Cümə axşamı günü, 29 oktyabr 2026
     

Bütün Gürcüstan dekabrın 14-nü gözləyir...

Image


Gürcüstanın baş naziri İrakli Kobaxidze dekabrın 14-də ölkədə prezident seçkilərinin keçirilməsini təsdiqləyib. O deyib ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar verilib və heç nə dəyişməyib: "Konstitusiya ilə səlahiyyət verilmiş bütün orqanlar seçkilərin keçirilməsi üçün səfərbər olunacaqlar".

Qeyd edək ki, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının prezidentliyə namizədi Mixail Kavelaşvilidir. İrakli Kobaxidzenin sözlərinə görə, hazırkı prezident Salome Zurabişvilinin parlament seçkilərinin nəticələrini tanımaması və yeni parlament seçkilərinə qədər öz səlahiyyətlərindən imtina etməyəcəyi barədə bəyanatının heç bir əsası yoxdur: "Zurabişvilinin səlahiyyət müddəti bitən kimi rezidensiyanı tərk edəcək". Amma Zurabişvili tamam fərqli mövqedədir. Gürcüstanda prezident seçkilərinə az qalmış Salome Zurabişvili ölkəsində baş verənləri dünya ictimaiyyətinə çatdırmaq üçün Fransaya gedib. Görünən odur ki, o,  vəzifəsində qalmaq üçün Qərbin dəstəyini almağa ümid edir. Lakin hadisələr elə inkişaf edir ki, Qərb tərəfdaşları Zurabişviliyə hakimiyyət uğrunda mübarizədə kömək etməkdən daha çox, onu xilas etməyə daha çox diqqət etmək məcburiyyətində qalmalı olacaq. Çünki bir neçə günə Mixail Kavelaşvilinin prezident postunda Salome Zurabişvilini əvəz edəcəyi gözlənilir. Bundan sonra hakimiyyətin Salome Zurabişvili ilə haqq-hesab çəkəcəyi istisna edilmir. Bu səbəbdən də Zurabişvili indidən Qərbin dəstəyini alaraq, postunuu hələ uzun müddət qorumağa çalışır. Bu fonda "Gürcü Arzusu" hökuməti üçün gözlənilmədən Zurabişvili bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək qərarına gəlib. Dünyanın 50-yə yaxın ölkəsinin liderləri də bu məqsədlə Fransada olub. Zurabişvili fürsətdən istifadə edərək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşüb. O bu xüsusda deyib: "Mən prezident Tramp və Makronla dərin müzakirə apardım. Söhbət oğurlanmış seçkilərdən və gürcü xalqına qarşı qorxulu repressiyalardan gedirdi. Mən güclü Amerika Birləşmiş Ştatlarının zəruriliyini vurğuladım. Gürcü xalqının Donald Tramp qismində bir dostu var. Allah Amerikanı qorusun". Eyni zamanda parlamentə daxil olan, lakin onun işində iştirak etməkdən imtina edən dörd müxalifət partiyası bildirib ki, "Gürcü arzusu" Trampla dialoq qura biləcəyinə inandıraraq həmvətənlərini yenidən aldadıb. Daha doğrusu, bunu hakimiyyətin əleyhdarlarını dəstəkləyən Zurabişvili tərəfindən edildiyi üzə çıxıb. Amma hakimiyyət diqqəti ona yönəldir ki, bu, Zurabişvilinin Gürcüstan prezidenti kimi sonuncu xarici səfəri idi. Göründüyü kimi, o, vəzifəsində qalmaq üçün dünya liderlərinin dəstəyini almağa ümid edir, amma çox güman ki, hər şey başqa cür olacaq. Zurabişvili istefa verməkdən imtina edərsə, "Gürcü Arzusu" onun barəsində cinayət işi açacaq və o, ya qaçmalı, ya da məhbus olacaq. Müvafiq olaraq, bu zaman Qərbin köməyi hakimiyyət uğrunda mübarizə üçün deyil, xilas üçün lazım olacaq.

Bu arada Avropa Komissiyası Gürcüstan hakimiyyətini "müəyyən kateqoriyadan olan şəxslər üçün" vizasız rejimin dayandırılması ilə hədələyib. Bunun qarşısını almaq üçün "Gürcü Arzusu" bir sıra tələbləri yerinə yetirməlidir: respublika vətəndaşlarının əsas hüquqlarının, o cümlədən söz, sərbəst toplaşma və şəxsi toxunulmazlıq azadlığının qorunmasını təmin etməli, ölkənin viza siyasətini Aİ siyasətinə uyğunlaşdırmaq və korrupsiya ilə mübarizə strategiyası, bəzi yeni qanun qəbul etməlidir. Söhbət ilk növbədə xarici agentlər və cinsi azlıqlarla mübarizəyə yönəlmiş qanunların ləğvindən gedir. Bundan əlavə, Brüssel, görünür, ofşor qanunu deyilən qanunu - Gürcüstanın Vergi Məcəlləsinə İvanişviliyə Qərb sanksiyalarından yayınmağa imkan verən düzəlişləri bəyənmir. Bununla belə, "Gürcü Arzusu" Aİ ilə münasibətləri bərpa etmək üçün güzəştə getmək niyyətində deyil. Əksinə, Kobaxidzenin dediyi kimi, dekabrın sonuna kimi hakimiyyət etirazçılara üzlərini gizlətməyi qadağan edən qanun qəbul edəcək: "Bu qayda bir çox Avropa İttifaqı ölkələrində tətbiq olunur və bu, Gürcüstanda zorakılığın qarşısının alınması üçün vacibdir". Bununla da müxalifət və Qərb razılaşmır. Beləliklə, Qərbin Gürcüstanla münasibətlərində daha gərgin mərhələ gözlənilir. Bu fonda gürcüstan daxilindəki müəyyən qüvvələrlə də bu ölkəyə təsir və təzyiq göstərməyə davam edəcək. Özü də bu fonda müxaliflərin getdikcə daha aqressiv metodlardan yararlanması diqqətdən yayınmır. Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bu xüsusda bildirib: "Etirazlarda zorakı qruplar "Molotov kokteylləri" adlanan pirotexniki vasitələrdən fəal şəkildə istifadə ediblər, onlar müxtəlif əşyalarla, o cümlədən dəmir və taxta dəyənəklərlə silahlanıblar". Onun sözlərinə görə, parlamentin binası yaxınlığında baş vermiş iğtişaşlar zamanı 60-a yaxın mağaza sındırılıb və soyulub. Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani də bildirib ki, Tiflisdə aksiyalar zamanı radikal müxalifət ekstremist hərəkətlərə əl atıb: "Ekstremizm odur ki, seçicilər sənin üçün səs verir, amma sən parlamentə daxil olmursan, seçkiləri udmursan, küçəyə çıxır və hamımızın gördüyü kimi alovlu müharibələr aparırsan. Ekstremizm odur ki, öz zərərli planlarında gəncləri və uşaqları qalxan kimi istifadə edirsən. Təəssüf, radikal və ekstremist müxalifətin vəziyyəti o yerə çatıb ki, onlar öz ölkələrinə qarşı çox zərərli üsullarla mübarizə aparırlar".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ