Bazar günü günü, 08 noyabr 2026
     

Zəngəzur dəhlizi məsələsində İrəvanın peşmançılığı başladı...

Image


Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və İran arasında Ermənistan ərazisindən yan keçməklə İrandan keçən avtomobil və dəmir yolunun tikintisi layihəsini şərh edib.

O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi layihəsində Zəngəzur məntəqəsi hazırda Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərdən keçirilmir: “Şimal-Cənuba gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, siz bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili boyunca uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar. Bu ölkələr faktiki olaraq, İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar. Avtomobil və dəmir yolu Ermənistandan yan keçsə, o, sadəcə olaraq çayın o biri tərəfinə düşəcək”.

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun rusiyalı həmsədri olan Aleksey Overçuk onu da qeyd edib ki, Ermənistan ərazisindən və İrandan keçməklə Azərbaycanı Naxçıvana  birləşdirən, Türkiyə ilə sərhədə çıxışı olan yolun tikintisi daha çox azacıq uzunluğuna görə Ermənistan ərazisindən keçən yoldan fərqlənir: “Ermənistan ərazisindən keçən dəmir yolunun 42 kilometr olacağı təxmin edilirdi. Bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 kilometrdir, bütün fərq budur: cəmi iki körpü və 8 kilometr”. Aleksey Overçuk Ermənistanın Mehri rayonundan keçən yolun tikintisi vasitəsilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində iştirakı məsələsinə də münasibət bildirib. Overçukun sözlərinə görə, layihənin bir hissəsi kimi Zəngəzur sahəsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığına görə nəzərdən keçirilmir: “Ermənistan hazırda “Şimal-Cənub” dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Mehridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”. Beləliklə, Ermənistan öz günahı üzündən yenidən mühüm regional nəqliyyat dəhlizindən kənarda qalır. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli qeyd edir ki, İrəvan əvvəllər Türkiyə və Azərbaycanın onu blokadaya saldığını və bu blokadada boğulduğunu deyirdi: “Münaqişə bitdikdən sonra Azərbaycan reallaşdırdığı Zəngəzur layihəsinə Ermənistanı da daxil etmək istədi. Lakin Ermənistan uzun müddət buna razılaşmadı”. Politoloq “axar.az”a açıqlamasında bildirib ki, müəyyən dövrlərdə İran bu layihə ilə bağlı xeyli əngəllər də yaradırdı: “Sonra Ermənistan İranla eyni mövqedən çıxış etdi. Nəticədə, gördüyümüz kimi, dəhliz Ermənistandan yox, İrandan açılır. Bu fakt üzə çıxandan sonra Nikol Paşinyan ardıcıl açıqlamalara başlayıb. Lakin onların yenə də problemləri var. Bu problemlər Rusiya ilə bağlıdır. Çünki 10 noyabr 2020-ci il bəyanatına görə, yolun təhlükəsizliyi Rusiya sərhəd qüvvələri tərəfindən təmin edilməlidir. Ermənistan isə yolun açılacağı təqdirdə ərazi bütövlüyünə xələl gətirə biləcək addımların atılmamalı olduğunu deyir. Yəni sərhəd və gömrük xidmətinin Ermənistanın sərəncamında olmasını istəyir. Bu, Rusiya və Ermənistanın problemidir, Azərbaycana heç bir aidiyyəti yoxdur”. Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın tərəddüdləri Azərbaycanı İran ərazisindən keçən yola diqqət yetirməyə vadar etdi: “Bu barədə razılaşma var. Hətta təməlqoyma mərasimi də keçirilib. Bundan dərhal Paşinyan oyuna düşdüyünü və uduzduğunu anladı. Nikol Paşinyan və onun komandası hərdəmxəyal insanlardır. Onlar bu məsələnin perspektivlərini görməyi bacarmalıydılar”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Politiko” nəşrinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Buna görə də Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarının yaxşılaşdırılması və yüklərin asan daşınması üçün İran İslam Respublikası ilə razılıq əldə olunub. Gürcüstanın paytaxtında  keçirilən dördüncü Tiflis İpək Yolu Forumunda Azərbaycanın baş naziri Əli Əsədov da qeyd edib ki, ölkəmiz regionda kommunikasiya və nəqliyyat xətlərinin açılmasında maraqlıdır: “Azərbaycan 2020-ci ilin 10 noyabr bəyənatı əsasında kommunikasyaların açılması üçün uzun müddət çalışıb. Biz kommunikasiyaların açılmasını istəyirik. Ancaq bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq”. Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatdığını şərtləndirən və Rusiyanın da yer aldığı üç tərəfli bəyanatda münaqişə tərəfləri regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi öhdəliyi də götürüblər. Bəyannamənin 9-cu bəndində göstərilib ki, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Ermənistan nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verəcək. Nəzarəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirəcək. İndiyə kimi Ermənistan nəqliyyat əlaqələrinin yalnız dəhliz formasında qəbul edilməsinin yolverilməz olduğunu deyib və Bakının bu ritorikasını Ermənistanın “ərazi bütövlüyünə təhdid” kimi qiymətləndirib. Halbuki, buna heç bir əsas yoxdur. Elə bu səbəbdən də Azərbaycan Naxçıvana gedən yolu İran üzərindən keçirir. Bu da Ermənistanın regionda daha mühüm bir layihədən kənarda qalması deməkdir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ