Cümə axşamı günü, 29 oktyabr 2026
     

Avropa qurumları TikTok-a qarşı müharibəyə başladı - əslində Çinlə müharibə gedir...

Image


Azər Həsrət: "Həqiqətən də ictmai münasibətlərə və siyasi proseslərə çox ciddi təsir etmək imkanları var" 

Euronews TV neçə gündür məsələ müzakirə edir ki, TikTok demokratiya üçün təhlükəlidir.  Deyirlər ki, Rusiya TikTok vasitəsilə Avropada seçkilərə dezinformasiya üsulları ilə təsir göstərir.

Məlum olduğu kimi, TikTok Çinin yaratdığı bir sosial şəbəkədir. Deyirlər ki, Çinin alqoritmləri və dezinformasiya mexanizmləri birləşir və Avropada seçkilərin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. 

Avropada seçkinin nəticələrinin TikTok-un və Rusiyanın müdaxiləsi ilə müəyyən olunması nə dərəcədə doğru ola bilər? 

Şərhçilərə görə, doğrudan da Avropada çox qəribə proseslər gedir. Yayda Fransada keçirilən seçkilərdə E.Makronun partiyası məğlub oldu, Almaniyada Şoltsun partiyası seçkilərdə uğur qazana bilmədi. Rumıniyada seçkilərdə ultra-sağçılar qalib gəldilər. Halbuki, o namizəd - Qorqesku NATO-nu tənqid edirdi, Rusiyanı isə tərifləyirdi. Avropanın bəzi yerlərində, məsələn, Brüsseldə, Hollandiyada ifrat sağçılar keçirilən seçkilərdə qələbə qazanırlar. Slovakiyada keçirilən seçkilərdə Rusiyanı müdafiə edənlər qalibdirlər. Ekspertlərə görə, müəyyən məqamlarda, xüsusən də seçki proseslərində Avropada Rusiyaya rəğbət bəsləyənlər, ifrat sağçı radikallar seçkilərdə həqiqətən qalib gəlirlər. 

Qərbdəkilər də məsələni belə qoyur ki, Avropada seçkilərin gedişinə təsir üçün əsasən TikTok və Rusiya dezinformasiya mexanizmlərini birləşdiriblər. Hətta buna "kokteyl bişirirlər" kimi ad da qoyublar ki, Rusiya və TikTok -un dezinformasiya maşını Avropa üçün bir "kokteyl" hazırlayır və nəticədə siyasi proseslərə, seçkilərə təsir göstərirlər.   

Avropanın TikTok -dan belə qorxmasının səbəbi doğrudanmı TikTok -un Avropanın, Avropada müəyyən proseslərin əleyhinə nəticə verməsidir? Yaxud burda geosiyasi amil var?

Ekspertlərin fikrincə, bu məqamların hamısı nəzərdən keçirilərkən belə qənaətə gəlmək mümkündür ki, əsas hədəf Çindir. 

Elspertlər qeyd edir ki, TikTok bir bəhanədir, əslində Avropa ilə Çin arasında ticarət müharibəsi gedir.  Avropa istəyir ki, Çinin istehsal etdiyi elektromobillərə idxal zamanı böyük gömrük rüsumları tətbiq etsinlər və bununla Çinə təsir göstərib onu Avropa bazarlarında sıxışdırsınlar. Məlum olduğu kimi, bunun əvəzində Çin də öz növbəsində Avropadan məhsullar almır. Yəni aralarında ticarət müharibələri gedir. 

TikTok -la bağlı Euronews-da gedən bu müzakirələrin əsl hədəfi nə ola bilər? Doğrudanmı, TikTok seçkilərə təsir göstərir, yoxsa burada sadəcə olaraq Avropa və Çin arasında gedən ticarət müharibələrinin nəticələri özünü göstərir?

"Avropa da narahatdır ki, bu sosial şəbəkələr onun içinə çox ciddi nüfuz edə bilir"

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə bildirdi ki, təkcə Avropada deyil, ABŞ-da da TikTok-la mübarizə gedir. "Bunu da şəxsən anlayışla qarşılayıram. Çünki TikTok Çinin qurduğu alternativ  sosial şəbəkədir, özü də çox təsirli sosial şəbəkə vahididir. Həqiqətən də ictmai münasibətlərə və siyasi proseslərə çox ciddi təsir etmək inkanları var. 

Fikir versək, elə Azərbaycanın özündə də hamının istifadə etdiyi Youtube-də paylaşdığımız bir videoya 10, 20, 100 nəfər baxırsa, eyni videonu TikTok -da paylaşanda ona yüzminlərlə baxış sayı olur. Yəni onlar elə bir alqoritmika işləyib hazırlayıblar ki, istər-istəməz paylaşımlar daha populyar olur, daha çox istifadəçiyə çatır. Bu da ictimai münasibətlərə və siyasi proseslərə ciddi təsirini göstərir. Ona görə də Avropa narahatdır və TikTok -a qarşı bu və digər şəkildə əngəlləyici addımlar atmaq məcburiyyətindədirlər. Sadəcə olaraq, bunu açıq şəkildə edə bilmirlər, çünki etsələr media azadlığına qarşı çıxmış olacaqlar. Yəni sifətlərini də qorumaq istəyirlər, TikTok -un təsirlərindən də qurtulmaz istəyirlər. Odla su arasında qalıblar. Bilmirlər bunu necə etsinlər ki, az zərərlə prosesdən çıxa bilsinlər. 

Ümumiyyətlə, şəxsi müşahidələrim və uzunmüddətli istifadəçi təcrübələrimə əsaslanıb deyə bilərəm ki, bəli, TikTok çox əlçatandır, çox operativdir, çox geniş yayımlanır. Amma bir fərqli tərəfi var. Məsələn, Qərbin nəzarətində sosial media şəbəkələrinə baxanda TikTok daha çox senzuraya məruz qalır. Bu problem də var. Şəxsən mən özüm Çində uyğurların problemləri ilə bağlı paylaşım edirəm, görürəm ki, o paylaşım yerimir, yürümür, geniş auditoriya ona baxa bilmir, yəni yerində sayır, baxış sayı olduqca aşağı olur". 

A.Həsrət vurğuladı ki, amma adi bir məsələ ilə bağlı, tutalım, Qərbi təndiq edən bir  paylaşım edilirsə bu dərhal yayılır və baxış sayı çox olur. "Çin elə bir sistem tətbiq edir ki, onun zərərinə ola biləcək paylaşımlar çox da irəli çıxa bilməsin. Eləcə də Rusiya ilə bağlı tənqidi materaillar verəndə həmin materillara baxış yerində sayır, hətta bir qədər uzunmüddərtli video paylaşanda problemlə üzləşirsən. 

Tutaq ki, bu yaxınlarda rus dilində beş dəqiqəlik bir veideo paylaşmışdım. TikTok mənə 1 saat paylaşıma icazə verdiyi halda onu 1 dəqiqəyə kəsmişdi, yəni onun növbəti  4 dəqiqəsini yayımlaya bilmədim. TikTok -un belə bir problemi var. O tam azad və senzurasız deyil. Çox təəssüflər olsun ki, birbaşa Çinin ideoloji xəttinə xidmət üçün qurulub. Baxmayaraq ki, biz daha effekjtiv olduğuna görə ondan məcburiyyət qarısında istifadə edirik, amma Çin dövləti siyasi senzuranı əskik etmir. Avropa da narahatdır ki, bu sosial şəbəkələr onun içinə çox ciddi nüfuz edə bilir. Ona görə də bu cür hərəkətə keçiblər"-deyə A.Həsrət bildirdi.

A.Həsrət eynu zamanda vurğuladı ki, Avropanın Çinlə ticarət müharibəsi aparmasının tək yolu var - öz ərazisində Çin mallarının satışını yasaqlamaq: "Bunu edə biləcəklərsə, əlbəttə ki, nəticə əldə edəcəklər. Yoxsa TikTok -u əngəlləmək, ona qarşı çıxmaq, sosial medianın üzərindən getmək, bunlar onsuz da nəticə verən deyil. Əsas məsələ Çinin dünya bazarına katostrafik bir şəkildə  müdaxiləsidir. Biz elə Azərbaycanda da sağa baxırıq Çin, sola baxırıq Çin.  ABŞ-da da Çin malları hər yerdədir. Yəni Çin dünyanı işğal edə-edə gedir. Avropa sadəcə olaraq ən azı 27 dövlətin ərazisində Çin mallarını yasaqlaya bilər. Edirlərmi bunu? Etmirlər".   

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ