2022-ci ilin aprelində Ermənistanda ölkədaxili müxalifət tərəfindən keçirilən nümayişlərdə əsas şüarlardan biri "Türksüz Ermənistan" olub. Bütün bu hallarla bağlı sübutlar və faktlar tərəfimizdən toplanaraq Məhkəməyə Əlavə şikayət şəklində təqdim edilib.
Trend xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.
“Məlumat üçün bildirmək istərdim ki, Azərbaycan tərəfi cari ilin yanvar aynın 23-də Ermənistana qarşı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinin təxminən otuz illik qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından, doğma-yurdlarından qovulması, soyqırımlarının və digər bəşəriyyətə qarşı cinayətlərin törədilməsi, bununla da həmin ərazilərinin etnik təmizlənməsi və bundan irəli gələn yer almış digər hadisələrlə bağlı minlərlə səhifəlik dəlillərə əsaslanan əsas iddiasını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.
Dövlətlərarası şikayətlərin beynəlxalq məhkəmələrdə baxılma, xüsusiyyətini nəzərə alaraq, bu əsas iddiaya növbəti illər ərzində baxılacaq.
Qeyd edim ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər har hansı bir təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, məhz etnik nifret və on illiklər ərzində Ermənistanda geniş təbliğ edilmiş "tseğakronizm" radikal milliyyətçi ideoloji xəttə əsaslanıb və ondan ruhlanıb. Bizim dövlətlərarası iddia da məhz bunu göstərir.
Təbii ki, bu ideologiya etnik ermənilərin bərabər hüquqlarını, iki xalqın birgə yaşayışını təşviq edən, dəfələrlə barışığa çağıran Azərbaycan hökumətinin yanaşması ilə tamamilə ziddiyyət təşkil edir",- deyə E. Məmmədov bildirib.