Cümə axşamı günü, 29 oktyabr 2026
     

Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

Image


Xəyal Bəşirov: "Bu oyuna alət olan həm daxildəki, həm də xaricdəki sapı özümüzdən olan baltaların xəyanətkar addımları…"

Öz gözündə kərəni seçməyib özgəsinin gözündə tük axtaran Co Bayden administarsiyası əvvəlcə özünə baxmalıdır, öz qüsurlarını düzəltməlidir, sonra nə iləsə bağlı başqasına irad bildirməlidir.   

Məlum, Bayden dönəmində ABŞ-ın özündə korrupsiya halları baş alıb gedir. Pentaqonda on milyardlarla dollar yeyinti aşkarlanır, nə qədər cinayətlər baş verir, insan hüquqları pozulur, hər il polis tərəfindən yüzlərlə aksiya iştirakçısı öldürülülür, onlar zorakılığa məruz qalırlar. Amma Bayden adminstrasiyası Pentaqonda baş verən maliyyə maxinasiyalarını, pul yeyintilərini, baş verən  cinayətləri, insan haqlarının pozulması faktlarını qətiyyən araşdırmır və kimsəyə də imkan vermir ki, bu barədə bir cümlə yazsın, danışsın. Bayden adminstarsiyası ABŞ-da baş verən qanunsuzluqları araşdırmaq, cinayətkarları cəzalandırmaq əvəzinə Azərbaycan kimi ölkələrdə təxribatla məşğul olmağa, öz adını başqasına qoymağa çalışır, müəyyən milli xəyanətkarları, satqınları pulla ələ alır, öz maraqlarına uyğun işlədir, onları yalan məlumatların araşdırılmasına sövq edir, hazır materiallar təqdim edərək altında onların imzalarının qoyulmasına nail olur. Sonra da o adamlar qanunun tələbi ilə cəzalananda onları "qəhrəman", "söz azadlığı mücahidləri" kimi qələmə verməklə məşğul olur. Hətta Bayden administrasiyası ayrı-ayrı ölkələrdə "hüquq müdafiəçisi" adı altında müxtəlif insanlara mükafatlar verib, onları öz dövlətlərinə xəyanət etməyə sövq edir. 

Ekspertlər deyir ki, Bayden administrasiyası ABŞ-ın daxilindəki problemlərlə məşğul olmaq əvəzinə, Azərbaycan kimi ölkələri qaralamaqla öz çirkin siyasətini bir daha nümayiş etdirir. 

Ekspertlər qeyd edir ki, korrupsiya ilə bağlı araşdırmalar ilk növbədə ABŞ-ın özündə aparılmalıdır ki, Pentaqonda baş verən milyardlarla dollar maxinasiyasına qiymət verilsin. Ekspertlərə görə, Bayden öz cinayətkar oğlunu azad etməklə, onu qanundan qaçırmaqla dünyaya mənfi bir nümunə təqdim etdi.

"Yaxşı olardı ki, Bayden administrasiyası bizi əsassız ittiham etmək əvəzinə, Pentaqonda baş verən maliyyə cinayətlərini, daxildəki polis zorakılığını, insan hüquqlarının pozulması hallarını araşdırsın"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-ın daxilində vəziyyət tamamilə dəyişdi və bu gün dünyanın diqqətindən qaçmayan neqativ hallar baş verdi, lakin baş verənlərin heç birinə hüquqi qiymət verilmədi. "Bayden administrasiyası dönəmində ABŞ-da baş verən qanunazidd hallar, Pentaqondakı böyük maliyyə yeyintiləri, insan hüquq və azadlığına qarşı baş verən qanunsuz halların heç biri araşdırılmadı. Uzağa getməyək, ABŞ polisinin vətəndaşlara, xüsusən də qaradərililərə qarşı zorakılıqları, daxildəki vətəndaş qarşıdurması  Bayden administrasiyasını qətiyyən maraqlandırmır, amma başqa ölkələrə dərs keçməyə cəhd göstərilir. Yaxşı olardı ki, Bayden administrasiyası bizi əsassız ittiham etmək əvəzinə, Pentaqonda baş verən maliyyə cinayətlərini, daxildəki polis zorakılığını, insan hüquqlarının pozulması hallarını araşdırsın, cinayətkarları cəzalndırsın. Bunu etmir, amma başqalarına yol göstərir. Onların Azərbaycana qarşı çirkin niyyətləri heç zaman baş tutmayacaq və bütün əməlləri də, emissarları da ifşa olunacaq, bütün cinayətkarlar öz cəzalarımı alacaqlar. Bilirsiz ki, heç nə gizlin qalmır və hər şey ifşa olunur".   

X.Bəşirov vurğuladı ki, bütövlükdə Ukrayna, Gürcüstan və bir sıra ölkələrin nümunəsi Co Bayden administrasiyasının mövcud siyasətini ifşa etdi. O qeyd etdi ki, ABŞ  müxtəlif yollarla ayrı-ayrı dövlətlərə aid olan insanları ələ alır, onlardan istifadə edir: " Bütün bunlar göstərdi ki, Bayden administrasiyası müxtəlif ölkələrin vətəndaşlarını  ayrı-ayrı ələ almaq üsulu ilə o dövlətlərin daxili işlərinə qarışır. Bu, daha çox media və ictimi-siyasi proseslərdə iştirak edən vətəndaş cəmiyyəti üzvləri vasitəsilə həyata keçirilir. Məhz ona görədir ki, Gürcüstanda və digər dövlətlərdə konkret olaraq bir sıra qanunların qəbul olunması məsələsinə təsir göstərməyə təsir göstərirlər. Bunlar hansılardır? Məsələn, ayrı-ayrı dövlətlərdə təhsil, pensiya sahəsində və digər istiqamətlərdə qanunlar qəbul edilir. Bunlarla bağlı Qərb ölkələrinin, ABŞ-ın, onun institutlarının və digər beynəlxalq təsisatların reaksiyasını görürük. QHT və media, eləcə də siyasi partiyalarla bağlı qanunların qəbul edilməsi zamanı onların reaksiyalarının, təpkilərinin şahidi oluruq. Niyə? Çünki o sahələrdə fəaliyyət göstərən insanları ələ almaq yolu ilə dövlətlərin daxili işlərinə qarışırlar. O cümlədən də Azərbaycana münasibətdə bunun şahidi oluruq. 

Qonşu Gürcüstanda baş verən proseslər zamanında həmin o şəxslərlə bağlı tədbirlərin görülməməsinin nəticəsdir. Düzdür, Gürcüstan dövləti sonradan xarici agentlərlə bağlı qanun qəbul edilməsi üçün addımlar atdı. Amma bu yöndə illər əvvəl addım atılması lazım idi ki, bu prosesin qarşısı vaxtında alınsın". 

Bayden administrasiyasının Azərbaycanı əsassız yerə qaraladığını deyən X.Bəşirovun sözlərinə görə, biz bu istiqamətdə bir çox xoşagəlməz davranışların şahidi oluruq. "Ayrı-ayrı şəxsləri əsassız məlumatlarla təmin edirlər, onları müxtəlif şirnikləndirici üsullarla dövlətə qarşı yönəldirlər. Onlar daxili vəziyyəti, onların addımlarının narazılıqla qarşılandığını nəzərə almadan belə şəxsləri Azərbaycanın daxili işlərinə qarışmaq məsələlərinə sövq edirlər. Biz ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq kimi məsələlərin, siyasi əndazəyə, diplomatik çərçivəyə sığmayan, dövlətlərarası münasibətlərin heç bir müddəası ilə uzlaşmayan reaksiyaların şahidi oluruq. Bunun bir adı var - ikiüzlülük. Əllərində insan hüquq və azadlıqlarını, demokratiyanı bayraq etməklə ayrı-ayrı dövlətlərə təsir göstərmək, daxilinə nüfuz etmək məqsədi güdürlər və bu yolla onları öz diqtələrinə tabe etmək istəyirlər. Azərbaycan belə diqtələrə boyun əymir, belə münasibətləri qəbul etmir, buna sərt reaksiya göstərir, adekvat cavab verir. Ona görə də, Azərbaycana qarşı beynəlxalq aləmdə səfərbərləşmə baş verir".

X.Bəşirovun sözlərinə görə, Azərbaycanın pandemiya çərçivəsində atdığı addımlar, COP29 tədbirinə ev sahibliyi etməsi, Qoşulmama Hərəkatı vasitəsilə dünyada neokolonialist siyasətə qarşı mübarizəsi onları narahat edir. X.Bəşirov bildirdi ki, bu gün Bakı Təşəbbüs Qrupunun vasitəsilə həyata keçirilən tədbirləri və beynəlxalq səviyyədə bəşəriyyəti, insanlığı düşündürən vacib məsələlərlə bağlı Azərbaycanın atdığı addımları qiymətləndirməyənlər bizə çirkab atırlar: "Azərbaycana qarşı belə cılız addımların atılmasını, təbii ki, biz qəbul etmirik. Bu oyuna alət olan həm daxildəki, həm də xaricicdəki sapı özümüzdən olan baltaların xəyanətkar addımları Azərbaycan dövləti və xalqı tərəfindən layiqli şəkildə qiymətləndirilir. İndiyə qədər də belə olub, bundan sonra da belə olacaq. Həmin şəxslər dövlətimizin qanunları qarşısında cavab verəcəklər, eyni zamanda da ictimai qınaq obyektinə çevriləcəklər".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ