Cümə axşamı günü, 29 oktyabr 2026
     

Qərb dünən Suriyada terrorçu saydığı qüvvələrlə əməkdaşlığa başladı...

Image


Suriya hökumətinin dramatik şəkildə süqutundan sonra bir sıra Qərb hökumətləri keçmişdə terrorçu olaraq elan etdikləri şəxslərlə işləməyə hazır olduqlarına artıq eyham vururlar. Söhbət Suriyada hakimiyyəti ələ keçirən şəxslərdən gedir. 

Avropanın üç əsas paytaxtında Suriyada Əsəd rejiminin devrilməsinin əsas aktorlarından birinə çevrilmiş, daha əvvəl isə "qara siyahı"ya salınmış islamçı yaraqlı qrup olan "Heyət Təhrir əl-Şam"la bağlı mövqelərinə yenidən baxma ehtimalını indi istisna etmirlər.

Terrorçu kimi tanınan Suriya qruplarına münasibətdə mümkün dəyişikliklə bağlı söhbətlər ABŞ prezidenti Co Baydenin şərhindən sonra gedir. Ağ Ev rəhbəri qeyd edib ki, "Heyət Təhrir əl-Şam" "Əl-Qaidə" ilə əvvəlki əlaqələrindən uzaqlaşmağa çalışdığı üçün Vaşinqtonun bu qruplaşmaya münasibətdə ritorikası dəyişib: "Onlar böyük məsuliyyət götürdükləri üçün biz təkcə onların sözlərini deyil, həm də əməllərini qiymətləndirəcəyik". Bununla belə, yeni seçilmiş prezident Donald Trampın administrasiyası dövründə Suriyaya münasibətin necə olacağı hələ bilinmir. Şərqi və Cənubi Asiya üzrə ekspert Fatimə Ayub isə qeyd edir: "Sudan məsələsində gördüyümüz kimi, İsraillə münasibətlərin normallaşması müqabilində sanksiyaların yumşaldılması baş verdi. Suriyada da bu ola bilər. Lakin  üfüqdə çoxlu böyük suallar var və mən hətta əmin deyiləm ki, "Heyət Təhrir əl-Şam"ın indiki mərhələdə mütləq cavabları var". Aydındır ki, prezident Bəşər Əsədin devrilməsindən sonra qrupun Suriyada aparıcı oyunçu kimi mövqeyi Qərb hökumətlərini dilemma qarşısında qoyur. Fransanın xarici işlər naziri vəzifəsini icra edən Jan-Noel Baro "France Info" radiostansiyası ilə söhbətində bildirib ki, "Həyət Təhrir əş-Şam" "islamçı hərəkatdır" və ekstremizmdən, islamçılıqdan xilas olmaq üçün səmimi istəyini nümayiş etdirməlidir. Fransa diplomatiyasının rəhbəri vəzifəsini icra edən şəxs eyni zamanda əlavə edib ki, Paris səfiri yaxın günlərdə Dəməşqə gedəcək. Almaniya da eyni qeyri-müəyyən mövqedədir. Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer bildirib ki, "Heyət Təhrir əş-Şam"ın keçmişindən uzaqlaşdığı addımlar qrupun mülki şəxslərə, etnik və dini azlıqlara münasibətinə görə qiymətləndiriləcək. Britaniya hökumətinin nümayəndəsi Pat Makfadden də bəyan edib ki, "Həyat Təhrir əl-Şam"ın hökumətin yaratdığı terror təşkilatları siyahısından çıxarılması üçün "tez qərar" qəbul etmək lazımdır. O vaxta qədər "Həyat Təhrir əş-Şam"ın Suriyada hansı rolu oynayacağı hələ də bəlli deyil. Beynəlxalq Böhran Qrupunun baş məsləhətçisi Darin Xəlifə bunlar fonunda bildirir: "Düşünürəm ki, Qərb yerlərdə yeni reallıqla məşğul olmalıdır. Onlar "Heyət Təhrir əl-Şam" üçün aydın meyarlar qoymalıdırlar və əgər onlar yerinə yetirilərsə, sanksiyalara yenidən baxıla bilərlər ki, bu da yalnız Suriyada sülh və təhlükəsizliyə kömək olacaq". Bu cür yanaşma "Taliban"ın idarə etdiyi Əfqanıstana yanaşmadan fərqli olardı. Qərb hökumətləri ekstremist qrupun geniş yayılmış insan haqlarını pozmasını və qadınlara qarşı sərt məhdudiyyətləri pisləyərək "Taliban"la bağlı sərt siyasət yürüdür. Amma Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan "Heyət Təhrir əl-Şam"la bağlı fərqli mövqe sərgiləyir: "Biz Suriyadakı bütün qruplarla işləyəcəyik. Baydenin də dediyi kimi, Suriyadakı müxtəlif qruplar, o cümlədən terrorçu kimi tanınan qruplar əslində bütün doğru sözləri deyiblər. İndi sual ondan ibarətdir ki, onlar daha yaxşı bir Suriya yaratmaq üçün nə edəcəklər". Sallivan Bəşər Əsədin getməsini yaxşı hadisə adlandırıb və rejimin devrilməsinin irəlidə nələrin olacağı ilə bağlı risq və qeyri-müəyyənlik yaratdığını əlavə edib: "Suriyada daha yaxşı rejimin qurulması ilə bağlı imkanlar var, lakin ABŞ-da terrorçular, cihadçılar və digər insanların bundan istifadə edə biləcəyinə dair narahatlıq mövcuddur. Biz Suriyada sabit, inklüziv və demokratik gələcək istəyən hər kəslə işləməyə hazırıq".

Qeyd edək ki "Heyət Təhrir əl-Şam"a Əbu Məhəmməd əl-Covlani   rəhbərlik edir. O,  uzun illər silahlıların lideri olsa da, az tanınıb. Ancaq 42 yaşlı bu adam Suriya prezidenti Bəşər Əsədi devirən ağlasığmaz hücuma başçılıq edincə, birdən-birə məşhurlaşıb.  "Radio Free Europe"in eksperti Kian Şərifi yazır ki, o, dekabrın 8-də suriyalılara telemüraciəti zamanı "Dəməşqin fəthi"ni elan edərkən, ləqəbi əvəzinə gerçək adından - Əhməd əl-Şaraadən yararlanıb. Qərbin terrorçu təşkilat kimi tanıdığı "Heyət Təhrir əl-Şam"ın lideri Əbu Məhəmməd əl-Covlani öz imicini çoxdan dəyişmək istəyir. O, "əl-Qaidə" ilə əlaqələrini kəsib, özünü tolerant və praqmatik lider kimi qələmə verir. İndi bu dəyişiklik çağırışla üzləşəcək. Başına 10 milyon dollar mükafat qoyulan Əl-Covlani və "Heyət Təhrir əl-Şam" Əsədsonrası Suriyada önəmli rol oynamağa çalışır. Sünni müsəlmanlardan oluşan qruplaşmanın bir çox üzvü qatı radikal sələfi hərəkatının davamçılarıdır. Onlar Suriyada şəriət qanunlarıyla yönəldiləcək dövlət qurmaq istəyirlər. "Heyət Təhrir əl-Şam"Avropa və Mərkəzi Asiyadan gələn silahlılardan ibarət xırda döyüşçü qruplaşmalarıyla birləşir. Vaşınqton İnstitutunun baş elmi işçisi Aaron Zelin "Heyət Təhrir əl-Şam"üzvlərini "siyasi cihadçılar" adlandırıb: "Covlani və "Heyət Təhrir əl-Şam" siyasətdə daha praqmatikdilər. Onlar "əl-Qaidə" və İŞİD kimi tanıdığımız qlobal cihadçılar və ənənəvi siyasi cihadçılar arasında yer tuturlar". Covlani İsrailin işğal etdiyi Colan təpələrindən qaçıb Səudiyyə Ərəbistanına sığınan suriyalı bir ailədə, 1982-ci ildə doğulub. Döyüş fəaliyyətinin ilk illəri barədə bilgi yoxdur. İddia edilir ki, o, ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsindən sonra "əl-Qaidə"nin bu ölkədəki qoluna qoşulub. 2012-ci ildə o, "Cəbhət ən-Nüsrə" adı ilə "əl-Qaidə"nin Suriyadakı qolunu yaradıb. Adını bir neçə dəfə dəyişən döyüşçülər "əl-Qaidə"dən uzaqlaşmağa çalışıblar. Qruplaşma 2017-ci ildə Suriyanın şimal-qərbindəki müxalif qruplarla birləşərək "Heyət Təhrir əl-Şam"ıi yaradıb. Bir vaxtlar türban və uzun saqqalla gəzən Covlani hərbi uniforma da geyinib. Amma zaman keçdikcə döyüşçülərin liderlərinə xas əlamətlərdən imtina etməyə qərar verib. Covlani pencək geyinməyə başlayıb, üzünü qırxıb və Qərb mediasına müsahibələr verib. İranın silahlı proksiləri üzrə ekspert Fillip Smit qeyd edir: "Heyət Təhrir əl-Şam"ın lideri hiyləgərdir. O, özünün və təşkilatının hakimiyyətə yiyələnməsinə və mövqelərini möhkəmləndirməsinə can atır". İmicinə və özünü mülayim və praqmatik göstərmək səylərinə baxmayaraq, Covlaniylə qruplaşmasının hələ də insan haqlarının pozulması və terrorçu təşkilatlarla əlaqələrinin olması məsələləri narahatlıq doğurur. ABŞ Dövlət Departamentinin 2013-cü ildəki bəyanatında "Cəbhət ən-Nüsrə"nın kamikadze hücumlarına istinad edilərkən, Covlani terrorçu kimi qeyd edilib. O da bildirilib ki, qruplaşmanın zordan istifadəsi suriyalıların istəkləriylə uzlaşmır: "Əsəddən sonra Suriyada ekstremizm və terrorçu ideologiyalara yer olmamalıdır". 2017-ci ildə ABŞ-nin Suriyadakı səfirliyi X sosial şəbəkəsindəki paylaşımında rəsmi Vaşınqton "əl-Qaidə"nin yüksəkvəzifəli şəxslərini, o sıradan Covlanini ədalətə cəlb etməyə sadiq olduğunu vurğulayıb.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ