Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu olaraq regionda sülhün bərqərar olmasında maraqlıdır.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədovun da iştirak etdiyi Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının tikintisinə başlanılması mərasimində bildirib.
İrakli Qaribaşvili “Tbilisi İpək Yolu” forumunda iştirakına görə Azərbaycanın Baş nazirinə təşəkkür edib.
“Biz bunu çox yüksək qiymətləndiririk. Həmçinin, dünən birlikdə mühüm görüşlər keçirməyimizi də qiymətləndiririk. Həmçinin üçtərəfli görüş və söhbət də oldu. Gürcüstan qərəzsiz, neytral, obyektiv vasitəçi və hər iki ölkənin, Ermənistan və Azərbaycanın dostu olaraq regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasında maraqlıdır, Gürcüstan və mən, hökumət başçısı kimi bu prosesdə iştirak etməyə hazırıq”- İ.Qaribaşvili bildirib.
Tahir TAĞIYEV