Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənistan İran üzərindən Əsədə hərbi yardım karvanları göndərdi...

Image


Abutalıb Səmədov: "Ukrayna müharibəsi başlamazdan əvvəl ümumiyyətlə bu sahədə heç bir təcrübəsi olmayan Ermənistan indi çip satan ölkələr sırasında dördüncü yerdədir"

Ermənistanın həmişə İran üzərindən Əsəd rejiminə hərbi yardım göndərməsi barədə məlumatlar mütəmadi olaraq medianın gündəmində olub. Amma təəssüf ki, terror rejiminə yardım edən İran illər boyu terroru dəstəkləyən ölkələr sırasına salınsa da, ancaq Ermənistan bu siyahıya salınmayib. Niyə?

"Bakı-Xəbər" qəzetinin sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, Ermənistan terrora yardım edən ölkələrdən biri olsa da, ona dünyanın aparıcı ölkələri və beynəlxalq qurumlar həmişə güzəştlə yanaşıb, himayədarlıq ediblər: "Bir şey məlumdur ki, terroru maliyyələşdirən dövlətlərı müəyyən edən qurumlar böyuk dövlətlərin nəzarəti altındadır. Kimin nə dərəcədə terroru maliyyələşdirən olmasını da böyük dövlətlər müəyyən edir. Bu səbəbdən onlar Ermənistanı həmişə himayə ediblər və bundan sonra da davam edəcəklər.

İkinci tərəfdən, aydındır ki, İranın terror təşkilatlarına göstərdiyi yardımın heç bir faizini belə Ermənistanın qarşılamağa iqtisadi-hərbi potensiali yoxdur. Ermənistanın özünün hərbi yardıma çox böyük ehtiyacı var və iki əlini açıb, dünyanı gəzərək ucuz silah axtarır. Aldıqlarının çoxu da keyfiyyətsiz silahlardır. Bu səbəbdən böyük dövlətlər Ermənistanı həm də ciddi qəbul eləmirlər. Ancaq havadarlıq edirlər, bu göz qabağındadır.

Məsələn, Ermənistan Azərbaycanı irqi ayrıseçkilikdə günahlandırmışdı. Beynəlxalq Məhkəmə dərhal qərar qəbul elədi. Düzdür, Beynəlxalq Məhkəmə Ermənistanı da irqi ayrıseçkilik etməkdə günahlandırdı, ancaq hakimiyyət səviyyəsində yox. Azərbaycanı isə hakimiyyət səviyyəsində irqi ayrıseçkiliyi reallaşdırmaqda günahlandırdı. Azərbaycanın iddiasına isə uzun müddətdir ki, baxılıb qurtarmayıb. Hələ Beynəlxalq Məhkəmə bir il də baxılma müddətini uzatdı. Bunun özü də Ermənistana münasibətdə beynəlxalq qurumların nə qədər ədalətsiz yanaşdığının bir göstəricisidir.

Başqa bir misal, Ermənistan dünyanın ən çox çip satan ölkələri arasında ön sıralardadır. Ukrayna müharibəsi başlamazdan əvvəl ümumiyyətlə bu sahədə heç bir fəaliyyəti və təcrübəsi olmayan Ermənistan indi çip satan ölkələr sırasında dördüncü yerdədir. Müharibənin başlanmasından iki ay keçəndən sonra Ermənistanda şirkət yaradılır, həmin şirkət bir il ərzində Rusiyaya 3 milyard dollar dəyərində çip satır. Bütün dünya da bunu görür. Hamıda səhvlər, yanlışlıqlar axtarırlar, ancaq Ermənistandan soruşan yoxdu ki, sən birdən-birə necə dünyanın çip - yarımkeçrici satan dördüncü ölkəsi oldun.

Eyni zamanda, Ermənistanla Rusiyanın tucarət dövriyyəsi 7,5 milyard dollara yaxın olub, yəni Azərbaycandan iki dəfə çox... Amma bu il gözlənilir ki, həmin rəqəm 15-16 milyard dollara qalxsın. Kecən il Ermənistanın ticarət dövriyyəsi 20 milyard dollardan bir az artıq olub, bunun 35 faizindən çoxu Rusiyanın payına düşürdü. Bu il həmin göstərici iki dəfədən də çox artacaq. Maraqlanan yoxdur ki, Ukraynada qırğınlar törədən, Ukraynanı darmadağın edən, dinc əhalini qıran, səhərləri yerlə yeksan edən Rusiyanin Ermənistanla ticarət dövriyyəsi niyə bu qədər artıb, bunun kökundə nə dayanır. Bu da beynəlxalq qurumların və böyük dövlətlərin nə qədər ədalətsiz olduğunun, nə qədər seçimli yanaşmalar nümayiş etdirməsinin bariz nümunəsidir.

Hələ 90-cı illərin sonunda ulu öndər Heydər Əliyev yazıçılarla görüşündə çox açıq şəkildə deyirdi ki, beynəlxalq münasibətlər sahəsində ədalət yoxdur. O böyük dövlət adamı, uzun müddət dünyada baş verən hadisələri müşahidə edən, onun mərkəzində olan, dünyanın ən böyük dövlətlərindən birinin rəhbərlərindən olan Heydər Əliyəv vəziyyəti hamıdan yaxşı bilirdi. Ona görə də biz təəccüblənməməliyik. Ermənistanın iqtisadi gücü artdıqca terrorçu qruplara yardımları 20 dəfə artırsa da, yenə də beynəlxalq qurumlar günahı Türkiyədə və digər İslam dövlətlərində axtaracaqlar. Xırda bir şey tapan kimi onları terrora yardım edən dövlətlər siyahısına salacaqlar. Necə ki, İrani bu siyahıya salıblar və Türkiyəni də daim nəzarətdə saxlayırlar. Reallıq bundan ibarətdir və biz bu reallığı olduğu kimi qəbul edib, işləməyə davam etməliyik.

44 günlük müharibədə hamıya məlum idi ki, Ermənistan silahli muzdlulardan və terrorçu dəstələrdən istufadə edir. Onların çoxu da Suriyadan gəlmişdi. Ancaq Makron bəyanat verdi ki, guya Azərbaycan hərbi əməliyyatlara islamçı-terrorçu dəstələri cəlb edib. Sübut tələb etdik, heç bir səs çıxmadı. Azərbaycanın belə dəstələrə heç ehtiyacı da yox idi. Azərbaycanın yardıma ehtiyacı olsa idi, qardaş Türkiyə var, onun yardımından istifadə edərdi. Ancaq Azərbaycan Türkiyədən mənəvi və siyasi yardım aldı, bunu hamı bilir.

Mən güman edirəm ki, son illər Azərbaycan hakimiyyətinin apardığı siyasət öz bəhrələrini verir. Biz antiterror tədbirlərindən sonra COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi elədiksə, bu, iqlim dəyişmələri ilə bağlı keçirilən konfransların ən uğurlusu oldusa, iqlim dəyismələrindən zərər çəkən ölkələrə yardımlar 3 dəfə artırıldısa, bu, Azərbaycanın apardığı siyasətin nəticəsidir.

Biz Ermənistanın atdığı hər addımı diqqətdə saxlamalı və onu dünya birliyinin nəzərinə çatdırmaq üçün bundan sonra da əlimizdən gələni etməliyik.

Fikrimcə, indiyə qədər bu siyasət öz bəhrəsini verib və bundan sonra da verəcək".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ