Cümə axşamı günü, 29 oktyabr 2026
     

“Şirvan erməniləri?” - öz cəmiyyətlərinə təzə zəhər atırlar...

Image


Qasım Hacıyev: "QAİ-nin keçirdiyi beynəlxalq konfransdan ciddi əndişəyə düşüblər, çünki bilirlər ki, biz haqlıyıq" 

Cənubi Qafqazda sülhün və sabitliyin düşməni olan Ermənistan bütün gücü ilə çalışır ki, bölgədə dinclik, əminamanlıq olmasın. Regionda sülhün, əminamanlığın bərqərar olması üçün Azərbaycan dövləti bütün mövcud imkanlardan istifadə edir və Ermənistanı da yeni reallıqlarla barışmağa, ona uyğun addım atmağa çağırır. Amma Ermənistan öz ənənəsinə qətiyyən xəyanət etməyib ziyankar mövqeyini davam etdirir. 

Son dövrlər Qərbi azərbaycanlıların beynəlxalq təminat altında ləyaqətli şəkildə öz tarixi yurdlarına-indiki Ermənistan ərazisinə qayıtması məsələsi həm yerli, həm də beynəlxalq platformalarda müzakirə edilir və qeyd olunur ki, onların mal-mülkünə, özlərinə dəymiş maddi-mənəvi ziyana görə Ermənistan dövləti soydaşlarımıza həm kompensiya ödəməlidir, həm də onların geri qayıdışını təmin etməlidir.

Bu məsələ aktuallaşandan sonra Ermənistandakı bəzi qüvvələr meydana çıxıb uydurma "Şirvan, Girdiman və Naxçıvan" "təşkilatından danışırlar. 

Bilirik ki, hələ Vətən müharibəsi dövründə, eləcə də 23 saatlıq antiterror tədbirlərindən sonra Ermənistan tərəfi bu qondarma qurumu gündəmə gətirir, onun adından uydurma bəyanatlar yayır. İndi bu ziyanlı işə Ermənistan Milli Elmlər Akademiyası da qoşulub. Bu qurumda "Şirvan, Girdiman və Naxçıvan erməniləri: yerli əhalidən qaçqına qədər" mövzusunda konfrans keçirilib.

Deyiblər ki, forumun məqsədləri "Şirvan, Girdiman və Naxçıvan ermənilərinin problemlərini müzakirə etməkdir". Guya vaxtilə ermənilərin "hüquqları pozulub", bunlar da "tarixi ədaləti bərpa"sı ilə məşğul olurlar, ermənilərin "hüquqlarının müdafiə" edirlər. 

Bu dezinformasiya təbliğatında da "Geqard" elmi-analitik fondunun direktoru, tarixçi Robert Kazaryan xüsusi canfəşanlıq edir. O deyib ki, bu konfrans rəhbərlik etdiyi fond və "Şirvan, Girdiman və Naxçıvan Ümumerməni Birliyinin" təşkilatçılığı ilə keçirilir. "Qaçqınların hüquqlarını müdafiə" etmək istəyirlər. Guya ki, ermənilər Azərbaycan ərazisində "minillər boyu yaşayıblar" və sonradan "deportasiya" olunublar. O qədər qondarma, həqiqətə uyğun gəlməyən fikirlər bildiriblər ki, heç onları qeyd etməyi lazım bilmirik. Çünki ənənəvi erməni saxtakarlığı və uydurması bir kimsəyə gərək deyil. Özləri də düşünsələr görərlər ki, bu kimi əsassız iddialar onların özlərinin ziyanınadır. 

Bir məqama baxaq, guya 1918-1920-ci illərdə Şirvan, Girdiman və  Naxçıvan bölgələrində "yerli erməni" əhaliyə qarşı "kütləvi qırğınlar törədilib". Guya bir çox ermənilər bu səbəbdən öz yaşayış yerlərini tərk edərək "qaçqın vəziyyətinə düşüblər". Bunu R.Kazaryan iddia edib. Sonra da deyir ki, 1988-1990-cı illərdə Sovet Azərbaycanının hakimiyyət orqanları "ermənilərin qırğınını təşkil edib", guya bu olay da Sumqayıt, Gəncə, Bakı və başqa şəhərlərdə baş verib. Qəribədir, Azərbaycanda heç vaxt ermənilərə qarşı belə bir hal baş vermədiyi halda, bunlar bu uydurma məlumatları necə "icad edib" dövriyyəyə buraxırlar? Öz etdiklərini bizim adımıza yazırlar. Halbuki, deyilən tarixlərdə indiki Ermənistan ərazisində və Azərbaycanın içində bu cür qanlı soyqırım cinayətlərini ermənilər azərbaycanlılara qarşı törədiblər. 1905-1906, 1918-1920, 1988-1990-cı illərdə Qərbi Azərbaycanın yerli əhalisinə qarşı erməni quldurları hər cür cinayətlər törədiblər, onları soyqırımlara, deportasiyalara məruz qoyublar, ev-eşiklərini, mal-mülklərini talayıblar, yandırıblar. Eləcə də analoji hadisəni ermənilər Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda  və başqa ərazilərimizdə həyata keçiriblər. Nə Bakıda, nə Sumqayıtda, nə Gəncədə, nə Qarabağda ermənilərə qarşı soyqırım törədilməyib. Azərbaycan ərazisindən onlar özləri köçüb gediblər. Bunu da ona görə ediblər ki, törətdikləri cinayətlərə görə cavab verməsinlər, silahlanıb yenidən üstümüzə gəlsinlər. O da məlumdur ki, ermənilər Azərbaycanda, Cənubi Qafqazda minillər boyu yaşamayıb, bura onların tarixi vətəni, torpağı deyil. Ermənilər Cənubi Qafqaza, Azərbaycan torpaqlarına XIX əsrdə köçürülüb. Onların bura köçürülməsində Çar Rusiyası və bəzi böyük dövlətlər əsas rol oynayıb. Şirvanda, Naxçıvanda, Qarabağda, Girdimanda tarixən erməni yaşamayıb. Bu reallıqdır. Ermənilərə qarşı bizim etnik təmizləmə, soyqırım və deportasiya aktları həyata keçirmədiyimiz də faktdır. Amma həmişə özünü yazıq, məzlum, əzilən, haqqı tapdanan xalq obrazında təqdim etməyə öyrəncəli olan ermənilər yenidən bu obrazda səhnədə görsənməyə çalışırlar.  

Sözügedən bədnam tədbirdə deyiblər ki, ermənilərin "beynəlxalq təminat altında" öz "ata-baba yurdlarına" qayıtması məsələsini həll etmək istəyirlər. Bu azmış kimi, iddia edirlər ki, ermənilərin və onların övladlarının "itirdikləri əmlaka görə" guya kompensasiya "almaq hüququ" var (?).

Təsəvvür edin ki, bunlar nələrin eşqinə düşüblər. Həm qayıtmaq istəyirlər, həm də kompensasiya tələb edirlər. Hansı haqla? Hansı əsasla? 

"Azərbaycana qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur və bu, erməni yalanlarından başqa bir şey deyil"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması məsələsinin aktuallaşması, bu məsələnin BMT səviyyəsində səsləndirilməsi, habelə bu günlərdə aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçının qatıldığı və Qərbi Azərbaycan İcmasının (QAİ)  təşkilatçılığı ilə keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfrans Ermənistandakı bəzi qüvvələri yerindən oynadıb. "QAİ-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda səsləndirilən haqlı fikirlər, bəyanatda yer alan əsaslı tələblər Ermənistandakı bəzi qüvvələri ciddi narahat edib. Fikir verin, QAİ-nin keçirdiyi konfransının sonunda qəbul olunan bəyanatda əsas səsləndirilən tələblərdən biri belə idi: "Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması. Onlar qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz".

Çox haqlı tələbdir və buna Ermənistan əməl etməlidir. QAİ-nin keçirdiyi beynəlxalq konfransdan ciddi əndişəyə düşüblər, çünki bilirlər ki, biz haqlıyıq. Bu səbəbdən də qondarma iddialarla belə bir tədbir keçiriblər və guya öz aləmlərində bizi "fakt qarşısında" qoymaq istəyirlər. Azərbaycana qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur və bu, erməni yalanlarından başqa bir şey deyil.  

Ermənistan Milli Elmlər Akademiyası, Ermənistan Dövlət Universiteti, Ermənistan Yazıçılar İttifaqı həmişə qızışdırıcı mövqedən çıxış edib, gerçəkliyi bəyan etmək əvəzinə erməniləri fəlakətə sürükləyiblər. İndi də hansısa qondarma təşkilatlar yaradıb Azərbaycana qarşı əsassız iddialar irəli sürürlər. Min dəfələrlə demişik, yenə də deyirik ki, Azərbaycan ərazisində tarixən erməni yaşamayıb, onlar XIX əsrin əvvəllərində kütləvi şəkildə bizim torpaqlara köçürülüblər, burda öz ayaqlarına yer edən kimi də, bu cür separatçı, revanşist hərəkətlər ediblər. Heç zaman ermənilərə qarşı soyqırım, etnik təmizləmə baş verməyib, onlar bizim ərazilərdən könüllü şəkildə köçüb gediblər. Onlar bizə qarşı dəfələrlə soyqırımlar, deportasiyalar törədiblər. Gerçəklik budur. Sonradan gəlib məskunlaşdıqları ərazilər necə onların "tarixi torpağı" ola bilər? 

Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından zorakılıqla qovulublar, deportasiyaya məruz qalıblar. İndi Ermənistan dövləti onlara vurulan ziyanı ödəməlidir, onları geri qaytarmalıdır. Bu çox aydın və sadə məsələdir".

Q.Hacıyevin sözlərinə görə, onların iddaları əsassızdır və "Şirvan, Girdiman və Naxçıvan"la bağlı yazdıqları da tamamilə saxtadır. Q.Hacıyev qeyd etdi ki, nə dövlət başçıları, nə siyasətçiləri, nə də hərbiçiləri Azərbaycana təsir göstərə bilir, bu da onları bu cür uydurmalara əl atmağa vadar edir. "Müharibədə uduzublar, siyasətdə, diplomatiyada da məğlub olublar. İndi də gərgin vəziyyətdədirlər. Suriyada baş verənlər də Ermənistana ciddi təsir göstərib və bilirlər ki, bu cür siysət yürütsələr gec-tez Ermənistanı da belə bir aqibət gözləyir. Ona görə də bilmirlər nə etsinlər, hansı cəfəngiyatla özlərini ovutsunlar? Onlar çalışırlar ki, bizə bir psixoloji, mənəvi təsir göstərsinlər. O da alınmır, alınmaz da.

Bu, mənəviyyatsızlıqdan, tarixi manipulyasiya etməkdən başqa bir şey deyil. Nə əllərində tarixi faktları var, nə sübutlara malikdirlər. 

Nə Naxçıvan, nə Girdiman, nə Şirvan, nə Qarabağda onların yeri var, nə də hazırda yerləşdikləri ərazi onlarındır, Ermənistan dövləti bizim torpaqlarda qurulub. Ona görə də, bunların bu hərəkətləri öz başlarını qatmağa, siyasi oyunbazlığa xidmət edir, dünya dövlətlərini, cəmiyyəti çaşdırmağa çalışırlar. Bunlar hamsı boş-boş şeylərdir. Nə qədər konfrans da keçirsələr heç nəyə nail ola bilməzlər. özlərini ifşa edirlər" - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ