Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyanın "Dünya kəsişməsi xəritəsinin" özəllikləri...

Image


Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflis Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində “Dünyanın kəsişməsi” layihəsi üçün hazırlanan regional nəqliyyat dəhlizləri ilə bağlı xəritə təqdim edib. Xəritədə Azərbaycanın ərazi bütövlüyünə tam riayət edilməsi xüsusi diqqət çəkib.

Xəritədə regionda kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizi ilə hərəkətliliyin mümkünlüyü, Şimal-Cənub yolunun fəaliyyəti, ölkələrin nəzarət məntəqələrinin yeri və s. kimi amillər qeyd olunub.

Paşinyanın bu addımını necə dəyərləndirmək olar?

Politoloq Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı Paşinyanın Azərbaycana, Türkiyəyə baxışı, regional - nəqliyyat xətləri ilə bağlı mövqeyinə dəfələrlə toxunub: “ Burda Azərbaycan cəmiyyətində Paşinyanın Azərbaycan və Türkiyəyə mövqeyi, iqtisadi və siyasi münasibətlərin bərpası, sərhədlərin açılması ilə bağlı olan proseslər çox sərt bildirilir. Görünən odur ki, Azərbaycan cəmiyyəti onu doğru anlamır. Daha əvvəllər Paşinyan, sanki Zəngəzur yolunun açılmaması ilə bağlı iddialar səsləndirib. Halbuki, başından bizim mövqemiz odur ki, Paşinyan əslində həm Zəngəzur yolunu, həm də digər kommunikasiya xətlərini açmağa hazırdı. Paşinyan Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin bərpasında maraqlıdır. Hətta mümkün qədər siyasi münasibətlərin bərpasına da çalışır. Təsadüfi deyildi, Ermənistanın ərazi bütövlüyünün BMT tərəfindən tanınması ilə bağlı açıqlama verməsi. İndiyə kimi Zəngəzur  dəhlizinin açılmasına mane olan faktlar nədir? Paşinyan nə üçün bununla bağlı qərar verə bilmir? Halbuki, Zəngəzur dəhlizi ilə bağlı indiyə kimi bir çox hallarda razılıq əldə olunub. Sülh bəyanatanın 9 - cu bəndində, üçtərəfli görüşdə, prezidentlərin Moskva, Soçi görüşlərində bu yolla bağlı razılıqlar var. Hətta birinci Brüssel görüşündə Paşinyan ən azından Zəngəzur dəhlizində dəmir yollarının açılmasına razılıq vermişdi. Bəs nə üçün bu məsələ bu qədər ləngiyir? Çünki sülh bəyanatında Rusiyanın istəyi ilə açıq şəkildə qeyd olunub ki, Naxçıvana gedən yola, yeni Zəngəzur yoluna Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət ediləcək. Paşinyan isə siyasi mövqe etibarı ilə Rusiyanın Ermənistandan çıxmasının tərəfdarıdır. Paşinyan istəyir ki, Ermənistan Rusiyadan uzaqlaşıb yeni məkana inteqrasiya etsin. Bunun da yolunu Ermənistan sərhədinin Rusiyadan alınmasında, 102-ci hərbi bazanın Ermənistan ərazisindən çıxarılmasında görür. Sonuncu Tiflis açıqlamasında açıq şəkildə bildirib ki, biz bu bazanın Ermənistan üçün heç bir faydasını görmürük. Ancaq hələ ki, onu çıxarmağa gücü çatmır, yaxud da tam vaxtı deyil. Ancaq siyasi hədəf olaraq bu siyasi xətti öz qarşısına qoyub. Eyni zamanda, Paşinyanın hakimiyyətə gəlməsinə dəstək olan qüvvələr də ondan məhz Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmasını tələb edirlər. Belə olan halda, aydın məsələdir ki, Paşinyan 102 - ci hərbi bazadan əlavə, Zəngəzur ərazisinə rus hərbiçilərini yerləşdirməyi qəbul etməyəcək. Zəngəzur dəhlizi ilə bağlı məsələnin uzanmasının təməlində məhz Paşinyanın həmin ərazini Rusiya nəzarətinə verməmək istəyi durur. Paşinyan çalışır ki, Zəngəzur yolu Ermənistanın öz nəzarətində olsun. Onun Qərbdə olan havadarları da əslində Zəngəzur dəhlizinin əleyhinə deyil. Onlar da həmin yolun Rusiyanın yox, Ermənistanın nəzarətində olmasını istəyirlər. Bunu da açıq və ya dolayı şəkildə bildirirlər. Paşinyanın dəfələrlə Zəngəzur dəhlizinə razılıq verib, sonra onun açılmasını uzatmasının əsas səbəbi 9 - cu bəndə əsasən onu Rusiyanın nəzarətinə verməmək istəyidir. Biz bunun açıq simptomlarını Paşinyanın Avropa İttifaqındakı çıxışında gördük. Sonra Azərbaycan və Türkiyəni Ermənistanı guya blokadada saxlamaq istəməkdə günahlandırdı. Azərbaycan və Türkiyə dəfələrlə Ermənistana təklif edib ki, yollar açılsın və biz Ermənistanla iqtisadi fəaliyyəti bərpa etməyə etiraz etmirik. Belə olan halda Paşinyan nə üçün şikayət edir? Paşinyan əslində bu şikayətində bildirir ki, Zəngəzur dəhlizi ilə bağlı layihədən kənarda qalmaq istəmir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ