Cümə axşamı günü, 29 oktyabr 2026
     

Əsəd bir qaz kəmərinin qurbanı oldu - işi İran və Rusiya pozdu...

Image


Suriyada hadisələr sürətlə inkişaf edir. Lakin Suriya dövlətçiliyi məsələsi ilə yanaşı, həm regionu, həm də bütövlükdə dünyanı narahat edən daha bir mühüm məsələ də  var: enerji. Suriyada nə qədər neft və qaz var, o kimə məxsusdur və tranzit ölkə kimi nə qədər önəmlidir? Bu suallar artıq olduqca aktual xarakter daşımağa başlayıb.

Suriyanın neft və qaz ehtiyatları az deyil. 2018-ci ilin hesablamalarına görə, ölkədə təxminən 2,5 milyard barrel neft var ki, bu da Səudiyyə Ərəbistanı, İran və İraq kimi Yaxın Şərq istehsalçıları ilə müqayisədə çox azdır. Suriya neft ehtiyatlarına görə dünyada 32-ci yeri tutursa, bu ölkənin qazı daha da azdır: cəmi 0,2 trilyon kubmetr. 2000-ci illərin əvvəllərində Suriyada neft hasilatı gündə təxminən 600 min barrel, təxminən indiki Azərbaycanda olduğu kimi idi. Lakin 2023-cü ilə qədər uzun sürən vətəndaş müharibəsi, infrastrukturun dağılması və Amerikanın sanksiyaları fonunda gündəlik hasilat 40 min barrelə düşüb. Suriya gündə təqribən 2,3 milyon kubmetr qaz hasil edərək öz enerji ehtiyacını ödəyir. Keçmiş prezident Bəşər Əsəd 2019-cu ildə Suriya xəbər agentliyinə verdiyi müsahibədə 2014-cü ildən bəri Suriya neftinin faktiki olaraq talan edildiyini etiraf edib: İŞİD yaraqlıları  nefti ilk dəfə olaraq "ələ keçirənlər" olub. Buna sonradan kürdlər və ABŞ da qatıldı. Eyni zamanda, Vaşinqton 2011-ci ildə Suriya rejiminə neft embarqosu qoyub.  Suriya hökuməti vətəndaş müharibəsinin başlaması ilə neft ehtiyatlarına nəzarəti fiziki olaraq itirdi: yataqların çoxu əvvəlcə müxalifətin, sonra isə terrorçuların əlinə keçdi. Daha sonra Suriya neftinin cəmləşdiyi Deyr əz-Zor əyaləti kürdlərin təmsil etdiyi və ABŞ-ın maliyyələşdirdiyi Suriya Demokratik Qüvvələrinin nəzarətinə keçib. 2019-cu ilə qədər hərbi əməliyyatlar, o cümlədən Amerikanın hava hücumları nəticəsində ölkənin neft hasilatı infrastrukturu böyük ölçüdə məhv edilib.  2021-ci ildə Suriyanın neft naziri bəyan edib ki, Suriya neftinin 90%-i Amerikanın əlindədir. Onun sözlərinə görə, ümumilikdə, Vaşinqton və onun "özünü dəniz qulduru kimi aparan" vasitəçilərinin hərəkətləri nəticəsində Suriyanın neft sektoru 90 milyard dollardan çox itki verib. ABŞ-ın yeni prezidenti Donald Tramp isə hələ 2019-cu ildə Suriya neftinin geri axınına nəzarətin zəruriliyini açıq şəkildə bəyan edib: "Kürdlərlə bağlı nəsə fikirləşəcəyik ki, pul alsınlar. Bizim şirkətlərdən biri ölkəyə daxil olacaq və hər şeyi düzgün edəcək". Uzun illər əsədə dəstək verən Rusiya isə 1990-cı illərin sonlarından Suriya ilə neft-qaz sahəsində əməkdaşlıq edir. 2010-cu illərin ortalarında Suriya Ərəb Respublikasında bir sıra rus şirkətləri, o cümlədən "Tatneft" və "SoyuzNefteGaz" fəaliyyət göstərirdi. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra ölkələr arasında faktiki əməkdaşlıq yalnız 2018-ci ildə bərpa olunub: Rusiya şirkətləri quruda və dənizdə qaz ehtiyatları baxımından perspektivli olan Şərqi Aralıq dənizi regionunda kəşfiyyata başlayıb. 

Son proseslərdən sonra isə neft bazarları əslində Suriya rejiminin süqutuna reaksiya vermədi: əsas meyarların artımı əhəmiyyətsiz oldu - 0,5-1% daxilində. Bu, Suriyanın nə əsas neft istehsalçısı, nə də tranzit ölkə olması ilə bağlıdır. Üstəlik, 2011-ci ildən bəri Suriya neftinin ixracı ilə bağlı rəsmi məlumat yoxdur. Amma burada digər maraqlı proses də var. Qaz ehtiyatlarına görə Rusiya və İrandan sonra dünyanın üçüncü ən böyük ölkəsi olan Qətər 2009-cu ildə Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyəni keçə biləcək bir boru xətti çəkməyi təklif edib. Onun vasitəsilə Qətər qazı sonradan Avropaya göndərilə bilər və onun keçəcəyi ölkələr tranzit rüsumları şəklində gəlir əldə edəcəklər. Lakin prezident Bəşər Əsəd bu plandan imtina etdi, iki il sonra alternativ İran-İraq-Suriya qaz kəmərinə üstünlük verdi və onun tikintisinin qarşısı Suriya Ərəb Respublikasında vətəndaş müharibəsinin başlaması ilə alındı. Bu günlərdə isə Türkiyə Suriyanın enerji sektorunun bərpasına kömək edəcəyini açıqladı, baxmayaraq ki, ölkənin yeni rəhbərliyindən Türkiyə Respublikasına rəsmi müraciət hələ edilməyib. Bundan əlavə, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə görə, Qətər qaz kəməri layihəsinin yenidən canlandırılması mümkündür:  "Madam ki, Suriya öz birliyini və sabitliyini bərpa edib, niyə də olmasın?". Bəsi indi Suriyanın enerji sektoru necə olacaq?  Suriyanın neft və qaz sektoru beynəlxalq sanksiyalar altındadır və bununla bağlı infrastruktur böyük ölçüdə məhv edilib. Onu bərpa etmək üçün böyük vəsait lazımdır, hərbi əməliyyatların tam dayandırılması və iqtisadi məhdudiyyətlərin aradan qaldırılması da mühümdür. Eyni şey Suriya ərazisindən tranzit layihələrinin həyata keçirilməsinə də aiddir. Hazırda İsrailin regionda siyasəti də prosesə təsir edir. Vaşinqtonun ABŞ-ın Suriyanın qonşuları olan İordaniya, Livan, İraq və İsrailə dəstəyini davam etdirəcəyi ilə bağlı bəyanatları isə yeni durumun formalaşmasına ciddi təsir edir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ