Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənistanın Suriyada terror dayaqları məhv oldu, İrəvan muzdlu dəstələrin köməyini itirdi...

Image


Erməni terrorçu və muzdlu dəstələrinin əsas dayaq məntəqələrindin birinin Suriya olduğu heç kimə sirr deyildi. Elə İkinci Qarabağ müharibəsi zamanı da Suriyadan Ermənistan xeyli sayda terrorçu dəstəni Azərbaycan ordusuna qarşı cəlb etmişdi. Amma bu gün Suriyada baş verənlər fonunda burada erməni terrorçularının da mövqeyinin sarsıldığı müşahidə edilir.

Məsələnin maraqlı tərəflərindən biri də odur ki, Ermənistan artıq Suriya ermənilərinə belə demək olarsa, yaxın durmaq istəmir. Sadəcə, Hələbdəki təxminən 15.000 nəfərlik erməni icmasının hər bir ailəsi Kilikiya Katolikosunun dəstəyi ilə Berio Yeparxiyasından 35 dollar yardım alıb.  Erməni mediasının yazdığına görə, Hələbin digər sakinləri kimi erənilər də  2 həftədir işsiz qalıblar, bu insanların sadəcə olaraq ərzaq almaq imkanı yoxdur. Ölkədə qeydə alınan yüksək  inflyasiya sosial vəziyyəti daha da ağırlaşdırıb. Berio Erməni Yeparxiyasının sözçüsü Mariya Qabrielyan izah edir ki, bir çox insanlar əvvəllər gündəlik fəhlə kimi işləyir və yaşayırdılar, lakin indi ölkədə yaranmış xaotik vəziyyətə görə onların pul qazanmaq imkanları yoxdur. Sexlər yeni açılmağa başlayıb, lakin məlum səbəblərdən hələ ki, sifariş yoxdur. Berio Yeparxiyasının spikeri onların dəstəyinin çox az olduğunu, bunun bir neçə günə ancaq yetəcəyini etiraf edərək, Ermənistan hökumətindən hər hansı dəstək olmadığını bildirir: "İstərdik ki, Ermənistan hökumətindən Suriya ermənilərinə hansı üsullarla dəstək verə biləcəklərini soruşasınız, biz bunu öyrənmək istəyirik. Hələlik isə heç nə yoxdur". Qabrielyan indiyədək Ermənistan hökumətindən maliyyə dəstəyi almadıqlarını qeyd edib: "Suriyada iki həftəlik dramatik hadisələr zamanı Ermənistan hökuməti hər hansı formada erməni icmasına dəstək verməyib". Ermənistanın diaspor komissarı Zareh Sinanyan "Azatutyan"a bildirib ki, hadisələr o qədər sürətlə inkişaf edib ki, reaksiya vermək imkanı olmayıb: "Hökumətin nəyisə edə bildiyi və etmədiyi müzakirə mövzusu  deyil, vəziyyət çox sürətlə inkişaf edir, axıcıdır və hökumətin hamı kimi real reaksiya vermək şansı belə olmayıb". Diaspor komissarı deyir ki, məsələn, Hələbdən Dəməşqə qaçan 14 ailəyə dekabrın 14-də Dəməşqdən İrəvana getmək üçün bilet alınıb, lakin silahlılar Suriyanın paytaxtını ələ keçirdikdən sonra vəziyyət dəyişib. Sinanyanın sözlərinə görə, aviaşirkət dekabrın 14-ə olan Dəməşq-İrəvan reysini hələ də ləğv etməyib: "Bizi təəccübləndirən haldır ki, hazırda ən azı rəqəmsal olaraq, uçuşun baş tutacağı görünür". Diaspor komissarı deyir ki, həmin uçuşdan 24 saat əvvəl və sonra məlum olacaq ki, Hələb və Dəməşqdə hansı əhval-ruhiyyə var, insanlar Ermənistana köçmək istəyir, ya yox. Hər halda Sinanyan əmin edir ki, son günlər Ermənistanın Livandakı səfirliyinin qaynar xəttinə zəng edən suriyalı ermənilərin sayı kəskin şəkildə azalıb, insanlar əsasən ölkəni tərk etmək, Ermənistan pasportları və vətəndaşlığı ilə bağlı suallarla müraciət edirlər. Amma Berio Erməni Yeparxiyasının spikeri təkid edir ki, Ermənistana köçmək istəyən ailələr var: "Əlbəttə, qorxu və qeyri-müəyyənlik mühitində yaşamaq istəməyən ailələr olacaq. Bildiyimə görə, getmək istəyən insanlar biletləri şəxsi vəsaitləri ilə təmin ediblər". Erməni icması üçün yaranmış vəziyyətdə Ermənistanın Suriyadakı səfiri və konsulunun ölkəni tərk edərək Beyruta köçməsi də tənqidlə qarşılanır. Zareh Sinanyan bu suala cavab verməkdə çətinlik çəkir və qeyd edir ki, o, bu qərarın qəbulunda iştirak etməyib: "Bilmirəm, yaraqlıların şəhərə daxil olarkən bəzi ölkələrin diplomatik heyətini hədəfə alması riski olubmu, məndə belə bir məlumat yoxdur".

Həm diaspor komissarı, həm də Berio Yeparxiyasının mətbuat katibi  erməni icmasında panikanın olduğunu qeyd edirlər. İnsanlar qeyri-müəyyənlik içində onları hansı gələcəyin gözlədiyini anlamaq istəyirlər. Bunlar fonunda Ermənistanın Suriyada dayaqlarının sarsılması da diqqətdən yayınmır. Əsəd rejiminin devrilməsi ilə Ermənistan Suriyadakı dayaqlarını itirdi. Suriya həm də erməni terror təşkilatlarının, erməni hərbi batalyonlarının fəallıq göstərdiyi coğrafiya idi. Bu terrorçuların Əsəd rejimi, Suriya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi vardı. 90 mindən çox Suriya ermənisinin Azərbaycanın o vaxtkı işğal altında olan ərazilərində məqsədli şəkildə məskunlaşdırılması, bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi cəhdi müharibə cinayətinin tərkib hissəsi idi. Paşinyan isə populistcəsinə seçkilərdə Əsədi qələbə münasibətilə təbrik edərkən israrla Əsədin səylərinin on ildən çox vətəndaş müharibəsinin davam etdiyi Suriyada sülhün bərqərar edilməsi və dialoqun başlanmasına yönəldiyini deyərək onların ölkədə böhranın aradan qaldırılmasına kömək edəcəyinə ümidini ifadə edirdi. Ermənistan hərbçilərinin minatəmizləmə adı altında Hələbdə xidməti açıq şəkildə Əsəd rejiminə dəstək məqsədi daşıyırdı: "Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək göstərirdi. Bəşər Əsəd rejimi həm də ermənipərəst mövqeyi ilə fərqlənirdi. Suriyanın İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış etməsi, Ermənistanla bağlı qətnamələrə mane olmaq cəhdləri unudulmayıb. Məsələ burasındadır ki, özünü qərbpərəst kimi təqdim etməyə çalışan Paşinyan hakimiyyəti Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq etməklə riyakarlıqdan əl çəkmir. Ancaq Əsəd rejiminin çökməsi Ermənistan üçün zərbə oldu. Könül Nurullsyeva deyib ki, Suriyada Əsəd rejiminin çökməsi Dəməşqlə bütün rəsmi münasibətlərə təsir edib: "Rəsmi Bakı Suriya dövlətinin ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir. Ankaranın prosesdə aktiv rol oynaması isə Suriyada sabitlik dövrünün başlayacağına ümidləri artırır. Elə prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Rəsmi Bakı qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ