Cümə günü, 04 sentyabr 2026
     

Rusiyanın etdikləri Ermənistanın başına çırpılır...

Image


Bu gün postsovet məkanında ən çox diqqət cəlb edən məqamlardan biri də Rusiya və Ermənistan arasında gərginləşən münasibətlərin hansı nəticələrlə sonuclanacağıdır.

Bu hal, xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın Amerikanın "The Wall Street Journal" nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər, Rusiyanın buna reaksiyası fonunda yenidən aktuallaşıb.

Paşinyan bildirib ki, Ermənistan Moskvanın müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyi üçün yeni tərəfdaşlar axtarır. O əlavə edib ki, eyni səbəbdən hazırda Ermənistanda Rusiya hərbi bazasının olmasında heç bir üstünlük görmür: "Bu vəziyyətlər bizi təhlükəsizlik əlaqələrimizi şaxələndirmək qərarına gətirdi. İndi biz bunu etməyə çalışırıq". Baş nazirin partiyasının üzvü Arusyak Julhakyan parlamentdə bu xüsusda bildirib: "Yeni hərbi alyansdan danışmağımız lazım deyil, bu, təkcə hərbi deyil, tərəfdaşlıq da ola bilər". Hökumətyönlü deputat hesab edir ki, qonşularla sülh təhlükəsizliyin mühüm təminatlarından biridir. Baş nazirin açıqlamalarından sonra o, son vaxtlar açıq şəkildə gərginləşən strateji müttəfiqi Rusiyanın reaksiyasını proqnozlaşdırmaqda çətinlik çəkib: "Biz özümüz üçün başqa təhlükəsizlik komponentləri tapmalıyıq, bu, silah şəklində ola bilər, Fransa ilə razılaşma şəklində gördüyümüz kimi, müşahidə şəklində də ola bilər. Avropa İttifaqının təhlükəsizlik sferasında çəkindirici ola biləcək missiyası da var. Yəni təhlükəsizliyi təkcə hərbi komponent təmin edə bilməz".  Hakim "Vətəndaş müqaviləsi" fraksiyasından Artur Hovhannisyan isə qeyd edir: "Biz Ermənistan Respublikasının dövlət maraqlarını təmin etmək üçün həm təhlükəsizlik, həm də xarici siyasət sahəsində balanslaşdırılmış siyasət aparırıq". Hakimiyyətin açıqlamaları müxalifəti inandırmayıb, onlar narahatdırlar. Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasından  deputat Hayk Mamicanyan deyib: "Paşinyan və onun qrupu mövcud müttəfiqləri və tərəfdaşları ilə münasibətləri korlayıb, indi yeni tərəfdaşlar axtarırlar". Mamicanyan qeyd edib ki, Ermənistan vətəndaşı kimi onu strateji müttəfiqin reaksiyası qane etmir, lakin yeni silahlar əldə etməsini alqışlayır. Bununla belə, o əlavə edib: "Bir müttəfiq və ya tərəfdaş haqqında açıq bir şey deyəndə, buna görə məsuliyyəti bilməlisən. Sən sadəcə pul vermək üçün bankomat deyilsən, silah satmırlarsa, günah sənindir, çünki bundan əvvəl, 30 ildir ki, sənə satıblar, pulsuz veriblər, "İsgəndər" də veriblər". "Hayastan" müxalifət fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan təhlükəsizliyin şaxələndirilməsini alqışlayaraq, diqqəti başqa şeyə yönəldir: "Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə ilə hələ də düşmən vəziyyətdəyik, Rusiya ilə strateji tərəfdaşlığımız davamlı olmalıdır. KTMT-nin üzvləri və cənub qonşumuz İran İslam Respublikası ilə xüsusilə ciddi əlaqələr qurulmalıdır". Baş verənlərə Rusiya da reaksiyasını bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nikol Paşinyanın "The Wall Street Journal"a müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib: "Qərb kütləvi informasiya vasitələri rəsmi İrəvanın nümayəndələrindən güclə təxribatçı suallara cavab alır. Bilirik ki, bu sualların məqsədi Moskva və İrəvan arasında çoxplanlı əlaqələrə zərər vurmaqdır. Təəssüflər olsun ki, hazırkı Ermənistan reallığında bu cür təhriklər işləyir. Bizdən də tez-tez soruşurlar, təxribatçı suallar verirlər. Lakin biz "bütün mövcud məsələləri Ermənistanla ikitərəfli kanallar vasitəsilə həll edirik" deyə cavab verməyə üstünlük veririk".

Zaxarova qeyd edib ki, məlum müsahibədə Ermənistanın Rusiya ilə əlaqələrinin əhəmiyyətinin azaldılmasına cəhd edilib: "Müsahibədə Ermənistanın və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında hərbçilərimizin, sərhədçilərimizin rolunu azaltdılır, KTMT-nin və sülhməramlıların effektivliyindən təəssüfləndikləri ifadə olunur. Gəlin, faktları xatırlayaq. Faktlar ki, var. Ermənistan iqtisadiyyatının sürətli artımı: 2022-ci ildə 12,6 faiz artım olub, əhalinin rifah halının yüksəlməsi Rusiya ilə sıx ticari-iqtisadi əlaqələr, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü sayəsində mümkün olub. Ermənistan Aİİ ölkələrinə ixracının həcmi 2022-ci ildə 1,6 milyard dollar artıb ki, bu da 2021-ci illin göstəricisindən üç dəfə çoxdur. Rusiya Ermənistan iqtisadiyyatının əsas investorudur. Rusiya, demək olar ki, ölkədə xarici sərmayənin yarısını təmsil edir. Ermənistanda 4,5 mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir ki, respublikanın ən böyük vergiödəyicilərinin və işəgötürənlərinin sırasında daxildir. 90-cı illərdən başlayaraq Ermənistanda Rusiyanın hərbi mövcudluğu və sərhədçilərimizin orda olması respublika üçün Cənubi Qafqazda sadə olmayan vəziyyət və Ermənistanın öz qonşuları ilə nizamlanmayan münasibətləri nəzərə alınaraq tələb olunub. Ermənistandakı Rusiya hərbi bazası erməni həmkarları ilə döyüş hazırlığının yüksəldilməsi üçün müntəzəm təlim tədbirləri həyata keçirir. Sərhədçilərimiz Ermənistan-Türkiyə sərhədindən qanunsuz keçidin qarşısını alır. Ermənistan-İran sərhədində qaçaqmalçılığın qarşısını alır. 2020-ci ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində monitorinq həyata keçirir. Bütün tədbirlər Ermənistan tərəfi ilə birlikdə respublikanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilir. O ki qaldı Qarabağdakı Rusiya sülhməramlılarına, onlar olmasaydı, 2020-ci ilin payızında regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari ilə inkişaf edərdi, xüsusilə də Ermənistan rəhbərliyinin ictimai şəkildə Qarabağın Azərbaycana məxsusluğunu etiraf etməsindən sonra... O ki qaldı rəsmi İrəvanın KTMT-nin effektivliyi ilə bağlı iradlarına, bu təşkilatın effektivliyi 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələr zamanı inandırıcı şəkildə nümayiş olunub. Əgər Ermənistan rəhbərliyi KTMT missiyasının respublika ərazisində yerləşdirilməsinə razılıq versəydi, bir çox problemlərdən yayınmaq olardı. Lakin bunun əvəzinə Ermənistan rəhbərliyi Avropa İttifaqının missiyasını dəvət etməyə üstünlük verdi ki, monitorinq görüntüsü altında həmin missiya əslində Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır və istisnasız olaraq Brüsselə hesab verir. Bu məsələlər Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum ziyan vurmaq məqsədi daşıyır". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edir ki, Moskva İrəvanla təmasda Ermənistanın Baş naziri Paşinyanın "təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsi" zərurəti haqqında danışarkən nəyi nəzərdə tutduğu barədə məlumat alacağını gözləyir: "Biz cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Erməni dostlarımızla söhbətimizdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik. Və təbii ki, Ermənistanın Rusiya ilə qəzetlər, xüsusən də "The Wall Street Journal" vasitəsilə əlaqə saxlaması yaxşı deyil. Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam edəcəyik, bizim çox geniş gündəliyimiz var". Amma  İrəvanın Kremllə münasibətləri tamamilə kəsmək üçün daha radikal addımlar atacağı gözlənilir. Bu sıraya, ilk növbədə, Ermənistandakı 102-ci rus hərbi bazasının çıxarılması daxildir.

Samirə SƏFƏROVA






DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:19
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - MEDİA bəyanat yaydı....

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ