodorov bu fonda qeyd edir: "Makronun "Fəth edilməmiş Fransa"nın bir hissəsi olmayan solçulara olan ümidi çox güman ki, özünü doğrultmayacaq. Baş nazirliyə namizəd yəqin ki, vəzifəyə keçəcək, çünki bunun əleyhinə səs vermək "Milli Birlik" Partiyasının planlarına daxil deyil. Lakin sonra Barnierlə baş verən hekayənin təkrarlanması tamamilə mümkündür".  Ekspert qeyd edib ki, vəziyyəti həll etmək cəhdində prezident həddindən artıq sərt addımlara gedərək konstitusiyanın 16-cı maddəsindən istifadə edə bilər: sadəcə olaraq fövqəladə vəziyyət elan etmək.

Ancaq belə bir addım ifrat xarakterə malik olardı: "Fakt budur ki, siyasi böhrana baxmayaraq, ən azı texniki büdcə qəbul ediləcək. Əks halda vəziyyət tamamilə fəlakətli olacaq. Axı maaşlar verilməli, sosial sahə fəaliyyət göstərməlidir. Başqa bir şey odur ki, populist qüvvələr böyük büdcə kəsiri ilə belə bütün bunların eyni səviyyədə işləməsini istəyirdilər. Amma bu, maliyyə baxımından mümkün deyil".

Ekspert əlavə edib ki, siyasi döyüşlərə çox da qarışmayan və ya mötədil mərkəzçi bir baş nazir namizədliyini irəli sürmək olar. Ümumilikdə siyasi sabitliyə nail olmaq ən azı gələn yaya qədər çətin olacaq, Makron yalnız həmin vaxt yeni parlament seçkiləri təyin edə bilər. Bu arada "Politico" qəzeti Fransanın müdafiə sənayesinin adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb ki, hökumət böhranı ölkənin müdafiə büdcəsini 3,3 milyard avro artırmaq planlarını alt-üst edir ki, bu da müdafiə podratçıları ilə münasibətlərini korlaya bilər. "Hökumət istehsalçılara "narahat olmayın, biz sifariş verəcəyik" deməklə onları istehsal etməyə təşviq edərsə və sonra onları yerləşdirməzsə, bu, problem yaradacaq", - nəşr rəsminin sözlərindən sitat gətirib. O, həmçinin bildirib ki, büdcənin artırılması planları gecikdirilsə, hər hansı bir azalma çox güman ki, adi silahlara sərmayəyə təsir göstərəcək, çünki hakimiyyət nüvə silahından çəkindirmə qabiliyyətini qurban verməyəcək. Ekspertlər isə qeyd edir ki, Fransada mövcud siyasi böhran məhz Emmanuel Makronun yanlış idarəçiliyi və yanlış qərarlarının nəticəsidir. Makronun bu cür siyasəti Fransa vətəndaşları arasında getdikcə daha çox narazılıq yaradıb və bu, yayda Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrində də özünü göstərib. Məhz belə gedişata görə Makron Fransa parlamentini yenidən formatlaşdırmaq qərarına gəldi və növbədənkənar seçkilər təyin etdi. Amma o,xalqı  inandıra bilmədi. Faktiki olaraq parlamentdə üç əsas siyasi qüvvə – ultrasağçılar, ultrasolçular və Makronun özünün partiyası yer aldı, ancaq hökuməti parlament azlığı formalaşdırdı. Dekabrın 4-də isə Fransa parlamenti son 62 ildə ilk dəfə hökumətə etimadsızlıq votumu verib. Hətta ultrasağ və ultrasol partiyalar da bu məqsədlə birləşdilər. Fransa tarixində heç vaxt baş verməyən hadisə yaşandı. Makron ona qarşı olan iki tamamilə fərqli qüvvəni ortaq məxrəcə gətirməyi bacardı. İndi Makron hakimiyyətdən bərk-bərk yapışıb, ona qarşı yönələn heç bir tənqidi qəbul etmir, yalnız məhdud sayda olan yaxın çevrəsi ilə məsləhətləşir və bütün bunları yerli mətbuatda dərc olunan məqalələr sübut edir. Hazırkı şərait onu göstərir ki, Makron, çox güman, səlahiyyət müddətinin sonuna qədər postunda qala bilməyəcək. Bütün bunların fonunda Makronun reytinqi sürətlə enməyə davam edir. Son rəy sorğularına görə, artıq fransızların 56 faizi Makronun istefasını dəstəkləyir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ