Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycanla OPEK+ bu dəfə də əlverişli mövqeni qoruya bilir... Neft uğrunda mübarizə kəskinləşir...

Image


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerikanın ən böyük ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etməyi planlaşdırır. O, bu barədə "NBC News"a müsahibəsində bildirib. 

Tramp ABŞ-ın ən böyük ticarət tərəfdaşlarına idxal tariflərinin tətbiqi ilə bağlı seçkiqabağı vədini yerinə yetirəcəyini söyləyib: "Düzgün istifadə edildikdə, rüsumlar təkcə iqtisadiyyatda deyil, həm də qeyri-iqtisadi sahələrdə çox güclü alətdir".

Eyni zamanda, seçilmiş prezident bu cür tədbirlərin amerikalıların xərclərinə təsir etməyəcəyinə söz verməyib: "Mən heç nəyə zəmanət verə bilmərəm. Mən hətta sabaha zəmanət verə bilmərəm". Ekspertlər qeyd edir ki, Trampın hakimiyyəti dönəmində dünya iqtisadiyyatında ciddi yeniliklər olacaq.  Düzdür, bu fonda Donald Trampın dünya bazarında neftin qiymətini bir barrel üçün 40 dollara endirməklə bağlı son hədələrini ciddi qəbul etmək çətindir. Lakin onlara məhəl qoymamaq ehtiyatsızlıq olardı. Beləliklə, neft istehsalçıları öz hesablamalarına neftinin qiymətinin arzuolunmaz həddə düşməsi riskini də daxil edirlər.  Lakin  ekspertlər indilikdə OPEC+ nazirlərin son toplantısında qəbul edilən qərarlar sayəsində indi hər hansı yeni şok gözləmirlər. Söhbət neftin qiymətini məqbul səviyyədə saxlamaq üçün nəzərdə tutulan məhdudiyyətlərin uzadılmasından gedir. OPEC+ üzv ölkələrinin videokonfrans vasitəsilə keçirilən nazirlər toplantısının nəticəsi olaraq alyans tərəfindən əvvəllər razılaşdırılmış neft hasilatının kvotalarının 2025-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib. İclasda əsas kvotalarla yanaşı, neft hasilatının bir neçə əlavə könüllü azaldılmasının da taleyi müzakirə olunub. OPEC+ neft hasilatının könüllü əlavə azaldılmasını 2,2 milyon barrel həcmində razılaşdırıb. Bu razılaşma 2025-ci ilin birinci rübünün sonuna qədər qüvvədə olacaq.Hazırda alyansın səkkiz ölkəsi hasilatı könüllü azaldıb: Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman. Bu rejimdən mərhələli çıxış zamanla - 2025-ci ilin aprelindən 2026-cı ilin sentyabr ayının sonuna qədər olan dövrü əhatə edir. Bu, yeganə könüllü əlavə hasilatın azaldılması deyil. Belə ki, müvafiq könüllü məhdudiyyət 2025-ci ilin sonuna qədər qüvvədə idi; indi əsas kvotalarla birlikdə 2026-cı ilin sonuna qədər uzadılıb. Bəzi məhdudiyyətləri digərlərinin üzərinə gəlməklə OPEC+ üzv ölkələri neft qiymətlərini məqbul səviyyədə saxlamağa ümid edirlər. Baxmayaraq ki, əslində bəzi məhdudiyyətlər hələ də müvəqqəti olaraq pozula bilir: alyansda hasilatı azaltmayan və buna görə OPEC+ birləşməsinə "borclular" var. Belə ölkələr üçün az azaldılmış neft hasilatına görə kompensasiya müddətini 2025-ci ilin sentyabrından 2026-cı ilin iyun ayının sonuna qədər uzatmaq qərara alınıb. Bu ölkələr OPEC katibliyinə yenilənmiş təzminat cədvəllərini təqdim edəcəklər. Həmin ölkələr arasında Rusiya, İraq və Qazaxıstan da var. Rusiya baş nazirinin müavini Aleksandr Novakın jurnalistlərə verdiyi açıqlamaya görə, ümumilikdə, 2024-cü ildə Rusiyada neft və kondensat hasilatı təxminən 518-521 milyon ton təşkil edəcək.

OPEC+ tərəfindən açıqlanan məlumatlara əsasən, bütün məhdudiyyətlər və sonra onların tədricən yumşaldılması nəzərə alınmaqla, Rusiyada neft hasilatı 2025-ci ilin yanvar-mart ayları üçün nəzərdə tutulan 8,978 milyon barreldən 2026-cı ilin sentyabr-dekabr aylarında 9,449 milyon barrelə qədər artmalıdır. Səudiyyə Ərəbistanında isə eyni dövrdə hasilatı  8,978 milyon barreldən 9,978 milyon barrelə qədər artırmaq öhdəliyi götürüb.  Beləliklə, son bir ildə qlobal neft bazarı nisbətən balanslaşdırılmış görünür: "Brent" neftinin qiyməti 70-80 dollar diapazonunda qalır. Bir çox ekspertlər bu dəhlizdə köklü dəyişikliklər üçün ilkin şərtləri görmürlər, ən azı hələlik. Onlar xüsusilə neftin qiymətinin bir barrel üçün 40 dollara düşməsi ehtimalına şübhə ilə yanaşırlar. "Finam" qrupundan olan rus analitik Nikolay Dudçenko qeyd edir ki, Donald Trampın son bəyanatlarından və neft hasilatını artırmaqla hədələmələrindən sonra bir barrel üçün 40 dollar qiyməti geniş  müzakirə olunmağa başlayıb: "Kotirovkalara mümkün təzyiqin başqa bir səbəbi Trampın Çinə qarşı proteksionist siyasəti ola bilər ki, bu da Çin iqtisadiyyatının zəifləməsi və buna görə də Çin tərəfindən neftə tələbatın azalması ilə nəticələnir". Bununla belə, Dudçenkonun aydınlaşdırdığı kimi, əslində neftin belə aşağı qiymətləri təkcə OPEC və OPEC+ ölkələri üçün deyil, həm də Amerika neft sənayesinin özü üçün əlverişsizdir: " Qiymətlərin bir barrel üçün 40 dollara enməsi şok ssenari olacaq, bu səbəbdən nəinki OPEC+ ölkələri, hətta ABŞ-ın özünün də buna imkan verməyəcəyi ehtimalı yükskdir". "Freedom Finance Global"ın aparıcı analitiki Natalya Milçakova isə əlavə edib ki, qlobal neft tələbi hələ pik həddə çatmayıb: "Axı, Çin, Hindistan və bir çox digər inkişaf etməkdə olan ölkələr aktiv şəkildə yanacaq almağa davam edir. Hibrid və elektrik avtomobillər isə bahadır, bu nəqliyyat növünə kütləvi keçid gözləmək lazım deyil". O da nəzərə alınmalıdır ki, hazırda dünyanın bir çox nöqtələrində silahlı münaqişələr gedir. Yaxın Şərqdə İsraillə HƏMAS, şimal qonşumuz Rusiya ilə Ukrayna arasında müharibə gedir. Suriyada rejimdəyişikliyi baş verib. Bunlar dünya siyasətinə və iqtisadiyyatına təsirsiz ötüşmür və neftin qiymətinin də yüksək həddə qalmasını təmin edir. Münaqişələrin coğrafiyası kifayət qədər genişdir. Müharibələr dövlətlərin kifayət qədər maliyyə və iqtisadi resurslarını özünə cəlb edir. Bu baxımdan da neftin qiymətinin enmə ehtimalı azdır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ