Cümə axşamı günü, 29 oktyabr 2026
     

Paşinyandan yeni pozuculuq - Azərbaycanla Sazişdə konstitusiya dəyişikliyi öhdəliyi olmasın...

Image


Məlum həqiqətdir ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə ən böyük əngəl sonuncunun konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının təsbit edilməsidir. Bu fonda rəsmi Bakının qəti mövqeyi ondan ibarətdir ki, sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir. İrəvan hələ də bundan yayınır. 

Burada xatırlatmaq lazım gəlir ki, 2020 və 2023-cü illərdə Azərbaycanın Ermənistan işğalı altında olan torpaqlarının işğaldan azad edilməsi və suverenliyin tam bərpası iki ölkə arasında sülh üçün imkanlar yaradıb. Lakin Ermənistan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik Haqqında Bəyannamə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu iddia daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapıb və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı saxlanılıb.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə qeyd edib ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas əngəl var ki, onlardan biri Ermənistan Konstitusiyasındadır: "Bu maneə Ermənistanın Müstəqillik aktında da öz əksini tapıb. "Qarabağ Ermənistanın bir hissəsidir" müddəası orada əsas kimi qəbul olunur". Amma bunlara rəğmən, Ermənistanın Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur, baş nazir Nikol Paşinyan  Bakıda səslənən bəyanatlara cavab olaraq qeyd edib ki, Ermənistan Konstitusiyasında qonşu ölkələrə heç bir ərazi iddiası yoxdur.  Paşinyan Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarını xatırladaraq, Konstitusiyanın Preambulasında Müstəqillik Bəyannaməsinə istinadın müstəsna olaraq bəyannamədə təsbit olunmuş müddəalara aid edildiyini bildirib. İddia edib ki, onun Konstitusiyanın maddələrinə aidiyyatı yoxdur: "Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur". Halbuki, burada həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bunlar fonunda Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirərək hesab edir ki, preambula, ümumiyyətlə, dəyişdirilə bilməz. Amma Azərbaycanın bütöv preambula ilə işi yoxdur, problem xüsusi cümlədədir. Ölkəmiz onun dəyişdirilməsini istəyir. Ermənistan da bundan imtina edir.

Bütün bunlar sülh prosesini əngəlləməkdə davam edir. Erməni ekspert Onnik Krikoryan qeyd edilənlər fonunda daha bir maraqlı iddia irəli sürür. O qeyd edir ki, Ermənistanda konstitusiyaya heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər. Onun sözlərinə görə, Ermənistanın baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq Konstitusiyaya dəyişiklik ölkələrində ziddiyyətli məsələdir: "Nikol Paşinyan insanlara yaxşı təsir edə bilir və onları hazırlayır. Baş nazir Ermənistanda konstitusiyaya dəyişiklik məsələsini bir neçə dəfə müzakirə edib. Onun özü də bildirib ki, bu məsələ sülhə maneə törədir". Türkiyə Kadir Has Universitetinin eksperti Mitat Çelikpala isə başqa bir nüansa diqqət edir. O vurğulayır ki, erməni diasporu və müxalifəti Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişafına əngəl törədir. Ekspert qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası mövcuddur: "Ermənistanın daimi yekun sülh əldə etmək üçün bir şansı var, Cənubi Qafqazda bunu təmin etmək olar. Azərbaycanla yanaşı, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiası mövcuddur. Bunlar isə Konstitusiyaya dəyişikliyi tələb etmə haqqı verir". O xatırladıb ki, Türkiyə Ermənistanın müstəqilliyini tanıyıb, ancaq Qarabağ məsələsinə görə Ermənistanla sərhədini bağlayıb. Ekspert vurğulayıb ki, 2010-cu ildə Ermənistan və Türkiyə parlamentləri sənəd qəbul ediblər ki, iki ölkə arasındakı sərhədlər beynəlxalq hüquq əsasında müəyyən edilsin: "Burada cari sərhədlərdən söhbət gedir. Ancaq erməni diasporu məsələni fərqli tərəfə çəkib. Erməni diasporunun və müxalifətinin kritik müdaxilələri müşahidə olunur ki, bunlar prosesin inkişafına əngəl törədir. Ancaq ümid edirik ki, Ermənistan-Azərbaycanla yanaşı, Ermənistan-Türkiyə münasibətləri də tam normallaşacaq". Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp İrlandiyanın sülh təcrübəsindən söz açıb: "1998-ci il aprelin 10-da imzalanan Belfast müqaviləsi əlamətdar bir nailiyyət idi və Şimali İrlandiyada 30 illik münaqişəyə son qoydu. Müqavilə 22 may 1998-ci ildə keçirilən iki referendumda təsdiqləndi. Nəticədə Şimali İrlandiya özünüidarəni bərpa etdi". Burada bir nümunəni də xatırladaq ki, Şimali Makedoniya və Yunanıstan arasında razılaşma da konstitusiyaya dəyişiklik hesabına əldə olunub. Hesab olunur ki, Azərbaycan və Ermənistan da müqavilə bağlaya, qarşı tərəf bu müqavilə çərçivəsində konstitusiya dəyişikliyini öz üzərinə götürə bilər. Azərbaycan bu yanaşmanı məqbul saysa da, Ermənistan buna getmək istəmir. Belə vəziyyət sülhə ciddi əngəl olaraq qalmaqda davam edir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ