çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakıda feministin təhqirinə dözən polis, Gədəbəydə "mənim qalxanım var" pozası alan polis - 2 faktın dərsləri... - Aydın QULİYEV yazır...

Image


Gədəbəyin Söyüdlü kəndində yaşanan müvəqqəti gərginliklə bağlı dəqiq, doğru, yanlış, hətta bəzən qərəzli olmaqla çoxsaylı fərdi rəylərə və ekspert təhlillərinə rast gəlirik. Təbiidir, çünki ictimaiyyət üçün maraqlı hadisədir, Gədəbəyin tarixində son 30-40 ildə buna bənzər hadisə olmayıb və  ictimaiyyət arasında müzakirələri yasaqlamaq da mümkün deyil...

Pis haldır ki, hər şeyə nəzər yetirmədən, baş verənləri ümumiləşdirmədən  tələsik nəticələr çıxarmaq meylləri var...

Yanlış qənaətlərdən biri belədir ki, polislər oraya niyə gəlmişdilər və ya niyə gətirilmişdilər. Yanlış olduğu qədər həm də təəccüblüdür. Çünki əgər  hadisə yerinə  bircə nəfər polis gətirilməmiş olsaydı, bu dəfə də "polis hardadır" ittihamlarının biri bir qəpiyə dönəcəkdi... Beləliklə, sual çıxır ki, ərazidə polisin olmasını  və fəaliyyətini mübahisə mövzusuna çevirmək nə qədər doğrudur? Nəzərə almaq lazımdır ki, kənd sakinlərinin toplanış yerinə polislərin gəlişi və ya gətirilməsi hələ o demək deyil ki, onlar ilk öncədən yalnız aksiya iştirakçılarına təzyiq göstərmək məqsədi ilə gəlmişdilər. Ümumiyyətlə, harda olur-olsun, ictimai və ya kollektiv həyəcanlanma yerlərində polisin peyda olması onun funksional fəaliyyət öhdəliyidir, peşə borcudur. Aksiya iştirakçılarının mümkün qanunsuz və ya ziyanlı hərəkətlərinin qarşısını almaq hələ özlüyündə sonrakı  məsələdir. Sakinlərin öz aralarında toqquşma və ya münaqişələrin olmayacağına kim zəmanət verə bilər? Və ya kim deyə bilər ki, öncədən təlimat almış hansısa 3-cü, 4-cü gizli qüvvələr aksiya iştirakçılarına hansısa qızışdırıcı təsiri, təzyiqi göstərməyəcək, aranı qarışdırmağa cəhd göstərməyəcək? Göründüyü kimi, hadisə yerinə polislərin dərhal gəlişi ola biləcək  bir sıra ziyanlı hadisələrin qarşısını almaqda sığorta tədbiri kimi əvəzsizdir. İndi kimlərsə qərəzli və ya yanlış düşüncə ilə belə qənaətə gələ bilər ki, polisləri elə ilk əvvəldən camaata təzyiq göstərmək və ya qorxutmaq üçün gətirmişdilər. Tələsik qənaət bax budur. Lakin obyektiv təəssürat da var, bu da ondan ibarətdir ki, istənilən hadisə yerində polislər öncədən tam nəzərə alınması mümkün olmayan bütün təxribat təzahürlərinə qarşı ən etibarlı qüvvə rolunu oynayır...

"Qadın polislər niyə yox idi" kimi fikirlərə də rast gəlirik. Etiraf edim ki, orada qadın polislərin də olması pis effekt verməzdi. Ancaq "bəlkə Gədəbəydə hələ qadın polislər heç yoxdur" kimi gerçək bir ehtimal yolumu bir az kəsir. Ancaq əminəm ki, Gədəbəydə həqiqətən qadın polislər hələ yoxdursa, baş vermiş hadisələrin ən ümdə dərslərindən birincisi rayonda qadın polislərin xidmətə cəlb olunmalarından ibarət olacaq... Polislərlə bağlı müzakirəyə az sonra yenə qayıdacam..

Təbii ki, baş vermiş hadisənin qiymətləndirilməsində hərə öz "arşını" ilə ölçü aparır. Vicdanlı yanılma ilə yanlış və ziyanlı təsəvvürə düşənlərin də olduğunu istisna etməyək. Ancaq nisbətən ən obyektiv və ehtivalı qənaətə gəlmək üçün bütün detalları mümkün qədər görməyi bacarmaq lazımdır.

Suallar var... Məsələn, illərdi ki, Söyüdlü kəndində sözügedən göl olduğu halda niyə indiyə qədər onun təhkükə mənbəyi olduğu ilə bağlı söz-söhbətlər yox idi? Birdən yerindən kükrəyən hadisələrin detonasiyası nədir? Kənar faktorlar varmı? Niyə etirazçı elektorat qismində görünən əsas qüvvə qadınlar idi, bu təsadüf idimi? Yerli və ya etirazçı insanlar onların aksiyasının arxasında hansısa görünməyən dairələrin olub-olmadığından əmindilərmi? Axı hətta bu sadə insanların özlərinin də bilmədiyi nələrsə ola bilər?! Öncədən mütəşəkkil təşkilatçılıq ekementləri qabarıq görünürdü. Aksiyanın siyasi motivli olmadığını nümayiş etdirən və bu niyyətlə hərdən səsləndirilən çağırış və şüarlar da öncədən hazırlığın elementləri sayıla bilərmi?

Çox səliqəli şəkildə hazırlandığı görünən plakatlar da ayrıca düşüncə mövzusudur. Bu fakt da hadisənin spontanlıq çərçivəsində baş verdiyini istisna edən əlamətlərdən biridir. İllərdən bəri mövcud olan gölün birdən-birə təhlükə mənbəyi olduğu barədə rəy yaradan konkret hansısa fakt, ya hadisə varmı? Bütün bu və digər sualların üzərində tam araşdlrmalar getməyincə, yekun qənaətlərə gəlməyin yanlış və tələsiklik olduğunu hər kəs bilməlidir. Ən pisi isə odur ki, hələ gündəmdə bu qədər araşdırılmalı və əsas suallar olduğu halda, bir polisin qadına qaz puskürtməsi ildırım sürəti ilə gündəmi tutdu. Həmin gərgin arenanı belə təsvir edə bilərik. Bütün polislər nizami qaydada, hövlnak hərəkətlərə yol vermədən sakit dayandıqları halda, başlarına göydən yumruq boyda daşlar yağdırılır, güllə kimi atırlar, hətta qadınlar da atırlar, polislər yenə qarşılıq vermir və tərpənişləri yalnız təhlükədən özünü qorumaq, kənara çəkilmək xarakterindədir. Yadıma illər öncə Bakıda feministlərin aksiyası zamanı yaxşı tanıdığım bir məşhur qadının polis zabitinin üstünə cummağı, əl- qol hərəkətləri və ağzına gələn sözlərlə onu təhqir edib təbdən çıxarmağa çalışması düşdü. Həmin polis zabitinin yazıq və sakit tərzdə sona qədər özünü necə saxladığını da unutmuram. Eyni peşəkarlığı və təmkini Söyüdlü polisləri də göstərdi. Atılan daşlara yalnız "mənim qalxanım var" pozası almaqla reaksiya verdilər. Lakin bütün bunların bir kənara qoyularaq tək bir polisin qadına qaz püskürtməsinin gündəmin "baş hadisəsinə" çevrilməsi təəccüblü deyilmi? Təsadüfdürmü?..

Sualların sonadək araşdırılmasını gözləyək. Hər şeyi siyasiləşdirmək həvəskarlarına, əsas oldu-olmadı polisi qaralamağa fürsət axtaranlara meydan vermədən gözləyək... Nəzərə alaq ki, tələsik və yarımçıq çıxarılan nəticələrin Söyüdlü camaatına xeyirdən çox ziyanı dəyə bilər.

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ