Cümə günü, 17 iyul 2026
     

Fransız nazir məşhur Gərni məbədini də erməniləşdirdi...

Image


Qərbi Azərbaycan ərazisindəki alban-xristian, ərmən-qıpçaq, onlardan əvvəl isə atəşpərəst məbədləri biz türklərin tarxi-mədəni irsidir. Təəssüflər olsun ki, 35 il əvvəl sonuncu Azərbaycan türkləri də indiki Ermənistan ərazisindən çıxarıldı, bundan sonra haylar bizim tarixi irsimizi daha geniş şəkildə saxtalaşdırmağa başladılar.

Onların bu saxtalaşdırma işinə “böyük bacı”ları Fransa da dəstək oldu, bu gün də dəstək olur. Məqsədləri də odur ki, Qafqaz, daha dəqiq desək, Azərbaycan Albaniyasına aid olan xristianlıq irsini mənimsəsinlər, “erməni irsi” adı altında UNESCO-ya daxil etsinlər. Necə ki, indiyə qədər ediblər.

Tarixi torpağımız olan Qərbi Azərbaycanda məbədlər həddən artıq çoxdur və onların hər biri barədə məlumatımız var. Qərbi Azərbaycanda mövcud olan məşhur Gərni məbədi də artıq “erməni irsi” kimi beynəlxalq aləmə təqdim edilir.     

Belə ki, Fransanın mədəniyyət naziri Rima Əbdül-Malak ermənilərlə birləşib Gərni məbədini erməniləşdirməklə məşğul olur. Fransalı nazir Gərni məbədini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil etməyi planlaşdırdığını açıqlayıb. O, bu barədə İrəvanda erməni həmkarı Janna Andreasyanla birgə mətbuat konfransında bildirib. Qeyd edib ki, UNESCO-nun siyahısına daxil edilmiş Fransanın Mezon Karre məbədi və ya Nimesdəki Meydan evi məbədi ilə Gərni məbədi arasında əməkdaşlıq planlaşdırılır. O, iddia edib ki, guya bu,  gələcəkdə “erməni məbədinin” təşkilatın irs siyahısına daxil edilməsi üçün yaxşı başlanğıcdır.

Fransız nazir vurğulayıb ki, Gərni məbədi eramızın I əsrində guya “Ermənistanda tikilmiş” bütpərəst məbəddir.

Gərni məbədi barədə tədqiqatçı Əziz Ələkbərli öz əsərlərində qeyd edir ki, Qərbi Azərbaycan abidələri arasında Gərnibasar mahalında e. ə. III-II yüzillərdə inşa edilmiş Gərni qalası və həmin qalada eramızın I yüzilində Arman (Ərmən) hökmdarı I Turadat tərəfindən tikilmiş, "Təxti-Turadat" adı ilə tarixə düşən saray xüsusi yer tutur.  “Gərni məbədi Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ kənarında, Gög dağın ətəyində, Ellər (12.10.1961-ci ildən - Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən - Qarni) kəndi ərazisində qədim türk saray-məbədir. Eramızın 1-ci yüzilində Armaniya çarı I Tiridat Gərni qalasında dördkünc yonulmuş daşdan qədim bizans arxitektura üslubunda əzəmətli saray-məbəd ucaltmış, bu əsrarəngiz sənət nümunəsinin üzərində yunan dilində öz adını yazdırmışdır. "Təxti-Tiridat" adı ilə tarixə düşən bu bütpərəstlik məbədi yüzillər boyu ərmən Arsaq hökmdarlarının yay iqamətgahı olmuş, XIII yüzildə isə Hülaku xan bu dəbdəbəli sarayı öz hesabına bərpa etmişdir. Məbəd XVII yüzildə zəlzələ nəticəsində dağılmış, 1969-1974-cü illərdə yenidən bərpa olunmuşdur. Qalanın yerləşdiyi Baş Gərni kəndində qədimdən Türk-Oğuz tayfaları yaşamış, kənd 1827-ci ildə bölgənin ruslar tərəfindən işğalı zamanı yerlə-yeksan edilmişdir. Kəndə ilk ermənilər 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmişlər”-deyə alim  qeyd edir.

  • “Bu ziyanlı təşəbbüsün irəli sürülməsinin özü  yolverilməzdir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində “ fransalı nazir ermənidən  çox ermənidir. Bütün dünya bilməlidir ki, Gərni məbədinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Gərni məbədi xristianlıqdan öncəyə, atəşpərəstlik dövrünə aiddir. Gərni məbədini “erməni irsi” kimi UNESCO-ya daxil etməyi planlaşdıran fransalı nazirin təşəbbüsü pislənməlidir. İmkan vermək olmaz ki, Fransa ilə Ermənistan birləşib bizim qədim atəşpərəstlik məbədimizi “erməni irsi” kimi UNESCO-ya daxil etsinlər. Bu ziyanlı təşəbbüsün irəli sürülməsinin özü  yolverilməzdir. Bütün dünyaya səs salmalıyıq ki, Ermənistan və Fransa birləşərək indi də bizim Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizi erməniləşdirirlər. Bu bütün beynəlxalq qanunlara ziddir ”-deyə bildirdi. 

Q.Hacıyev əlavə etdi ki,  Gərni məbədinin “erməni irsi” kimi qələmə verilməsində əsas məqsəd indiki Ermənistan ərazisində azərbaycanlıların yaşamadığını, burada onların heç bir tarixi irsi olmadığını “sübut etməkdir”. “Onlar çalışırlar ki, bütün gücləri ilə bizim Qərbi Azərbaycanda  dini, tarixi, mədəni irsimizin olmadığına dünyanı inandırsınlar. Məsələ ondadır ki, artıq beynəlxalq ictimaiyyət 1988-ci ildə Qərb azərbaycanlıların öz ata-baba yurdlarından didərgin salındıqlarının fərqindədir və əlbəttə, bir gün onların geri qayıdışı gerçəyə çevriləcək, bu da erməniləri qorxutduğu üçün abidələrimizi bizdən qoparmağa çalışırlar. Hesab edirəm ki, fransız və hay cütlüyünün bu saxtalaşdırmanı daha da genişləndirməsinə imkan verilməməlidir. UNESCO bölgəyə missiya göndərməli və hər şeyi aydınlaşdırmalıdır. Üç ildir “gələcəyik” deyirlər, amma hələ də gəlmirlər”-deyə müsahibimiz qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan Ermənistanla “əbədi müharibə” təhlükəsini zamanındaca aradan qaldırdı...

Azərbaycana münasibətdə Trampın əvvəlki hökumətlərdən əsaslı fərqi... Cəmi 6 ay lazım oldu...

Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...

SON XƏBƏRLƏR

17.07.2026 / 13:09
Tramp Amerikanın seçki sistemini də dəyişdirir - Anonsu verdi...

17.07.2026 / 12:51
Mənzilin sahəsi ilə bağlı mübahisələrə dair qərar verildi - çatışmayan sahənin pulunu geri ala bilərsiniz...

17.07.2026 / 12:36
Heydər Əliyev Mərkəzinin binası Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı

17.07.2026 / 12:15
Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək - "...vaxt verilib"...

17.07.2026 / 12:04
"Əhalinin siyahıyaalınması prosesi ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək" - Baş nazir

17.07.2026 / 11:50
Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı

17.07.2026 / 11:45
Prezident İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

17.07.2026 / 11:36
Omanın yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

17.07.2026 / 11:30
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

17.07.2026 / 11:28
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

17.07.2026 / 11:20
Prezident İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

17.07.2026 / 11:03
AQTA-dan son günlər yas mərasimlərində baş verən zəhərlənmələrlə bağlı açıqlama...

17.07.2026 / 10:33
Tramp 6 il əvvəlki seçki proseslərini yenidən qaldırıb...

17.07.2026 / 08:07
ABŞ İranın Bəndər Lənqeh liman şəhərinı vurdu - şəhər qaranlığa qərq oldu

17.07.2026 / 07:53
ABŞ-dan İrana altıncı gecə zərbəsi…

17.07.2026 / 07:37
Nəhəng Volkswagen şirkəti də çökür…

17.07.2026 / 07:20
Epştein “qasırğası” Bill Qeytsi də vurdu…

17.07.2026 / 06:59
İraq şiə qrupu Trampın başına mükafat təyin etdi - 10 milyon dollar

17.07.2026 / 00:21
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək oldu

16.07.2026 / 23:45
Mərhum tarixçi alim Qeyrət Quliyevin 21 il əvvəl qaldırdığı problemlər

16.07.2026 / 22:03
Avropanın “yaşıl gündəliyi” Azərbaycana ciddi şəkildə mane olur - dünya Şuşadan dinlədi...

16.07.2026 / 21:42
Üç ölkənin konsolidasiya olunmuş siyasəti Azərbaycana qarşı...

16.07.2026 / 21:06
Azərbaycan Ermənistanla “əbədi müharibə” təhlükəsini zamanındaca aradan qaldırdı...

16.07.2026 / 20:54
Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapıldı

16.07.2026 / 20:30
Azərbaycana münasibətdə Trampın əvvəlki hökumətlərdən əsaslı fərqi... Cəmi 6 ay lazım oldu...

16.07.2026 / 20:11
Ermənistan Zəngəzur dəhlizi sənədlərinin rəsmi ratifikasiyasına başladı...

16.07.2026 / 19:48
Azərbaycan öz hüdudlarından kənarlardakı proseslərə necə təsir edə bilir...

16.07.2026 / 19:21
Qəhrəmanlıq da Allah lütfüdür

16.07.2026 / 19:06
MDU və Marmara Universiteti arasında yeni anlaşma - Tələbə mübadiləsi, ortaq laboratoriyalar və ikili diplom imkanları...

16.07.2026 / 19:02
Qadınların fotolarını süni intellektlə saxtalaşdıraraq şantaj edənlər yaxalandı - VİDEO

16.07.2026 / 18:54
Əliyevin Makrona "14 iyul" məktubu ermənilərə böyük dərd oldu... Zəngəzur dəhlizinin buna nə dəxli var?!..

16.07.2026 / 18:39
İran müharibəsində ilk dəfə "gündüz zərbə" taktikası işə düşür - Tramp quru əməliyyatlarını anons etdi....

16.07.2026 / 18:35
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

16.07.2026 / 17:50
Bakıda ilk yarımildə 7 minə yaxın cinayət qeydə alınıb, onların 93,2 faizi açılıb

16.07.2026 / 17:27
Paşinyan Tsarukyanı “damladı”, indi də var-dövlətini əlindən alır - 75 daşınmaz əmlak, 42 avtomobil...

16.07.2026 / 17:20
Biləsuvarın qüruru, cəsur pulemyotçu... Alim Yoldaşov

16.07.2026 / 17:04
İrandan ABŞ-a sərt xəbərdarlıq - bölgədəki bütün infrastruktur məhv ediləcək, müharibə yeni ərazilərə yayılacaq...

16.07.2026 / 16:44
Azərbaycanlı dənizçilərə çağırış edildi - müharibə zonalarından uzaq durun...

16.07.2026 / 16:30
Kanalizasiya qoxusu içində həyat!

16.07.2026 / 16:15
Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

16.07.2026 / 15:51
Narkomaniya yer üzünün cəhənnəmidir

16.07.2026 / 15:46
Parakənd Xalkolit yaşayış yeri

16.07.2026 / 15:40
Şuşa Forumundan Rusiya daha çox əndişəyə düşdü... Kritik 3 məsələ...

16.07.2026 / 15:06
Tramp Hörmüzün 20 faiz vergi gəlirlərini İranla yox, Körfəz ölkələri ilə bölüşür...

16.07.2026 / 14:55
Azərbaycan Çar Rusiyasının da, SSRİ-nin də müstəmləkəsi olub...(?)

16.07.2026 / 14:07
"Neftin qiyməti kəskin şəkildə artacaq" - Fars körfəzində yeni böyük müharibə xəbərdarlığı…

16.07.2026 / 13:45
Müdafiə nazirinin istefası Ukraynanı ayağa qaldırdı - "Fedorovu geri qaytarın"...

16.07.2026 / 13:27
Gəncə və Samuxda kütləvi zəhərlənmə lavaşdan olub? - AQTA-dan mübahisəli açıqlama...

16.07.2026 / 13:18
Federasiya Hidayət Heydərovu sosial şəbəkə paylaşımlarına görə cəzalandırdı

16.07.2026 / 13:03
Bakıda təmayül modeli tətbiq olunacaq məktəblər açıqlandı

16.07.2026 / 12:50
TRIPP-dən sonra TRIPP+ şirkəti niyə yaradıldı? – İrəvan “Tramp yolu” sazişini təsdiqlədi...

16.07.2026 / 12:36
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü - FOTO

16.07.2026 / 12:24
ABŞ ordusu 23 ildən sonra İraqdan çəkilir – konkret tarix açıqlandı...

16.07.2026 / 12:11
Malayziya bütün İsrail vətəndaşlarını ölkədən çıxarır...

16.07.2026 / 11:55
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO

16.07.2026 / 11:39
İranla müharibə ABŞ-a 100 milyard dollara başa gələ bilər...

16.07.2026 / 11:25
Şəmkirdə zəhərlənmə baş verən restoranın fəaliyyəti dayandırıldı

16.07.2026 / 11:11
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi - FOTO

16.07.2026 / 11:03
Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı ilə bağlı paylaşım etdi

16.07.2026 / 10:46
Küveytdən İrana ATACMS ballistik raketi atıldı...

16.07.2026 / 10:35
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

16.07.2026 / 10:34
İran bölgədəki ABŞ bazalarına zərbələr endirdi – İraqda ABŞ hərbçiləri öldürüldü...

16.07.2026 / 09:45
Rusiya "3+3" formatı ilə bağlı açıqlama - Bakı və İrəvanın razılığa gələcəyini gözləyirik…

16.07.2026 / 09:22
Odessa sahillərində hücuma məruz qalmış gəmidəki azərbaycanlılar ölkəmizə yola salındı

16.07.2026 / 09:17
Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalandı

16.07.2026 / 09:10
Ceyhun Bayramov Rusiyaya getdi

16.07.2026 / 08:22
ABŞ-ın İrana ikinci həmləsi Kuba məsələsini arxa plana atdı - gündəmdən çıxarmadı

16.07.2026 / 07:30
Bosforda qayıqlar xatirə korteji təşkil etdi

16.07.2026 / 07:10
ABŞ vitse-prezidenti İsrailin ölkəsinin İran siyasətinə təsirini absurd adlandırdı

16.07.2026 / 06:39
Netanyahu ailəsi post-Baş nazirlik dövrünə hazırlaşır(?)..

15.07.2026 / 23:29
Almaniyada seçki gərginliyi - Kansler ABŞ-a açıq şəkildə xəbərdarlıq etdi...

15.07.2026 / 22:31
İrandan ABŞ-a açıq mesaj - hazırda danışıqlar üçün heç bir planımız yoxdur...

15.07.2026 / 21:44
Əliyevin bəyanatı Kremli yanlış şəkildə dilə gətirdi...

15.07.2026 / 21:20
Tikilməkdə olan 10 böyük gəmi Azərbaycanın daşıma gücünü əsaslı dərəcədə artıracaq...

15.07.2026 / 20:49
Tramp olmasaydı, Bakı-İrəvan sülhünün hazırkı çərçivəsi olmazdı...

15.07.2026 / 20:31
İlham Əliyev Makrona çətin seçki ərəfəsində şans verdi...

15.07.2026 / 20:08
Borrel elə idi, Lyayen, Koşta belədir - Avropa qurumlarının qərəzi suverenliyin bərpasından sonra daha da qızışdı...

15.07.2026 / 19:35
Tramp İranın ABŞ-a qarşı “böyük boksçu” kimi döyüşdüyünü deyir - məğlub etdiyinizi düşünürsünüz, amma...

15.07.2026 / 19:12
Azərbaycanın “orta gücə çevrilmə kriteriyaları” üzərində dərin müzakirələr başladı...

15.07.2026 / 18:26
Samux rayonunda kütləvi zəhərlənmə - 7-si azyaşlı olmaqla 10 nəfər...

15.07.2026 / 18:14
Tramp Putinə çağırış etdi – “Vladimir, dayanmağın vaxtıdır”...

Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

XƏBƏR ARXİVİ